Məhkəmə qərarları › İş №2(106)-1512/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1512/2024

03.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1512/2024 03.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsinin etibarsızlığı. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-762/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsindən (hakim Qalib Paşayev) iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (iddiaçı ilə) Cavabdeh arasında 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsində göstərilmişdir ki, 20 oktyabr 2020-ci il tarixdək qaytarmaq şərtilə cavabdeh ona (iddiaçıya) 25000 (iyirmi beş min) manat məbləğində kredit verir. Lakin həmin müqavilənin bağlanmasına baxmayaraq cavabdeh həmin 25 000 (iyirmi beş min) manat məbləğində kredit pulunu ona (iddiaçıya) verməmişdir. O (iddiaçı) özünə məxsus 25 000 (iyirmi beş min) manatı Bankın depozit hesabına köçürmüş və yenidən götürmüşdür. Həmin müqavilə aralarında formal olaraq və məcburiyyətdən bağlanmışdır. Həmin müqaviləni məcburiyyət qarşısında qalaraq bağlamış və cavabdehdən notariat orqanında pul almamışdır. Belə ki, Goranboy rayonundan bacısının yas yerindən qayıdan zaman onun (iddiaçının) mobil nömrəsinə zəng gəlmiş, zəng vuran şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi olduğunu bildirmiş və onu həmin idarəyə dəvət etmişdir. Həmin İdarəyə getdikdən sonra orada Cavabdeh və Rəhim Bağırovu görmüşdür. Cavabdeh ilk dəfə həmin İdarədə görmüşdür. Həmin vaxt Cavabdeh ona (iddiaçıya) qızıl əşyaları verdiyini bildirmiş, o isə Kamaləyə ondan qızıl və brilyant almadığını bildirmişdir. Rəhim Bağırovu isə əvvəldən tanımış, ondan üç ədəd qızıl-brilyant əşyaları götürmüş və həmin əşyaları satmaq üçün Toğrul adlı şəxsə vermişdir. Həmin əşyalardan başqa onun (iddiaçının) və başqa şəxslərin də qızıl-zinət əşyaları Toğrul Vəliyevdə olmuş və Toğrul Vəliyev onun (iddiaçının) iştirakı ilə Rəhim Bağırovun 1 ədəd üzüyünün dəyərini Rəhimə vermişdir. Onu (iddiaçını) iki gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlamışlar və onun (iddiaçının) xəbəri olmadan qardaşı X4 da həmin idarəyə dəvət edərək, guya X9 Cavabdeh həyat yoldaşını təhqir etmiş və buna görə də qardaşı Mirsalehi də saxlamışlar. X9 da Cavabdeh tanımamışdır. X8 saxladıqlarına görə o (iddiaçı) çox pis olmuş və məcbur qalaraq xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Bundan bir neçə gün sonra qardaşı X1 Quliyevaya Xırdalan şəhərində 1 otaqlı ev vermiş, lakin buna baxmayaraq cavabdeh onu (iddiaçını) aldadaraq onu notariat kontoruna aparmış və kredit (borc) müqaviləsi bağlamışdır. Həmin vaxt notariat orqanında cavabdeh ona (iddiaçıya) pul verməmişdir. Həmin müqavilə formal olaraq, görünüş üçün bağlanmışdır. Belə olan halda müqavilə etibarsız hesab edilməlidir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 340.1 və 340.2-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad şəhəri Qarabağ küçəsi ev 29, mənzil 02-də qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Oğlu (cavabdehin) Sübhan daun xəstəliyindən əziyyət çəkdiyinə görə 2015-ci ildə o (cavabdeh) internet vasitəsi ilə İsraildə yaşayan və fəaliyyət göstərən, adını xatırlamadığı həkimlə əlaqə saxlamış və həmin həkim oğlunun müalicəsi üçün 24 000 (iyirmi dörd min) manat pul lazım olduğunu bildirmişdir. Əri öldüyünə və maddi imkanı olmadığına görə o (cavabdeh) müxtəlif şəxslərdən maddi yardım istəmiş və 3 000 (üç min) manat pul toplaya bilmişdir. Oğlu Sübhanla birlikdə İranın Ərdəbil şəhərinə getmiş, lakin orada olunan müalicənin müsbət təsiri olmamışdır. Buna görə də, özünə məxsus qızıl-zinət əşyalarını satıb oğlunu müalicə etdirmək qərarına gəlmişdir. Bu məqsədlə özünə məxsus brilyant qaşlı üzüyü və bir cüt sırğanı Bakı şəhərində Mərkəzi Univermaqda zərgərlərə göstərmiş və zərgərlər həmin əşyaları 43 000 (qırx üç min) manat qiymətləndirmişlər. Zərgərlər həmin qızıl əşyalarını onlara verməsini, satıldıqdan sonra pulunu ödəməyi ona (cavabdehə) təklif etmişlər, lakin həmin zərgərləri tanımadığına və etibar etmədiyinə görə qızıl-zinət əşyalarını satmaq üçün onlara vermək fikrindən daşınmışdır, həmin ərəfədə Aytən adlı rəfiqəsinin atasının qızıl-zinət əşyaları alveri ilə məşğul olduğunu xatırlamış və rəfiqəsi Aytənlə əlaqə saxlayaraq özünə məxsus qızıl-zinət əşyalarını satmaqda ona kömək etməsi üçün atası ilə onu (cavabdehi) tanış etməsini xahiş etmişdir. Aytən onunla razılaşmış və 2015-ci ilin fevral ayında o, oğlu Sübhan və rəfiqəsi Aytənlə birlikdə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində Aytən onu (cavabdehi) atası Rəhim Bağırovla tanış etmiş - Rəhim ona (cavabdehə) məxsus qızılzinət əşyalarına baxdıqdan sonra onların yanında Telli adlı xanıma zəng edərək, satmaq üçün qızıl əşyalarının olduğunu bildirmişdir. Telli adlı şəxslə danışdıqdan sonra Rəhim ona narahat olmamasını, qızıl-zinət əşyalarının satılmasında ona kömək edəcəyini demiş və bundan sonra o oğlu Sübhanla birlikdə Bakı şəhərinə qayıtmışdır. 2015-ci ilin aprel ayında Rəhim ona (cavabdehə) zəng edərək, Gəncə şəhərinə gəlməsini və onu (cavabdehi) Telli ilə görüşdürəcəyini demişdir. O da oğlu Sübhanla birlikdə Gəncə şəhərinə Rəhim Bağırovun yaşadığı evə getmiş, Rəhim və onun arvadı Lətifə ilə görüşmüşdür. Bundan sonra o, oğlu Sübhan, Rəhim və Rəhimin arvadı Lətifə ilə birlikdə Rəhim Bağırovun idarə etdiyi avtomaşında Goranboy rayonunun Xanqərvənd kəndinə Tellinin yaşadığı evə getmişlər. Rəhim Bağırov maşını Tellinin həyətinə sürdükdən sonra maşını saxlamış və qızılları ondan alıb Tellinin evinə daxil olmuşdur. Təxminən 10 dəqiqədən sonra Rəhim evdən çıxmış, onun ardınca isə Telli evdən çıxaraq onlara yaxınlaşmışdır. Həmin vaxt Rəhim Bağırov həmin qızılların ona (cavabdehə) məxsus olduğunu Telliyə demiş və qızılların pulunu nə vaxt verəcəyini Tellidən soruşmuşdur. Telli isə cavabında ona (cavabdehə) məxsus qızılların pulunu, yəni 45 000 (qırx beş min) manat pulu 3 gün ərzində verəcəyini bildirmişdir. Həmin müddət keçdikdən sonra İddiaçı ilə əlaqə saxlayaraq həmin qızılları oğlunun müalicəsi üçün satdığını, oğlunu müalicə etdirmək üçün qızılların pulunu verməsini xahiş etmiş, lakin İddiaçı qızılları hələ ki, sata bilmədiyini bildirmişdir. Bundan sonra dəfələrlə həm özü, həm də X15 Seyidova ilə əlaqə saxlayaraq qızılların pulunu verməsini tələb etmişlər, lakin Telli hər dəfə müxtəlif bəhanələr gətirərək, qızılların pulunu verməkdən yayınmış, nə də qızılları qaytarmamışdır. 2017-ci ilin yanvar ayında Rəhim Bağırov ona (cavabdehə) zəng edərək, İddiaçı Mirsaleh adlı qardaşının onu (Rəhimi) hədələdiyini və söhbət etmək üçün çağırdığını bildirmişdir. Lakin o (cavabdeh) Rəhimə həmin şəxslə görüşməməyi tövsiyyə etmiş və İddiaçı Mirsaleh adlı qardaşı ilə telefon vasitəsi ilə danışaraq, qızılların sahibi olduğunu bildirmişdir. Həmin vaxt Mirsaleh onu (cavabdehi) nalayiq ifadələrlə təhqir etmiş və onu hədələmişdir. Buna görə də, həm İddiaçı, həm də onun qardaşı Mirsalehin hərəkətləri barədə Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin şöbədə bir müddət araşdırma aparılmış, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan sonra, yəni 2018-ci ilin sentyabr ayında şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirilyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və müraciətinə əsasən onu, İddiaçı, Mirsaleh Seyidovu, Rəhim Bağırovu həmin idarəyə dəvət etmişlər. Həmin idarədə hər birinin izahatları alınmış və aralarında olan razılaşmaya əsasən 45 000 (qırx beş min) manat borcun bir hissəsinin, yəni 20 000 (iyirmi min) manatının əvəzində Mirsaleh Seyidov özünə məxsus Abşeron rayonu Xırdalan şəhəri «AAAF park» yaşayış kompleksində yerləşən 30 kv.metrdən ibarət mənzili ona (cavabdehə) verməyi, qalan mövcud borca dair isə İddiaçı ilə aralarında notarial qaydada müqavilə bağlamaq barədə razılığa gəlmişlər. Bundan sonra həqiqətən də Mirsaleh Seyidov özünə məxsus Abşeron rayonu Xırdalan şəhəri «AAAF park» yaşayış kompleksində yerləşən 30 kv.metrdən ibarət mənzili ona (cavabdehə) vermişdir. 20 oktyabr 2018-ci ildə isə qalan borca dair, yəni 25 000 (iyirmi beş min) manat borca dair Bakı şəhəri 51 saylı notariat kontorunda İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmış və həmin vaxt Tellinin X9 da orada iştirak etmişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən notarial qaydada müqavilənin təsdiq edilməsinin mümkün olması üçün İddiaçı ona (cavabdehə) 25 000 (iyirmi beş min) manat pul vermiş, həmin pul notariat kontorunun depozit hesabına qoyulmuş, bundan sonra kredit müqaviləsi bağlanmış və həmin pulu bankdan qəbul edərək, İddiaçı qaytarmışdır. Çünki, kredit müqaviləsinin təsdiq edilməsi üçün həmin vaxt onun (cavabdehin) vəsaiti olmamışdır. Kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ona (cavabdehə) olan borcunu 20 oktyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçdikdən sonra İddiaçı ona olan borcunu qaytarmadığına görə pul tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh borcunu qaytarmadığına görə oğlu Sübhanı müalicə etdirə bilməmiş və oğlu 2022-ci ilin aprel ayında vəfat etmişdir. O İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, İddiaçı da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddanı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birincin instansiya məhkəməsində Bakı şəhəri 51 saylı Notariat Ofisinin nüayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-762/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(073)-762/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəlləsinin 337.2, 339.3-cü maddələrində qeyd edilmişdir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Belə ki, məhkəmə araşdırması zamanı müqavilə üzrə borc verən tərəf olan Cavabdeh özü etiraf edir ki, notariat kontorunda müqavilədə qeyd olunan 25000 manat məbləğində pulu borcalan İddiaçı özü ona verib, həmin pulu banka təqdim etmişdir, sonradan İddiaçı ona verdiyi pulu yenidən Bankdan götürmüşdür. Göründüyü kimi, kredit müqaviləsi formal olaraq görüntü naminə bağlanılmış, həmin müqavilə üzrə tərəflər faktiki olaraq bir-birilərinə hər hansı məbləğdə borc verməmişlər. Adicə bu etirafın özü kifayət edir ki, müqavilə məhkəmə qaydasında etibarsız sayılmalıdır. Borcalan ümumiyyətlə qarşı tərəfindən ondan nə vaxtsa pul tələb edəcəyini anlamamış, Goranboy Rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra vəkil qəbulunda olarkən ona qanunu tələbləri izah olunduqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanılmış kredit müqaviləsi hüquq-mühafizə orqanlarına şikayət vermək, hədə-qorxu gəlmək adı altında bağlanılmış, bu zaman iddiaçının qardaşı müəyyən müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmış, yalnız müqavilə bağlanacağı təqdirdə azad olunacağı barədə vəd verilmişdir. Bu barədə bütün sübutlar məhkəməyə təqdim edilsə də, həmin sübutlar məhkəmə araşdırmasında tədqiq edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərindən verilmiş vəkil sorğularının cavabları məhkəmə iclasında təqdim edilmiş, cavabdeh iddianı qəbul etməsədə, iddianın əsasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi isə sübutlara qiymət vermək əvəzinə yalnız tərəflər arasında notarial qaydada müqavilənin mövcudluğuna istinad etməklə kifayətlənmiş, lakin tikinti şirkətindən və AR DİN BMCMİ-dən alınmış sənədləri sadalasa da, həmin sənədləri digər sübutlarla yanaşı araşdırmamış və tədqiq etməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, bütün bunlardan sonra keçə yaxın vaxtlarda Cavabdeh İddiaçı qarşı Goranboy Rayon Məhkəməsində 25000 manat pul tələbinə dair iddia qaldırmış və Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsində hazırkı baxılan iddianı qaldırmışdır. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-922/2024 nömrəli işin icraatı hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Həmçinin bildirilmişdir ki, cavabdehlə aralarında olan qeyd edilən mübahisəli kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmiş və ya həmin kredit müqaviləsi üzrə hər hansı icra qeydi verilməmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış teleqramdan görünür ki, Cavabdeh teleqramda aldadıldığını göstərərək, qızıl və ya pulunun alınıb ona verilməsi üçün köməklik edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi tərəfindən Cavabdeh müraciəti üzrə aparılan araşdırma ilə əlaqədar tərtib edilmiş və Cavabdeh, X7 və İddiaçı tərəfindən imzalarla təsdiq edilmiş xx.xx.2018-ci il tarixli protokolun surətindən görünür ki, Mirsaleh Seyidov özünə məxsus olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən təxminən 30 kv. metr sahədən ibarət «AAAF Park» yaşayış kompleksində yerləşən 1 otaqlı evini 20 000 (iyirmi min) manata dəyərləndirərək xx.xx.2018-ci il tarixdə Cavabdeh verməyi, İddiaçı isə qalan 25 000 (iyirmi beş min) manat pul vəsaitinin 2 il müddətinə, yəni 2020-ci il tarixə qədər hissə-hissə ödənilməsi barədə Cavabdeh ilə borc müqaviləsinin bağlanılmasını öhdələrinə götürmüşlər. İşdə olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin adına yazılmış xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh ərizəsində ona dəymiş 45 000 (qırx beş min) manat maddi ziyandan 20 000 (iyirmi min) manatının müqabilində X7 tərəfindən Abşeron rayonu Xırdalan şəhərində təxminən 30 kv.metr sahədən ibarət mənzil təklif edildiyini, qalan 25 000 (iyirmi beş min) manat vəsaitlə bağlı İddiaçı ilə aralarında borc müqaviləsi bağlanması haqqında razılaşma olduğunu və heç bir şikayətinin olmadığını göstərmişdir. İşdə olan Bakı şəhəri 51 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 20 oktyabr 2018-ci il tarixli, 3M-1152 reyestr nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqaviləyə əsasən Quliyeva X3 Telli Tofiq qızma 25 000 (iyirmi beş min) manat məbləğində pul borc verməyi, İddiaçı isə həmin vəsaiti 20 oktyabr 2020-ci il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan halların kifayət qədər araşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Kollegiya belə qərara gəlir ki, tərəflər arasında olan müqavilə görüntü üçün bağlanılmış, faktiki olaraq müqavilə formal bağlanmışdır və buna görə də, müqavilə etibarsız hesab edilməlidir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında qeyd etmişdir ki, “20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsində göstərilmişdir ki, 20 oktyabr 2020-ci il tarixədək qaytarmaq şərtilə cavabdeh ona (iddiaçıya) 25000 (iyirmi beş min) manat məbləğində kredit verir. Lakin həmin müqavilənin bağlanmasına baxmayaraq cavabdeh həmin 25 000 (iyirmi beş min) manat məbləğində kredit pulunu ona (iddiaçıya) verməmişdir. O (iddiaçı) özünə məxsus 25 000 (iyirmi beş min) manatı Bankın depozit hesabına köçürmüş və yenidən özü götürmüşdür. Həmin müqavilə aralarında formal olaraq və məcburiyyətdən bağlanmışdır. Həmin müqaviləni məcburiyyət qarşısında qalaraq bağlamış və cavabdehdən notariat orqanında pul almamışdır.” Həmçinin Cavabdeh birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, “2018-ci ilin sentyabr ayında şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirilyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və müraciətinə əsasən onu, İddiaçı, Mirsaleh Seyidovu, Rəhim Bağırovu həmin idarəyə dəvət etmişlər. Həmin idarədə hər birinin izahatları alınmış və aralarında olan razılaşmaya əsasən 45 000 (qırx beş min) manat borcun bir hissəsinin, yəni 20 000 (iyirmi min) manatının əvəzində Mirsaleh Seyidov özünə məxsus Abşeron rayonu Xırdalan şəhəri «AAAF park» yaşayış kompleksində yerləşən 30 kv.metrdən ibarət mənzili ona (cavabdehə) verməyi, qalan mövcud borca dair isə İddiaçı ilə aralarında notarial qaydada müqavilə bağlamaq barədə razılığa gəlmişlər. Bundan sonra həqiqətən də Mirsaleh Seyidov özünə məxsus Abşeron rayonu Xırdalan şəhəri «AAAF park» yaşayış kompleksində yerləşən 30 kv.metrdən ibarət mənzili ona (cavabdehə) vermişdir. 20 oktyabr 2018-ci ildə isə qalan borca dair, yəni 25 000 (iyirmi beş min) manat borca dair Bakı şəhəri 51 saylı notariat kontorunda İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmış və həmin vaxt Tellinin X9 da orada iştirak etmişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən notarial qaydada müqavilənin təsdiq edilməsinin mümkün olması üçün İddiaçı ona (cavabdehə) 25 000 (iyirmi beş min) manat pul vermiş, həmin pul notariat kontorunun depozit hesabına qoyulmuş, bundan sonra kredit müqaviləsi bağlanmış və həmin pulu bankdan qəbul edərək, İddiaçı qaytarmışdır. Çünki, kredit müqaviləsinin təsdiq edilməsi üçün həmin vaxt onun (cavabdehin) vəsaiti olmamışdır. Kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ona (cavabdehə) olan borcunu 20 oktyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Şərh edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-762/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti- etibarsız hesab olunması tələb olunan borc müqaviləsi üzrə məbləğ beş min manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-762/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar