Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1580/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(073)-1635/2022 saylı qətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 4024 manat pulun və 60,64 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 3(073)- 558/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən 22 avqust 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh məxsus olan “Mercedes Benz 230” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə inzibati xəta törətmiş şəxs X4 tərəfindən Cavabdeh dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Həmin maddi ziyanın ödənilməsini Cəlilabad Rayon Məhkəməsinin 3(073)- 558/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarı qəbul edilən zaman inzibati xəta törətmiş şəxs Cavabdeh və X1 verdiyi izahatlar təsdiq edir. Sonradan məlum olmuşdur ki, “Mercedes Benz 230” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan X4 tərəfindən Cavabdeh ödənilsə də, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh avtomobilinə dəymiş ziyana görə 4024 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda məlum olmuşdur ki, Cavabdeh heç bir qanuni əsas olmadan əsassız varlanmışdır. İddiaçı Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1093.1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 4024 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1635/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1635/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30,72 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbindən görünür ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə MM-in 1091.1-ci, 1091.2 və 1093.1-ci maddələrinin tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3(073)-558/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarından göründüyü kimi, zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh izahatında barəsində inzibati xəta haqqında icraat aparılan X2 bağışladığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsin məhkəmə iclası zamanı verdiyi izahat məhkəmə tərəfindən mötəbər şəkildə qiymətləndirilmiş və məhkəmə inzibati xəta törətmiş şəxsə yüngül inzibati tənbeh, yəni inzibati həbs növündə deyil, inzibati cərimə növündə inzibati tənbeh vermişdir. Lakin Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(073)- 1635/2022 saylı qətnaməsi qəbul edilən zaman Cavabdeh izahatında tam əksinə izahat verərək göstərmişdir ki, guya Cəlilabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3(073)- 558/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilən zaman X1 maddi vəziyyətinin pis olmasını nəzərə alıb dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Əslində isə guya X4 ona heç bir pul məbləği ödəməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsi isə 02 dekabr 2022-ci il tarixli qətnaməni qəbul edən zaman Cavabdeh izahatını əsas götürərək iddia tələbini rədd etmiş və bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini pozmuş və həqiqətə uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh inzibati xəta haqqında qərar qəbul edilən zaman verdiyi izahatı qətnamə qəbul edilən zaman inkar etmiş və bununla da məhkəmənin diqqətini yayındırmağa çalışmışdır. Halbuki, məhkəmə iddia tələbinə qiymət verən zaman inzibati xəta haqqında qərarda Cavabdeh verdiyi izahatı üstün tutmalı idi. Aydın məsələdir ki, Cavabdeh qətnamə qəbul edilən zaman özünün lehinə izahat vermişdir. Hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(073)-1635/2022 saylı qətnaməsi düzgün qəbul edilmədiyindən ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cəlilabad RPŞ-nin DYP bölməsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş TYP 015394 seriya nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 tərəfindən xx.xx.2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə surəti olan Cəlilabad Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarından görünür ki, həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. İşdə surəti olan Cəlilabad Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarının məzmunundan görünür ki, məhkəmə iclasında X4 ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək, barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İşdə surəti olan Cəlilabad Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarının məzmunundan görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 bağışladığını, ona dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını göstərərək, X1 barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, qəzaya uğramış “Mercedes Benz 230” markalı, **-MP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin ümumi məbləği 4024 manat təşkil edir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 099203 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək müddətə sığortalanmış “Mercedes Benz 230” markalı, **-MP-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə faydalanan şəxs Cavabdeh edilməli sığorta ödənişinin məbləği 4024 manat təşkil edir. İş materiallarında olan 273 nömrəli ödəniş tapşırığından görünür ki, 099203 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 4024 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli, 2(073)-1635/2022 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda Cavabdeh öz izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E230” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Ələt-Astara yolu istiqamətində hərəkətdə olan zaman Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X3 idarə etdiyi “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını X1 diqqətsizliyi və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən toqquşmuş, nəticədə hər iki avtomaşının ön hissələri əzilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən onun avtomobilinə dəymiş ziyana görə 4024 manat məbləğində pul ödənilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-558/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarı qəbul edilən zaman X1 maddi vəziyyətinin pis olmasını nəzərə alıb dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Əslində isə X4 tərəfindən ona heç bir pul ödənilməmişdir. Bu səbəbdən də iddianı əsassız hesab edir və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli, 2(073)-1635/2022 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dinlənilmiş X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E230” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Ələt-Astara yolu istiqamətində hərəkətdə olan zaman onun idarə etdiyi “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını onun diqqətsizliyi və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən toqquşmuş, nəticədə hər iki avtomaşının ön hissələri əzilmişdir. Onun tərəfindən Cavabdeh heç bir pul ödənilməmişdir. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 60,24 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən 30,32 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 4024 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı cavabdehin əsassız varlanan şəxs olmasına istinad edərkən bildirir ki, sığorta şirkəti kimi iddiaçı tərəfindən cavabdehə 4024 manat məbləğində sığorta ödənişi edilmiş olsa da, cavabdehə dəymiş ziyan həm də yol-nəqliyyat hadisəsi üzrə zərərvuran şəxs olan X4 tərəfindən ödənilmişdir. İddiaçı bu halın Cəlilabad Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarından görünən izahatlarla öz təsdiqini tapdığını bildirmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçının dəymiş zərəri cavabdehə ödədiyini iddia etdiyi X4 birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilərək izahatı alınmış, o, öz izahatında cavabdehə hər hansı məbləğdə pul ödəmədiyini qeyd etmişdir. Cavabdeh də birinci instansiya məhkəməsinin iclasında X4 tərəfindən ona hər hansı ödənişin edilmədiyini bildirmiş, inzibati xəta haqqında iş üzrə X4 tərəfindən ona vurulmuş zərərin ödənilməsinə dair izahat verməsini isə onun maddi vəziyyətinin aşağı olması səbəbindən daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsi üçün bildirməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş materialları ilə Cavabdeh avtomobilinə dəymiş zərərə görə İlqar Abasovdan hər hansı məbləğdə pul alması öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin iclasında dinlənilmiş Cavabdeh və İlqar Abasov da bu halı inkar etmiş, Cəlilabad Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarında göstərilən izahatlarının hansı səbəbdən həmin məzmunda olduğunu izah etmişlər. İddiaçı isə istinad etdiyi həmin halı təsdiq etmək üçün sadəcə Cəlilabad Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarının məzmunundakı izahatlara istinad etmişdir. Lakin MPM-in 82-ci maddəsində inzibati xəta haqqında iş üzrə verilmiş izahatların tərəfi mülki iş üzrə sübut etmə vəzifəsindən azad edən əsas kimi qeyd edilmədiyi görünür. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin onun hesabına qanuni əsas olmadan əsassız varlandığını və cavabdehə vurulmuş zərərin zərərvuran şəxs tərəfindən ödənildiyini sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün və cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanmış şəxs hesab edilməsi üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehin hesabına iddiaçı tərəfindən edilmiş 4024 manat məbləğində sığorta ödənişi müqavilə üzrə ödənildiyindən hüquqi əsasa malik olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası MPM-in 119.1-ci və 119.5-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(073)-1635/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1580/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1580/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver