Məhkəmə qərarları › İş №2(106)-1631/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1631/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1631/2024 25.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3, Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4, Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların, həmçinin Cavabdeh4 ilə Maraqlı şəxs arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə Maraqlı şəxs adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2024cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı Regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının doğma əmisi olan X13 xx.xx.2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Əmisi vəfat edənə qədər qanunla birinci növbəli vərəsəsi qalmamışdır. Əmisi vəfat etdikdən sonra nə sağlığında vəsiyyətnamə qoymuşdur, nədəki qalmış mirası faktiki qəbul edib sahiblik edən qanuni vərəsələri olmamışdır. Əmisinin ikinci növbəli vərəsəsi kimi o, Rusiya Federasiyasında yaşamışdır. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Lakin miras əmlak barəsində çoxlu mübahisələri olmuşdur. Bütün bunlara baxmayaraq Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin qanunsuz olaraq verdiyi vərəsələrin dairəsi barədə arayışına əsasən Masallı Regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin Notariusu miras əmlaklara vərəsəlik şəhadətnaməsini yazıb vermişdir. Həmin vərəsəlik barədə verilən şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən maraqlı şəxslərə miras qalmış daşınmaz əmlaklara Dövlət Reyestrindən Çıxarışlar yazılıb verilmişdir. Həmin çıxarışlara əsaslanaraq daşınmaz əmlaklar ayrı-ayrı şəxsə satılmışdır. X5 miras qalmış əmlakına vərəsəlik barədə verilmiş şəhadətnamə qanunda nəzərdə tutulmuş vərəsə olmayan şəxsə Cavabdeh4 yeganə qanuni tam hüquqlu vərəsə kimi tanınmışdır. Əslində isə Cavabdeh4 miras qoyanın qanuni vərəsəsi kimi tanına bilməz. Cavabdeh4 miras qoyan X7 ögəy bacısıdır. Cavabdeh4 anası X2r. X7 anası isə Mehri Rzayevadır. Doğum haqqında şəhadətnamələrdən də açıq-aydın görünür ki, özünü yeganə qanuni vərəsə kimi sayan müxtəlif yollarla vərəsəlik şəhadətnaməsini əldə edən Cavabdeh4 verilmiş vərəsəlik haqqında şəhadətnamə qanun üzrə birinci növbəli vərəsəlik hüququna malik deyildir. Miras qoyanın birinci növbəli vərəsəsi mövcud deyildir. Lakin miras qoyanın ikinci növbəli vərəsəsi kimi onun doğma qardaşı oğludur. Mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni, yəni X14 09 oktyabr 2009-cu ildə vəfat etmişdir. Ona görə də, qanuni miras qoyanın 2-ci növbəli vərəsəsi hesab olunur. Ümumiyyətlə, istər vərəsələrin dairəsi barədə Türkoba kənd ərazi mümayəndəsinin arayışı, istərsədə Notariat Kontorunun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində vərəsələrin vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, qanun üzrə vərəsələrin vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təşkil edən sənədləri tələb etməmişdir. Notariat haqqında Azərbaycam Respublikasının Qanununun 59-cu maddəsini kobud şəkildə pozaraq məticədə qanunsuz vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də, vərəsələrin gəlməsini gözləmədən qanuni vərəsə olmayan Cavabdeh4 birinci növbəli vərəsəlik barədə şəhadətnamə vermişdir. Həmin şəhadətnamədən istifadə edən Cavabdeh4 əvvəlcə Daşınmaz Əmlak barədə miras əmlaka dair tam mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz Əmlaka dair hüquqları əldə etdikdən sonra həmin əmlaklarını maraqlı şəxslərə bağışlama müqaviləsi ilə 8000 (səkkiz min) manat dəyərində alqı-saqtı etmişdir. Əmisinin ölümündən sonra miras qalmış əmlaklarına vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh4 adına verilmiş Çıxarışın və həmin Çıxarış əsasında Maraqlı şəxs və X10 adına bağışlama müqavilələri əsasında bağışlanmış daşınmaz əmlaklara dair Çıxarışlar etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil3 məhkəmə iclasında izahat verərək bildirdi ki, ərazi nümayəndəliyi tərəfindən verilən vərəsələrin əhatə dairəsi barədə arayış yanlışdır. Belə ki, mərhumun çox sayda vərəsəsi olmasına baxmayaraq arayışda yalnız bir nəfərin adı yazılmışdır. Mərhumun vərəsələrindən olan İddiaçı sağ olmasına baxmayaraq notariusa müraciət zamanı ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda vərəsə kimi göstərilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, nümayəndəsi olduğu Maraqlı şəxs əmlakı vicdanlı əldə edən şəxsdir, ona görədə iddia tələbinin əsassız olmasının nəzərə alınaraq rədd edilməsini xahiş etdi. Cavabdeh Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhumun vərəsələrinin müəyyən edilməsi barədə arayış verilərkən heç bir səhvə yol verilməmişdir. Belə ki, Cavabdeh4 mərhumun son bir ayında onun yanında görmüşdür və onun vərəsə olması barədə arayış vermişdir. Odur ki, iddia tələbinin əsassız olmasının nəzərə alınaraq rədd edilməsini xahiş etdi. Cavabdeh4 nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı mövqeyini də çatdırmağı zəruri hesab edilir. Belə ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Mülki Məcəllənin 1272-ci maddəsində göstərilmiş müddət mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göstərilənlərə əsasən iddianın əsassız olması ilə bərabər, həm də bu əsasla rədd edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş olsa da, təşkilatlar məhkəmə iclasında iştirakını və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdeh təşkilatların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ilə (hakim Z.Zeynalov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-257/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi) P.Əhmədov və T.Kərimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X3 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X3 adına verilmiş 04 iyun 2021ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X3 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Masallı Rayonu, Türkoba kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; Masallı Rayonu, Türkoba kəndində 73,1 ha torpaq sahəsinin 0,09 ha hissəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi-50 (əlli) manat Cavabdeh4 tutularaq İddiaçı ödənilmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək işin Maraqlı şəxs ilə X11 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin alğı-satğı müqaviləsi bağlandıqdan sonra Maraqlı şəxs adına dövlət reyestrindən verilmiş Çıxarışın və həmin alğı-satqı müqaviləsindən doğan digər sənədlərin (bağışlama müqaviləsi və çıxarışın) ləğv edilməsi hissəsində işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1883/2024 saylı, 02 iyul 2024-cü il tarixli (hakimlər X8 (məruzəçi hakim), X9 və X6 ibarət tərkibdə) qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2(106)-257/2024 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən sübutların düzgün tətbiq etməmişdir (düzgün qiymətləndirilməmişdir). Cavabdeh4 yeganə vərəsə deyil, iddiaçı da əmisi X7 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Əmisi öldüyü zaman atası sağ olmadığına görə o, atasına çatası paya vərəsə olmuşdur. Lakin vərəsəlik işi açıldığı zaman bu hal nəzərə alınmamışdır. Həmdə Cavabdeh4 mərhum əmisi X7 ögey bacısıdır. Həmçinin onun atalığının müəyyən olunmadığı üçün ilk öncə məhkəmədə atalığın müəyyən olunması barədə iddia qaldırmışdır. (bununla bağlı məhkəmə qətnaməsi vardır). Həmdə əmisi xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin vaxt isə Covid 19 pandemiyası olmuşdur, o isə həmin vaxt Rusiya Federasiyasında yaşamışdır. Bu səbəbdən də vaxtında iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Eləcədə əmlakla bağlı şəhadətnamə onlarda olmuşdur. Onlar həmin şəhadətnaməni onlara vermişlər. Əmlakla bağlı ilk Dövlət Reyestrindən Çıxarışda onlarda olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1883/2024 saylı, 02 iyul 2024-cü il tarixli qərarı əsas götürülməklə, Maraqlı şəxs ilə X11 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin alğı-satğı müqaviləsi bağlandıqdan sonra Maraqlı şəxs adına dövlət reyestrindən verilmiş Çıxarışın və həmin alğı-satqı müqaviləsindən doğan digər sənədlərin (bağışlama müqaviləsi və çıxarışın) ləğv edilməsi hissəsində iddianın tam təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, onunla X11 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarlı olmasını, həmçinin özünün ikinci növbə vərəsə olmasından məlumatsız olduğunu bildirmiş, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2024-cü il tarixli qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2(106)-257/2024 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Odur ki, məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətini iddianın təmin olunmayan hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 1133.1. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini belə əsaslandırmışdır ki, mübahisələndirilən 04 iyun 2021- ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilərkən Mülki Məcəllənin və Notariat haqqında Qanunun tələblərinə əməl edildiyi üçün etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir və bu əsasla da miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 04 iyun 2021-ci il tarixdə 2V-245, 2V-247, 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-257/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi) P.Əhmədov və T.Kərimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X3 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X3 adına verilmiş 04 iyun 2021ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X3 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Masallı Rayonu, Türkoba kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; Masallı Rayonu, Türkoba kəndində 73,1 ha torpaq sahəsinin 0,09 ha hissəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi-50 (əlli) manat Cavabdeh4 tutularaq İddiaçı ödənilmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək işin Maraqlı şəxs ilə X11 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin alğı-satğı müqaviləsi bağlandıqdan sonra Maraqlı şəxs adına dövlət reyestrindən verilmiş Çıxarışın və həmin alğı-satqı müqaviləsindən doğan digər sənədlərin (bağışlama müqaviləsi və çıxarışın) ləğv edilməsi hissəsində işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1883/2024 saylı, 02 iyul 2024-cü il tarixli (hakimlər X8 (məruzəçi hakim), X9 və X6 ibarət tərkibdə) qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 2(106)-257/2024 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, iddiaçının kassasiya şikayətinin dəlili əsasında apellyasiya instansiyası məhkəməsinin Maraqlı şəxs vicdanlı əldə edən olması və bu səbəbdən X11 arasında bağlanmış alğı-satqı müqaviləsini etirabsız hesab edilə bilməməsi barədə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs vicdanlı əldə edən olması və onunla X11 arasında bağlanmış alğı-satqı müqaviləsinin etirabsız hesab edilə bilməməsi barədə gəldiyi nəticə qanuni olmamış, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qətnamənin iddianın təmin edilməyən hissəsində apelyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, iddiaçının iddiasına görə Maraqlı şəxs vicdanlı əldə edən olması qəbul edilən deyildir. Bu səbəbdən də X11 ilə onun arasında bağlanmış alğı-satqı müqaviləsini etirabsız hesab edilməli və onun adına verilmiş çıxarış ləğv edilməlidir. İddiaçıların iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iddiaçının doğma əmisi olan X13 xx.xx.2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Əmisi vəfat edənə qədər qanunla birinci növbəli vərəsəsi qalmamışdır. Əmisi vəfat etdikdən sonra nə sağlığında vəsiyyətnamə qoymuşdur, nədəki qalmış mirası faktiki qəbul edib sahiblik edən qanuni vərəsələri olmamışdır. Əmisinin ikinci növbəli vərəsəsi kimi o, Rusiya Federasiyasında yaşamışdır. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Lakin miras əmlak barəsində çoxlu mübahisələri olmuşdur. Bütün bunlara baxmayaraq Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin qanunsuz olaraq verdiyi vərəsələrin dairəsi barədə arayışına əsasən Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Notariusu miras əmlaklara vərəsəlik şəhadətnaməsini yazıb vermişdir. Həmin vərəsəlik barədə verilən şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən maraqlı şəxslərə miras qalmış daşınmaz əmlaklara Dövlət Reyestrindən Çıxarışlar yazılıb verilmişdir. Həmin çıxarışlara əsaslanaraq daşınmaz əmlaklar ayrı-ayrı şəxsə satılmışdır. X5 miras qalmış əmlakına vərəsəlik barədə verilmiş şəhadətnamə qanunda nəzərdə tutulmuş vərəsə olmayan şəxsə Cavabdeh4 yeganə qanuni tam hüquqlu vərəsə kimi tanınmışdır. Əslində isə Cavabdeh4 miras qoyanın qanuni vərəsəsi kimi tanına bilməz. Cavabdeh4 miras qoyan X7 ögəy bacısıdır. Cavabdeh4 anası X2r. X7 anası isə Mehri Rzayevadır. Doğum haqqında şəhadətnamələrdən də açıq-aydın görünür ki, özünü yeganə qanuni vərəsə kimi sayan müxtəlif yollarla vərəsəlik şəhadətnaməsini əldə edən Cavabdeh4 verilmiş vərəsəlik haqqında şəhadətnamə qanun üzrə birinci növbəli vərəsəlik hüququna malik deyildir. Miras qoyanın birinci növbəli vərəsəsi mövcud deyildir. Lakin miras qoyanın ikinci növbəli vərəsəsi kimi onun doğma qardaşı oğludur. Mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni, yəni X14 09 oktyabr 2009-cu ildə vəfat etmişdir. Ona görə də, qanuni miras qoyanın 2-ci növbəli vərəsəsi hesab olunur. Ümumiyyətlə, istər vərəsələrin dairəsi barədə Türkoba kənd ərazi mümayəndəsinin arayışı, istərsədə Notariat Kontorunun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində vərəsələrin vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, qanun üzrə vərəsələrin vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təşkil edən sənədləri tələb etməmişdir. Notariat haqqında Azərbaycam Respublikasının Qanununun 59-cu maddəsini kobud şəkildə pozaraq məticədə qanunsuz vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də, vərəsələrin gəlməsini gözləmədən qanuni vərəsə olmayan Cavabdeh4 birinci növbəli vərəsəlik barədə şəhadətnamə vermişdir. Həmin şəhadətnamədən istifadə edən Cavabdeh4 əvvəlcə Daşınmaz Əmlak barədə miras əmlaka dair tam mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz Əmlaka dair hüquqları əldə etdikdən sonra həmin əmlaklarını maraqlı şəxslərə bağışlama müqaviləsi ilə 8000 (səkkiz min) manat dəyərində alqı-saqtı etmişdir. Əmisinin ölümündən sonra miras qalmış əmlaklarına vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh4 adına verilmiş Çıxarışın və həmin Çıxarış əsasında Maraqlı şəxs və X10 adına bağışlama müqavilələri əsasında bağışlanmış daşınmaz əmlaklara dair Çıxarışlar etibarsız hesab edilməlidir. Cavabdeh4 nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı mövqeyini də çatdırmağı zəruri hesab edilir. Belə ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Mülki Məcəllənin 1272-ci maddəsində göstərilmiş müddət mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göstərilənlərə əsasən iddianın əsassız olması ilə bərabər, həm də bu əsasla rədd edilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı Maraqlı şəxs izahatında onunla Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsini etibarlı hesab etdiyini bildirmişdir. Belə ki, o ümumiyyətlə ikinic növbə vərəsə olmasına baxmayaraq ona miras əmlakdan pay düşməsini bilməmişdir. Əgər bilsəydi o vərəsə kimi miras əmlakdan ona düşən payın müəyyən edilməsi tələbi ilə çıxış edərdi. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyandan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsi və ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi qalmışdır. Mərhumun arvadı X4 miras qoyandan əvvəl yəni, xx.xx.2004-cü ildə vəfat edib. Miras qoyanın vəfatından sonra Cavabdeh4 29 mart 2021-ci ildə Notariat Ofisinə ərizə verərək xx.xx.2020-ci ildə ölmüş qardaşı X5 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Notarius tərəfindən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair 4 iyun 2021-ci il tarixli 2V- 245, 2V-247 və 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra, Cavabdeh4 həmin əmlaklara dair xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (0.15 ha k/t torpaq) və xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (fərdi yaşayış evi və evin yerləşdiyi 0.09 ha torpağa) Çıxarışlar almışdır. Həmçinin Cavabdeh4 ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini 16 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs satmışdır. İddiaçı miras qoyanın qardaşı oğlu, Cavabdeh4 isə bacısıdır. Maraqlı şəxs isə miras qoyanın qardaşı qızıdır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mövcudluğu hələ onun etibarsız hesab edilə bilməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi mütləq şəkildə iddiaçının mübahisə edilən müqavilənin yaranma səbəbləri ilə bağlı arqumentlərini araşdırmalı, bunun üçün isə iddiaçı ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini ardıcıllığını izləməli və sübutları hüquqi cəhətdən qiymətləndirməlidir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir.Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Bundan əlavə o, da qeyd olunmalıdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətdən kənarda qalmamalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki qanunvericilik müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Həmin məcəllənin 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlar, tərəflərin izahatları və işin digər hallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Yuxarıda göstərilən qanunvericilik normasının və qeyd edilən Plenum qərarında ifadə olunmuş hüquqi mövqeyin hazırkı işlə anoloji təhlili onu deməyə əsas verir ki, Maraqlı şəxs vicdanlı alıcı ola bilməz. Çünki o, əmisi X7 vərəsəlik hüququ ilə bağlı qanun üzrə ikinci növbə vərəsəsidir. Maraqlı şəxs ikinic növbə vərəsə kimi notarial qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə almaq yerinə ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh4 mülkiyyətinə keçmiş əmisindən miras qalan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini alğı-satqı müqaviləsi ilə mülkiyyət hüququ əldə etmişdir. Maraqlı şəxs ikinci növbə vərəsə kimi miras əmlakdan ona qalası payı qəbul etmək əvəzinə, özünü vicdanlı alıcı kimi göstərərək alğı-satqı müqaviləsi əsasında miras qoyandan miras qalmış və digər vərəsə olan Cavabdeh4 tərəfindən qanunsuz olaraq əldə edilmiş daşınmaz əmlakı öz mülkiyyətinə keçirməsi, əslində məhz miras qoyanın digər vərəsəsi olan və hazırkı işdə iddiaçı olan İddiaçı vərəsə kimi onun miras əmlakı qəbul etməsinə məhrumiyyətlər yaratmış və nəticədə İddiaçı miras əmlakdan əsassız yerə məhrum olmuşdur. Məhkəmə kollegiyası habelə qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir birinə olan inamının da azalmasına gətirib çıxarardı. Göründüyü kimi cavabdeh Maraqlı şəxs ilə Cavabdeh4 arasında 16 dekabr 2021-ci il tarixli ünvan 1ində 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi barəsində AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsi bağlanarkən, Maraqlı şəxs özgəninkiləşdirən Cavabdeh4 mülkiyyətçi olmadığnı bilmiş, ona məlum olmuşdur ki, İddiaçı miras əmlaka (mümkün iddialı) hüququ olan vərəsədir. Belə olan halda isə əldə edən olaraq Maraqlı şəxs vicdanlı əldə edən sayılmır. Çünki vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmamışdır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutlara və yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeye əsaslanaraq iş üzrə yekun olaraq qənaətə gəlir ki, Maraqlı şəxs ikinic növbə vərəsə olduğundan və mübahisəli mənzili digər vərəsə Cavabdeh4 ilə bağlanmış alqı-satqı müaviləsi əsasında əldə etdiyindən Maraqlı şəxs ikinci növbə vərəsə olmasında məlumatsız olması barədə izahatı inandırıcı deyildir, buna görə də o, vicdanlı əldə edən hesab edilə bilməz. Kollegiya hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində yəni Maraqlı şəxs ilə Cavabdeh4 arasında bağlanmış AN-İ № ******* saylı 16 dekabr 2021-ci il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında Maraqlı şəxs adına ********** qeydiyyat nömrəli qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində yəni, Maraqlı şəxs ilə Cavabdeh4 arasında bağlanmış AN-İ № ******* saylı 16 dekabr 2021-ci il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında Maraqlı şəxs adına ********** qeydiyyat nömrəli qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Maraqlı şəxs ilə Cavabdeh4 arasında bağlanmış AN-İ № ******* saylı 16 dekabr 2021-ci il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Maraqlı şəxs adına ********** qeydiyyat nömrəli qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar