Məhkəmə qərarları › İş №2(106)-1497/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1497/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1497/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Lənkəran rayon 1 saylı Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh2, X5, İddiaçı2 və X6 mülkiyyətinə 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli Dövlət Aktı verilmişdir. 0,43 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçmiş, onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsini, satıcı qismində digər mülkiyyətçilərin adından verilmiş etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Lənkəran rayon 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsini xahiş etmişlər. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Vilvan kəndində yerləşən torpaq sahəsini qardaşı olan Cavabdeh2 ilə aralarında razılaşaraq, faktiki olaraq almışdır. O, torpaq sahəsini almaqdan ötrü qardaşına pul ödəmişdir, həmin əmlak ona verilməli idi. Lakin sonra torpaq sahəsi ilə bağlı mülkiyyət sənədlərini rəsmiləşdirmək istədiyi zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsi ondan başqa da kiməsə satılmışdır. Digər İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Lənkəran rayonu, Vilvan kəndi ərazisində 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, X3, X7 və onun birgə mülkiyyətlərində olmuşdur. Onun məlumatı və razılığı olmadan həmin torpaq sahəsi Cavabdeh3 satılmışdır. Belə ki, 09 sentyabr 2015-ci il tarixdə Cavabdeh2, X9, X8 ilə Cavabdeh3 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsini satanların sırasında onun da adı qeyd edilmişdir. Onun əvəzinə həmin müqaviləyə, güya onun verdiyi etibarnamə əsasında atası Cavabdeh2 imza atmışdır. Lakin o, heç bir etibarnamə verməmiş, müqavilədə qeyd olunan etibarnamə isə tamamilə saxtalaşdırılaraq onun adının qeyd edildiyi bir etibarnamədir. Sözügedən etibarnamənin dublikatını notariusdan alaraq iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edir. Etibarnamənin verildiyi tarixdə onun ümumiyyətlə pasportu belə olmamışdır. O, Rusiya Federasiyasında pasportu 2016-cı ildə almışdır. Pasportun alınması ilə bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Kurqan şəhəri bölünməsi tərəfindən verilmiş arayışı da iddia ərizəsinə qoşma olaraq əlavə edir. Həmin arayışdan da görünür ki, o, pasportu xx.xx.2016-cı ildə Rusiya Federasiyasının vətəndaşı olaraq əldə etmişdir. Bundan əlavə Kurqan vilayətinin notariusundan əldə etdiyi çıxarışdan da görünür ki, sözügedən etibarnamə X10 və X8 tərəfindən verilmişdir. Həmin etibarnamənin əslində onun adı qeyd edilməmişdir. Sözügedən Lənkəran rayonu, Vilvan kəndində yerləşən torpaq sahəsini hələ bir neçə il bundan əvvəl atası tərəfindən faktiki olaraq əmisi İddiaçı1 satılmışdır və bunun müqabilində ondan pul almışdır. Buna baxmayaraq həmin alqı-satqını rəsmiləşdirməmiş və torpaq sahəsini yenidən Cavabdeh3 adlı şəxsə notarial qaydada, alqı-satqı müqaviləsi əsasında satmışdır. Hesab edir ki, onun adından saxtalaşdırılmış etibarnamə əsasında torpaq sahəsinin satılması qanunsuz olmuşdur. İddiaçı2 nümayəndəsi Vəkil və İddiaçı1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı2 atası İltimat ilə torpağın alqı-satqısını rəsmiləşdirərkən həmin torpaq sahəsində İddiaçı2 da payının olduğunu bilmişdir. Lakin Raqib atasının ünvanına etibarnamə göndərərək səlahiyyətlərini atasına həvalə etmiş, sonuncu da həmin səlahiyyətlərdən istifadə edərək notariat kontorunda mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə, rəsmi olaraq ona satmışdır. Alqı-satqını rəsmiləşdirdikləri zaman Raqibin atasının Raqibin adından istifadə etdiyi etibarnamənin saxta olmasından və torpaqdakı payının satılmasına Raqibin razılığının olmamasından xəbəri olmamışdır. Xəbəri olsaydı həmin torpaq sahəsini almazdı. Birinci instansiya məhkəməsində digər cavabdeh - Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 2023-cü ilin avqust ayında İddiaçı2 notariusa müraciət edərək bildirmişdir ki, onun da payı olan torpaq sahəsi onun buna razılığı olmadan özgəninkiləşdirilmişdir. Bundan sonra, onun vəkili Notariat ofisinə yaxınlaşıb sənədlərlə tanış olduqdan sonra, məlum olmuşdur ki, İddiaçı2 adından verilmiş etibarnamə Raqib tərəfindən imzalanmamışdır. Notariat ofisi alqı-satqını rəsmiləşdirdiyi zaman qanun pozuntusuna yol verməmişdir. Belə ki, etibarnamənin kserosurəti dövlət rabitə orqanı olan poçt vasitəsilə göndərildiyindən, onun həqiqiliyi notariat ofisində şübhə yaratmamış, bu səbəbdən həmin kserosurət əsasında alqı-satqı rəsmiləşdirilmişdir. Alqı-satqının məbləği kiçik olduğundan torpaq sahəsinə görə ödənilən pul notariusun depozitinə yerləşdirilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Qasımov) 29 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Lənkəran rayon 1 saylı Notariat ofisinə qarşı xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsinə dair tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əyər o, mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdirsə, nəyə görə indi gəlib, onun mübahisələndirirdi. İddiaçının şikayətinə görə, məhkəmə onun təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş və hazırki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinin tələblərini tətbiq edərək iş üzrə cavabdehi vicdanlı əldə edən kimi sayaraq onun iddia tələbini rədd etmişdir. Mübahisə daşınmaz əmlakdan getdiyi halda, məhkəmə daşınar əmlaklara mülkiyyət hüququnun əldə edilməsinin əsaslarına istinad etmiş və mülki hüquq normasını düzgün tətbiq etməmişdir. Şikayətə görə, məhkəmə qanunvericiliyin prosesual hüquq normasının tələbini də pozmuşdur. Belə ki, hazırki iş üzrə iddiaçı tərəf olaraq alqı-satqı müqaviləsinin saxta etibarnamə əsasında həyata keçirildiyini məhkəmədə sübut etsə də məhkəmə iddia tələbini təmin etməmişdir. Əsas kimi də qeyd etmişdir ki, guya cavabdeh tərəfin həmin etibarnamənin saxta olmasını bilməmişdir və onun tərəfindən paylı mülkiyyətində olan qeyd olunan torpaq sahəsinin satılmasından iddiaçının məlumatı olmamasında xəbəri olmamışdır. Necə olur ki, məhkəmə etibarnamənin saxta olmasını ekspertiza keçirmədən müəyyən edir, lakin həmin etibarnamənin saxta olub-olmamasını müəyyən etmək vəzifəsini daşıyan notarius isə bunu yoxlayıb müəyyən etməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı Məmmədov X2 halda alqısatqı olunub, həmin şəxsin şəxsiyyət vəsiqəsi və ya Rusiyada yaşasa da pasportu olmayıb. 2015-ci ildə Pasport və ya şəxsiyyət vəsiqəsi olmadan Lənkəran rayon Notariat kontorunda alqı-satqı muqaviləsinin imzalanması həyata keçirilib, həmin dövrdə isə ümumiyyətlə İddiaçı2 Azərbaycana gəlməyib. Əvvəlki apellyasiya baxışında iştirak edən Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı1, cavabdehlər X14, Cavabdeh3, üçüncü şəxslər- X13, X16, X11 və X15 apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni İddiaçı2 mübahisələdirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxmışdır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh2, X5, İddiaçı2 və X6 mülkiyyətinə 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli Dövlət Aktı verilmişdir. 0,43 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçmiş, onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsini, satıcı qismində digər mülkiyyətçilərin adından verilmiş etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. İş materiallarında olan Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş ** AA ***3772 nömrəli etibarnamədən görünür ki, X15 və X8 Azərbaycan Respublikası, Lənkəran rayonu Vilvan kəndində yerləşən və onların mülkiyyətlərində olan pay torpaq sahəsinə dair idarə etməyi, istifadə etməyi və üzərində sərəncam verməyi Cavabdeh2 etibar etmişlər. İş materiallarında olan Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş ** AA ***3772 nömrəli etibarnamənin kserosurətinə görə, İddiaçı2, X15 və X8 Azərbaycan Respublikası, Lənkəran rayonu Vilvan kəndində yerləşən və onların mülkiyyətlərində olan bərabər pay torpaq sahəsinə dair idarə etməyi, istifadə etməyi və üzərində sərəncam verməyi Cavabdeh2 etibar etmişlər. İddiaçılar xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçıların tələbinə ayrı-ayrılıqda qiymət vermişdir. Məhkəmə İddiaçı1 iddiası ilə bağlı hesab etmişdir ki, onun heç vaxt mülkiyyətində olmayan torpaq sahəsinin alıqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Buna görə də iddia, İddiaçı1 tələbi üzrə təmin edilməməlidir. İddiaçı2 iddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması və həmin alqı-satqıdan sonra aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, alıcı vicdanlı alıcıdır. İddiaçı2 ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia vermək hüququ vardır. Kollegiya məhkəmənin mövqeyi ilə mahiyyətcə razılaşır. İddiaçı2 tələbini onunla əsaslandırır ki, mülkiyyətçi olaraq, torpağın alğı-satqısı müqaviləsini, alqı-satqının həyata keçirilməsinə dair etibarnaməni imzalamamışdır, yaxud buna razılıq verməmişdir. Yəni ümumi mülkiyyətdə olan torpağa dair onun razılığı (imzası) olmadan sərəncam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İddiaçı2 etibarnamə üzrə nümayəndəsi R.X1, alqı-satqı müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirmişdir. Belə ki, sözügedən torpaq sahəsinin alqı-satqısına dair müqavilə xx.xx.2015-ci il tarixdə imzalanmış, İddiaçı2 isə Rusiya Federsiyasının vətəndaşlığını xx.xx.2016-cı il tarixdə əldə etmişdir. Sözügedən torpaq sahəsinə dair sərəncam verilməsindən İddiaçı2 məlumatlı olubolmamasını müəyyən etmək məqsədilə onun Rusiya Federsiyasının vətəndaşlığını qəbul edənə qədər, ondan sonra, o cümlədən mübahisəli alqı-satqı müaviləsi bağlanan ərəfədə və ondan sonra Azərbaycanda olması, Azərbaycanın sərhədini keçməsi barədə cavabdeh tərəf sübut təqdim etmək imkanında olmamış, eləcə də digər yolla məlumat əldə etmək mümkün olmamışdır. Təklif edilsə də iddiaçı tərəf zəruri sübutu- Rusiya Federsiyası vətəndaşlığından əvvəlki dövr üçün şəxsiyyətini təsdiq edən sənədi, eləcə də sərhədi keçərkən lazım olan qeydin edildiyi ümumivətəndaş pasportunu, bu barədə məlumatları məhkəməyə təqdim etməmiş, Rusiya vətəndaşlığını qəbul edənə qədər və ondan sonra- 9 il ərzində torpaq sahəsinin kimin istifasində olmasından xəbərdar olması ilə bağlı hər-hansı məlumat verməmişdir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, ümumi mülkiyyətdə olan əmlak üzrə sərəncam verilməsinə dair əqdi birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan digər birgə mülkiyyətçilərdən birinin bağlaması etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin sözügedən alqı-satqı müqaviləsindən sonra uzun müddət vaxt keçmiş, torpaq sahəsi mülki dövriyyənin ayrı-ayrı iştirakçıları arasında alqı-satqı obyekti olmuşdur. Hazırda torpaq sahəsi cavabdehin sahibliyində deyil. Ona görə mübahisəli əqd üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması da mümkün deyil. Müəyyən edilir ki, mübahisəli alqı-satqı müqaviləsindən sonra torpaq sahəsinə dair ayrı-ayrı şəxslərlə alqı-satqı müqavilələri bağlanmışdır:

1. Cavabdeh3 ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin 0,24 ha hissəsi sonuncunun mülkiyyətinə verilmiş, həmin sahəyə dair onun mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, onun adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir.

2. Cavabdeh3 ilə və X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin 0,19 ha hissəsi sonuncunun mülkiyyətinə verilmiş, həmin sahəyə dair onun mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış, onun adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. X13 və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Kollegiya hesab edir ki, sonuncu mülkiyyətçilər vicdanlı alıcıdırlar. Sonuncu əqdlərin etibarsızlığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunun tələbinə görə, əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Mübahisəli alqı-satqı zamanı əvvəlinci mülkiyyətçinin kim olduğu sonuncu alıcılara məlum olmamışdır, sonuncu alıcılar torpaq sahəsinin mülkiyyətçisi kimi Cavabdeh3 tanımışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı). Belə halda Kollegiya hesab edir ki, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Hazırki iddianın təmin edilməməsi, iddiaçının dəymiş zərərin əvəzini tələb etmək hüququnu istisna etmir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyətcə doğru qənaətə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

qətetdi:

İddiaçılar İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(049)-940/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar