Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1746/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, müstəqil tələbi sürməyən üçüncü şəxs X9 İştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və "xxxx" ASC-yə qarşı (müstəqil tələbi sürməyən üçüncü şəxslər X13 və X11) qanunsuz elektrik dirəklərinin, qaz xətlərinin və onların sayğaclarının sökülməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(050)-108/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu Boradigah qəsəbsəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli 34 nömrəli qərarı ilə verilmiş 0.83 hektar paybəlli torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz çəkilmiş qaz və işıq xəttlərinin, elektrik dirəklərinin, qaz və işıq sayğaclarının cavabdehlərin hesabına sökülməsi və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Masallı rayonu Boradigah qəsəbəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.83 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Boradigah qəsəbə sakinləri müxtəlif ölçülərdə qanunsuz olaraq zəbt etmişlər. Onlar həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan cavabdehlər tərəfindən təbii qaz və elektrik enerjisi çəkilmiş və bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evlərinə yol, qaz və işıq çəkmişlər. Onların paybəlli torpaqlarının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq və qaz sayğacları onun paybəlli torpağında basdırılmış dirəklərdən asılmışdır. Onların paybəlli torpaqlarında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri X9 tikdirdiyi evə, digər qaz xətti isə X8 tikdirdiyi evə gedir. Onlara dövlət tərəfindən verilmiş 0.83 ha torpaq sahəsindən 20 ildən artıqdır ki, istifadə edə bilmirlər. O, bununla bağlı müxtəlif aidiyyəti orqanlara müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-108/2024 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia təmin edilərək Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən "xxxx" ASC tərəfindən X13 və X8 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xətti və Cavabdeh2 tərəfindən X13 və X8 fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttlərinin cavabdehlərin hesabına sökülərək çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək İddiaçı təhvil verilməsi, əlavə olaraq Cavabdeh2ndən və "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat, cəmi 195 manatın tutulub İddiaçı verilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh2ndən və "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddia tələbinin tamamilə rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-1019 kod ********* nömrəli Dövlət aktına əsasən Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 34 nömrəli qərarı ilə İddiaçı, X2, X3, X5, X6 və X4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üşün 0.83 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli 3-16-16/2-10/2996 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 04 aprel 2024-cü il tarixli 3- 21-3-44/2-1653/2024 №-li mütəxəssis rəyinə görə torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Boradigah qəsəbəsi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1019 nömrəli 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. Masallı rayonu Boradigah qəsəbəsi ərazisində X13 və X8 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xəttinin, həm də X13 və X8 müvafiq olaraq fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttinin İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1019 nömrəli 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq "xxxx" ASC-yə qarşı hazırkı iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-1361/2023 saylı qərardadı ilə hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırkı iddaya inzibatı deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğu və bu səbədən də iddiaçının qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-1361/2023 saylı qərardadı qanuni və əsaslı olduğu üçün Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)-186/2023 saylı qərardadı ilə qüvvədə saxlanılmış və iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən məhkəmə qərardadları ilə iddiaçının hazırkı iddia tələbi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli 190 saylı qərarına əsasən "xxxx" ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edilmiş və bu qərarda "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1daları pozmaqla iddia tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin aidiyyəti üzrə göndərilməsi barədə məhkəməyə ərizə təqdim etmələrinə baxmayaraq məhkəmə ərizəni təmin etməmiş, prosessual qanunvericiliyin tələblərini pozmaqla mülki işə mahiyyəti üzrə baxmışdır. Digər tərəfdən də məhkəmə işə baxarkən iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmamasını da nəzərdən qaçırmışdır. İddiaçı apellyasiya şikayətinə etiraz edib iddia ərizəsini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələbi sürməyən üçüncü şəxs X13 məhkəmə iclasında bildirmişdir ki, həmin elektrik və qaz xətləri dövlət qurumları tərəfindən çəkilmişdir. O, buna görə dövlət rüsumu ödəmişdir. Hazırda işıq xəttindən qonşular və özü istifadə edirlər. Ancaq hal-hazırda mübahisəli ərazidə yerləşən evdə yaşamır. Apellyasiya şikayətinin təmin edlib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Onun üçün işıq xəttinin haradan çəkilməsinin fərqi yoxdur, belə ki əsas ona elektrik enerjisinin verilməsidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Masallı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(050)-108/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiyası məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən iddiaçı və ailə üzvlərinə Masallı rayonu Boradigah qəsəbəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.83 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində Boradigah qəsəbə sakinləri tərəfindən özbaşına evlər tikilmiş və həmin evlərə cavabdehlər tərəfindən təbii qaz və elektrik enerjisi çəkilmişdir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə qaz və işıq xətlərinin ona məsus torpaq sahəsindən çıxarılması barədə müraciət olunmuş, lakin bunun nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Göstərilənlərə əsasən mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. “Ceyms və başqaları Birləşmiş Krallığa qarşı” 21 fevral 1986-cı il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə “Marks Belçikaya qarşı” işində şərh verərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna dair Dövlət aktı vardır və Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli 3-16-16/2- 10/2996 saylı ekspert rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına görə sökülməsi tələb edilən hava elektrik ötürücü xətti kənd təsərrüfatı təyinatlı olan mübahisəli torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bununla yanaşı, qeyd edilməlidir ki, işdən görünür ki, üçüncü şəxslərin fərdi yaşayış evlərinin elektrik təchizatı üçün daha sonrakı tarixlərdə - 2018-2019-cu illərdə müraciət edilərək mübahisəli xətlər çəkilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Habelə həmin qanunun 8.0.5-ci və MM-in 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. MPM-in 81-ci maddəsinin tələbinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Qeyd edilənlərlə yanaşı, kollegiya hazırkı iş üzrə aidiyyət qaydalarının pozulubpozulmaması üzrə diqqətə çatdırır ki, MPM-in 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında izah edilir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bundan başqa plenum qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Məhkəmə kollegiyası hazırkı işə ərazi aidiyyət qaydalarının tələblərinə riayət edilməklə baxılması qənaətindədir və apellyasiya şikayətinin bu barədə dəlilini əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-108/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-108/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1746/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1746/2024
17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver