Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1762/2023 06.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə tərtib edilmiş ******* saylı əmək kitabçasının və Masallı rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv aktının ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Ceyhun Quliyev) Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmiş, dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pulun Ərizəçi qaytarılması qərara alınmış, ərizəçiyə səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə biləcəyi izah edilmişdir. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)-2736/2023 saylı qərardadı qüvvədə saxlanılmış, Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)-2736/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Ərizəçi Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadından şikayət verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmiş, dövlət rüsumunun ödənilməsinə dair hər hansı qəbz təqdim etməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırda ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verdiyi şikayətdə rüsumdan azad olunduğunu qeyd etmiş, rüsumdan azad olunma əsası kimi isə “Bu ödəniş rüsumdan azaddır - iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər” bəndi seçilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.17-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, ərizəçinin öz şikayətində həmin bəndi seçməsi əsaslı olmamışdır. Belə ki, qeyd edilən normadan da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi barədə qərardaddan verilən şikayət üzrə işdə iştirak edən şəxslərin dövlət rüsumu ödəməkdən azad olunması qanunla istisna edilmiş, bununla yanaşı, “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsində birbaşa göstəriş olaraq bu cür qərardadlardan verilən şikayət üzrə 50 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğu təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi isə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumunun ödənilməli olmasına diqqət yetirməmiş, şikayəti qaytarmalı olduğu halda, ona baxaraq həll etmişdir. Hazırkı iş materialları ilə ərizəçinin hər hansı başqa əsasla dövlət rüsumu ödəməkdən azad olunması da müəyyən edilmir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2736/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilsin. Mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1762/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1762/2023
06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver