Məhkəmə qərarları › İş №2(106)-1730/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1730/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1730/2024 28.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1.256,11 manat, cərimə borcu üzrə 4,08 manat, cəmi 21.720,19 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 21.720,19 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" KB ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 22.01.204-cü il tarixədək, illik 16% ödəmək şərtilə 20.460 manat məbləğində kredit verilmişdir. Kredit müqviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X8 ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun xx.xx.2021-ci il tarixə xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1.256,11 manat, cərimə borcu üzrə 4,08 manat, cəmi 21.720,19 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişlə və şifahi müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, "xxxx" KB ASC ilə mərhum X1 arasında xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 16% ödəmək şərtilə 20.460 manat məbləğində kredit verilmişdir. Kredit müqviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X8 ilə mərhum X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Lakin krediti götürdükdən sonra X1 xəstələnərək, 18 fevral 2021-ci il tarixdə vəfat etdiyindən kredit borcundan ödəniş edə bilməmişdir. Bu səbəbdən də iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasının vərəsələri kiki ondan və anası Cavabdeh2 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10 KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1256,11 manat, cərimə borcu üzrə 4,08 manat olmaqla, cəmi 21720,19 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2021- ci tarixli, 10KL/20- 1 saylı əlavə kredit müqaviləsinə görə 21720,19 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndindəyerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən onun və anası Cavabdeh2 çıxarılmasını xahiş etmişdir. X1 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı o, və anası Cavabdeh2 qəbul etmişlər və həmin evdə yaşayırlar. İddianın borcun tutulmasına dair hissəsini qəbul edir və atasının banka olan 21720,19 manat borcunu hissə-hissə ödəyəcəkdir. Lakin iddianın ipoteka predmetinin ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi hissəsi ilə razı deyildir. İpoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyində göstərilən 25000 (iyirmi beş min) manat müəyyən olunmasını xahiş edir. Odur ki, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil da Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh2 məhkəmə bildirişini poçt xəbərnaməsinə imza etməklə almasına baxmayaraq məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsi (Vüsal Cəbrayılov) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20460 manat, faiz borcu üzrə 1256.11 manat, cərimə borcu üzrə 4.08 manat, cəmi 21720.19 (iyirmi bir min yeddi yüz iyirmi manat on doqquz qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin hesabına xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə X2 "xxxx" KB ASC-yə yaranmış cəmi 21720.19 (iyirmi bir min yeddi yüz iyirmi manat on doqquz qəpik) manat borcunun ödənilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 25000 (iyirmi beş min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Həmid oğlu və Cavabdeh2 həmin evdən çıxarılmaları, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən evin qiymətləndirilməsi ilə razı olmadıqlarını bildirərək, Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsinin dəyişdirilməsini və evin qiymətinin daha yüksək müəyyən edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh1 vəkili apelyasiya şikayətinin dəlillərində yalnız fərdi yaşayış evinin qiymətləndirilməsini mübahisələndirmişdir. Odur ki, kollegiya Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsini Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)- 27/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, işdə olan iddiaçı "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 09/K2019 saylı əsas kredit müqaviləsindən görünür ki, iddiaçı X15 40000 manat məbləğində, illik maksimum 28 faiz, 120 ay müddətinə, xx.xx.2030-cu il tarixədək olan müddət ərzində, bu Müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı X14 illik 16% olmaqla 36 ay müddətinə 20460 kredit verməyi, cavabdeh isə kredit müqaviləsində göstərilmiş şərtlər daxilində əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi ilk 36 ayı hər ay 300 manat, sonuncu ay isə 384 manat ödəməklə götürdüyü krediti faizlər ilə birlikdə, cəmi 25984 manat vəsaiti iddiaçı banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsülu kimi X2 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi X2 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********48- 10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışdan görünür ki, X2 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən xx.xx.2030cu il tarixədək "xxxx" KB ASCnin Lənkəran filialının xeyrinə yüklü edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2021ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən xx.xx.2020-ci il tarixli 10KL/20 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış 22 yanvar 2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, mülkiyyət hüququ üzrə X4 məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, UBBANK/PİKMD/962399 saylı maliyyə arayışından görünür ki, borclu X2 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu əsas məbləğ üzrə 20460 manat, faiz borcu üzrə 1256,11 manat, cərimə borcu üzrə 4,08 manat olmaqla, cəmi 21720,19 manat təşkil edir. İşdə olan "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10KLİ/20 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi tərəflərin qarşılıqlı razılığı ilə 22000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın Elektron Xidmətlər Portalı vasitəsilə 17 sentyabr 2021-ci il tarixli ödəniş sənədlərindən müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı ödəmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldırılması məqsədi ilə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, AZ-İİ 163299 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli, 774 nömrəli arayışdan görünür ki, Cavabdeh2 və Nəsirov X3 rayonu Maşlıq kəndində pasport qeydiyyatındadırlar və onlara məxsus torpaqdan istifadə edirlər. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən ümumi sahəsi 150.4 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 0,16 ha torpaq sahəsi lə birlikdə 10 yanvar 2023-cü il tarixinə bazar dəyəri 31300 manat, likvid dəyəri isə 25000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(106)-1730/2024 saylı qərardadından görünür ki, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsi ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 22.01.204-cü il tarixədək, illik 16% ödəmək şərtilə 20.460 manat məbləğində kredit verilmişdir. Kredit müqviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X8 ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun xx.xx.2021ci il tarixə xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1.256,11 manat, cərimə borcu üzrə 4,08 manat, cəmi 21.720,19 manat təşkil edir. Lakin sonradan cavabdeh X7 18 fevral 2021- ci il tarixdə vəfat etmişdir. İsrəfil Nəsirov vəfat etdiyi gündən ona məxsus olan əmlaka, eyni zamanda bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka vərəsələri Cavabdeh1 və Cavabdeh2 faktiki sahiblik və idarə etmişdir. Buna görə də iddiaçı bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişlə və şifahi müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin mülki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində fərdi yaşayış evinin qiymətləndirilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən ümumi sahəsi 150.4 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 0,16 ha torpaq sahəsi lə birlikdə 10 yanvar 2023-cü il tarixinə bazar dəyəri 31300 manat, likvid dəyəri isə 25000 manat məbləğində qiymətləndirilmişdir. Kollegiya cavabdehin əmlakın likvid dəyərinin düzgün müəyyən edilməməsi və likvid dəyərin az məbləğdə müəyyən edilməsi bağlı dəlillərinə münasibətdə qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı evin likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici təyin edilmiş və likvid dəyər 25000 manat müəyyən edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində təkrar qiymətləndiricinin təyin edilməsi ilə bağlı vəsatət verməmiş, apelyasiya şikayətində isə əmlakın likvid dəyərini az hesab edərək mübahisələndirmiş və daha yüksək təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (yenidən qiymətləndirici təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin formal mülahizə hesab edir, bu isə tərəflərin azad iradəsi əsasən bağlanmış müqavilə əsasında öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əsası hesab etmir. Həmçinin apelyasiya şikayətinin dəlilləri qanunauyğun və əsaslı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin hüquqi əsasını təşkil edə bilməməsi qənaətinə gəlir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin satış qiyməti ilə razılaşır və bununla bağlı əlavə araşdırmanın aparılmasına zərurət görmür. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(073)-27/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar