Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1736/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı və onun vəkili, eni zamanda nümayəndəsi Vəkil2, Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(072)-299/2023 saylı qətnaməsindən (hakim T.Nüsrətov) cavabdehlərdən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair Cavabdeh ilə arasında bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh ilə arasında 31 may 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, İ Qarabağ müharibəsi veteranıdır və 2-ci qrup əlildir. Uzun müddət “DSK-4” X17 işləmişdir. İşlədiyi müddət ərzində “DSK-4” X21 tərəfindən ona 30 aprel 2002-ci il tarixdə order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil verilmişdir. 06 noyabr 2009-cu il tarixdə mübahisə predmeti olan həmin mənzili özəlləşdirməklə, daşınmaz əmların dövlət reyestrindən çıxarış əldə etmişdir. 13 may 2014cü il tarixdə qızı X4 Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin müəyyən ailədaxili səbəblərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. O, 31 may 2014-cü il tarixdə mübahisə predmeti olan həmin mənzili “Mənzil bağışlama müqaviləsi” əsasında Cavabdeh bağışlamışdır. Belə ki, bir müddət 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mənzil ilə təmin olunmaq imtiyazı olduğu üçün o, bu imtiyazadan istifadə edərək, başqa mənzil əldə etmək istəmişdir. Şərtlərə əsasən 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mülkiyyətində başqa mənzil olmamalı idi. Bu səbəbdən də, İddiaçı mübahisə predmeti olan həmin mənzili öz doğması və qohumu kimi Cavabdeh bağışlamışdır. Lakin buna baxmayaraq, hal-hazırda da İddiaçı ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan həmin mənzildə yaşayır. Eyni zamanda bildirir ki, Cavabdeh boşanma prosesi zamanı mübahisə predmeti olan həmin mənzilə dair kommunal xidmətləri həyata keçirən aidiyyəti orqanlar ilə yeni xidmət müqaviləsi bağlayaraq, həyata keçiriləcək kommunal xidmətləri öz adına sənədləşdirmişdir, yəni “yeni istehlakçı, abonent və s.” statusu əldə edilmişdir. Maraqlı cəhət odur ki, bu illər ərzində niyə Cavabdeh həmin mənzilə dair kommunal xidmətləri həyata keçirən aidiyyəti orqanlar ilə yeni xidmət müqavilələri bağlamamışdır..? Bu onu deməyə əsas verir ki, tərəflərin “Mənzil bağışlama müqaviləsi”nin bağlanmasında əsl niyyəti İddiaçı statusundan (2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı) irəli gələrək, Dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında onun mülkiyyətində mənzilin olmaması dair yanlış təsəvvür yaratmaq olmuşdur. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 Hüsyen qızı iddia ərisəzinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, məhəllə 2, yeni tikilidə yaşayır. İddiaçı onun keçmiş qayınatasıdır. Belə ki, 13 may 2014-cü il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin müəyyən ailədaxili səbəblərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikahlarına xitam verilmişdir. Ailə qurduqdan sonra 31 may 2014-cü il tarixdə “Mənzil bağışlama müqaviləsi” əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili ona bağışlamışdır. Hal-hazırda mübahisə predmeti olan həmin mənzil mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 iyul 2014-cü il tarixdə qeydiyyata alınmış və ona Seriya RX ******* №-li çıxarış da verilmişdir. Eyni zamanda bildirir ki, bağışlama heç bir öhdəliklə şərtləndirilməmişdir. Belə ki, o, mübahisə predmeti olan həmin mənzilə dair bağışlama müqaviləsinə əsasən İddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Hesab edir ki, İddiaçı qərəzli olaraq ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür, iddia tələbinin qanuni əsası yoxdur. Eyni zamanda bildirir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ona və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan başqa hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354cü maddəsində nəzərdə tutulmuş 1 (bir) il ərzində 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi tələbini irəli sürməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(072)-299/2023 saylı qətnaməsi ilə iddia təmin edilmşdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş matеriallarından, o cümlədən məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdеh Z.Niftəliyеv iddia müddətinin tətbiqinə dair ərizə vеrərək, iddia müddətinin tətbiq еdilməsini və iddianın rədd еdilməsi barədə qətnamə qəbul еdilməsini xahiş еtmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə iddianın prеdmеtinin daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin еtibarsız hеsab еdilməsi olduğu üçün Azərbaycan Rеspublikasının mülki qanunvеriciliyinə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddianın müddətinin şamil еdilməməsinə əsaslanmaqla iddia müddəətini tətbiq еtməmişdir. Birinci instansiya məhkəməsinin göstərilən dəlillərlə iddia müddətinin tətbiq еdilməsindən imtina еtməsi əsassızdır. İşin sübut olunmuş hallarından göründüyü kimi, 13 may 2014-cü il tarixdə Niftəliyеv Zaur Nadir oğlu X4 ilə rəsmi nikaha axil olmuşdur. 31 may 2014-cü il tarixdə mübahisə prеdmеti olan həmin mənzili bağışlama müqaviləsi əsasında İddiaçı cavabdеh Z.Niftəliyеvə bağışlamışdır. Göstərilən bağışlama müqaviləsi əsasında mübahisə prеdmеti olan mənzil daşınmaz əmlakın dövlət rеyеstrində cavabdеh Z.Niftəliyеvin adına qеydiyata alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə Niftəliyеv Zaur Nadir oğlu ilə X1 nikahları pozulmuşdur. Göründüyü kimi, İddiaçı 31 may 2014-cü il tarixdə mübahisə prеdmеti olan həmin mənzili bağışlama müqaviləsi əsasında cavabdеh Z.Niftəliyеvə bağışlamış, mövcud iddia tələbini isə qızı Z.Qardaşxanova ilə cavabdеh Z.Niftəliyеvin nikahlarının Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə pozulmasından sonra irəli sürmüşdür. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Niftəliyеv Zaur Nadir oğluna qarşı «bağışlama müqaviləsinin ləğv еdilməsi və mülkiyyət hüququnun bərpa еdilməsi» tələbinə dair iddiası rədd еdilmiş, Şirvan Apеllyasiya Məhkəməsinin 2(106)- 319/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apеllyasiya şikayəti təmin еdiliməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı hazırkı iddia tələbi ilə еyni məzmunlu və еyni əsaslarla istinad еtməklə irəli sürdüyü iddia tələbi, еyni məhkəmə və еyni hakim tərəfindən başqa bir mülki iş üzrə araşdırılaraq baxılmış və iddianın təmin еdilməməsinə dair qətnamə qəbul еdilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən еyni tərəflər arasında və еyni əsaslar üzrə tərəflərə aid olan və qanuni qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış və əsassız olaraq iddianın təmin еdilməsinə dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəfindən işə baxılarkən əqdin еtibarsızlığı üçün qanunla müəyyən olunmuş hallar aydınlaşdırılmamışdır. Bеlə ki, göründüyü kimi, İddiaçı mövcud iddia tələbini mübahisəli mənzilin cavabdеh Z.Niytəliyеvə bağışlanması zamanı əqdin еtibarsızlığını nəzərdə tutan Azərbaycan Rеspublmkası MM-nin 14-cü fəsilində (əqdlərirn еtibarsızlığı 337-354-cü maddələr) sadalanan əsaslarla – aldanma, yanılma, zor-hədə təsiri və s. hallar nəticəsində öz iradəsini ifadə еtməsini düzgün ifadə еtməməsi ilə dеyil, 2-ci qrup əlilliyi olan müharibə vеtеranlarının mənzil ilə təmin olunmaq imkanı olduğu üçün o, bu imtiyazdan istifadə еdərək başqa mənzil əldə еtmək məqsədi ilə mübahisəli mənzili öz adından çıxarmaq niyyəti ilə əlaqədar olması ilə əsaslandırmışdır. İddiaçı iddiasının əsası kimi istinad еtdiyi həmin hal, əqdin еtibarsızlığı üçün müəyyən еdilmiş hal kimi qanunda nəzərdə tutulmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mövcud iddia tələbi üzrə əqdin еtibarsızlığının nədə ifadə olunması və bеlə halın nədən ibarət olması aydınlaşdırılmamış və əsassız olaraq iddianın təmin еdilməsinə dair nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə iddianın prеdmеtinin daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin еtibarsız hеsab еdilməsi olduğu üçün Azərbaycan Rеspublikasının mülki qanunvеriciliyinə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddianın müddətinin şamil еdilməməsinə əsaslanmaqla iddia müddətini tətbiq еtməmişdir. Həmçinin əqdin еtibarsızlığını nəzərdə tutan Azərbaycan Rеspublikası MM-nin 14-cü fəsilində (əqdlərin еtibarsızlığı 337-354-cü maddələr) sadalanan əsaslarla – aldanma, yanılma, zor-hədə təsiri və s. hallar nəticəsində öz iradəsini ifadə еtməməsi və bununla da əqdin еtibarsızlığı üçün qanunla nəzərdə tutulmuş halların mövcudluğu sübut olunmur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsi iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edərkən maddi və prosessual normaları düzgün tətbiq etmişdir və həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə iddia müddətinin tətbiq edilməsi və kəsici müddətə dair müddəalara dair AR Mülki Məcəlləsinin normalarını düzgün tətbiq etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, iddianın predmeti fərdi-müəyyən əşyalar, məhz "daşınmaz əmlaka" dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi olduğu üçün, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddəti şamil edilmir və iddia müddətinin tətbiqinə dair Mülki Məcəllənin 354.1-ci maddəsinin şərhinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun "X.Mirzəliyevın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 sentyabr 2021-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun " AR Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 01 aprel 2021-ci il tarixli Qərarlarına istinad etmişdir. Cəbrayıl Rayon Məhkəməsi iddia tələbini təmin edərkən prosessual normaların tələblərini pozmamışdır və mülki iş üzrə toplanmış sübutların qiymətləndirilməsində prosessual normaları düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin prosessual normaları pozması və ya düzgün tətbiq etməməsinə dair apellyasiya şikayətinin dəlilləri rədd edilməlidir. Məhkəmə əsaslı olaraq hesab etmişdir ki, İddiaçı əslində bağışlama müqaviləsinin məhz həqiqi iradələrini gizli tutaraq hər hansı mənfəfət əldə etmək üçün üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlamasını əsaslandıra bilmiş və bununla bağlı mötəbər sübutlar təqdim etmişdir. Həmin sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib edilməz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir(İddiaçı əlil olmasına dair arayış, Binəqədi rayon İcra hakimiyyətində mənzil növbəsinə dayanmasına dair arayış, qaz, su, işıq üzrə abonent müqavilələrinin İddiaçıla bağlanmasına və həmin müqavilələrin 2021-ci ildən Cavabdehlə bağlanmasına dair arayışlar, Cavabdeh mübahisəli mənzildə yaşamaması və məskunlaşmamasına dair və sair sübutlar). Apellyatorun eyni tərəflər arasında və eyni əsaslar üzrə tərəflərə aid olan və qanuni qüvvədə olan məhkəmə qətnamələrinin (Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı 28 oktyabr 2022-ci il tarixli və X3 2(106)- 319/2023 saylı 15 mart 2023-cü il tarixli qətnamələr) olmasına istinad edərək prosesual pozuntu adlandırdığı dəlilləri qəbul edilməzdir, belə ki, adları qeyd edilən məhkəmə qətnamələrində iddia tələbinin hüquqi əsası bağışlama müqaviləsinin ləğvi, hazırki qətnamədə bağışlama müqaviləsinin yalan əqd olmasına görə etibarsızlığı təşkil edir və məhkəmə hüquqi əsaslarına görə sonuncu tələbə düzgün qiymət vermişdir. Apellyatorun İddiaçı iddia tələbinin 2-ci qrup əlliliyi olan müharibə veteranlarının mənzil ilə təmin olunmaq imkanı olduğu üçün o, bu imtiyazdan istifadə edərək başqa mənzil əldə etmək məqsədi ilə mübahisəli mənzili öz adından çıxarmaq niyyəti ilə əlaqədar olmasının əqdin etibarsızlığı üçün qanunla müəyyən edilmiş hal kimi qanunda nəzərdə tutulmaması və AR Mülki Məcəlləsinin 337-354-cü maddələrində nəzərdə tutulan əsaslar- aldatma, yanılma, zor-hədə təsiri və sair əsaslarla öz iradəsini ifadə etməsinin sübut olunmamasına dair dəlilləri qəbul edilməzdir. Belə ki, İddiaçı idda tələbinin bağışlama müqaviləsinin yalan müqavilə olduğu üçün etibarsız hesab edilməsini məhkəmə mülki iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi" Azərbaycan Respublikası mülki qanunvericiliyinin prinsipləri və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı, yəni yalan əqd olmaqla, başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün, yəni əqd bağlanarkən həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluq olmuş, əsas məqsəd "hədiyyə verənin" statusu(2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı) nəzərə alınmaqla, dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında "hədiyyə verən"in mülkiyyətində mənzilin olmamasına dair yanlış təsəvvür yaratmaq olmuşdur və məhkəmə hüquqi əsas kimi yalan əqdlərin şərhinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" 18 mart 2022-ci il tarixli Qərarına istinad etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək, təmin olunmasını xahiş etdilər. Məhkəmədə İddiaçı və onun vəkili, eni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahatlar verərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlərdən ünvan 2 ünvanlayaraq işlərinni çox olması səbəbindən nümayəndəsinin işirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə Bakı şəhəri 26 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən 03 sentyabr 2021-ci ildə verilmiş M/V № 089341 saylı vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan və notarial qaydada təsdiq edilmiş 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin surətindən görünür ki, “hədiyyə verən” İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili “hədiyyə alan” Cavabdeh bağışlamışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX ******* №-li, 15 iyul 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti rədd edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 5-10/2-1204/2023 saylı, 16 iyun 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 179 saylı sərəncamı ilə 01 oktyabr 2012-ci il tarixdən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində İİ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 239 saylı, 11 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri və nəvələri ilə birlikdə 1996-cı il tarixdən etibarən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzildə pasport qeydiyyatındadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 20 saylı, 16 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə mənzil xidməti, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün xidmət haqqı 1996-cı il tarixdən etibarən İddiaçı tərəfindən ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC 1 saylı Rabitə Xidmətləri Mərkəzinin 3-27-110/2-102 saylı, 18 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə “***-***-**-**” saylı telefon nömrəsi 29 may 2014-cü il tarixdən etibarən abunəçi İddiaçı istifadəsində olmuş və həmin mənzil üzrə “***-***-**-**” saylı telefon nömrəsi 08 iyul 2021-ci il tarixdə addan çıxarılmış, 07 oktyabr 2022-ci il tarixdən etibarən yenidən “***-***-**-**” saylı telefon nömrəsi kimi abunəçi İddiaçı istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC Binəqədi Rayon Sukanal İdarəsinin 13-16-5-3/2-03/1/428/2023 saylı, 19 may 2023-cü il tarixli məktubundan görünür ki, 01 yanvar 2000-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə abonent İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 21 dekabr 2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Bakı X18 Departamentinin 14-2-2-4/2-874-2023 saylı, 26 may 2023-cü il tarixli müraciətə baxılması barədə məlumatından görünür ki, 01 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə abonent İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 30 iyul 2021-ci il tarixdə X2 Sistemində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin X12 və Satışı İdarəsinin məktubundan görünür ki, 15 mart 2003-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə abonent İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 21 dekabr 2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 24 saylı, 09 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X9 və Babaşova Nüşabə Salman qızının (X6 valideynləri) Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzildə müvəqqəti məskunlaşmaları barədə məlumat yoxdur və həmin mənzildə yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-188/2-2741-2023 saylı, 09 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X9 və Babaşova Nüşabə Salman qızının (X6 valideynləri) Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə yaşayış sahəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Bakı Şəhəri Sabunçu Rayon Sektorunun 151 saylı, 14 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X9 və Babaşova Nüşabə Salman qızının (X6 valideynləri) ünvan 3 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və məskunlaşmışlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsi - Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, 29-cu maddəsinin İ hissəsi - hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1.1-ci maddə - bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir, 1.2-ci maddə - mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir, 5.3-cü maddə - mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur, 6.1.1 - 6.1.5-ci maddələr - mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilə azadlığı və mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir, 14.1-ci maddə - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir, 14.2-ci maddə - qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır, 152.1-ci maddə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 324.1-ci maddə - əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 324.2-ci maddə - əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, 324.4-cü maddə - müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir, 329.2-ci maddə - əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır, 404.1-ci maddə - müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, 404.2-ci maddə - bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, 666.1-ci maddə - bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur, 666.2-ci maddə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 3402-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü til tarixli qərarında bir daha vurğulanmışdır ki, əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). İşin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı birinci Qarabağ müharibəsi veteranı olmaqla, 2-ci qrup əlildir. Uzun müddət “DSK-4” X17 işləmiş və işlədiyi müddət ərzində həmin kombinat tərəfindən ona 30 aprel 2002-ci il tarixdə order əsasında mübahisəli mənzil verilmişdir. 06 noyabr 2009-cu il tarixdə mübahisəli mənzili özəlləşdirməklə, daşınmaz əmların dövlət reyestrindən öz adına çıxarış əldə etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 179 saylı sərəncamı ilə 01 oktyabr 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində İİ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. 13 may 2014-cü il tarixdə iddiaçının qızı X4 Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 31 may 2014-cü il tarixdə mübahisə predmeti olan mənzili iddiaçı “Mənzil bağışlama müqaviləsi” əsasında cavabdeh (kürəkəni) Cavabdeh bağışlamışdır. Hal-hazıra kimi İddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır, evin bütün kommunal xidmətləri onun tərəfindən ödənilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi əsasında iddiaçının qızı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Yalnız bundan sonra cavabdeh mübahisəli evin işıq, su və qaz abonent kodlarını çıxarışı təqdim etməklə öz adına keçirmişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı 2-ci qrup əlilliyi olan müharibə veteranı kimi mənzillə təmin olunmaq imtiyazı olduğunu, güzəştli əsaslarla mənzil növbəsinə götürüldüyünü, bu imtiyazadan istifadə edərək başqa mənzil əldə etmək istədiyini, bunun üçün mülkiyyətində mənzil olmamalı olduğunu və bu niyyətlə, mübahisəli mənzili formal olaraq öz doğması və qohumu kimi Cavabdeh bağışladığını bildirir. Cavabdeh isə iddiaçının qeyd olunan dəlilinə hər hansı bir formada münasibət bildirməyərək, bağışlama müqaviləsinin hər hansı bir öhdəliklə şərtləndirilmədiyini bildirir. Kollegiya işin mübğahisəli halları ilşə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisyə düzgün, obyektiv və ədalətli hüquqi qiymət verilməsindən ötrü yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Müəyyən edilməlidir ki, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti onun həqiqi iradə ifadəsi olmuşdurmu. Kollegiya hesab edir ki, mübahisəli mənzilin cavabdehə bağışlanması onun həqiqi iradə ifadəsini əks etdirməmiş, güzəştli əsaslarla mənzil növbəsində durduğundan bu addımı atarkən niyyəti 2-ci qrup əlilliyi olan müharibə veteranı kimi mənzillə təmin olunmaq imtiyazından yararlanmaq, dövlətdən əlavə mənzil almaq olmuşdur. Qeyd olunan halın mövcudluğu iş materialları ilə müəyyən olunan həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə tam təsdiqini tapır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış əqd, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmaqla, uydurma əqddir. Birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. Mübahisə predmeti üzrə iddia müddətinin tətbiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya hesab edir ki, həmin hissədə də, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2(072)-299/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1736/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1736/2023
15.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver