Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-171/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(057)-421/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72 ay mülkiyyətində olan evdən yaşadığı dövrdə 25200 (iyirmi beş min iki yüz) manat kirayə haqqı olaraq pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbi üzrə iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)-421/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əldən çıxmış gəlir tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(057)-421/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Mülki işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, evin satılmasını İddiaçı ilə 44000 manata razılaşdıqlarını, iddiaçıya 10000 manat məbləğində ilkin ödəniş etməyini, qalan məbləği isə hissə-hissə ödəmək şərti ilə ayda təxminən 320-350 manat ödəməklə iddiaçıya ümumilikdə 20725 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(057)-421/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021ci il tarixli 2(102)-3652/2020 saylı qüvvədə olan qərarı mövcuddur ki, həmin qərardadan da aşkar görünür ki, hazırkı tələbə əvvəllər baxılmışdır. Buna görə də, hazırkı işə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh və onun vəkili Vəkil izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də, qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(102)- 3652/2020 saylı qərarından aşkar olur ki, Salyan Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(057)-923/2019 saylı qətnaməsi ilə ilkin İddiaçı Mirsəttər oğlunun ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia əsassız olduğundan təmin edilməmiş, İddiaçı Cavabdeh 64823 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı Mirsəttər oğlundan 20725 manat pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(106)-3441/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mirsəttər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(057)-923/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Mirsəttər oğlunun Cavabdeh qarşı 64823 manat məbləğində pulun tutularaq ona verilməsi hissəsində ilkin iddiası təmin edilməmiş, Cavabdeh ilkin İddiaçı qarşı 30275 manat pul məbləğinin alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(102)-1882/2020 saylı qərarı ilə Cavabdeh kasassiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(106)-3441/2019 saylı qətnaməsi qarşılıqlı iddianın evin alınmasına ödənilmiş 20725 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası qaytarılması, qətnamə qarşılıqlı iddianın evin təmirinə, qaz, işıq su, kanalizasiya və digər kommunikasiya sisteminin çəkilməsi xərclərinə görə 10000 manat pul tutulmasının rədd edilməsi hissəsində Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 2(106)-243/2021 saylı qətnaməsinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(102)- 3652/2020 saylı qərarı ilə cavabdeh İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 2(106)- 243/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, eyni tərəflər, yəni İddiaçı ilə Cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(102)-3652/2021 saylı qərarı mövcuddur. Belə ki, ilkin İddiaçı Mirsəttər oğlunun ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işin materialları Salyan Rayon Məhkəməsindən əldə edilərək öyrənilmiş və həqiqətən də hazırkı tələbə əvvəllər baxıldığı və hazırda qüvvədə olan məhkəmə qərarının olduğu müəyyən edilmişdir. Bu baxımdan, hazırkı tələbə mahiyyəti üzrə baxılması yolverilən deyildir. Göründüyü kimi, hazırkı iş üzrə tələb edilən əldən çıxmış fayda qismində ünvan ünvanda yerləşən evdən istifadə nəticəsində yaranmış və ödənilməmiş kirayə haqqı nəzərdə tutulur. Qeyd edilməlidir ki, məbləğ fərqi tələbdən görünsə də, bu həmin kirayə haqqının məbləği iddiaçının mülahizəsindən asılı olaraq hazırkı işdə daha az tələb edilməsindən irəli gəlmişdir. Nəzərə alınmalıdır ki, həmin kirayə haqqının istənildiyi dövr də eyni zaman kəsiyini əhatə edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləliklə, qeyd edilməlidir ki, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 261-ci maddəsində nəzərdə tutulmuş yuxarıda qeyd olunan əsasla İddiaçı Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(057)-421/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bu Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(057)-421/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-171/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-171/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver