Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-173/2023 09.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X27, İddiaçı, onun nümayəndəsi (vəkili) X28, Cavabdeh2, onun vəkili X7, cavabdeh X8, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs5 iştirakları ilə, İddiaçı cavabdehlər X16 və Cavabdeh2, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs1 qarşı mirasın qəbul edilməsi tələbinə dair mülki işi üzrə Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)-615/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsələrdən X16 mirasdan imtina etdiyi üçün, Cavabdeh2 mirası 6 ay ərzində qəbul etmədiyi üçün, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs1 tərəfindən miras əmlakdan iddiaçının xeyrinə imtina etdikləri üçün mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin həcminin artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarxdə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X17 tərəfindən xx.xx.1998-ci il tarixdə özxətti ilə yazmış olduğu və imzaladığı vəsiyyətnamənin etivarsız hesab edilməsi və mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)-615/2022 saylı (hakim Ə.Tağıyev) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mərhum atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka İddiaçı vərəsəlik hüququ müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, şəhadətnamənin verilməsi Neftçala rayon Notariat ofisinə tapşırılması, mərhum X17 tərəfindən yazılmış xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin qüvvədən düşmüş hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)-615/2022 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. ünvan 1 ünvanda yaşayan atası X17 xx.xx.2006-cı ildə, anası X29 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. X3 mülkiyyətində ünvan 1 ünvanda fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır və həmin miras əmlaka faktiki olaraq atası Allahqulu Bağırov rəhmətə gedəndən o sahiblik edir. Vərəsələrdən Cavabdeh2, X16, Hüseynova (Bağırova) Minayə, Həmidova (Bağırova) Bağdagül, Tağıyeva (Bağırova) Xoşqədəm, Maraqlı şəxs1 qızları tərəfindən miras əmlakı qəbul edilməmişdir. X4 bildirmişdir ki, “atam X9 xx.xx.2006-cı ildə vəfatından sonra ondan miras qalan Neftçala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə vərəsə kimi mənə düşən payı qəbul etməmişəm, mirasın qəbulu üşün notariat kontoruna ərizə verməmişəm. Mirasın qəbulu ilə bağlı müddəti ötürmüşəm, gələcəkdə müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəm. Heç bir iddiam və tələbim olmayacaq.” Mirasın qəbulu üçün ərizə verilməmişdir. X8 imtina ərizəsinin təqdim edilmiş surəti isə araşdırılaraq Neftçala rayon Notariat ofisində təsdiq edildiyi müəyyən olunmuşdur. Neftçala rayon Notariat ofisində vərəsələrdən Maraqlı şəxs2, Rza, Ziyafət Allahqulu oğlu, Hüseynova (Bağırova) Minayə, Həmidova (Bağırova) Bağdagül, Tağıyeva (Bağırova) Xoşqədəm, Maraqlı şəxs1 qızları tərəfindən miras əmlakı qəbul edilmədiyini nəzərə almaqla vərəsəliyin ünvan 1 ünvanda yaşayan İddiaçı adına açılmasına köməklik göstərilməsi notariusdan xahiş edilmişdir. Notariat ofisindən məhkəmə mübahisəsi olduğundan xx.xx.2022-ci il tarixdə 135 saylı məktubla mirasın bölüşdürülməsində ixtilaflar olduqda məhkəmə qaydasında baxılması bildirilmişdir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında həcmi artırılmış iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında eyni məzmunlu ifadəni iddiaçının etibarnamə üzrə nümayəndəsi – vəkil X45 da vermişdir. Cavabdeh2 məhkəmə baxış iclasında iddianı qəbul etməmişdir. Mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini xx.xx.1998-ci il tarixli vəsiyyatnamə ilə atasının ona vəsiyyət etdiyini bildirmiş, vərəsəlik hüququ əsasında ona da pay düşdüyünü bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh X16 birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə baxış iclasında maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 mərhum ataları X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ ilə onlara düşən paydan İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər. Məhkəmə baxış iclasında maraqlı şəxs Neftçala rayon Dövlət Notariat Ofisinin notariusu X36 iddianın qanunun tələblərinə uyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Digər maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs5 məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə bu halda işə digər maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə vəsiyyətnamənin etibarsızlığı əsasları dəqiq göstərilib. Lakin, hazırki mübahisə üzrə qəbul edilmiş qətnamədə nəinki bu əsaslardan birinə istinad olunmuş, ümumiyyətlə vəsiyyətnamənin qüvvədən düşmüş hesab edilməsinin heç bir əsası göstərilməmişdir. Bundan başqa qətnamənin nəticə hissəsindən görünür ki, birinci instansiya məhkəməsi tam qanuni şəkildə verilmiş vəsiyyətnamənin qüvvədən düşmüş hesab etmişdir. Halbuki, mülki qanunvericiliyin müddəalarına görə vəsiyyətnamə yalnız etibarsız hesab edilə bilər. Digər tərəfdən MM-nin 1231-ci maddəsinə görə vəsiyyətnamənin mübahisləndirilməsi üçün qanunvericiliklə iki illik iddia müddəti nəzərdə tutulmuşdur. Hazırki mübahisə üzrə isə baxmayaraq ki, mirasın açılma vaxtı xx.xx.2006-cı il tarixidir, hakim bu vaxtdan 16 il keçdikdən sonra bu məzmunlu iddiaya baxmışdır. Yəni belə olan halda müddət 8 dəfə ötürüldüyü üçün məhkəmə vəsiyyətnamənin qüvvədən düşməsi tələbinə baxa bilməzdi. Məhkəmə gəldiyi bu qanunsuz nəticəni əsaslandırmaq üçün qətnamədə qeyd etmişdir ki, Cavabdeh2 mirasın qəbulu üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyü üçün xx.xx.1998-ci il tarixli vəsiyyətnamə öz qanuni qüvvəsini itirmişdir. Buradan məhkəmənin subyektiv mövqeyi açıq-aydın görünür. Belə ki, məhəmǝ cavadehin müddəti ötürməsi halını nəzərə alır. Lakin, iddiaçının MM-nin 1231-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti ötüməsini və bu müddətin bərpası üçün ərizə verməməsinə göz yumur nəticə etibarı ilə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edir. Məhkəmə iddia tələbini təmin etmək məqsədi ilə Mülki Məcəlləni 1133, 1132 və 1193-cü maddələrinə istinad etmişdir. Məsələ burasındadır ki, məhkəmə bu maddələrə istinad etməklə öz subyektiv mövqeyini bir daha nümayiş etdimişdir. Belə ki, bu üç maddədə göstərilənlər yalnız iddiaçının xeyrinə istifadə edilmişdir. Fərz edək ki, həqiqətən də vəsiyyətnamə etibarsız hesab edilməlidir. Lakin bu halda məhkəmə məhz Mülki Məcəllənin 1133, 1134 və 1193-cü maddələrinin tələblərinə riayət etməklə Cavabdeh2 da qanun üzrə vərəsə kimi tanıyaraq onu da qanun üzrə vərəsəliyə əsasən miras əmlakdan pay verməli idi. Lakin təəssüflər olsun ki, bu halda da məhkəmə öz subyektiv mövqeyini kənara qoymamış və cavabdehi miras əmlakından məhrum etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normasını pozaraq düzgün olmayan nəticǝyǝ gəmişdir. Məhkəmə tərəfindən bu maddənin tələblərinə də riayət eilməmişdir. Qətnamənin nəticə hissəsindən açıq aydın görünür ki, hakim iddia tələbindən kənara çıxaraq tam ayrı tələb üzrə qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı iddia ərizəsinin dəyişdirilməsi-həcminin artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X17 tərəfindən xx.xx.1998-ci il tarixdə özxətti ilə yazılmış olduğu və imzaladığı vəsiyyətnamənin etibarsız hesab edilməsi və mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə mübahisəyə baxraq tam ayrı tələb üzrə qətnamə qəbul etmişdir. Qətnaməyə görə İddiaçı atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka İddiaçı vərəsəlik hüququ müəyyən edilməklə mülkiyyət hüququnun tanınması və şəhadətnamənin veilməsinin Neftçala rayon Notariat Ofisinə tapşırılması, mərhum X17 tərəfindən yazılmış xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddia tələbindən kənar çıxaraq qətnamə qəbul etməsi, bu qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa oxşar izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlakda yaşamış, sonradan ailə quraraq Bakı şəhərindən köçmüş və ailəsi ilə boşandıqdan sonra yenidən miras əmlaka köçərək 2 ilə yaxındır ki, orada yaşayır. Göstərmişdir ki, iddiaçı 2002-ci ildən 2014-cü ilədək miras əmlakda yaşayır. Onun başqa kənddə evi var. Atası hələ anası da sağ olanda xx.xx.1998-ci ildə ona vəsiyyətnamə vermişdir. Həmçinin göstərmişdir ki, onların ən böyük qardaşı X18 2011-ci ildə vəfat etmişdir. Beləliklə də onlar 9 uşaq olmuşlar. Hazırda İbrahimin uşaqları var və onlar sağdırlar. Apellyasiya şikayətinin təmin edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh2 vəkili X19 da apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atasından miras qalmış əmlakı bütünlüklə o qəbul etmiş və hazırda da həmin miras əmlakda yaşayır. Cavabdehlə razılığa gələrək həyətdən ona ev tikməsi üçün torpaq sahəsi vermək istəmişdir. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin göstərmişdir ki, onların ən böyük qardaşı X18 2011-ci ildə vəfat etmişdir. Beləliklə də onlar 9 uşaq olmuşlar. Hazırda İbrahimin uşaqları var və onlar sağdırlar. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X45 da İddiaçı oxşar olan izahat vermişdir. Cavabdeh X1 iclasında göstərmişdir ki, o RF-da olanda bacısı Minarə dəfələrlə ona zəng edərək miras əmlakdan imtina etməsi barədə ərizə verməsini xahiş etmişdir. O da bezdiyindən 2006-cı ilin sentyabr ayında belə bir ərizə vermişdir. Lakin hazırda miras əmlakdan imtina etmir. Həmçinin göstərmişdir ki, onların ən böyük qardaşı X18 2011-ci ildə vəfat etmişdir. Beləliklə də onlar 9 uşaq olmuşlar. Hazırda İbrahimin uşaqları var və onlar sağdırlar. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs5 hər biri ayrı-ayrılıqda göstərmişlər ki, miras əmlakdan onlara düşən paydan bacıları İddiaçı xeyrinə imtina etmək istəyirlər. Həmçinin göstərmişdir ki, onların ən böyük qardaşları X18 2011-ci ildə vəfat etmişdir. Beləliklə də onlar 9 uşaq olmuşlar. Hazırda İbrahimin uşaqları var və onlar sağdırlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)- 615/2022 saylı nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İş materiallarında olan Neftçala Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1984cu il tarixli X22 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.1967-ci il tarixdə Neftçala şəhərində doğulmuşdur. Şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X37 göstərilmişdir. İş materiallarında olan Neftçala Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli X23 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X38 xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan Salyan Rayon B.Oriyat sovetliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli X22 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə Salyan rayonu, B.Oriyat kəndində doğulmuşdur. Şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan “X24” AQİS-dən xx.xx.2022-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1968-ci il tarixdə Neftçala rayonu, Böyük Oriyat kəndində doğulmuşdur. Çıxarışın atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan Salyan Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan və Sumqayıt ŞPİ tərəfindən xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayılova (Bağırova) Sona Allahqulu qızı xx.xx.1953-cü il tarixdə Neftçala rayonu, Böyük Oriyat kəndində doğulmuşdur. Çıxarışın atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan Salyan Rayon B.Oriyat sovetliyi tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli X22 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1959-cu il tarixdə Neftçala rayonu, B.Oriyat kəndində doğulmuşdur. Şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan Salyan Rayon Seyidsadığlı kənd Qızılağac sovetliyi tərəfindən verilmiş xx.xx.1948-ci il tarixli X22 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.1947ci il tarixdə Salyan rayonu, Seyidsadığlı kəndində doğulmuşdur. Şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan Salyan Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli X23 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X30 xx.xx.1966-cı il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Neftçala Rayon B/Oriyat kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli X22 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1957ci il tarixdə Neftçala rayonu, Böyük Oriyat kəndində doğulmuşdur. Şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan Salyan Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli X23 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X31 xx.xx.1975-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan Neftçala Rayon B/Oriyat kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli X22 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1955-ci il tarixdə Neftçala rayonu, Böyük Oriyat kəndində doğulmuşdur. Şəhadətnamənin atası qrafasında X17, anası qrafasında X29 göstərilmişdir. İş materiallarında olan Neftçala Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli X23 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X35 xx.xx.1978-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Həmidova soyadı verilmişdir. İş materiallarında olan Salyan Rayon B.Oriyat sovetliyi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli X23 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X32 xx.xx.1944-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan Neftçala Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli X26 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2006-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Neftçala Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli X26 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında çıxarışından görünür ki, Neftçala rayon Aqrar İshalat Komissiyasının xx.xx.2002-ci il tarixli 6 nömrəli qərarı ilə X14 Neftçala şəhərində sahəsi 1201.12 kv.m. olan həyatyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 saylı Arxiv Arayışından çıxarışdan görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon keçmiş B/Oryad kəndinin 1976-cı il tarixli 5 №-li təsərrüfatbaşına kitabın səhfə 66, sıra nömrəsi 398 №-lidə mərhum X9 adına 0.12-hektar torpaq sahəsi vardır. İş materiallarında olan Dövlət Tkinti və arxitektura Komitəsi Baş Dövlət Texniki inentarlaşdıra və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli 1739 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev küçəsində yerləşən bir mərtəbəli, ümümi sahəsi 69.8 kv.m. o cümlədən yaşayış sahəsi 34.1 kv.m. olan ev mülkiyyət hüququ əsasında X9 adına qeydə alınmışdır. İş materiallarında olan Neftçala Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 miras qalan əmlaka görə Maraqlı şəxs2, Cavabdeh2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs1 tərəfindən notariat ofisinə mirasın qəbulu üçün ərizə verilməmişdir. X8 ərizəsinin təqdim edilmiş surəti isə araşdırılaraq notariat ofisində təsdiq edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan Neftçala Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə miras qoyanın öldüyü gün və ya bu barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün açılır. Eyni zamanda MM-nin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün müddət buraxıldıqda vərəsə müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. Göstərilən müddətdə vərəsə mirasın qəbulu üçün notariat ofisinə ərizə vermədikdə mirası qəbul etdiyini mirası vaxtında qəbul olunması faktının müəyyən edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, mirası qəbul etməsini təsdiq edən digər zəruri sübutları təqdim etməklə təsdiq edə bilər. Bununla yanaşı miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər, vərəsəlik işinin həlli üçün digər zəruri sənədlər tam əhatə olunmalıdır. İş materiallarında olan Neftçala Rayon Notariat Ofisinin xx.xx.2020-ci il tarixli vərəsəlik arayışından görünür ki, İddiaçı atası mərhum X17 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, anası mərhum X29 29.11:1998-ci ildə vəfat etmiş, vəfat edən günə kimi sonuncu daimi yaşayış yeri Neftçala şəhəri H.Əliyev prospekti ev 21 olmuş və vəfat edəndən sonra aşağıdakı vərəsələri qalmışdır:
1. Hüseynova (Bağırova) Minayə Allahqulu qızı xx.xx.1947 il, qızı
2. Maraqlı şəxs1 xx.xx.1953-cü il, qızı
3. Həmidova (Bağırova) Bağdagül Allahqulu qızı xx.xx.1955 il, qızı
4. Tağıyeva (Bağırova) Xoşqədəm Allahqulu qızı xx.xx.1957 il, qızı
5. Maraqlı şəxs2 xx.xx.1959-cu il, oğlu
6. X16 xx.xx.1962 il, oğlu
7. Dadaşova (Bağırova) Minarə Allahqulu qızı xx.xx.1967-ci il, qızı
8. Cavabdeh2 xx.xx.1968-ci il, oğu. İş materiallarında olan cavabdeh X8 Maraqlı şəxs6na təqdim etdiyi ərizəsindən görünür ki, X3 xx.xx.2006-cı ildə vəfatından sonra ondan miras qalan Neftçala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə vərəsə kimi ona düşən payı qəbul etməmişdir, mirasın qəbulu üçün notariat kontoruna ərizə verməmişdir. Mirasın qəbulu ilə bağlı müddəti ötürmüşdür, gələcəkdə müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mərhum X2 şəhəri, Nizami küçəsindəki yaşayış evini oğlu Cavabdeh2 verilməsini vəsiyyət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən prosessual hüquq normalarının tələbini pozmaqla qərar qəbul etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
İddia tələbindən görünür ki, iddiaçı atası X17 tərəfindən xx.xx.1998-ci il tarixdə özxətti ilə yazmış olduğu və imzaladığı vəsiyyətnamənin etibarsız hesab edilməsi və mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı oluğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, iddia tələbindən, eyni zamanda apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının tələbi iki hissədən-qanun üzrə vərəsəlik hüququnun tanınmasını və vəsiyyətnamənin etibarsız hesab edilməsindən ibarətdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla hər iki tələbi təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)-615/2022 saylı qətnaməsindən görünür ki, məhkəmə iddianı təmin edərkən “həmin miras əmlaka İddiaçı vərəsəlik hüququ müəyyən edilməklə mülkiyyət hüququ tanınsın və şəhadətnamənin verilməsi Neftçala rayon Notariat ofisinə tapşırılsın” kimi halları qət etməklə iddia tələbindən kənara çıxmışdır. Qeyd edilən hallar isə qanunda göstərilən müstəsna hallara aid deyildir. Bundan başqa işin faktiki hallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən hər iki hissə üzrə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). Kollegiya bildirir ki, vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu iradənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır. Kollegiyanın qənaətinə görə cavabdehin “mərhum atası X5 ona olunmuş vəsiyyət qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğundur və birinci instansiya məhkəməsi tərəfindən həmin vəsiyyətnamənin qüvvədən düşmüş hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi vəsiyyətnaməni qüvvədən düşmüş hesab edərkən bu mövqeyini heç bir halda əsaslandırmamış və belə bir qənaətə gəlməkdə haqlı olmamışdır. Mülki Məcəllənin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. Miras qoyan xx.xx.2006-cı ildə vəfat etmişdir. Miras qoyan hələ sağlığında yəni, xx.xx.1998-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə qoyaraq Neftçala şəhəri, Nizami küçəsindəki yaşayış evini oğlu Cavabdeh2 verilməsini vəsiyyət etmişdir. İndiyədək nə vəsiyyət edilən Cavabdeh2 nə də digər vərəsələrdən hər hansı biri miras əmlakı öz adına rəsmləşdirməmişdir. Ümumiyyətlə hazırda vərəsələr miras əmlakdan öz paylarını istəyirlər. Yuxarıda da qeyd olunduğu kimi miras qoyanın 9 övladı olmuş, vərəsələrin deməsinə görə onlardan biri X18 2011-ci ildə vəfat etmişdir. Sağ qalan vərəsələr isə Hüseynova (Bağırova) Minayə Allahqulu qızı, Maraqlı şəxs1, Həmidova (Bağırova) Bağdagül Allahqulu qızı, Tağıyeva (Bağırova) Xoşqədəm Allahqulu qızı, Maraqlı şəxs2, X16, Dadaşova (Bağırova) Minarə Allahqulu qızı və Cavabdeh2dur. MM-nin 1193-cü maddəsində göstərilir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Belə olduqda məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, miras əmlak Cavabdeh2 vəsiyyət olunsa da vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras qoyanın vəfat etmiş və sağ qalmış digər uşaqlarının mirasda məcburi payları vardır. Buna görə miras qalan əmlak üzərində miras qoyanın bütün uşaqlarının payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəyə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəyə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəyə görə isə bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından apellyasiya şikayətləri qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)-615/2022 nömrəli qətnaməsi ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək miras qoyan X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində onun uşaqları (vərəsələri) Dadaşova (Bağırova) Minarə Allahqulu qızının 1/18, X8 1/18, Maraqlı şəxs2 1/18, Hüseynova (Bağırova) Minayə Allahqulu qızının 1/18, Tağıyeva (Bağırova) Xoşqədəm Allahqulu qızının 1/18, Həmidova (Bağırova) Bağdagül Allahqulu qızının 1/18, Maraqlı şəxs1 1/18, mərhum X10 1/18 və Cavabdeh2 10/18 hissə payı müəyyən olunmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378- 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(053)-615/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Miras qoyan X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində onun uşaqları (vərəsələri) Dadaşova (Bağırova) Minarə Allahqulu qızının 1/18, X8 1/18, Maraqlı şəxs2 1/18, Hüseynova (Bağırova) Minayə Allahqulu qızının 1/18, Tağıyeva (Bağırova) Xoşqədəm Allahqulu qızının 1/18, Həmidova (Bağırova) Bağdagül Allahqulu qızının 1/18, Maraqlı şəxs1 1/18, mərhum X10 1/18 və Cavabdeh2 10/18 hissə payı müəyyən olunsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir