Məhkəmə qərarları › İş №2(106)-1664/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1664/2024

26.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1664/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdeh2 və onun nümayəndəsi Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1000/2024 saylı 04 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs X22 Xidmət Mərkəzinin notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 822 nömrəli reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X17 ilə faktiki nikaha daxil olmuş, bu nikahdan xx.xx.2014-cü il tarixdə onların qızları X15 adlı uşaqları anadan olmuşdur. Uşağın atası X17 xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində həlak olmuşdur. Bundan sonra iddiaçı valideynlərinin yanına köçmüşdür. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə uşağın babası X10 5.65 ha torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququna dair JN 0021 KOD90611038 saylı Dövlət aktı tərtib edilmişdir. Hər iki sənəddə X6 da payı olmasına baxmayaraq, iddiaçının qayınanası Cavabdeh1 xx.xx.2022-ci il tarixdə torpaq sahəsini Cavabdeh2 satmış, bununla da uşağ miras əmlaka olan pay hüququndan məhrum edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1000/2024 saylı 04 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 822 nömrəli reystr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Torpağın mülkiyyətə verilməsinə dair JN–0021 nömrəli Dövlət aktının surətindən görünür ki, Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Kürdəmir rayonu Muğanlı kəndi ərazisindən X7 6 nəfərdən ibarət ailə üzvlərinə 5.65 ha torpaq sahəsi verilmişdir. Ailə üzvləri: 1) X18; 2) X11; 3) Cavabdeh1; 4) X20; 5) X17; 6) X19. xx.xx.2019-cu il tarixli AZ-İV 232492 nömrəli Doğum haqqında şəhadətnamin surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Uşağın atası X17, anası İddiaçıdır. xx.xx.2014-cü il tarixli AZ-İ 659189 nömrəli Ölüm haqqında şəhadətnamin surətindən görünür ki, X17 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Muğanlı kəndində yerləşən 5.6547 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi X11, 3/12 hissəsi X20, 7/12 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsində görünür ki, Cavabdeh1 mülkiyyətində olan Kürdəmir rayon Muğanlı kənd ərazisində yerləşən 5.657 ha torpaq sahəsini Kürdəmir rayon Qarasaqqal kənd sakini Cavabdeh2 5000 manata satmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nüşabə Sadıqlı özünün qeyd etdiyi kimi vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş Çıxarışı mübahisələndirmədən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmış və birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət vermədən, iddia tələbində vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsi ilə bağlı heç bir tələb olmadığı halda vərəsəlik şəhadətnaməsinin qanunsuz alınmasına istinad edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 oğlu məhkəmə iclasında bildirmişdir ki, iş materiallarından da görünür ki, vərəsəlik şəhadətnaməsi mövcud olmamış və vərəsəlik üçün də müraciət edilməmişdir. İddiaçı ilə Cavabdeh1 vəfat etmiş oğlu - X17 arasında rəsmi nikah da olmamışdır. İddiaçının övladı olsa da, vərəsəlik üçün heç bir formada müraciət edilməmişdir. Alğı-satqı prosesində müvafiq notariat orqanı vərəsəliyin dairəsini müəyyən etməli olduğu halda etməmişdir. Hüquqlarını təmsil etdiyi şəxs vicdanlı alıcı qismində digər Cavabdeh1 torpaq sahəsini almasına baxmayaraq, hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir. Nəticədə Cavabdeh2 maddi ziyan dəymiş və bu hal davam edir. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının yaşadığı kənddə deyil başqa kənddə yaşayır. O, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini alarkən həmin torpaq sahəsində X4 da payının olduğunu gizlətmişlər. Həmin vaxt o, mərhum X6 qız övladının olması barədə xəbərsiz olmuşdur. Torpaq sahəsini aldıqdan 2 ay sonra torpaq sahəsinə çıxarış əldə etmişdir. Çıxarış əldə etdikdən sonra iddiaçının nümayəndəsi ona həmin torpaq sahəsində mərhum X6 övladı X4 da payının olduğunu bildirmişdir. Həmin vaxta qədər onun bu barədə məlumatı olmamışdır. Bundan sonra o, halallıq nümayiş etdirərək X8 1 ha torpaq sahəsinin pulunu verməyi təklif etmiş, iddiaçının nümayəndəsi təklif olunan 1300 manat məbləğində pulu qəbul etməmişdir. Hal-hazırda da o, iddiaçıya 800 manat məbləğində pul verməyə razıdır. Torpaq sahəsinin alğı-satqısına 5000 manat olmaqla sənədləşdirilməsinə ümumilikdə 6000-7000 manat məbləğində xərc çəkmişdir. O, verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X16 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 da X4 həmin mübahisəli torpaq sahəsində payının olması barədə məlumatı olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, övladının haqqını tələb etməkdədir. Cavabdeh2 övladının payı olan torpaq sahəsindən istifadə etməsi müqabilində 300 manat məbləğində pul verməyi təklif etmişdir. X1 asılı olmayaraq payına düşən torpaq sahəsinin verilməsini istəyir, əks halda barışıq mümkün deyildir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şiakyəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1000/2024 saylı 04 iyun 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, JN–0021 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə kürdəmir rayon Muğanlı kəndi ərazisindən yerləşən 5.65 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 6 nəfərdən ibarət ailə üzvlərinə verilmişdir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 5000 manata satılmışdır. Həmin vaxt qeyd olunan torpaq sahəsinin digər mülkiyyətçisi X6 vərəsləyi nəzərə alınmamış, onun vərəsələrinin olub-olmaması müəyyən edilməmişdir. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini satarkən oğlu-xx.xx.2013-cu il tarixdə vəfat etmiş X6 vərəsələrinin dairəsini notariat orqanından gizlətmiş, notariat orqanı isə onun vərəsləyinin dairəsini müəyyən etməmişdir. Halbuki, Şirvan Sadıqovun vərəsəsi kimi onun azyaşlı övladı X15 tanınmalı idi. Başqa sözlə, alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. MM-in 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1000/2024 saylı 04 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Belə ki, işdən göründüyü kimi, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Kürdəmir rayonu Muğanlı kəndində yerləşən 5.6547 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi X11, 3/12 hissəsi X20, 7/12 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Kürdəmir rayon Muğanlı kənd ərazisində yerləşən 5.657 ha torpaq sahəsini Kürdəmir rayon Qarasaqqal kənd sakini Cavabdeh2 5000 manata satmışdır. Beləcə, Cavabdeh2 Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş 5.657 ha torpaq sahəsini almış və tam paylı mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirmişdir. Göründüyü kimi, Cavabdeh2 mülkiyyət hüququnu əldə edərkən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin həqiqiliyinə inanmışdır. İş materiallarına əsasən Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırkı vaxta kimi mübahisələndirilməmişdir. MM-in 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya yuxarıda sadalanan qanunvericilik normalarına və mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Bütün bunlarla bərabər, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Göstərilənlər baxımından, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (MM-in 560.1 və 560.2-ci maddələri). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 2(041)-1000/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar