Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1684/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı əlavə hesablanmış borcun silinməsi və ödənilmiş pulun qaytarılması tələbinə dair mülki işi üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-1347/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 ünvan 1 ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin X5si barəsində artıq hesablanmış 120 manat borcun, sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sayğacsız istifadəyə görə iki qat hesablanmış 21.67 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında ona məxsus olan, çöldə yerləşən elektrik sayğacı avtomobil tərəfindən vurularaq yararsız hala düşmüşdür. Hadisə baş verdikdən dərhal sonra “Şəbəkə”yə məlumat vermiş və hadisə yerinə iki nəfər elektrik gəlmişdir. Onlar sayğacı yerində yoxladılar, avtomobilin təsiri ilə sıradan çıxdığını təsdiqlədilər və mərkəzə bu barədə məlumat verdilər. Daha sonra həmin əməkdaşlar evinin elektrik xəttini, birbaşa qoşaraq elektrik enerjisini bərpa etdilər və hadisə yerindən ayrıldılar. Hadisənin həm axşamı, həm də ertəsi gün gündüz saatlarında “Şəbəkə”dən onunla əlaqə saxlanıldı və bildirildi ki, sıradan çıxmış sayğacı və işıq kartını mərkəzə təhvil verməlidir. 17 mart 2025-ci il tarixdə səhər saat 10:00-11:00 arası sayğacı və işıq kartını “Şəbəkə”yə təqdim etmişdir. Bu zaman ondan ərizə də alınmış və baş vermiş hadisəni yazılı şəkildə təsvir etmişdir. Həmçinin ona bildirildi ki, yeni sayğac quraşdırılacaq və bu aralıq dövrdə istifadə etdiyi elektrik enerjisi əvvəlki aylıq sərfiyyat göstəriciləri əsasında hesablanacaqdır. 26 mart 2025-ci il tarixində ona zəng vuruldu və yeni sayğacın quraşdırılacağı bildirildi. Qeyd olundu ki, sayğac idarə tərəfindən quraşdırılsa da, avtomat və sayğac qutusu üçün vəsaiti istehlakçı olaraq ödəməlidir. O razılaşdı və onlar da gəlib quraşdırdılar. Bu səbəbdən 30 manat qutuya, 15 manat isə avtomata görə ümumilikdə 45 manat ödəniş etmişdir. Sayğac quraşdırıldıqdan sonra ona sadəcə bir vərəq sənəd təqdim olunmuşdur. Aktın şəkili tərəfindən telefonla çəkilmişdir. Lakin bir neçə gün sonra, saygaca işıq yükləmək məqsədilə “milliön” aparatına yaxınlaşdığında balansında 120 manat məbləğdə borc qeyd olunduğunu görmüşdür. Bu barədə ona əvvəlcədən heç bir məlumat verilməmişdir. Həmin gün və sonrakı bir neçə gün tətil olduğuna görə məsələni aydınlaşdıra bilməmişdir. İş günü başlayandan sonra məsələni araşdırmaq üçün “Şəbəkə”yə müraciət etmişdir. Amma ondan öncə enerji yükləmək üçün məcburiyyət qarşısında qalaraq borcun bir hissəsini ödəmişdir. Qaydalara əsasən ödənilən məbləğin yalnız 20%-i balansına enerji kimi əlavə edilirdi, 80%-i isə borc kimi tutulurdu. Müraciəti zamanı ona bildirildi ki, bu 120 manat yeni sayğacın rüsumudur. Bu izaha inandı və borcun hamısını (120 manat) tam şəkildə ödəmişdir. Lakin bunu yalan olduğunu təxminən 10 gün sonra ona yenə əlavə olaraq 21 manat 67 qəpik məbləğində borc yazılanda öyrənmişdir. Bu dəfə məsələ ilə bağlı "xxxx" ASC-nin Şirvan Regional İdarəsinə müraciət etmiş və bildirdilər ki, bu borc onun 10 gün ərzində sayğacsız birbaşa enerji istifadə etdiyinə görə yazılıb. Halbuki, əvvəldən ona deyilmişdi ki, bu müddət ərzindəki enerji sərfiyyatı əvvəlki aylıq orta sərfiyyat əsasında hesablanacaq. Onun orta aylıq sərfiyyatı 30 manat civarındadır və bu göstəriciyə əsaslansa, 10 gün üçün maksimum 10 manat ödəniş olmalı idi, 21,67 manat deyildir. Daha sonra bildirdi ki, bundan öncə də ona 120 manat borc yazılıb. Buna cavab bildirdilər ki, guya sayğacı vaxtında təhvil verməmişdir deyə bu məbləğ ona borc kımi yazılıb. Sayğacı hadisədən bir gün sonra, yəni 17 mart 2025-ci il tarixdə tarixində təhvil vermişdir. Məsələnin araşdırılması nəticəsində onun dedikləri təsdiq olundu və idarə əməkdaşları səhv protokol tərtib edildiyini etiraf etdilər. Onlar bildirdilər ki, bu protokol ləğv olunacaq, yenisi tərtib ediləcək və 120 manat məbləğ balansına geri qaytarılacaqdır. Hətta elektriklə də həmin anda məsələ ilə bağlı əlaqə saxlanıldı və bildirildi ki, protokol dəyişdiriləcək. Lakin növbəti gün heç bir dəyişiklik olmadı və məbləğ balansına geri qayıtmadı. Yenidən idarəyə getmiş və onlardan tələb etmişdir ki, “siz mənə dünən söz verdiniz ki, bir gün ərzində məsələ həll olunacaq və məbləğ sənin balansına qaytarılacaq. Onlar dedilər ki, yox, biz o borcu sənə qaytarmayacayıq, biz o protokolu ləğv edib, başqa protokol yazılacaq, həmin o 120 manatı yeni sayğacın rusumu kimi yönləndirəcəyik”. Yəni, o 120 manatı yeni sayğacın rüsumu kimi hesablanacaq. Bir saata yaxın onlarla söhbət etsə də nəticə olmadı. Bütün bu hadisələr ona maddi zərər verməklə yanaşı, eyni zamanda psixoloji narahatlıq da yaradıb. İdarə əməkdaşları vəzifə səlahiyyətlərindən və onun məlumatsızlığından suiistifadə edərək onu aldatmış və nəticədə borclu olmadığı bir məbləği ödəməyə məcbur olmuşdur. Bütün bu hallar nəzərə alınaraq, tələb edir. Qutuya görə ödədiyi 30 manatın geri qaytarılmasını, 120 manatlıq əsassız borc ödənişinin geri qaytarılması, sayğacsız istifadə muddətinə görə hesablanmış 21 manat 67 qəpik borcun yenidən düzgün əsasla hesablanması və məbləğin artıq hissəsinin ona qaytarılmalıdır. Qeyd etdiyi tələblərlə bağlı onun əsaslı dəlilləri var. Birinci əsas 30 manatla bağlıdır. Həmin şəxs ondan 30 manatı alarkən ona heç bir rəsmi sənəd nə protokol, nə də pulun alınmasına dair heç bir qəbz təqdim etmişdir. Bu prosesin rəsmi olmasını göstərən heç bir sənəd ona verilməyib. Ümumiyyətlə, onunla şirkət arasında müqavilə bağlanmalı idi, lakin belə bir müqavilə bağlanmayıb və ona təqdim də olunmayıb. Bu, onun birinci əsaslı arqumentidir. İkinci əsas 120 manatla bağlıdır. Əvvəla, sayğacı təhvil verdiyi halda, bu məbləğdə cərimə yazılması qanunsuzdur. Çünki artıq sayğac təhvil verilib. Əgər iddia olunur ki, sayğacı təhvil verməmiş, bu halda protokol tərtib olunmalı idi. Əvvəlcədən xəbərdarlıq edilməli, protokolla tanış edilməli və bu sənəd əsasında ondan ödəniş tələb olunmalı idi. Amma heç bir xəbərdarlıq, heç bir protokol tərtib olunmadan birbaşa bu məbləğ onun balansına əlavə olunub. Bu da qanunsuzdur. İkincisi, hətta əgər belə bir borc yaranıbsa, bu xüsusi borc hesab olunur və buna gorə də, ayrıca bir protokol tərtib olunmalı idi. Bu protokolda səbəblər göstərilməli, bu sənədlə tanış edilməli və yalnız ondan sonra ondan ödəniş tələb olunmalı idi. Amma bütün bu mərhələlər pozulub və heç bir sənəd təqdim edilmədən borc birbaşa balansına yazılıb. Üçüncü, əsas onlar bu 120 manatı cərimə olaraq deyil, sərfiyyat kimi onun balansına daxil ediblər. Sanki guya 120 manatlıq elektrik enerjisi istifadə etmişdir. Halbuki bu, düzgun deyil. Əgər bu məbləğ doğrudan da cərimə idisə, bu barədə protokol tərtib olunmalı, izah verilməli və bu şəkildə borc qeyd olunmalı idi. Amma bu edilməyib və cərimə, guya sərf olunmuş enerji kimi balansına əlavə olunub ki, bu da hüquqi cəhətdən yanlışdır. Dördüncü, əsas yeni sayğacla bağlı 120 manatın rüsum kimi təqdim edilməsi, həmin 120 manat yeni sayğacın rusumu kimi qeyd ediləcək və yeni protokol tərtb olunacaq bu yanaşma da əsassızdır. Əgər doğrudan da yeni sayğacın quraşdırılması üçün ödəniş tələb olunurdusa, sayğac quraşdırılmazdan əvvəl bu barədə rəsmi protokol tərtib edilməli və ona təqdim olunmalı idi. Aradan iki ay keçdikdən sonra bu məqsədlə protokol tərtib etmək qanuni qüvvəyə malik ola bilməz. Protokol yalnız vaxtında tərtb edilməlidir. Beşinci əsas 10 günlük sərfiyyata görə yazılmış artıq borc ona 10 günlük sərfiyyat üçün əlavə borc yazılıb. Halbuki, mövcud qaydalara əsasən, belə hallarda borc, orta aylıq sərfiyyatın uyğun hissəsinə əsasən hesablanmalı idi. Onun aylıq sərfiyyatının maksimum 30 manat oldugunu nəzərə alsa, 10 günlük sərfiyyat üçün maksimum 10 manat düşməli olduğu halda, onun 2 qatının yazılması hüquqa ziddir və əsassız borc hesab olunur. Şirvan Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2(032)-1347/2025 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: "xxxx" ASC-nin Sayğac Quraşdırma və uçota nəzarət idarəsinin Məişət istehlakçılarında sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokolunda qeyd edilmişdir ki, 370238 saylı akta əsasən avtonəqliyyat tərəfindən vurularaq yarasız hala düşən sayğac yenisi ilə əvəz olunana kimi abonent müvəqqəti olaraq elektrik enerjisi ilə təmin olunmuşdur. "xxxx" ASC-nin 11 mart 2025-ci il tarixli R 370238 nömrəli aktında qeyd olunmuşdur ki, EEİQ-yə əsasən sayğaca baxış keçirən zaman müəyyən olunmuşdur ki, sayğac avtonəqliyyat vasitəsi tərəfindən vurularaq yararsız hala düşmüşdür. Abonent yeni sayğac quraşdırılana qədər müvəqqəti elektrik enerjisi ilə təmin edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, xx.xx.2025-ci il tarixli AKT R370238 saylı akt və ******* nömrəli protokol üzrə abonentə orta aylıq sərfiyyat 185 kVts müəyyən olunmuşdur. "xxxx" ASC-nin X11 Təchizatı və Satışı idarəsi X9 tərəfindən Şirvan RETSİ-nin rəisinə ünvanlanmış 18 mart 2025-ci il tarixli 18-1/197 nömrəli məktubundan görünür ki, Şirvan EŞ-nin xidməti ərazisində aşağıda adı göstərilən əhali abonentinə EEİQ-yə uyğun akt tərtib edilmişdir. Qüsurların aradan qaldırılmasına, abonentə elektrik sayğacının quraşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Əli Bayramlı şəhəri H.Z.Tağıyev küçəsi ev 33A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrə ilə reyestr kitabında 128 nömrəli vərəqində qeydyyata alınmışdır. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli kitabında 630 nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 13-13/2-2/07-Q- 6163-5/2025 nömrəli məktubundan görünür ki, zədələnmiş elektrik sayğacına görə sayğac quraşdırılma bədələnin hesablanması ilə bağlı (xx.xx.2025-ci il tarixli 13-13/2- 2/07-Q-6163-5/2025 nömrəli) müraciətə "xxxx" ASC-də baxılmış, elektrik sayğacı quraşdırılan zaman zədələnmiş elektrik sayğacının yerində aşkar edilməməsi səbəbindən sayğac quraşdırma bədəli abunə hesabına daxil edilmiş və sayğac təhvil verildikdən sonra sayğac bədəli abunə hesabından silinmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus evdə quraşdırılmış elektrik sayğacı avtomobilin vurması nəticəsində yararsız hala düşmüş, bu barədə "xxxx" ASC-yə məlumat verilmiş və əməkdaşlar hadisə yerinə gəlmişdir. Sayğac hadisədən bir gün sonra – xx.xx.2025-də “Şəbəkə”yə təhvil verilmiş, lakin heç bir rəsmi protokol tərtib edilməmişdir. Sonradan balansında əsassız şəkildə 120 manat borc, əlavə olaraq 21,67 manat “sayğacsız sərfiyyat”, həmçinin 30 manat “qutu xərci” qeyd olunmuş, bu məbləğləri ödəməyə məcbur olmuşdur. Məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Lakin qərar həm faktiki hallar, həm də qanunvericilik normalarının tətbiqi baxımından əsassızdır. Sayğacın quraşdırılması, dəyişdirilməsi və təhvil-təslimi istehlakçının iştirakı ilə protokol əsasında aparılmalıdır. Azərişıq” ASC ona qəbz və ya protokol təqdim etməmişdir. Sayğac olmadıqda ödəniş əvvəlki aylıq orta sərfiyyat əsasında hesablanmalıdır. Orta sərfiyyatı 30 manat olduğu halda 10 günə 21,67 manat hesablanması qanunsuzdur. Həmçinin məhkəmə 30 manat qutu xərcinin sübut edilmədiyini bildirmiş, lakin cavabdehdən bu ödənişin sənədlə təsdiq edilməsini tələb etməmişdir. Məhkəmə qənaətə gəlib ki, 120 manat ödəniş əsaslıdır, halbuki cavabdeh tərəfin öz arayışında göstərilir ki, “sayğacın bədəli sonradan silinmişdir”. Bu, iddianın doğruluğunu təsdiq edən sənəddir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən həm onun, həm də qarşı tərəfin təqdim etdiyi sübutlar kifayət qədər hərtərəfli araşdırılmamışdır. Tələblərindən biri 21,67 manat məbləğində hesablanmış borcun silinməsi ilə bağlıdır. Sözügedən borc onun tərəfindən 10 gün müddətində sayğacsız X5 edilməsi əsasında hesablanmışdır. Lakin həmin 10 gün ərzində sərfiyyat orta aylıq elektrik istehlakına uyğun olaraq hesablanmalı idi. Belə ki, orta aylıq elektrik sərfiyyatı 30 manat təşkil etdiyi halda, mübahisəli borc ikiqat məbləğdə hesablanmışdır. Qarşı tərəf bu hesablamanı X3ydalarının 8-ci maddəsinə istinad etməklə əsaslandırmış və bildirmişdir ki, əgər sayğac abonent tərəfindən yararsız hala salınarsa, sərfiyyat ikiqat hesablanmalıdır. Lakin məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, sayğac onun tərəfindən deyil, başqa bir tərəfindən törədilmiş avtonəqliyyat qəzası nəticəsində yararsız hala düşmüşdür. Bu səbəbdən, qeyd olunan hüquq normasının tətbiqi əsassızdır. Avtoqəza baş verdikdən sonrakı gün, yəni 17 mart 2025-ci il tarixində sayğacı müvafiq quruma təhvil vermişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı avtoqəzanı törətmiş şəxs – Şahid qəzanın məhz onun tərəfindən törədildiyini ifadəsində təsdiq etmiş, qarşı tərəf də bu faktı inkar etməmişdir. Şahid qismində çağırılmış və sayğacın dəyəri ilə bağlı olaraq ona 120 manat məbləğində ödəniş etmişdir. Sayğac qəza nəticəsində yararsız hala düşdüyü üçün vaxtında – hadisədən bir gün sonra təhvil verildiyi halda, qarşı tərəf sayğacın guya təhvil verilməməsinə görə ona cərimə tətbiq etmişdir. Halbuki, bu barədə hər hansı cərimə aktı və ya inzibati protokol təqdim edilməmiş, eyni zamanda sayğacın dəyişdirilməsi ilə bağlı əlavə ödəniş də tələb olunmamışdır. 120 manat məbləğində borc qanunsuz şəkildə hesablandığından, onu ödəmədiyi təqdirdə X5sinin dayandırılacağı bildirilmişdir. Bu səbəbdən, qanunsuz olsa da, məcburiyyət qarşısında həmin məbləği ödəməyə məcbur qalmışdır. Nəticə etibarilə, cavabdehdən qanunsuz olaraq hesablanmış və ödənilmiş 120 manat borcun, sayğacın qutusuna görə ödənilmiş 30 manatın və rüsum adı ilə ödənilmiş əlavə 30 manat məbləğinin geri alınmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3ydaları”nın 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Adıçəkilən Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X5 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X5yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X5yə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X5 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, abonentə məxsus olan elektrik sayğacı istifadəyə yararsız hala düşməsi ilə əlaqədar olaraq abonentə elektrik enerjisinin verilməsi məqsədi ilə bir başa olaraq şəbəkəyə qoşulmuş və sayğacsız olan dövrə, yəni 10 günə münasibətdə orta sərfiyyat hesabat aparılmaqla 185 kVts elektrik enerjisi hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş olan hesabatdan da görünür ki, 185 kVts = (67kVts 0,084 qəpik, 33 kVts 0,10 qəpik, 85 kVts 12,75 qəpik) hesabı ilə aparılmışdır. Hazırkı mülki iş üzrə iddiaçı tərəfindən sayğacın qutusuna görə çəkilmiş xərc olaraq 30 manat xərc çəkmiş olduğu bildirilsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddia tələbinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sayğacsız istifadəyə görə hesablanmış 21.67 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, istifadəyə görə hesablanmış 21.67 manat məbləğində pul vəsaitinin hesablanması iş üzrə müəyyən edilmiş faktiki hallar və qanunvericliliyin tələbinə əsasən qanunsuz olmamışdır. Bundan başqa, iddiaçı sayğacın qutusuna görə 30 manat xərc çəkdiyini qeyd etsə də, bunun əsaslarına dair mötəbər və təkzibedilməz sübutlarını məhkəməyə təqdim etməmişdir. Habelə İddiaçı həm birinci, həm də apellyasiya icraatı zamanı tərəfindən cavabdehə 120 manat məbləğində ödəniş edilməsini, eyni zamanda eyni məbləğin sayğaca zərər vuran Şahid tərəfindən ona verildiyini qeyd etsə də, bu barədə hər hansı cərimə aktı və ya inzibati protokol təqdim edilmədiyinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 78-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-1347/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1684/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1684/2025
16.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver