Məhkəmə qərarları › İş №2(106)-1599/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1599/2023

29.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1599/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin əmlaka 1/2 hissədə payının müəyyən olunması tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)- 270/2022 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək «Mercedes Benz-Sprinter» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-də bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli BD 116381 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, «Mercedes Benz-Sprinter» markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməsi və həmin nəqliyyat vasitəsinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızma verilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 10500 (on min beş yüz) manatın (tərəflərin birgə nikah dövründə ümumi borcu olan 21000 (iyirmi bir min) manatın hər birinin payına uyğun olaraq təşkil etdiyi 10500 (on min beş yüz) manat) və 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun alınıb cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 verilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(073)-270/2022 saylı qərardadı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti İddiaçı münasibətdə bərpa edilmiş və İddiaçı apellyasiya şikayəti 07 sentyabr 2023-cü il tarixdə mülki iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayəti nəzərdən keçirlərkən məlum olmuşdur ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləcə, işdən də göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1, 363.1.5-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar