Məhkəmə qərarları › İş №2(106)-1630/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1630/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1630/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)624/2023 saylı qətnaməsindən iddiaçı “Yelo Bank “ ASC və Cavabdeh1 vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 AZN borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)624/2023 saylı qətnaməsi (hakim M.Aslanov) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097,35 manat əsas borc, 128.681,78 manat faiz, 34.736,77 manat cərimə olmaqla ümumilikdə cəmi 223.515,9 manat borc və 522.51 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “Yelo Bank “ ASC və Cavabdeh1 vəkili və nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 20 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1630/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 28 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)624/2023 saylı qətnaməsindən iddiaçı “Yelo Bank “ ASC və Cavabdeh1 vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)624/2023 saylı qətnaməsi 20 iyul 2023-cü il tarixdə iş üzrə tərəflərə göndərilmişdir. İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti 16 avqust 2023-cü il tarixdə, Cavabdeh1 vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti isə 03 sentyabr 2023-cü il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinin (elektron sisteminə) daxil olmuşdur. İddiaçı ASC-nin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin alınma tarixi 28 iyul 2023-cü il göstərilmiş, cavabdehin apellyasiya şikayətində isə 03 avqust 2023-cü il tarixdə göstərilmişdir. Cavabdeh bunu apellyasiya şikayətində “məhkəmənin qətnaməsini mənə göndərilmədiyini görüb, dəfələrlə məhkəməyə getmişəm, hər dəfə deyiblər ki, poçt vasitəsilə sənin ünvanına göndərmişik, lakin poçt vasitəsi ilə mənə çatdırılmamışdır və sonra məhkəmənin qətnaməsini tələb etdikdə, 03 avqust 2023-cü il tarixdə qətnamənin sürəti rəsmi qaydada mənə təqdim edilmişdir” sözləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunan maddənin məzmunundan başa düşülür ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, əgər məhkəmə qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırılmışdırsa bu zaman qətnamənin rəsmi qaydada alındığı müddət qətnamənin elektron sistemi yerləşdiyi vaxt hesab olunur. Lakin iş materiallarına baxış keçirilən zaman məhkəmə qətnaməsinin iddiaçının elektron kabinetinə yerləşdirilib-yerləşdirilməməsi müəyyən olunmamışdır. Həmçinin yerləşdirilsə belə bu barədə müvafiq çıxarış iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənmələrindən görünür ki (səh 143, 144), qətnamə İlkin Baxşıyeva 10 avqust 2023-cü il tarixində, Məmmədəliyeva isə 12 avqust 2023-cü il tarixdə qəbul etmişdir. Hansı ki, sonuncunun kim olması məhkəmə kollegiyasına məlum deyil, belə ki, həm tərəflər tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin alınma tarixi fərqli göstərilmiş, həm də digər cavabdeh İlkin Baxşıyev tərəfindən qətnamənin alındığı vaxt iş materiallarından müəyyən olunmuşdur. Belə olan halda iddiaçı tərəfindən qətnamənin rəsmi qaydada alındığı vaxt və ya elektron kabinetinə yerləşdirilmə vaxtı qeyri müəyyən olaraq qalmışdır. Birinci instansiya məhkəməsi bu halları nəzərə almadan müvafiq araşdırma aparıb qərardad qəbul etmədən mülki iş materiallarına apellyasiya məhkəməsinə göndərmişdir. Kollegiya cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh qətnaməni rəsmi qaydada 03 avqust 2023-cü il tarixdə məhkəmədən şəxsən aldığını qeyd etmişdir. İş materiallarından görünür ki, qətnamə rəsmi qaydada tərəfə 20 iyul 2023-cü il tarixdə göndərilmişdir. Cavabdeh şikayətində məhkəmə qətnaməsinin ona çatdırılmadığını görüb birinci instansiya məhkəməsinə yaxınlaşaraq şəxsən aldığını qeyd etsə də, iş materiallarında belə bir müraciətin, həmçinin belə bir müraciət əsasında məhkəmə qətnaməsinin rəsmi qaydada birinci instansiya məhkəməsi tərəfindən cavabdehə verilməsini təsdiq edən qəbz mövcud deyildir. Eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə etməli, daha sonra isə verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalı və bunun nəticəsinə dair qərardad qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərinə əməl etməmiş, daxil olan apellyasiya şikayətlərini iş materiallarına əlavə edərək müşaiyət məktubu ilə, Şirvan apellyasiya məhkəməsinə göndərilmişdir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti bir-biri ilə əlaqəli olduğu üçün birgə baxılması obyektiv araşdırılmasına səbəb olacağından və hal hazırda apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından hər iki apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)624/2023 saylı qətnaməsindən iddiaçı “Yelo Bank “ ASC tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)624/2023 saylı qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin Mülki iş materialı verilmiş apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar