Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1458/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlk iddia üzrə İddiaçı (bundan sonra MMC-nin) Cavabdeh qarşı borc tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(020)-183/2024 saylı qətnaməsindən (hakim Ramiz Nurullayev) ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı əsas borca görə 1933 manat 60 qəpik, hesablanmış cəriməyə görə 585 manat 88 qəpik və ödənilmiş dövlət rüsumuna görə 45,20 manat olmaqla, cəmi 2564 manat 68 qəpik pulun alınaraq "MKT İstehsalat Kommersiya” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianı rədd edilməsi, "MKT İstehsalat Kommersiya” MMC-yə ödədiyi 1.862 (bir min səkkiz yüz altmış iki) manat 18 qəpik əsas borc, həmin borc icra olunmadığı üçün hesablanmış 366 (üş yüz altmış altı)manat 86 qəpik cərimə və 48 (qırx səkkiz) manat 62 qəpik məbləğində ödədiyi dövlət rüsumu olmaqla, cəmin 2277 (iki min iki yüz yetmiş yeddi) manat 66 qəpik pul vəsaitin iddiaçıdan alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMC-nin "MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 222 saylı 2021ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2,2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh 21 284 222 saylı 2021 -ci il mövsümü üzrə xam-pambığın alqı- satqı müqaviləsini və işdə olan icra aktlarında onun imzası olmadığını və kim tərəfindən imzalandığını bilmədiyini göstərmişdir. Məhkəmə xətşünaslıqekspertizasının rəyi ilə iş materiallarında olan müqavilədə və icra aktlarında olan imzalar Cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən imza olunması göstərilmişdir. Cavabdeh həqiqətən də 2.20 ha sahədə əkilmiş xam pambığa görə "MKT İstehsalat Kommersiya” MMC-nin “MKT-Beyləqan” filialına 3690.41 kq, 2562.18 manat məbləğində xam pambığı təhvil verdiyini, lakin qeyd etdiyi kimi sənədlərə imza etmədiyini bildirmişdir. Həmin xüsusatla bağlı 2021 -ci ilin pambıq mövsümündə Beyləqan rayonu Bolsulu qəsəbəsi üzrə "MKT İstehsalat Kommersiya” MMC-nin "MKT-Beyləqan" filialının nümayəndəsi işləmiş X2 qardaşı Cavabdeh Bakı şəhərində yaşadığı üçün onun xahişi əsasında dolanışığına kömək etmək məqsədi ilə sözügedən torpaq sahəsini özü əkdirmiş, filialla bağlanılmış müqaviləyə qardaşı ilə aralarında olan razılığa əsasən özü imza etmiş, həmçinin pambığın əkilib- becərilməsi, kultivasiyanın, kanalın çəkilməsi və görülmüş digər aqrotexiniki qulluqlarla bağlı bütün icra aktlarına bir qardaş kımı özü imza etmişdir. Hətta 2021 -ci ilin pambıq mövsümündən əvvəlki ildə bu qaydada ona köməklik göstərdiyini və yekun olaraq 3 (üç) min manatdan artıq təmiz gəlir əldə etdiyini və həmin ildə olan sənədlərə də onun tərəfindən imza edildiyini göstərmişdir. Bu məsələ ilə bağlı qardaşı Cavabdehla söhbəti olmuş, ona nağd ödənilmiş 1007 60 manat və kart hesabına köçürülmüş təhvil verdiyi xam pambığa görə 2562,18 manat pulu geri qaytardığı təqdirdə həmin müqavilə üzrə olan borcu ödəməyi öz öhdəsinə götürəcəyini bildirmişdir Belə ki, Bilman Məmmədov həmin sahə üzrə bütün aqrotexniki tədbirlərin onun tərəfindən görüldüyünü təsdiq etmişdir. Bu səbəbdən cavabdehə verilmiş avanslardan 1007.60 manat nağd pul vəsaiti onun özündə olan fermer kartı hesabına köçürülmüş və həmin pul Cavabdeh tərəfindən nağdlaşdırılaraq götürülmüşdür. Ona görə də Cavabdeh əsas borca görə 1933 manat 60 qəpik, hesablanmış cəriməyə görə 585 manat 88 qəpik və ödənilmiş dövlət rüsumuna görə 45,20 manat olmaqla, cəmi 2564 manat 68 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı iddiası əsassızdır. Belə ki iddiaçı ilə 2021- ci il mövsümü üzrə xam pamdığın alğı-atqısı üçün 21284222 saylı müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə Beyləqan rayonunun Bolsulu qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 2,2 hektar torpaq sahəsində 2021-ci il mövsümü üzrə pambiq əkməyi və hər hektardan 25 sentner xam pambıq toplayıb iddiaçıya satmağı, iddiaçı isə təhvil aldığı məhsulun hər kiloqramına görə 75 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliyindən irəli gələn vəzifəni yerinə yetirmək məqsədi ilə iddiaçı "xxxx" ASC-nin ödəniş terminalının xidmətində olan pul kartıma 700 manat pul vəsaiti köçürmüşdür. Həmin pulun 200 manatını əkin sahəsinin suvarılmasına, 500 manatını isə pambıq şitillərinin əllə becərilməsinə xərcləmişdir. İddiaçı tərəfindən pambıq məhsulunun becərilməsi üçün ona müqavilənin şərtlərindən irəli gələn hər hansı digər vəsait verilməmiş və ya xidmət göstərilməmişdir. O, hər hansı maddi vəsaitin alınmasına və ya xidmətin göstərilməsinə dair tərtib olunmuş heç bir rəsmi sənədi imzalamamış və onun adından hansısa sənədin imzalanmasını heç kimə etibar etməmişdir. Mövsümün sonunda iddiaçının ona ödədiyi 700 manatın qarşılığında müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən sahəsindən iddiaçıya 2.562.18 manat dəyərində 3.690,41 kiloqram xam pamdıq tədarük etmişdir. Bununla da iddiaçının ona 1.862.18 manat borcu yaranmışdır. İddiaçı isə ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. iddiaçı tərəfindən onun hesabına 4495.78 manat pul vəsaiti ödənilməmişdir. Həmin vəsait onun tərəfindən qəbul edilməmiş, bu barədə heç bir sənəd tərtib olunmamışdır. O, pul vəsaitinin, digər xərclərin və ya xidmətlərin göstərilməsi ilə bağlı heç bir sənədə imza etməmiş və onun əvəzindən başqa şəxsin imza edilməsinə və ya qəbul edilməsinə etibarnamə verməmişdir. İddiaçı tərəfindən pambıq yığımı ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* №-li, xx.xx.2021-ci il tarixli, ******* №-li və xx.xx.2021 -ci il tarixli, ******* №-li iş aktlarını göstərə bilər. Həmin aktlarda onun adı, soyadı və atasının adı qarşısında açıq aydın bir birindən fərqlənən imzaların heç biri onun tərəfindən icra olunmamışdır. Xam pambığın becərilməsi üçün digər sənədlərin də eyni formada tərtib edilməsi şübhə doğurmur. Xam pambığın becərilməsi üçün ona heç bir zəruri xərc və ya xidmət göstərilməmişdir. Yalnız suvarma və pambığın əllə becərilməsi üçün 700 manat onun bank kartına vurulmuşdur ki, həmin vəsaiti də təyinatı üzrə xərcləmişdir. Həmin puldan iddiaçı tərəfindən ona verilmiş 700 (yeddi yüz) manat məbləğində avans çıxılmış, qalan 1862.18 manat pul vəsaiti ona verilməmişdir. Müqavilənin şərtlərinə görə borclu tərəf borcun ödənilməyən hisəsinin gecikdirilmiş bir günü üçün borc məbləğinin 0,1 % miqdarında cərimə ödəməlidir. İddiaçı tərəfindən ona ödəməli olan cərimənin məbləği 3668.86 manat təşkil edir. Ona görə də, iddianı rədd edilməsi, "MKT İstehsalat Kommersiya” MMC-nə ödədiyi 1.862(bir min səkkiz yüz altmış iki) manat 18 qəpik əsas borc, həmin borc icra olunmadığı üçün hesablanmış 366 (üş yüz altmış altı)manat 86 qəpik cərimə və 48(qırx səkkiz) manat 62 qəpik məbləğində ödədiyi dövlət rüsumu olmaqla, cəmin 2277 (iki min iki yüz yetmiş yeddi) manat 66 qəpik pul vəsaitin iddiaçıdan alınaraq ona qaytarılması və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(020)-183/2024 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh 1007.60 (min yeddi manat altmış qəpik) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı hesabına ödənilməsi, ödənilmiş 15.20 (on beş manat iyirmi) manat dövlət rüsumunun İddiaçınə aid edilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pulun 62.50 (altmış iki manat əlli qəpik) manatının Cavabdeh 62.50 (altmış iki manat əlli qəpik) manatının MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin hesabına köçürülməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 48.62 (qırx səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilk iddia ona olan münasibətdə audit yoxlaması keçirilmədən, maliyyə təftişi, texniki vasitələrə yazılmış naryadlar, göstərilən xidmətlər üzrə təftiş aparılmadan və kifayət qədər əsaslandırılmadan verilmiş, məhkəmə isə həmin iddianın əsaslandırılmasını tələb etməli olduğu halda onu qəbul etmiş, məhkəmə iclasında mənafeləri üst üstə düşən ilk iddiaçının və onun mənafeyindən çıxış edən Bilman Məmmədovun verdikləri izahatla kifayətlənərək ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddiamın isə sübut edilməməsi qənaətinə gələrək onun rədd edilməsi barədə qətnamə çıxarmışdır. Daha sonra 2021-ci il pambıq becərilməsi və yığımı mövsümündə "xxxx" MMC-nin “MTK-Beyləqan” filialında aqronom işləməklə onun mənafeyindən çıxış edən, şəxsi mülkiyyətində olan torpaq sahəsinə girməyə və orada hər hansı bir işi görməyə icazəsi olmayan Bilman Məmmədov məhkəmə iclasında izahat verərək etiraf etmişdir ki, ilk iddiaçı ilə onun arasında 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsini onun xəbəri olmadan o özü bağlamış, pambığın becərilməsi üçün dərman götürmüşdür. Bilman Məmmədovun göstərdiyi faktlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xəttşünaslıq ekspertizasının 01 mart 2024-cü il tarixli rəyi ilə də təsdiq edilmişdir. Belə ki, ekspertin qeyd olunan rəyində göstərilir ki, məhkəməyə təqdim edilmiş xam pambığın alqı-satqısına dair iş aktlarında onun soyadı və adı qarşısındakı “imza” qrafasında icra edilmiş imzalar onun tərəfindən deyil, başqa şəxslər tərəfindən edilmişdir. Məhkəmə bu faktı qiymətləndirərkən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruriliyini nəzərə almamış və qətnamədə onu Bilman Məmmədovun bağladığı müqavilənin iştirakçısı kimi tanımış, xampambığın əkib becərilməsi ilə məşğul olduğu və müqavilə şərtlərinə əməl etməməyi qənaətinə gələrək qarşılıqlı iddiasını əsassız iddia kimi qiymətləndirmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Bundan başqa, qətnamənin əsaslandırıcı hissəsində tərəfindən razılaşdırılmamış və imzalanmamış 21284222 saylı alqı-satqı müqaviləsinə istinad edilərək göstərilir ki, məhkəmədə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin “MTK-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21284222 saylı 2021-ci il il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2,2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 (dörd min dörd yüz doxsan beş) manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Sonra isə məhkəmə ilk iddiaçının mənafeyindən şıxış edən Bilman Məmmədovun izahatına əsaslanaraq pul kartına köçürülən məbləğin 700 (yeddi yüz) manat yox, 1.007 (bir min yeddi) manat 60 qəpik olması qənaətinə gəlmiş və ilk iddianın həmin məbləğdə təmin olunması qət edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsini də əsassız hesab edir. Belə ki, məhkəmə bu nəticəni yalnız ilk iddiaçının nümayəndəsinin izahatı ilə əsaslandırmışdır. Pul kartına köçürülən məbləğin 700 (yeddi yüz) manat olması barədə onun dediklərini isə heç bir əsas olmadan rədd etmişdir. Qətnamənin bu hissəsi barədə qeyd etmək istəyir ki, pul kartına mədaxil edilən vəsaitin 1.007 (bir min yeddi) manat 60 qəpik olmasını qəbul etsə belə, yenə ilk iddiaçının borcu qalır. Belə ki, pul kartına mədaxil edilmiş 1.007 (bir min yeddi) manat 60 qəpik pulun müqabilində o, "xxxx" MMC-nin “MTK-Beyləqan” filialına 2.562 (ikimin beş yüzaltmışiki) manat 18 qəpik dəyərində 3.690,41(üç min altı yüz doxsan) kq pambıq tədarük etmişdir. Yəni, faktiki olaraq ilk iddiaçının ona 1.554 (bir min beş yüz əlli dörd) manat 58 qəpik borcu qalmışdır. Lakin məhkəmə bu faktı nəzərə almamış və ondan 1.007 (bir min yeddi) manat 60 qəpik əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarmışdır. X4 ilk iddiaçının mənafeyindən çıxış etdiyindən ona şəxsi mülkiyyətində olan pay torpağına girməyə və orada hər hansı bir işi görməyə icazə verməmişdir. Bilman Məmmədov məhkəmə iclasında etiraf etmişdir ki, ilk iddiaçı ilə onun arasında 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsi onun xəbəri olmadan o özü bağlamış, pambığın becərilməsi üşün dərman götürmüşdür. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən “Yazılı əqd onun məzmununu ifadəedən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır”. Məhkəmə qətaməsi onun tərəfindən razılaşdırılmamış razılaşdırılmamış və imzalanmamış 21284222 saylı alqı-satqı müqaviləsinə əsaslanaraq çıxarılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilkin iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMC-nin "MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 222 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2,2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinə görə, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.2 bəndinə görə cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 585 manat 88 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş cərimə məbləğinin hesablanması barədə maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "MKT İstehsalat Kommersiya” MMC-yə xx.xx.2022- ci il tarixinə 1933,60 manat əsas, 585,88 manat cərimə borcu vardır. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 3690,41 kq, 2562 manat 18 qəpik dəyərində xam- pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da İddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1933 manat 60 əsas borcu yaranmışdır. İş materiallarna əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh 10 gün müddətində borcunu cəmiyyətə ödəməsi xahiş olunmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddiaçıdan 700 manatdan artıq pul vəsaiti almadığını, həmçinin mülkiyyətində olan torpaq sahəsinə hər hansı xidmət göstərilmədiyini, 700 manatdan artıq pulun ayrılması və ya xidmətin göstərilməsi barədə hər hansı sənəd tərtib olunubsa bunun saxta olmasını, bunlardan xəbərinnin olmadığını, iddiaçı tərəfindən pambıq yığımı ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* №-li, xx.xx.2021-ci il tarixli, ******* №-li və xx.xx.2021-ci il trarixli, ******* №-li iş aktlarında "Cavabdeh” adı, soyadı və ata adı qarşısında icra edilən imzanın ona məxsus olmadığını, bunun müəyyən olunması və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş digər aktlarda, qaimələrdə, orderlərdə və digər sənədlərdə icra olunmuş imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmənin 29 dekabr 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 Mrt 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 9-10-cu vərəqlərində olan 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 12 dekabr 2020-ci il tarixli 21 284 222 nömrəli müqavilənin kserosurətinin 2-ci vərəqində "Satıcı Cavabdeh” yazılar hissəsindən aşağıda yerləşən "(imza)” qrafasında əks olunmuş imza, 42- 44-cü vərəqlərində olan 24 oktyabr 2021-ci il tarixli № 8 564 525 nömrəli, 9 noyabr 2021 -ci il tarixli № 8565 070 nömrəli, 22 noyabr 2021 -ci il tarixli № 8 565 717 nömrəli xam-pambığın alqı-satqısına dair iş aktlarında "Fermer Cavabdeh” yazıları qarşısındakı "imza” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 11-12-ci vərəqlərində olan 2021 -ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 12 dekabr 2020-ci il tarixli 21 284 222 nömrəli müqaviləyə əlavə "Qiymətlərin razılaşdırma protokolu”nun kserosurətinin 2-ci vərəqində "Satıcı Cavabdeh” yazılar hissəsindən aşağıda yerləşən "(imza)” qrafasında əks olunmuş imzanın-tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin "MKT- Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 21 284 222 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2.2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 4495 manat 78 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İddiaçının nümayəndəsi izahatında cavabdehə verilmiş avanslardan 1007.60 manat nağd pul vəsaiti onun özündə olan fermer kartı hesabına köçürüldüyünü və həmin pulun Cavabdeh tərəfindən nağdlaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında ifadə verən cavabdehin qardaşı X2 müqaviləyə qardaşı Elxanın əvəzinə imza etdiyini və dərman götürdüyünü, iddiaçı tərəfindən subsidiya, alaq, su, icarə pulu vurulduğunu və iddiaçı təşkilat tərəfindən bir dəfə gəlib aparatla pambığa dərman vurulduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia 1007.60 manat hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və sonda işin faktiki halları üzrə doğru qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ona münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaçıya münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Qarşılıqlı iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etsə də, buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən (10 000 manatdan) az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(020)-183/2024 saylı qətnaməsi ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1458/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1458/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver