Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1764/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh4, X5, Cavabdeh6, X7 və üçüncü şəxs Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, alqısatqı müqavilələrinin və ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların və onların əsasında verilmiş bütün hüquqi sənədlərin etirarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDK-nin yanında DƏDRXnin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh4, X5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh4 verilmiş 27 noyabr 2023-cü il tarixli, 2V-582 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh4 verilmiş xx.xx.2024-cü il tarixli, **********80- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın, xx.xx.2024-cü il tarixdə Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0626 ha. torpaq sahəsinin 19.000 manata Cavabdeh4 tərəfindən X2 barədə alqı-satqı müqaviləsinin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi idarəsi tərəfindən X5 xx.xx.2024-cü il tarixdə verilmiş **********80- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə 158,7 kv/m olan 5 otaqlı evə və 0,0626 ha. torpaq sahəsinə qeydiyyatın, xx.xx.2024-cü il tarixdə Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat X3 adına qeydiyytda olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m, yaşayış sahəsi 82,1 kv.m, yardımçı sahəsi 76,6 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilmiş ümumu sahəsi 97,9 kv/m, yaşayış sahəsi 52,6 kv.m, yardımçı sahəsi 41,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi olan 0,0626 ha. torpaq sahəsindən 0,0333 ha. hissəsinin bölgü planına əsasən 12.000 manata Cavabdeh6 satılması barədə alqı-satqı müqaviləsinin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh6 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, mərhum atasının adına olan ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən 13.10. 2022-ci il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evində və 0,0626 ha, torpaq sahəsində, Amankənd kəndindəki yaşayış evində, Torpağın mülkiyyətə verilməsinə dair JN -51 A (KOD ********) şəhadətnaməyə əsasən birgə mülkiyyətlərinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ½ hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək X8 ilə Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin, X6 adına ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsində aparılmış qeydiyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı (Hakim: Nüsrət Mirzəyev) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh4 adına verilmiş 27 noyabr 2023-cü il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına aparılmış 12 yanvar 2024-cü il tarixli **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat, 15 yanvar 2024-cü il tarixdə Salyan regional «Asan xidmət» Mərkəzinin notariat ofisində Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin Cavabdeh5 adına aparılmış (reyestr nömrəsi **********80-10301, qeydiyyyat nömrəsi **********) xx.xx.2024-cü il tarixli qeydiyyatın etibarsız hesab edilməsi, iddia tələbinin Cavabdeh5 ilə Cavabdeh6 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsinin bölgü planına əsasən Cavabdeh6 12000 (on iki min) manata satılmasına dair alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh6 adına aparılan qeydiyyatın, Cavabdeh5 ilə X8 arasında ünvan 1A, yeni qaydalarla ünvan 4 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinın X1 dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən X6 adına aparlmış qeydiyyatın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları xx.xx.2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuş, 2(106)1764/2024 saylı nömrə verilərək, Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasında apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)- 640/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)- 640/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. MPM-nin yuxarıda qeyd edilən maddələrinin tələbi baxımından apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinin nəticə hissəsində xahişi qeyrimüəyyəndir. Belə ki, elektron formada verilmiş apelyasiya şikayətinin xahiş etdim hissəsinə nəzər yetirdikdə görünür ki, iddiaçının nümayəndəsi Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı tələb göstərməmiş, qətnamənin adını qeyd edərək daha sonra iddianın təmin edilməyən hissəsinə dair qətnamə qəbul edilməsini göstərmişdir. Halbuki iddiaçının nümayəndəsi özünün tələblərini aydın göstərməli, yəni, hansı məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Bundan başqa apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, şikayətin dəlili kimi maddi hüquq normaları və iddia tələbi şikayətin dəlilləri hissəsində sadalanmış, lakin maddi hüquq normalarının işə baxan birinci instansiya məhkəməsi tərəfindən hansı hissədə pozulması və apellyatorun həmin hissədə qətnaməni qanunsuz hesab etməsinə dair dəlillər göstərilməmiş, maddi hüquq normaları sayılmaqla kifayətlənmişdir. Görüdnüyü kimi, şikayət MPM-ə əlavə edilmiş 2 saylı Əlavəyə uyğun tərtib etməmiş, şikayətdə Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1764/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1764/2024
07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver