Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-148/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), X6 və Fikrət Cilingir oğlu Hüseynovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs X3 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində təsdiq edilmiş (4Ə-255), 20 aprel 2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcılar- X1 Fəxriyyə Həzərxan qızı, paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişlər. ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanında 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271,2 kv.m olan fərdi yaşayış evini satıcılar olan X7 və Cavabdeh2 (notariusda onların təmsilçiliyini etibarnamələr əsasında X22 həyata keçirmişdir) 31040 (otuz bir min qırx) manata almışdır. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********88-10301 reyestr nömrəli, inventar nömrəsi 4289 olan "Texniki pasport” verilmişdir. Bundan sonra ona həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət kimi çıxarış verilmişdir. Fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığorta edilmiş və fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli, BB seriyalı, 660357 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi verilmişdir. Hazırda cavabdehlǝr ona məxsus olan fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, cavabdehlər ona məxsus evdən çıxmamışlar. Masallı rayon Polis Şöbəsinə müraciət edilmişdir. Masallı rayon X16 Bölməsi tərəfindən "Cinayət işinin başlanmasının rədd edilmasi haqqında" xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli evdə anadan olmuşdur, həmin ev ata mülkidir, qardaşı həmin evi onlardan xəbərsiz satmışdır, həmin evdən çıxmaq fikri yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahatında iddianı qəbul etməmiş, əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, əri Həsən onların yaşadığı evi və həyəti onlardan xəbərsiz və aldatma yolu ilə iddiaçıya satmışdır, mübahisəli ev onlara məxsusdur və həmin evdən çıxmayacaqdır. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla İddiaçı məxsus ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən mübahisə predmeti olan evin dəqiq olaraq hansı ünvanda yerləşməsini, alqı-satqı predmeti olmuş evin hazırkı mübahisə predmeti olan evlə eynilik təşkil edib-etməməsini araşdırmamışdır. Belə ki, sənədlərdən də görünür ki, iddiaçı ərizəsində cavabdehlərin ünvanlarını müvafiq olaraq Masallı şəhəri, Digah küçəsi, ev 03 (Cavabdeh1) və Masallı şəhəri, Ə.Əliyev küçəsi, ev 27 (Cavabdeh2) göstərmiş, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndə alqı-satqı predmetinin ünvanı ünvan 1 olaraq qeyd edilmiş, satıcı X3 adına olan (payçılar X7 və Cavabdeh2) qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlıakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin ünvanı ünvan 4ərinin müəyyənləşdirilməsinə dair 02/3628 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda ünvan Masallı şəhəri, Digah küçəsi, ev 61 olaraq qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, reyest nömrəsi **********88-10301 olan fərdi yaşayış evinə məxsus Texniki Pasportda (hüquq sübyektləri: X8, X21, X7 və Cavabdeh2) ünvan Masallı şəhəri, Digah küçəsi, ev 61 olaraq qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, reyest nömrəsi **********88- 10301 olan fərdi yaşayış evinə məxsus texniki pasportda isə (hüquq sübyekti: İddiaçı) ünvan ünvan 7zrə araşdırma apararkən etirazının əsası kimi istinad etdiyi hallarla, dəlil və sübutlarla bağlı mövqeyində obyektiv və ədalətli olmamış, yalnız özünun “mütləq mövqeyini” ortaya qoymaqla yekun qənaətini formalaşdırmışdır. Halbuki, izahatında bildirmişdir ki, o, Masallı şəhər sakinidir və Masallı şəhəri, Digah küçəsi, ev 61 qeydiyyatda olmaqla həyat yoldaşı və uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin sağlığında onlar ailəlikcə dörd nəfər (ata, ana, o və qardaşı X7) həmin ünvanda yaşamışlar. Yaşadığı ev atasına məxsus 0.06 ha həyətyanı torpaq sahəsində 1973-cü ildə inşa edilmiş iki mərtəbəli ev olmuşdur. İzahatlar Apellyasiya baxışında Cavabdeh1 əvvəlki izahatlarını təsdiq etdiyini bildirmiş, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2 apellyasiya şikayətini əsaslı sayaraq onun təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, iddianın təmin edilməsi barədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, bildirmişdir ki, alqısatqı müqaviləsi vaxtilə mübahisələndirilib və məhkəmə tərəfindən mümkünsüz hesab edilmişdir. Həmin müqavilə heç bir orqan və ya məhkəmə tərəfindən ləğv edilməmişdir. Hazırda həmin müqavilə qüvvədədir. İş üzrə sübutlardan biri də ekspert rəyidir. Ekspert də sözügedən məsələyə öz münasibətini bildirmişdir. Cavabdehlər bildirirlər ki, həmin ev fərqlidir, lakin bu fikir birinci instansiya məhkəməsində səsləndirilməmişdir, görünür ki, bu da işin lüzumsuz yerə uzadılmasına gətirib çıxarır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsaslıdır apellyasiya şikayəti formal xarakterlidir. Üçüncü şəxs X7 apellyasiya şikayətini əsaslı sayaraq onun təmin edilməsini, qətnamənin ləğv edilməsini iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, sənəd çıxarmaq üçün 3000 manat pul vermişdir. İddiaçı onların iştirakı olmadan öz adına sənəd çıxarmışdır. Köhnə ev Digah küçəsi, 3 ünvanıdır, həmin ev 06 sotun üzərindədir, onların evdə yaşayış hüququ var və o həmin köhnə evdə yaşayır. Sözügedən təzə evin onlara aidiyyətı yoxdur. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni Cavabdeh1 mübahisələndirmişdir. Kollegiya işə cavadeh Cavabdeh1 apellyasiya şikayəti həddində baxır. İşin faktiki halları Masallı şəhəri, Digah küçəsi, ev 61 ünvanında 0.06 ha torpaq sahəsi və onun üzərindəki 271.2 kv.m. sahəsi olan fərdi yaşayış evi əvvəllər X4, X9, X3 və Cavabdeh2 ümumi mülkiyyətində olmuş, əvvəlincilərin vəfatından sonra torpaq sahəsi və yaşayış evi X7 və Cavabdeh2 paylı mülkiyyətinə keçmişdir. AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərindəki 271.2 kv.m. sahəsi olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən X3 ¾ hissədə və Cavabdeh2 ¼ hissədə payları olmaqla paylı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 20 aprel 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X7 və Cavabdeh2 0.06 ha torpaq sahəsini və ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verirlər. Sözügedən əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, hazırda Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanı üzrə 0.06 ha torpaq sahəsi və onun üzərindəki 271.2 kv.m. sahəsi olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Hazırki tələbində iddiaçı öz mülkiyyətində olan torpaq sahəsi və yaşayış evindən cavabdehlərin çıxarılmasını xahiş etmişdir İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün mübahisə edilən əmlak iddiaçının mülkiyyətində olmalı, həmin daşınmaz əmlak sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər torpaq sahəsini verməkdən imtina etməlidirlər. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi üçün lazımi şərtlər ödənilir. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində alqı-satqı predmeti kimi ünvan 1 olaraq, satıcı X3 adına olan çıxarışda isə fərdi yaşayış evinin ünvanı ünvan 8 dəyərinin müəyyənləşdirilməsinə dair arayışda ünvan ünvan 9 Masallı şəhəri, Digah küçəsi, ev 61 olaraq qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda isə (hüquq sübyekti: İddiaçı) ünvan ünvan 10 araşdırmamışdır. Masallı şəhəri Salatın Əsgərova küçəsi ev 3a, ünvan 11 ünvan və ya fərqli ünvan olubolmamasını müəyyən etmək üçün müvafiq sorğular edilmişdir. Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixli, 5-66-1/2-344/2024 nömrəli məktubunda bildirmişdir ki, Masallı şəhəri Salatın Əsgərova küçəsi ev 3a, ünvan 11 ünvan olmasını müəyyən etmək mümkün olmamışdır. Məktubda qeyd edilmişdir ki, həmin ünvanda hazırda iki fərdi yaşayış evi vardır: bir ev təmirsiz olmaqla hazırda yaşayış yoxdur, digər evdə ünvan 14 ünvanında qeydiyyatda olan X7 1970-ci ildən, Digah küçəsi ev 27 ünvanında qeydiyyatda olan Cavabdeh2 1991-ci ildən, Digah küçəsi ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 1967-ci ildən, Bakı şəhərində qeydiyyatda olan X18 1988-ci ildən və Digah küçəsi ev 3 ünvanında qeydiyyatda olan X12 1991-ci ildən yaşayırlar. Vətəndaşların bildirdiklərinə görə onların hazırda yaşadığı evin ünvanı Digah küçəsi ev 3-dür. Nümayəndəlikdə olan məlumata görə həmin küçə hazırda şəhid Cavad İbadov (keçmiş Digah) küçəsinin 1-ci döngəsi kimi göstərilir. Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən Cavabdeh1 verilmiş 2279 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən 1967-ci ildən Masallı şəhəri Cavad İbadov (keçmiş Digah küçəsi ev 3) ünvanında yaşayır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-5542/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli məlumatların təqdim edilməsi barədə məktubundan görünür ki, ünvan 1 və Masallı şəhəri, Digah küçəsi, ev 61 ünvanlar baza məlumatlarına əsasən eyni əmlaka aiddir. ünvan 17 ünvanlarla eyni deyil. İş üzrə mübahisənin düzgün həlli üçün Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanının- 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərindəki 271.2 kv.m. sahəsi olan fərdi yaşayış evinin və Masallı şəhəri, Digah küçəsi, ev 03 ünvanının koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi və Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evinin, İddiaçı məxsus Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanı üzrə fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinin ərazisində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsaslanan Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1065 saylı tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1550/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialında **********88-10301 reyestr nömrəli Çıxarışın xx.xx.2022-ci il tarixli 4269 İnventar nömrəli Texniki Pasportuna əsasən ünvan 19 ünvanında yerləşən İddiaçı mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində tikilialtı torpaq sahəsi 271.2 kv.m olan fərdi yaşayış evinin, Masallı rayonu Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsinə əsasən JN 777A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tikilialtı torpaq sahəsi 236,44 kv.metr olan fərdi yaşayış evinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1550/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizamı adına təsərrüfatın kompleks yerquruluşu layihəsinə görə JN 777A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 Məmmədhüseyn oğluna və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tikilialtı torpaq sahəsi 238,44 kv.metr olan fərdi yaşayış evi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında **********88-10301 reyestr nömrəli Çıxarışın xx.xx.2022-ci il tarixli 4289 İnventar nömrəli Texniki Pasportuna əsasən ünvan 20 ünvanında yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Kollegiya ekspert rəyində əksini tapmış məlumatları sübut olaraq qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, ünvan 1 və Masallı şəhəri, Digah küçəsi, ev 61 ünvanlar baza məlumatlarına əsasən eyni əmlakdır. Həmin əmlak iddiaçının mülkiyyətindədir. İzahatlardan və Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 1967-ci ildən ünvan 21 ünvanda qeydiyyatdadır. Ekspert rəyi ilə müəyyən edilir ki, kompleks yerquruluşu layihəsinə əsasən JN 777A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 236,44 kv.metr olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan əmlaka aidiyyəti yoxdur. Bundan başqa, təqdim edilmiş sənədlərdən o da görünür ki, Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin etirazı əsassızdır; iddiaçıya məxsus əmlak üzərində Cavabdeh1 sahibliyi qanunsuzdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Ekspertiza xərcinə görə Cavabdeh1 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(050)-46/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinə görə Cavabdeh1 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-148/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-148/2025
17.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver