Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1637/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Beyləqan rayon 1 saylı Notariat Ofisi və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi. Şirvan şəhəri, *6 noyabr 2*25-ci il X27 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Beyləqan rayon 1 saylı Notariat Ofisi və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin (hakim: Ramiz Nurullayev) *2 sentyabr 2*25-ci il tarixli, 2(*2*)-1*29/2*25 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu 1 saylı Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlakalara dair verilmiş çıxarışların ləğv edilməsi və X6 miras qalmış əmlaklar üzrə qanun üzrə birinci dərəcəli vərəsə kimi paylarının müəyyən edilməsi tələbinə dair iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında izahat verən İddiaçı1 ərizəsini əsaslandıraraq göstərmişdir ki, atası X12 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2**1-ci il tarixli qərarına əsasən JN: *147, kod **7***38 Dövlət Aktı ilə Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı 4.66 ha torpaq sahəsi verilmişdir. Həmçinin həmin ərəfələrdə həyətyanı sahə olaraq *.5* ha və *.16 ha torpaq sahələri də artırılmışdır. X2 2* may 1999-cu il tarixdə ölmüşdür. Mərhum atasından Aşağı Çəmənli kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Onlar Beyləqan rayon 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat Ofisi tərəfindən 21 fevral 2*23-cü il tarixdə verilmiş cavabda X8 adına vərəsəlik işi açılması və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi göstərilmişdir. Cavabdehlər tərəfindən mərhum atalarının digər vərəsələri gizlədilmiş, yalnız özlərini vərəsə kimi göstərməklə miras əmlaka tamamilə sahib olmaq istəmişlər. Notariat kontoru tərəfindən də digər vərəsələrin olub-olmaması müəyyən edilməmiş, vərəsələrin axtarılması üçün tədbirlər görməmişdir. Onlar atalarının qanun üzrə birinci dərəcəli vərəsələrdir. Ataları tərəfindən miras əmlakla bağlı vəsiyyətnamə qoyulmamışdır. Mirası vaxtında qəbul etməmələrinin səbəbi qardaşının torpaqdan istifadə etməsi olmuşdur. Ümumiyyətlə onların mirası qəbul etmək fikirləri olmamışdır, həmin torpaq sahəsinə ehtiyacları da yoxdur. Qardaşları Cavabdeh2 kömək etmək məqsədi ilə torpaqdan paylarını tələb etməmişlər. Sonradan qardaşının torpağı başqasına satmasını eşidib hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki dədə-baba torpaqlarının satılmasına razı olmamışlar. Ona görə də Beyləqan rayonu 1 saylı Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlakalara dair verilmiş çıxarışların ləğv edilməsi və X6 miras qalmış əmlaklar üzrə qanun üzrə birinci dərəcəli vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər İddiaçı2 iddianı müdafiə etmiş və İddiaçı1lə eyni məzmunlu izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etməmiş və göstərmişdir ki, göstərilənlər yalandır. İddiaçıların adına heç bir sənəd yoxdur və Beyləqan rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş Dövlət aktında və Şəhadətnamədə iddiaçıların adları göstərilməmişdir. Notarius şəhadətnamə verdikdən sonra onlar torpaqlarını satmışlar. Digər vərəsələr notariusa gəlməmişdir. O, özünə və oğlu Nağıya məxsus 2,*6 ha pay torpaq sahəsini satmışdır. Torpağı notarial qaydada alqı-satqı etməklə satmışdır. Qalan torpaq sahəsinin kimin istifadəsində olduğunu bilmir. Özünə və oğluna düşən payı satmışlar. İddiaçılar nə faktiki nə də qanun üzrə mirası qəbul etməmişlər. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməmiş və göstərmişdir ki, o, öz payına düşən torpaq sahəsini notarial qaydada alqı-satqı etməklə satmışdır. Nə qədər pay torpaq sahəsi olduğunu bilmir. Onunla anasının payı 2,*6 ha təşkil edir. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qəbul etməmiş və göstərmişdir ki, həyətyanı torpaq sahəsində tikilən ev onun mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Pay torpaq sahəsi ailə üzvlərinin hər adama *,77 ha torpaq sahəsi ayrılmışdır. Ona düşən payı qəbul etmiş, Cavabdeh1 isə özü və oğlunun payını satmışdır. Həyətyanı torpaq sahəsi cəmi *,66 hektardır. Həyətyanı torpaq sahələri 1997-ci ildə bölünmüş və orada atasının da payı olmuşdur. 1999-cu ildə atası rəhmətə gedəndən sonra onun adını Dövlət aktına salmamışlar. O, Ələddinə etibarnamə vermişdir. Ələddin özü notariusa getmişdir. O, heç bir sənəd hazırlamaq üçün getməmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin vəkalətli nümayəndəsi Mirzəyev Nicat iddianı onlara aid hissədə qəbul etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlak payının müəyyən edilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. İşdə olan mülkiyyət hüququna dair qeydiyyat sənədləri, yəni çıxarışlar notarius tərəfindən tərtib edilmiş alqı-satqı müqaviləsi əsasında verilmişdir. Onların ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də iddianın həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu məhkəməyə nümayəndəsini göndərməmişdir. Buna görə də onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. Beyləqan Rayon Məhkəməsinin *2 sentyabr 2*25-ci il tarixli, 2(*2*)-1*29/2*25 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Beyləqan rayon 1 saylı Notariat Ofisi və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmiş və iddiaçılar tərəfindən dövlət rüsumu kimi ödənilən 1** (yüz) manat pul özlərinə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Qeyd etmişdir ki, məhkəmənin qənaəti onndan ibarət olmuşdur ki, “iddiaçılar miras əmlakı nə rəsmi, nə də faktiki olaraq qabul etməmişlər. Onların ümumiyyətlə mirası qəbul etmək fikri olmamış, yalnız vərəsələrdən Cavabdeh1 və Nağı Nağıyev onların payına düşən torpaq sahəsini satdıqdan sonra dədə-baba mülklərinin satılmasını qəbul etməyərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər”. Halbuki onlar ataları vəfat edərkən dəfn mərasimində və hüzr mərasimlərində iştirak etmiş, dəfələrlə miras əmlakına gedib-gəlmişlər və hesab edirlər ki, bu hallar onların miras əmlakı qəbul etməklərini özündə ehtiva edir. Bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir . c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişlər ki, onlar 1975-ci ildən Bakı şəhərində yaşayırlar. Şərqiyyə onların ögey anasıdır. Onlar özləri Şərqiyyəni atası ilə evləndirmişlər ki, atalarına baxsın. Nağı onların atabir, ana-ayrı qardaşlarıdır. Onlar miras əmlakı nə rəsmi, nə də faktiki olaraq qabul etməmişlər. Onların ümumiyyətlə mirası qəbul etmək fikri olmamışdır. Belə ki, analıqları Şərqiyyə və qardaşları Nağı miras əmlakda yaşamış və torpaq sahəsindən istifadə etmişlər. Lakin Şərqiyyə ilə Nağı sonradan kənd icra nümayəndəsi Ələddin Cəfərova etibarnamə vermiş, torpağa dair sənədlər alınaraq dədə-baba torpaqları satılmışdır. Məhz Cavabdeh1 və Nağı Nağıyev onların payına düşən torpaq sahəsini satdıqdan sonra dədə-baba mülklərinin satılmasını qəbul etməyərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Onlara yer edən isə kənd icra nümayəndəsi Ələddin Cəfərovun həmin torpaq sahəsini öz yaxınlarının adına alqı-satqı etdirməsidir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Hazırda Şərqiyyə və Nağı həmin kənddə yaşamırlar. Onlar köçərək öz rayonlarına getmişlər və orada yaşayırlar. Cavabdeh3 göstərmişdir ki, ona məxsus torpaq sahəsi hazırda özündədir. Onu heç kəsə satmamışdır. Onun sənədlərini də kənd icra nümayəndəsi Ələddin Cəfərov düzəltdirmişdir. Özü hazırda Bakı şəhərində yaşayır. Müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxmışdır. Digər cavabdehlərə və İİİ şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə onların işirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda İddiaçı1 apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı1 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Mülki Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Mülki Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Həmin Mülki Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Mülki Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair kodu 6*7***38 olan, JN-182A saylı şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh3, X19 və Cavabdeh2 *.5* ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-*147 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 22 oktyabr 2**1-ci il tarixli 1*7 saylı qərarı ilə X9, Cavabdeh1, Cavabdeh3, X5, X15 və Cavabdeh2 4.66 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin *6 iyul 2*22-ci il tarixli qətnaməsindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997ci il tarixli 15 saylı qərarına əsasən Kod 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 mülkiyyətinə verilmiş *,5* hektar həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinin payı *,125* ha müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 19 dekabr 2*22-ci il tarixli 2(*2*)- 1842/2*22 saylı qətnaməsindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasınn 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh3, X15 və Cavabdeh2 verilmiş *.5* ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 düşən cəmi *.16 ha həyətyanı torpaq sahəsi naturada ayrılaraq Cavabdeh1 və Cavabdeh2 təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən 27.*7.2*21-ci il tarixdə Cavabdeh2 verilmiş 6*7*13*45861 reyestr nömrəli, 1721*12888 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4,6583 ha torpq sahəsinin 2.*7*3 ha hissəsini 54** manata X1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 2.*7*3 ha kənd təsərrüfatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən *759 ha torpaq sahəsi X22 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən *,164 ha yaşayış məntəqəsi torpaq sahəsi X11 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 12.*9.2*23-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 6*7*13*59686 reyestr nömrəli, 1723*19548 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə *,759 ha torpq sahəsinin 3*** manata X4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 4,6583 ha kənd təsərrüfatlı torpaq sahəsi X2*, X19, Cavabdeh3, Cavabdeh2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 2,5879 ha kənd təsərrüfatlı torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17 iyul 2*21-ci il tarixli şəhadətnamədən görünür ki, 19.*5.1999-cu ildə vəfat etmiş X8 vərəsələri Beyləqan rayonun Aşağı Çəmənli kəndində qeydiyyatdaolan arvadı X2*, oğlu Cavabdeh2, və Cavabdeh3dur. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17 iyul 2*21-ci il tarixli şəhadətnamədən görünür ki, 18.*7.2***-ci ildə vəfat etmiş X3 vərəsəsi Beyləqan rayonun Aşağı Çəmənli kəndində qeydiyyatda olan qardaşı Cavabdeh3dur. Beləliklə, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair kodu 6*7***38 olan, JN-182A saylı şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh3, X19 və Cavabdeh2 *.5* ha həyətyanı JN-*147 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat komissiyasının 22 oktyabr 2**1-ci il tarixli 1*7 saylı qərarına əsasən X9, Cavabdeh1, Cavabdeh3, X5, X15 və Cavabdeh2 4.66 ha pay torpaq sahəsi verilmişdir. X16 19.*5.1999-cü ildə vəfat etmişdir. Beyləqan Rayon Məhkəməsinin *6 iyul 2*22-ci il tarixli qətnaməsinə əsasən Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Kod 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 mülkiyyətinə verilmiş *,5* hektar həyətyanı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 hər birinin payı *,125* ha müəyyən edilmişdir. Həmçinin Beyləqan Rayon Məhkəməsinin 19 dekabr 2*22-ci il tarixli 2(*2*)- 1842/2*22 saylı qətnaməsi ilə Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh3, X15 və Cavabdeh2 verilmiş *.5* ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 düşən cəmi *.16 ha həyətyanı torpaq sahəsi naturada ayrılaraq Cavabdeh1 və Cavabdeh2 təhkim edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 17 iyul 2*21-ci il tarixli şəhadətnaməyə əsasən 19.*5.1999-cu ildə vəfat etmiş X8 vərəsələri Beyləqan rayonun Aşağı Çəmənli kəndində qeydiyyatdaolan arvadı X2*, oğlu- Cavabdeh2, və Cavabdeh3 hesab edilmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 4,6583 ha kənd təsərrüfatlı torpaq sahəsi X2*, X19, Cavabdeh3, Cavabdeh2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 və Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən 27.*7.2*21-ci il tarixdə Cavabdeh2 verilmiş 6*7*13*45861 reyestr nömrəli, 1721*12888 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4,6583 ha torpq sahəsini 54** manata X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 2.*7*3 ha kənd təsərrüfatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi X16 19.*5.1999-cu ildə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair şəhadətnamə Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən verilmişdir və həmin sənəddə Allahverdi Nağıyev mülkiyyətçi deyildir. Beləliklə *,5* ha həyətyanı torpaq sahəsi verilərkən Allahverdi Nağıyev sağ olmuş, lakin onun adı mülkiyytçilər siyahısında qeyd olunmamışdır. İddiaçıların tələb etdiyi *,5* ha torpaq sahəsi miras əmlaka aid deyildir. Göründüyü kimi iddia təmin edilməmiş qətnamədən iddiaçlardan İddiaçı1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili onlar ataları vəfat edərkən dəfn mərasimində və hüzr mərasimlərində iştirak etmələrindən, dəfələrlə miras əmlakına gedib-gəlmələrindən və bununla da onların miras əmlakı qəbul etmələrindən ibarətdir. Qeyd etmişlər ki, bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçılar nə qanun üzrə notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq atalarından qalmış miras əmlakı qəbul etməmişlər. Onların ümumiyyətlə mirası qəbul etmək fikri olmamış, yalnız vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 onların payına düşən torpaq sahəsini satdıqdan sonra dədə-baba mülklərinin satılmasını qəbul etməyərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 1975-ci ildən Bakı şəhərində yaşayırlar. Lakin cavabdehlər miras əmlakda yaşamış, mirası faktiki və rəsmi olaraq qəbul etmiş, uzun müddət həmin miras əmlakda yaşamaqla miras əmlakı idarə etmiş, özlərinə düşən və miras kimi qəbul etdikləri torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında qanunun tələblərinə uyğun başqa şəxsə satmışlar. Həmçinin onlar qanun üzrə vərəsə kimi mirasın açıldığı yer üzrə notariat orqanına vərəsəlik hüququ haqqında şəhədətnamə verilməsi üçün müraciət etmiş, notarius onların ərizəsini nəzərə almış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhəadətnamə verilmişdir. Ona görə də həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı1 apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.*.1, 385.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin *2 sentyabr 2*25-ci il tarixli, 2(*2*)-1*29/2*25 saylı qətnaməsi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1637/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1637/2025
06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver