Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1709/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Astara Rayon Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş 30 .07.2021-ci il tarixli çıxarışın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Astara Rayon Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş 30 .07.2021-ci il tarixli çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, X1 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0.06 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/8 hissəsinə mərhum X5 həyat yoldaşı İddiaçı1, övladları İddiaçı3 və İddiaçı2 ½ hissədə payı və Cavabdeh1 ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. İddiaçılar Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1506/2023 saylı qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyi üçün qeyri-mümkün hesab edilərək MPM-in 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(018)-453/2023 saylı qərardadı ilə MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış və iddiaçılara apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edilməsi izah edilmişdir. 26 sentyabr 2023-cü il tarixdə İddiaçı1 məhkəməyə ərizə və Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək müddəti bərpa edərək apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Habelə, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Bundan başqa, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Ancaq işdən göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı1 tərəfindən Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizəyə (iş materialları, səh.: 137) işin müəyyən edilmiş hallarına uyğun olaraq heç bir hüquqi qiymət vermədən, habelə ona apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını yoxlamadan iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin forma və məzmununa, habelə müddətlə bağlı tələblərinə əməl edilib-edilməməsi eyni anda yoxlanılmamışdır. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin mülki-prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş materialları Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1709/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1709/2023
23.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver