Məhkəmə qərarları › İş №2(106)-1767/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1767/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1767/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X* ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh* və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisinə, Cavabdeh2 Nuşirəvan oğluna və Cavabdeh* qarşı xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(020)-947/2023 saylı qətnaməsindən Cavabdeh* nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında qardaşı oğlu Cavabdeh2 Nuşirəvan oğlu ilə qardaşı Cavabdeh* arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı Daşınmaz əmlakın alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.*959-cu ildə Beyləqan rayonunun İ Şahsevən kəndində anadan olmuşdur. Yaşadığı və qeydiyyatda olduğu Beyləqan rayonunun İ Şahsevən kəndində ümumi sahəsi *64.66 kv.m olan, yaşayış sahəsi 82 kv.m, yardımçı sahəsi 82.66 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi vardır. Özü müvəqqəti olaraq Türkiyə Respublikasının Ankara şəhərində yaşadığından fərdi yaşayış evinə nəzarət etməyi, evlə bağlı müəyyən işləri görməyi qardaşı oğlu Cavabdeh2 Nuşirəvan oğluna tapşırmışdır. Bu məqsədlədə qardaşı oğluna mülki etibarnamə vermişdir. Lakin qardaşı oğlu onun məlumatı olmadan ona verdiyi etibarnaməyə əsaslanaraq evini öz atası, yəni onun qardaşı Cavabdeh* saxta yolla *4.000 (on dörd min) manata satmışdır. O, bu alqı-satqıdan xx.xx.2023-cü il tarixdə məlumat aldıqdan sonra dərhal xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İ saylı Notariat Ofisinə müraciət edərək qardaşı oğluna verdiyi etibarnaməni rəsmi şəkildə ləğv etdirmişdir. Həmçinin bu barədə DƏDRX-nin 6 saylı Ərazisinə yazılı şəkildə ərizə təqdim etmidir. Cavabdehlər onu bu məqsədlədə xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən uzaqlaşdırmaq istəyirlər. O, qardaşı oğlunun və qardaşının onu aldatmaqlarını öyrəndikdən sonra onlara alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün dəfərlərlə şifahi pretenziyasını bildirmiş və * həftə müddətində həmin alqı-satqı müqaviləsinin ləğvi üçün Beyləqan rayon * saylı Dövlət Notariat Ofisinə getmələrini xahiş etmişdir. Lakin cavabdehlər onunla razılaşmamışlar. O, hətta cavabdehlərə xəbərdarlıq edərkən əgər onunla Notariat Ofisinə getməsələr alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını dəfələrlə bildirmişdir. Hal-hazıradək cavabdehlər alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün Notariat Ofisinə gəlmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun həmin fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. Odur ki, onun *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında qardaşı oğlu Cavabdeh2 Nuşirəvan oğlu ilə qardaşı Cavabdeh* arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instasniya məhkəməsində Cavabdeh2 Nuşirəvan oğlu iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, bibisi olan iddiaçı Diləfruz uzun illərdir ki, Türkiyədə yaşamış. Bibisi ona 30 illik etibarnamə verərək girovda olan əmlakını girovluqdan çıxarıb satmasını xahiş etmişdir. Bibisi artıq evi istəmədiyini, həmin evdə yaşamayacağını, Türkiyədə yaşayacağını və adına heç bir şeyin olmaması lazım olduğunu demişdir. Sözü gedən ev ata-baba yurdu olmuşdur. Qaz və işiq atasının adınadır. Atası evin bacısının adına rəsmiləşdirilməsinə imza va razılıq verməmişdir. O, etibarnamə əsasında evi bağışlama yolu ilə atasına vermiş, ev bir ay bağışlamada qalmışdır. lakin bibisi bunu eşidib narazıçılığını bildirmişdir. Hesab etmişdir ki, bibisi bağışlanma müqaviləsini ləğv etdirəcəkdir. Sonra alqı-satqı ilə evi atasına satmışdır. Həmin vaxt bibisi burada olmuşdur. Həmin evi *4.000 manata atasına satmış, *350 manat sənədləşmə işlərinə xərcləmişdir. Pulu bibisinə vermişdir. Pulu bibisinə verməsinə dair isə heç bir sənədi olmamışdır. İddiaçının ona *090 manat borcu olmuşdur. Ondan 400 manatını qaytarmış 960 manat qalmışdır. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh* iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun bacısıdır. *980-ci ildə valideynləri ölmüşdür. Bacısı hamıya onu evə buraxmadıqlarını bildirdiyindən, onlar ata yurdundakı evdən çıxaraq evi iddiaçıya vermişlər. İddiaçı evin bütün əşyalarını satmaqla evi yararsız hala salmışdır. İddiaçı oğlu Azərə evi satması üçün etibarnamə vermişdir. Oğlu da evi iddiaçının razılığı ilə ona *4.000 manata ona satmış, sənədləşməyə çəkdiyi xərcdən əlavə qalan pulu iddiaçıya vermişdir. İddiaçı isə hazırda bunları inkar edir. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Beyləqan rayon Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(020)-947/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 Nuşirəvan oğlu ilə Cavabdeh* arasında Beyləqan rayon * saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ № **32053 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh* nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.*-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkakət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İş materiallarından göründüyü kimi iddiaçı etibarnamə verərkən, üçüncü şəxslər qarşısında əqd bağlanılması səlahiyyətini etibar edilənə vermiş, etibar edilən isə özünə münasibətdə yox, üçüncü şəxslə haqqı ödənilməklə əqd bağlamışdır. Həmin əqd üzrə alınmış haqqın məbləği isə müvafiq sənədlərlə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 324.*-ci maddəsinin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəkilində olur. İşin hallarından göründüyü kimi mübahisələndirilən əqd üzrə hər iki tərəf iştirak etmiş, bir tərəfdə alıcı, digər tərəfdə isə satıcını notarial qaydada verilmiş etibarnamə ilə səlahiyyətləndirilmiş şəxs. Əqd ikitərəfli olmaqla tərəflərin olmaması hissəsində mübahisə doğurmur, Beyləqan Rayon Məhkəməsi bu hala diqqət yetirməmişdir. Beyləqan Rayon Məhkəməsi cavabdehin hüquq və mənafeləri ilə bağlı Konstitusiya ilə qorunan təminatlarını da pozmuşdur. Beyləqan Rayon Məhkəməsi cavabdehlə iddiaçı arasında olan faktiki münasibətləri düzgün araşdırmamış, cavabdehin iştirakını təmin etməmiş, iddiaçının uzun müddət Türkiyə Respublikasında yaşadığını, uzun müddətdir orda yaşamasına baxmayaraq, evinin idarə edilməsi üçün niyə getdiyi vaxt yox, *5.**.2022-ci ildə cavabdehin oğlu Cavabdeh2 etibarnamə verdiyini, niyə etibarnamə verilərkən əmlak üzərində sərəncam hüququnu məhdudlaşdırmadığını, evinin ipotekada olduğunu, lakin Cavabdeh2 tərəfindən çıxarılmasının səbəbini, həmin evin hüquqmüəyyənedici sənədlərinin niyə Cavabdeh2 olmasını və s. məsələləri araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh* apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı onun bacısıdır. Həmin mübahisəli ev ata evi olmuş və iddiaçı onların xəbəri olmadan öz adına keçirmişdir. İddiaçı uzun müddətdir ki, həmin evdə yaşamır. Bakıda və ya Ankarada yaşayır. Həmin evə faktiki olaraq o nəzarət edir. Qeyd edilən mübahisəli evin üzərində yüklülük olduğundan və həmin yüklülüyün aradan qaldırılması üçün iddiaçı onun oğlu Azərə mülki etibarnamə vermişdir. Yüklülük aradan qaldırıldıqdan sonra bilmişlər ki, iddiaçı evi satmaq istəyir. İstəməmişlər ki, ata yurdu olan evi kimsə alsın. Ona görə iddiaçı ilə razılaşmışlar ki, Azər evi ona bağışlasın. Belə olub notariusa gedərək oğlu Azər etibarnəmə əsasında evi ona bağışlamışdır. Evə görə *4000 manat pulu iddiaçıya vermək istədikdə iddiaçı məbləğin az olmasını bildirmiş və *4000 manat pulu qəbul etməmişdir. Bundan sonra Azərlə özü könüllü olaraq bağışlama müqaviləsini ləğv etdirmişlər. Səhəri günü isə evi alqı-satqı yolu ilə öz adına rəsmləşdirmişdir. Həmçinin ev üçün *4000 manat pulu oğlu Azər iddiaçıya vermişdir. Cavabdeh* nümayəndəsi (vəkili) Nümayəndə2 da oxşar məzmunlu izahat vermişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Qeyd olunan ev ona Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. Həmin evə 2007-ci ildə çıxarış almışdır. Özü Ankarada yaşayır. Mübahisəli evdə işıq sayğacı olmadığından qardaşı oğlu Azərə etibarnamə vermişdir ki, evə sayğac qoydursun. Azərlə Nuşirəvan arasında bağışlama və sonradan da baş tutmuş alqı-satqı müqasviləsindən xəbəri olmamışdır. Bunları biləndən sonra etibarnaməni ləğv etdirmişdir. Cavabdehin söylədikləri şər, böhtandır. Ona hər hansı pul məbləği nəinki verilməmiş, hətta təklif belə edilməmişdir. Hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin qətnaməsi düzgündür. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisinin nümayəndəsi və Cavabdeh2 Nuşirəvan oğlu məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. e) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.*. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 20**-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh* münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.*-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.*-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin *40-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin *44.*-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının vəkili və eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 00020*0 nömrəli çıxarışdan görünür ki, Beyləqan rayonu, İ Şahsevən kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82 kv metr yaşayış, 82.66 kv metr köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının *2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş *5 noyabr 2022-ci il tarixli 82*489 nömrəli etibarnamədən görünür ki, İddiaçı 30 il müddətinə bütün daşınar və daşınmaz əmlakları idarə etmək və digər hüquqlarından istifadə etmək üçün Cavabdeh2 Nuşirəvan oğluna etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən özünə məxsus ümumi sahəsi *64.66 kv m, yaşayış sahəsi 82 kv metr, yardımçı sahəsi 82.66 kv metr olan 4 otaqlı fərdi yaşayış evini və 02 ha torpaq sahəsini Cavabdeh2 Nuşirəvan oğlu etibarnamə əsasında atası Cavabdeh* bağışlamışdır. İş materiallarına əlavə edilmiş AN-İ **32053 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı vəkalətli nümayəndəsi Ağayev X2 rayonu, İ Şahsevən kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi *64.66 kv m, yaşayış sahəsi 82 kv metr, yardımçı sahəsi 82.66 kv metr olan 4 otaqlı fərdi yaşayış evini və 0.2 ha torpaq sahəsini Cavabdeh* *4000 manata satmışdır. İş materiallarına əlavə edilmiş "Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 Nuşirəvan oğluna verdiyi etibatnaməyə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi müyyən etmişdir ki, iddiaçının mülkiyyətində Beyləqan rayonu, İ Şahsevən kəndində 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82 kv metr yaşayış, 82.66 kv metr köməkçi sahədən ibarət yaşayış evi vardır. Həmin ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının *2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Türkiyədə yaşadığından *5 noyabr 2022-ci il tarixli 82*489 nömrəli etibarnamə ilə 30 il müddətinə bütün daşınar və daşınmaz əmlakları idarə etməyi və digər hüquqlarından istifadə etmək üçün qardaşı oğlu Cavabdeh2 Nuşirəvan oğluna etibarnamə vermişdir. Cavabdeh2 etibarnamədən istifadə edərək İddiaçı mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 4 otaqlı fərdi yaşayış evin digər Cavabdeh* *4000 manata satmışdır. İddiaçı bununla razılaşmamış və Cavabdeh2 Nuşirəvan oğluna verdiyi etibatnamənin etibarsız hesab edilməsi üçün Beyləqan rayon İ saylı Notariat Ofisinə müraciət etmişdir. Beyləqan rayon İ saylı Notariat Ofisində 06 mart 2023-cü ildə həmin etibarnaməyə xitam verilmişdir. Həmçinin müəyyən etmişdir ki, iddiaçı alqı-satqıda işrtirak etməmiş, Cavabdeh2 etibarnamə ilə iddiaçının əvəzindən alqı satqı aparmışdır. Hazırda iddiaçı evin satılmasına razı deyildir. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh2 alqı-satqı vaxtı iddiaçının Azərbaycanda olması və alqı-satqıdan əldə etdiyi pulu iddiaçıya verməsini göstərsə, pulun iddiaçıya verilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Azər onu aldadaraq mülkiyyətində olan evi atasına satmışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir. Bundan əlavə, aldığı vəkalət üzrə hansı hüquqi hərəkətləri yerinə yetirdiyini vəkalət verənə bildirmək, yaxud vəkalət üzrə aldıqlarını (satış pulunu və s.) ona təqdim etmək və digər bu kimi vəzifələr müqavilənin qarşı tərəfinin yox, təmsilçinin vəzifəsidir. Təmsilçinin təmsil olunan qarşısında göstərilən öhdəliklərini yerinə yetirməməsi, onlar arasındakı daxili hüquqi münasibətə aid olmaqla, qarşı tərəflə bağlanmış müqavilənin etibarsızlığına səbəb olmur. Təmsilçi vasitəsilə bağlanmış əqdin etibarsız sayılması üçün əsaslardan biri MM-in 359.3-cü maddəsində nəzərdə tutulan “Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz” qaydasının pozulmasıdır. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir (əqdi imzalayır), digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulan qaydadan istisna, belə təmsilçiliyə əvvəlcədən verilən icazə və ya əqdin təmsil edilən tərəfindən sonradan bəyənilməsi hallarıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 202*-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il *2 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh* nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(020)-947/2023 saylı qətnaməsi Cavabdeh* nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar