Məhkəmə qərarları › İş №2(106)-1601/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1601/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1601/2023 12.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayının sonuna kimi "xxxx" ATSC-də işləməyi ilə bağlı işə girmə, işdən çıxma və əmək haqqı əmrlərində, həmçinin xx.xx.1998-ci il tarixli RK 304 saylı şəhadətnamədə göstərilən yanlışlıqların aradan qaldırılaraq faktın müəyyən edilməsi və hüquqmüəyyənedici sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) ərizə təmin edilərək, "xxxx" ATSC tərəfindən Səhmdar Cəmiyyətinin sabiq sürücüsü X2 xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayına kimi sürücü işləməsi barədə arayışın, Masallı Kəndkimya” ATSC üzrə 14 dekabr 2001-ci il tarixli 1 saylı əmrin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. İşinhalları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu Yelağac kəndində yaşayır. O, uzun müddət sabiq "xxxx" ATSC-də sürücü işləmiş, işlədiyi müddətə aid sənədlər tərtib edilmişdir. Hazırda pensiyaya çıxmağı ilə bağlı işlədiyi illərə görə sənədləri toplayıb pensiya idarəsinə vermişdir. Həmin idarə imtina etdiyi üçün inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi zaman müəyyən edilmişdir ki, işlədiyi vaxtlarda əmr kitablarında onun soyadı səhvən “Fətullayev” kimi yazılmışdır. Bununla bağlı ona verilmiş arayışda da xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayının sonuna kimi "xxxx" ATSC-də sürücü işlədiyi, lakin əmr kitablarında soyadının “Fətullayev” kimi yazıldığı göstərilmişdir. Ona dövlət tərəfindən verilən şəxsiyyət vəsiqəsində, sürücülük vəsiqəsində, doğum haqqında şəhadətnamədə soyadı “Fətəliyev” kimi qeyd edilmişdir. Hazırda işləməyi ilə bağlı soyadında səhv olduğundan pensiya almaq üçün sənədlərini düzəldə bilmir. Həmin işlədiyi idarə isə hazırda ləğv edilmişdir. Soyadında uyğunsuzluq olduğundan dövlət idarəsində hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Odur ki, hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Apellyasiyaşikayətinindəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi lazımi sənədlərin başqa qaydada alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və soyadının fərqli yazılmasının səbəblərini əsaslandıra bilməmişdir. Ərizəçi müvafiq müəssisədə qeyd edilən tarixlərdə işləməsinə dair sənədlərin ona məxsusluğunu təsdiq edəcək azı 2 nəfər şahidi təqdim edə bilmədiyi üçün müvafiq sənədlərin məhkəmə qərarı ilə ona məxsusluğunun müəyyən edilməsi mümkün deyildir. Prosessualməsələlər: Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib və apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, Fondun Masallı rayon şöbəsinin imtinasının əsasını hazırkı iş üzrə Ərizəçi sosial sığorta stajı 21 il 07 ay 20 gün təşkil edir. Maraqlı şəxsin nümayəndəsi Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinin təmin edilərək həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1954cü il tarixdə Masallı rayonu, Yelağac kəndində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxxx 1954cü ildə Masallı rayonu Yelağac kəndində anadan olmuşdur. Atası Fətəliyev Mirzəbala Ağabala oğlu, anası X4r. İşdə olan hərbi biletdən görünür ki, Ərizəçi 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, 3 dərəcəli sürücü ixtisaslı olmuşdur. İşdə olan Orta təhsil haqqında Attestatdan görünür ki, Ərizəçi 1984-cü ildə orta məktəbi bitirmişdir. İşdə olan Şahid1 məxsus əmək kitabçasından görünür ki, Şahid1 xx.xx.1996xx.xx.2004-cü illər ərzində "xxxx" ATSC-də sürücü işləmişdir. İşdə olan Şahid2 Səyədulla oğluna məxsus əmək kitabçasından görünür ki, Şahid2 Səyədulla oğlu xx.xx.1997-xx.xx.2005- ci illər ərzində "xxxx" ATSC-də sürücü işləmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" ASC-nin (VÖEN: **********, əvvəlki adı: "xxxx" ATSC) hazırda fəaliyyət vəziyyəti aktivdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1996-cı ildən 2004-cü ilə qədər Masallı Kəndkimya birliyində işləmişdir. 1997-ci ildən 2001-ci ilə qədər Ərizəçi Masallı Kəndkimya birliyində sürücü işləmişdir. Həmçinin o özü də Masallı Kəndkimya birliyində sürücü işləmişdir. Birinci instansiya məhkəməsində digər Şahid2 Səyədulla oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, "xxxx" ATSC-də 1997-ci ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. Ərizəçi Masallı Kəndkimya ATSC-də 1997-ci ildən 2001-ci ilə kimi sürücü işləmişdir. Həmçinin, o özüdə Masallı Kəndkimya birliyində sürücü işləmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi mübahisələndirilmiş və buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə ərizənin təmin edilən hissəsində yoxlanılmasını düzgün hesab edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ATSC tərəfindən Səhmdar Cəmiyyətinin sabiq sürücüsü X2 xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayına kimi sürücü işləməsi barədə arayışın, X17 ATSC üzrə 14 dekabr 2001-ci il tarixli 1 saylı əmrin Ərizəçi məxsus olması faktı iş üzrə dindirilmiş şahid ifadələri, eləcə də işdə olan digər mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda fəaliyyəti aktiv olan "xxxx" ASC-yə müraciətə uyğun olaraq verilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubuna görə X3 həqiqətən xx.xx.1997-ci il tarixdən 2001ci ilin dekabr ayına kimi "xxxx" ATSC-də sürücü işləmişdir. Beləliklə də, "xxxx" ASC tərəfindən yenidən əldə edilmiş adıçəkilən arayışdan da görünür ki, Ərizəçi iş stajını özündə əks etdirən sənəd Ərizəçi deyil, X1 adına verilir. Yəni ərizəçi üçün pensiya təyinatı üçün zəruri olan müvafiq sənəddə soyad uyğunsuzluğu mövcuddur. Bununla da, şəxsin pensiya təyinatı zamanı həmin illərə aid stajının müəyyən edilməsi başqa qaydada həllini tapa bilmir. Bundan başqa, işə əlavə edilmiş "xxxx" ATSC-nin 14 dekabr 2001-ci il tarixli 1 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixdə imzaladığı Özəlləşdirmənin həyata keçirilməsi tədbirləri haqqında Nazirlər kabinetinin qərarı ilə Respublika Əmlak Komitəsinin 05 iyul 1998-ci il tarixdə RK 304 nömrəli şəhadətnamə ilə “QAZ-52” 60-46 nömrəli nəqliyyat vasitəsinin sürücüsü Fətullayev Nurbalaya özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, yuxarıda göstərilən arayış Ərizəçi həqiqətən xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabr ayına kimi "xxxx" ATSC-də sürücü işləməsini təsdiq etsə də, digər sənəd olan 14 dekabr 2001-ci il tarixli 1 saylı əmr isə Ərizəçi 14 dekabr 2001-ci il tarixdə də həmin müəssisədə işləməsini təsdiq edir və onun ərizəçiyə məxsus olmasını istisna edən hal mövcud deyildir. Hər bir halda, "xxxx" ASC-nin işdə olan sənədlərə əsasən hazırda da fəaliyyət göstərməsi nəzərə alınmalıdır. Belə ki, yuxarıda göstərilən arayışda Ərizəçi 2001-ci ilin dekabr ayına kimi "xxxx" ATSC-də sürücü işləməsi faktının qeyd edilməsi onun daha sonrakı - 14 dekabr 2001-ci il tarixdə də həmin müəssisədə işləməsini istisna etmir. Ərizəçi 2001-ci il tarixdə adıçəkilən müəssisədə sürücü işləməsi sonrakı illərdə də həmin müəssisədə çalışmış şahid ifadələrində də öz əksini tapır. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndidə deyilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-2116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar