Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1555/2024 20.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia ərizəsi üzrə sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC kiçik iddia ərizəsi ilə sadələşdirilmiş qaydada məhkəməyə müraciət edərək, sığorta ödənişinə görə 1215 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.15 manatın Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: “Tofaş Şahin” markalı, **-US-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, sığortalı Cavabdeh ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Tofaş Şahin” markalı, 90- US-152 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “VAZ 2103” markalı, **-HN-*** dövlət nömrə nişanlı və “KİA SOUL” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Nizami DYPŞ-ninxx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasənCavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1 -ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nizami DYPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Vurulmuşzərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Avomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş qüsur aktına görə hadisə nəticəsində “VAZ 2103” markalı, **-HN-*** dövlət nömrə nişanlı avtomobillə 815 manat məbləğində, xx.xx.2023-cü il tarixində verilmiş qüsur görə “KİA SOUL” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobillə 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. "xxxx" ASC xx.xx.2023-cü ildə 815 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2, xx.xx.2023-cü ildə isə 400 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X3 ödəmişdir. Birinci instansiya məhkəməsində cavabdehin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim X.Cabbarlı) 08 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsinə görə 16,08 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutulmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə yalnız əmlakın idarə edilməsi deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan, yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması başa düşülür. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman “müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır” müddəası da yer almışdır ki, bu halın sübut olunması əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya şikayətinə görə, məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27, 37-ci maddəsinin tələblərini nəzərə almamışdır. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə Azərbaycan Respublikasının MPMnin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixli PXA********** №-li icbari sığorta müqaviləsi ilə “Tofaş Şahin” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Bakı şəhər DYPİ YNH tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* №-li qərardan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Tofaş Şahin” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “VAZ 2103” markalı, **-HN-*** dövlət nömrə nişanlı və X3 idarə etdiyi “KİA SOUL” markalı, **- KV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Tofaş Şahin” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “VAZ 2103” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “KİA SOUL” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “VAZ 2103” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 815 manat manat zərər dəymişdir. Həmin Mərkəz tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “KİA SOUL” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat manat zərər dəymişdir. İş materiallarında olan PXA146373 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli təhviltəslim aktından görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Tofaş Şahin” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2023-cü ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “VAZ 2103” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 815 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 815 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC tərəfindən X1 hesabına köçürülmüşdür. İş materiallarında olan PXA146374 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli təhviltəslim aktından görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Tofaş Şahin” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2023-cü ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “KİA SOUL” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 400 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən X1 hesabına köçürülmüşdür. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İddiaçı hazırki tələbində ödənilən sığorta məbləğini (zərəin məbləğini) subroqasiya qaydasında cavabdehdən tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh YNH zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 1096.2, 1097.1 və 1108.1-ci, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunun tələbinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mübahisəli hal «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tətbiqi, yəni cavabdehə qarşı subroqasiya hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə “Tofaş Şahin” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübut yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin sürücülük vəsiqəsinin olması mübahisələndirilməmişdir. İşin hallarından da görünür ki, onun sürücülük vəsiqəsi vardır. Ona görə onun hərəkətinin “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinin təsiri altına düşməsi (...hüququ olmayan şəxs tərəfindən istismar edilməsi) haqqında qənaətə gəlmək mümkün deyil. Kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır; hazırki halda cavabdehin davranışı “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinin ikinci cümləsindəki istisna (hipotez) şərtinin təsir dairəsinə düşür (Cavabdeh tərəfindən avtomobilin idarə edilməsi barədə sığotalının və ya sığorta olunanın məlumatlı olmağa borclu olduğu hal). Cavabdeh özü sığortalıdır. Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(020)-962/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1555/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1555/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver