Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1728/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (əri) İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1625/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli (hakim Qalib Paşayev) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12400 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona (iddiaçıya) verilməsinə yaxud da cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 11700 (on bir min yeddi yüz) manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı kimi (arvadı) X5 ilə əvəzlənmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1625/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 11 700 (on bir min yeddi yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İşə baxan zaman müəyyən edilmişdir ki, cavabdehin qeydiyyatda olduğu ünvan ünvan 1aq pul tələbi ilə yanaşı həmçinin cavabdehin Cəlilabad şəhərində yerləşən torpaq sahəsindən çıxarılma ilə əlaqədar olduğundan kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraatına götürən zaman prosessual normalara uyğun olaraq götürmüşdür. Buna görə də kollegiya MPM-nin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçının nümayəndəsi (əri) İddiaçı məhkəmədə iddiadan imtina barədə ərizə təqdim edərək, iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiadan imtinanın hüquqi nəticələri ona izah edilmiş, həmin nəticələr ona aydındır. Qeyd etmişdir ki, azərbaycanlıdır, azərbaycan dilində əla başa düşür, uzun müddət RF-da yaşamış, tərcüməçiyə ehtiyacı yoxdur. Cavabdeh iddiaçının iddiadan imtina etməsi barədə ərizəsinin kollegiya tərəfindən qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri həmin Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 370, 384.0.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı X2 iddiadan imtinası qəbul edilsin və Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1625/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1728/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1728/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver