Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1729/2023 13.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)2254/2023 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2020-ci il tarixdə, saat 18-00 radələrində Cavabdeh idarə etdiyi “Vaz 21063” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli rayonu ərazisində “X1 Prado” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə 5000.0 manat məbləğində sığorta ödənişi edildiyini göstərərək həmin məbləğin və 70.40 manat dövlət rüsumunun alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)2254/2023 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin təmin olunması, Cavabdeh 5000.0 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70.40 (yetmiş manat, qırx qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 12 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1729/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 18 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1729/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 13 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İmişli Rayon Məhkəməsi tərəfindən 13 noyabr 2023-cü il tarixində məktub daxil olmuşdur. Məktubda İmişli Rayon Məhkəməsinin 2(036)2254/2022 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən şikayət verildiyini hal hazırda mülki işin Şirvan Apellyasiya Məhkəməsinin icraatında olduğundan iddiaçı tərəfindən verilmiş şikayətə baxılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki işin İmişli Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası İmişli Rayon Məhkəməsinin məktubunu nəzərə alaraq qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 18 oktyabr 2023-cü il tarixli 2(106)1729/2023 saylı qərardadı ləğv edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)2254/2022 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə baxılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxardılaraq İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 18 oktyabr 2023-cü il tarixli 2(106)1729/2023 saylı qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)2254/2022 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə baxılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılaraq İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1729/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1729/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver