Məhkəmə qərarları › İş №2(106)-1506/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1506/2023

05.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1506/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı “mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(018)-453/2023 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X3 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu mərhum X5 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı və çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X3 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu mərhum X5 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara Bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(018)-453/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0,06 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/8 hissəsinə mərhum X5 həyat yoldaşı İddiaçı1, övladları-İddiaçı3 və İddiaçı2 1\2 hissədə payı və Cavabdeh11\2 hissədə payı müəyyən edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(018)-453/2023 nömrəli qətnaməsindən birgə apellyasiya şikayəti vermişlər. Kollegiya apellyatorların iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Astara Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(018)-453/2023 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar