Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1504/2023 12.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Sulidddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Pal-Food” MMC-yə qarşı «3900 manat əmək haqqı borcunun, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun cavabdehdən alınması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(049)-1190/2023 saylı qətnaməsindən (hakim N.Ağabəyov) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Pal-Food” MMC tərəfindən əmək haqqı borcunun və məcburi boşdayanma vaxtı üçün 6400 manat vəzifə maaşının və eləcə də ona dəymiş 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, ümumilikdə 11400 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ilin may ayının 20-də "Pal - Food” MMC-də müqavilə əsasında əmək fəaliyyətinə başlamışdır. 2019-cu ilin dekabr ayına qədər işlədiyi müddət ərzində əmək haqqını almışdır. Lakin 2019-cu ilin dekabr ayından sonra işə götürənlə aralarında mübahisələri başlamışdır. Belə ki, onun 2017-ci ildən 2019-cu ilədək ümumilikdə beş aylıq əmək haqqı kəsilib. Bununla bağlı aralarında mübahisələr yaranıb. Bundan sonra yəni 2020-ci ildən sonra ona maaaşını ödəməyib. 2020-ci il tarixdən 2022-ci ilin aprel ayınadək olan dövrdə o, "Pal - Food” MMC-nin əməkdaşı olsa da, ona əmək haqqı ödənilməmişdir, müxtəlif bəhanələrlə aldanılmışdır. Nəhayət o, müvafiq qurumlara 2022-ci ildə etdiyi müraciətlərlə əlaqədar işdən azad olunmuşdur. Halbuki, o, dövlətə və vətənə etdiyi xidmətlərə görə bu münasibətə layiq deyil. O, Qarabağ müharibəsi əlili olduğunu dediyi zaman ona verilən cavab belə olub ki, sənin kimi adam bizim işimizə yaramır. O, dəfələrlə onlara müraciət etsə də heç bir faydası olmayıb, buna görə də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə müraciət edib. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən müəyyən edilib ki, "Pal - Food” MMC tərəfindən qanunsuzluğa yol verilmişdir. Tərəfindən Müfəttişliyə təqdim edilmiş AzərTürk Bank ASC- nin Müştəri Xidmətləri Mərkəzi tərəfindən verilmiş hesabdan çıxarışa əsasən müəyyən olunub ki, o, xx.xx.2019-cu ilədək əmək haqqı almışdır. Bununla da sübuta yetirilib ki, o, 2020-ci ildə və ondan sonrakı dövrlərdə əmək haqqı almamışdır. Həmin həsabdan çıxarışı da sübut qismində iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən araşdırma aparılarkən DƏMX-nin Lənkəran - Astara regional şöbəsinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli göstəriş xarakterli məktubu ilə "Pal - Food” MMC-nin rəhbərliyinə tövsiyyə edilmişdir ki, əmək haqqı borcu və məcburi boşdayanma vaxtı üçün vəzifə maaşının üçdə iki hissəsindən az olmayaraq haqqın hesablanıb ödənilməsi təmin edilsin. Lakin həmin tədbirlər də heç bir müsbət nəticə verməmişdir. Nəhayət o, işin könüllü qaydada həlli naminə mediasiyaya da müraciət edib, lakin yenə də müsbət nəticə əldə edə bilməyib. Məhz bu səbəbdən də Lənkəran 1 X4 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edir. Çox təəssüf ki, məhkəməyə qədər etdiyi bütün tədbirlər və səylər nəticəsiz qalmışdır. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsində İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən ona olan əmək haqqı borcundan 2500 manat pulun ödənildiyini bildirmiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 3900 manat əmək haqqı borcunun, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC məhkəməyə məktub ünvanlayaraq, İddiaçı bir gün də olsun işə gələrək əmək fəaliyyəti ilə məşğul olmadığını, qeyd olunan müəssisənin rəhbərliyi iddiaçının Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq ona maddi köməklik məqsədi ilə onunla əmək müqaviləsi bağladığını, əmək funksiyalarını icra etmədiyinə baxmayaraq hər ay əmək haqqının ona ödənildiyini, bir müddət sonra MMC-nin fəaliyyətində yaranan çətinliklərə baxmayaraq onun əmək haqqının ona ödənilməsinin davam etdirildiyini, belə ki, MMC-nin bank hesablarında sərəncam olduğundan ona ödənilməli əmək haqqı MMC-nin hesabından deyil, rəhbərliyin göstərişi ilə "card to card" metodu ilə onun kartına köçürülmə şəkilində edildiyini, lakin daha sonra qeyd olunan formada ("yardımın") əmək haqqının ödənişinin davam etdirilməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə 2022-ci ilin aprel ayında xitam verildiyini bildirilmişdir. İş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(049)-1190/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "Pal-Food” MMC-dən 3900 manat əmək haqqı borcunun, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumunun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun, ümumilikdə 4050 manat pulun tutularaq İddiaçı ödənilməsi, cavabdeh "Pal-Food” MMC-dən 59 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermələrinə baxmayaraq, məhkəmə ümumiyyətlə sənədlər sadaladığı zaman ərizə barədə heç nə yazmır. Eyni zamanda iddia müddəti nə üçün tətbiq etmədiyini də əsaslandırmır. Məhkəmə özü qətnamədə qeyd edir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövrlərdə ödənilməyən 5 aylıq əmək haqqının (1000 manat) və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ödənilməyən əmək haqqının (2.900 manat) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi işçi 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, o, hər ay əmək haqqını “almadığı” gün hüququnun pozulduğunu bilmişdir. Qeyd olunan tarixlərdən də bir il artıq keçmişdir. Ona görə də iddia tamamilə təmin edilməməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, İ Qarabağ müharibəsi veteranıdır. Ayaqlarından yaralandığına görə yeriməkdə çətinlik çəkir. Himayəsində əlil uşağı vardır. O, cavabdeh olan təşkilatda 2011-ci ildən karopka düzəldən işləmişdir. 2022-ci ildə onu işdən azad etmişlər. Cavabdehin nümyəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı izahatını təqdim etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında qeyd edilmişdir ki, İddiaçı bir gün də olsun işə gələrək əmək fəaliyyəti ilə məşğul olmamışdır. Qeyd olunan müəssisənin rəhbərliyi iddiaçının Qarabağ müharibə veteranı olmasını nəzərə alaraq ona maddi kömək məqsədi ilə onunla əmək müqaviləsi bağlamış, əmək funksiyalarını icra etmədiyinə baxmayaraq hər ay əmək haqqı ona ödənilmişdir. Bir müddət sonra MMC-nin fəaliyyətində yaranan çətinliklərə baxmayaraq onun əmək haqqı ona ödənilməyə davam etmişdir. Belə ki, MMC-nin bank hesablarında sərəncam olduğundan ona ödənilməli əmək haqqı MMCnin hesabında deyil, rəhbərliyin göstərişi ilə “card to card” metodu ilə onun kartına köçürülmə şəklində edilmişdir. Lakin daha sonra qeyd olunan formada (“yardımın”) əmək haqqının ödənişinin davam etdirilməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə 2022-ci ilin aprel ayında xitam verilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən tərəflərindən məhkəməyə vəsatət verilərək İddiaçı bank kart hesabları barədə banklara sorğu verilməsini və qeyd olunan hesablara dair bank çıxarışlarının əldə edilməsini xahiş etmişlər. Lakin məhkəmə yalnız şəxsin əmək haqqı aldığı kart üzrə məlumatlar üçün sorğu vermişdir. MMC-nin bütün hesablarına uzun müddətdir ki, sərəncam olduğundan onlar ödənişi onun həmin kartı üzrə edə bilmirdilər. Ödənişlər onun müxtəlif banklarda olan hesablarına köçürülmüşdür. Hətta vəsatətdə sonuncu ödənişlərin Azərbaycan Beynəlxalq Bankının kart hesabı olduğundan, digər ödənişlərin də həmin hesaba köçürüldüyünün güman etdiklərini bildirsələr də, məhkəmə bu məsələni araşdırmamışdır. Vəsatətə qoşma şəkilində bəzi ayların ödənişini əlavə etmişlər. Qəbzlərdən aydın olur ki, onun Azərbaycan Beynəlxalq Bankında olan kart hesabına 250 manat dövrü ödənişlər edilmişdir. Lakin bütün ödənişlərin qəbzlərini əlavə etmək imkanları xaricindədir. Əgər qeyd olunan məlumatlar bankdan əldə edilərsə bu zaman iddianın əsasız olması təsdiqini tapacaqdır. Ən azından hazırda iddiaçı iddia edir ki, 2019-cu ildən sonra əmək haqqını almamışdır. Qəbzlərdən isə aydın olur ki, 2022-ci il may, iyun, avqust və dekabr aylarlında onun karta 250 manat olmaqla 1000 manat pul köçürülmüşdür. Eyni zamanda onlar məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişlər. Ərizə vəkil müraciəti ilə birlikdə verilmişdir. Lakin məhkəmə ümumiyyətlə qətnamədə bu barədə heç nə yazmamışdır. Halbuki, şəxs 2022-ci ildə işdən çıxarılmışdır. Bununla bağlı sənəd birinci instansiya məhkəməsinə verilmişdir. İddia isə 2023-cü il tarixdə qaldırılmışdır. Sonuncu ayların ödənişi onun kartına köçürülmüş, əvvəlki aylar üzrə isə iddia müddəti ötmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq bu günə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabbdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin həmin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ...
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin verdiyi apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC İddiaçı ilə aylıq əmək haqqı 200 manat təşkil etməklə əmək müqaviləsi bağlayaraq iddiaçını fəhlə kimi işə qəbul etmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı "Pal-Food” MMC-nin 06 aprel 2022-ci il tarixli, FC 060622 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” bəndi ilə işdən azad edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş "Azər-Türk Bank” ASC tərəfindən İddiaçı verilmiş debit kartın surətindən görünür ki, "Azər- Türk” Bank ASC tərəfindən İddiaçı verilmiş debit kartın son istifadə tarixi 2021-ci ilin mart ayı kimi göstərilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş 6-3/xx/xx-4322 nömrəli, 09 iyun 2023-cü il tarixli "Azər-Türk” Bank ASC-nin məktubundan görünür ki, barəsində sorğu edilən X2 adına Bankın Müştəri Xidmətləri Mərkəzində xx.xx.2017-ci il tarixində açılmış AZ66AZRT******************** saylı AZN əmək haqqı kart hesabı xx.xx.2022-ci il tarixində qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış, müvafiq nömrəli kartın istifadə müddəti xx.xx.2021-ci il tarixində bitmiş və yeni kart sifariş edilməmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş 17 mart 2022-ci il tarixdə AzərTürk Bank ASC tərəfindən təsdiq edilmiş xx.xx.2015-xx.xx.2022-ci il dövr üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək AzərTürk Bank ASC tərəfindən İddiaçı verilmiş debit karta əmək haqqı ödənilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş "Azər-Türk” Bank ASC tərəfindən verilmiş xx.xx.2020-xx.xx.2022-ci il dövr üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "Azər-Türk” Bank ASC tərəfindən İddiaçı verilmiş debit karta heç bir mədaxil olunmamışdır. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş "LŞ AUDİT” MMC-nin xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 02(049)-1190/2023 saylı məktubu əsasında icraatda olan İddiaçı "Pal-Food” MMC-yə əmək haqqı bocunun ödənilməsinə dair mülki iş vardır. Auditə təqdim olunmuş "Azər-Türk Bank” ASC tərəfindən verimiş bank hesabından çıxarışa əsasən İddiaçı adına verilmiş debit (əmək haqqı) kartı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il dövrünü əhatə edir və debit (əmək haqqı) kartına 21 (iyirmi bir) dəfə əmək haqqı köçürülməsi təsdiq edilir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2023-cü il dövr üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı verilmiş debit karta mədaxil olunmuşdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2023-cü il tarixli MŞL-00212 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "Pal-Food” MMC-nin direktoru ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2023-cü il tarixli MŞL-00212 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 16 iyun 2023-cü il tarixli "xxxx" MMC-nin 054929 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, rəy verilməsindən ötrü İddiaçı 100 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X6 Birliyinin Ə№008718 saylı, 16 may 2016-cı il tarixli vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Lənkəran ŞİH Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin 1284 saylı, 27 dekabr 2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Sadıqlı X3 şəhəri, Ş.Xiyabanı ev 159, mənzil 22 ünvanda yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir, buna görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə görə, həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Pal-Food” MMC tərəfindən əmək haqqı borcunun və məcburi boşdayanma vaxtı üçün 6400 manat vəzifə maaşının və eləcə də ona dəymiş 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, ümumilikdə 11400 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini dəqiqləşdirmiş, 3900 manat əmək haqqı borcunun, mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, qeyd etmişdir ki, 18 may 2016-cı il tarixdə cavabdeh "xxxx" MMC İddiaçı ilə aylıq əmək haqqı 200 manat təşkil etməklə əmək müqaviləsi bağlayaraq iddiaçını fəhlə kimi işə qəbul etmişdir. 06 aprel 2022-ci il tarixdə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi dövrlər ərzində ona ödənilən əmək haqqı "xxxx" Bank ASC tərəfindən verilmiş debit karta köçürülmüşdür. "xxxx" Bank ASC tərəfindən verilmiş debit kartı xx.xx.2017-ci il tarixdə açılmış, etibarlılıq (istifadə) müddəti isə xx.xx.2021-ci il tarixində bitmiş və yeni kart sifariş edilməmişdir. İddiaçı iddia ərizəsində onun 2017-ci ildən 2019- cu ilədək ümumilikdə beş aylıq əmək haqqı kəsildiyini bildirmişdir. Audit rəyinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək debit karta 21 dəfə əmək haqqı köçürülmüşdür. Lakin xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövr 26 ay təşkil edir. Bu da öz növbəsində 26 dəfə əmək haqqının ödənilməsi deməkdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək debit karta əmək haqqının ödənilməsi ilə bağlı heç bir mədaxil olmamışdır. "xxxx" Bank ASC tərəfindən verilmiş debit kartın etibarlılıq (istifadə) müddəti xx.xx.2021-ci il tarixində bitmiş və yeni kart sifariş edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət 27 ay, aylıq 200 manat əmək haqqı olmaqla 5400 manat təşkil edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən ona olan əmək haqqı borcundan 2500 manat pulun ödənildiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövrlədə ödənilməyən 5 aylıq əmək haqqının (1000 manat) və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ödənilməyən əmək haqqının (2.900 manat) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun və audit rəyinin verilməsindən ötrü ödənilmiş 100 manat rüsumun iddiaçı tərəfindən ödənilməsi məhkəmədə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin verdikləri iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirmədiyini qeyd etsə də, iş materiallarından iddia müddətinin tətbiqi barədə ərizənin məhkəməyə təqdim edilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh tərəf öz tələbini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya hesab edir ki, cavabdehin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddiaçı tərəfindən tələb olunan məbləğ 5000 manatdan aşağı olduğundan, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda apellyasiya şikayəti təmin edilmədiyindən, şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(049)-1190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.