Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1768/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e-2(020)-1005/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 1 manat olmaqla, 24 ay müddətinə, hər ay 47 manat ödəmək şərti ilə, dəyəri 1129 manat olan məişət avadanlığı satmışdır. 29 dekabr 2022-ci il tarixli BYK6315363 №-li Təhvil-təslim aktından görünür ki, “BEKO B43A800B” markalı TV Led Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 1 manat olmaqla, 22 ay müddətinə, hər ay 19 manat ödəmək şərti ilə, dəyəri 419 manat olan məişət avadanlığı satmışdır. 29 dekabr 2022-ci il tarixli BYK6315365 №-li Təhvil-təslim aktından görünür ki, “Riffel GM 1140W” markalı qaz plitəsi Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli müqavilə üzrə İddiaçınə 338 manat və 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə İddiaçınə 133 manat əsas borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli və 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə əsasən 471 manat əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandrılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 29 dekabr 2022-ci il tarixli BYK6315363 saylı və 29 dekabr 2022-ci il tarixli BYK ******* saylı borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1548 manat olan məişət avadanlıqları əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 471 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh borc müqavilələrinə əsasən 471 manat əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 501 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ondan əsassız olaraq əsas borc və faiz borcu tələb edir. O, hazırki iddia tələbini qəbul etmir. Belə ki, onun iddiaçı təşkilata heç bir borcu qalmayıb. O, İddiaçı MMC-dən bir ədəd qaz plitəsi və bir ədəd televizoru nisyə alqı-satqı müqaviləsi əsasında satın almışdır. H\min avadanlıqların pulunu hər ay ödəmişdir. Lakin, qaz plitəsi xarab çıxdığı üçün o. Həmin məhsulu İddiaçı MMC-yə geri qaytarmışdır. Həmin qaz plitəsinə görə ödədiyi pulu isə televizorun ödənişinə əlavə etdilər. O, qalan borcunu da ödəyərək, qeyd olunan kredit borcunu tam şəkildə ödəmişdir. Hazırda isə iddiaçı təşkilat əsassız olaraq ona qarşı hazırkı iddianı qaldırmışdır. Ona görə də hesab edir ki, mülki işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılmalıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(020)-1005/2025 saylı qərardadına əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(020)-1005/2025 saylı qətnaməsi ilə (hakim Xatın Cabbarlı) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 386.1, 385.1, 442, 445.2, 448.1, 450.1, 600.1, 600.2, 600.4, 601.1, 589.2, 589.3, 589.4, 589.7, 595.1, 595.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 119.1-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Məhkəmə cavabdehin 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə almış olduğu qaz plitəsi xarab olduğu üçün, həmin qaz plitəsinin iddaçıya qaytarıldığını və həmin müqavilə üzrə ödənişlərin 29 dekabr 2022-ci il tarixli BYK6316363 nömrəli müqavilə üzrə ödəməli olduğu ödənişlərə əlavə edildiyi etirazı ilə bağlı qeyd edir ki, cavabdeh qeyd etdiyi dəlillərlə bağlı sübutları (qaz plitəsinin iddiaçı qaytarılması barədə akt və s.) məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 dekabr 2022-ci il tarixli BYK6315365 nömrəli müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən 13 ay ödənilmiş, sonuncu ödəniş isə 24 mart 2024-cü il tarixdə ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, o, İddiaçı MMC-dən bir ədəd qaz plitəsi və bir ədəd televizoru nisyə alqı-satqı müqaviləsi əsasında satın almışdır. Həmin avadanlaqların pulunu hər ay ödəmişdir. Lakin, qaz plitəsi işlədiyi yerdə alışmış, əllərini yandırmışdır. Qaz plitəsi xarab çıxdığı üçün o, İddiaçı MMC-yə müraciət etmikş və qaz plitəsini geri qaytarmışdır. Sonradan İddiaçı MMC-nin əməkdaşları onlarla əlaqə saxlayaraq, guya qaz plitəsinin baş idarəyə göndərildiyini və təmir edildiyini bildirmişlər. Onlara təmir olunmuş qaz plitəsini istəmədiyini, yeni qaz plitəsi vermələrini təkif etsə də, nəticəsi olmamış, ona həmin qaz plitəsini yenidən vermişlər. Qaz plitəsini evə gətirmiş, bir gün sonra yenə qaz plitəsi alışmışdır. Onlara yenidən qaz plitəsini aparıb təhvil vermişlər. Onlar qaz plitəsinə görə ödəmiş olduğu pulu eyni vaxtda kredit götürdüyü televizorun pulunun ödənilməsinə çıxdılar və 140 manat da ödəniş etdi. Bununla da onun iddiaçı təşkilata heç bir borcu qalmadı. O, qaz plitəsini onlara təhvil verdiyi halda hazırda ondan həmin avadanlığa görə pul tələb edirlər. Buna baxmayaraq İddiaçı MMC əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldıraraq ondan 900 (doqquz yüz) manat məbləğində borc tələb etmişdir. Məhkəmə qətnaməsi ilə isə əsassız olaraq iddia tələbi təmin edilməmişdir. Hətta Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(020)-1005/2025 saylı qətnaməsi çıxarıldıqdan sonra da o yenidən İddiaçı MMC-yə müraciət etmiş və qaz plitəsini onlara geri təhvil vermiş olduğu halda ondan pul tələb etmələrinin əsassız olduğunu bildirmişdir. İddiaçı MMC-nin əməkdaşı tərəfindən qeyd etmiş olduğu hallar təsdiq edilərək, həqiqətən qaz plitəsinin iddiaçı şirkətə qaytarıldığı və bununla bağlı köməklik göstəriləcəyi bildirildi. Halbuki, o, İddiaçı MMC-yə olan borcunu tam şəkildə ödəmişdir. Yuxarıda qeyd etdiklərimə əsasən iddianı tamamilə əsassız hesab edir. Onun iddiaçı təşkilata heç bir borcu yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. . Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(020)-1005/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, kollegiya qətnaməni apellyasiya icraatı qaydasında bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1.-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini və tətbiq edilən hüquq normalarını araşdırmaqla belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olub, apellyasiya şikayətində göstərilən arqumentlər həmin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Mülki prosessual hüquqda sübutetmə prinsipi tərəflərin bərabər hüquqlu olması və rəqabət prinsipi ilə sıx bağlıdır. Tərəflər yalnız öz iddia və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməyə borcludurlar. Sübutetmə yükü prinsipi tərəflərin iddia və etirazlarının mənbəyini müəyyən etməklə, məhkəmənin subyektiv təxminlərə deyil, obyektiv dəlillərə əsaslanaraq qərar çıxarmasını təmin edir. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi sübutların hüquqi əhəmiyyətini qiymətləndirməkdir, lakin sübutların təqdim edilməməsi və ya qeyri-dəqiq olması hüquqi nəticələr doğurur. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 29 dekabr 2022-ci il tarixli BYK6315363 və BYK6315365 nömrəli borc (nisyə alqı-satqı) müqavilələrinə əsasən cavabdehin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyini, nəticədə 471 manat əsas borc qalığının yarandığını və ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə cəmi 501 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında bağlanmış müqavilələr, təhvil-təslim aktları, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı, pretenziya məktubu, habelə cavabdeh tərəfindən təqdim olunmuş ödəmə çekləri tədqiq edilmişdir. Məhkəmə sübutları məcmu şəkildə qiymətləndirərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh hər iki müqavilə üzrə müəyyən ödənişlər etsə də, müqavilə öhdəliklərini tam şəkildə icra etməmiş, nəticədə əsas borc qalığı formalaşmışdır. Apellyasiya şikayətində cavabdeh tərəf qaz plitəsinin qüsurlu olması və iddiaçıya geri qaytarılması faktına istinad edərək, həmin səbəbdən borcunun qalmadığını iddia edir. Lakin Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən bu iddiaları təsdiq edən heç bir mötəbər və yol verilən sübut təqdim olunmamışdır. İş materiallarında qaz plitəsinin iddiaçıya qaytarılmasını təsdiq edən təhvil-təslim aktı, qüsur barədə texniki rəy, servis sənədi və ya digər yazılı sübutlar mövcud deyildir. Belə ki, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işi üzrə qərarında ifadə edilən “affirmanti incumbit probatio” – iddianı irəli sürənin sübutetmə yükünü daşıması prinsipi və MPM-in 77 və 76-cı maddələrində nəzərdə tutulmuş normalar baxımından cavabdeh tərəf etirazının əsaslarını sübut edə bilməmişdir. Apellyasiya şikayətində, habelə cavabdehin vəkili tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş vəsatətdə iddiaçı şirkətin əməkdaşları ilə aparılmış danışığın səs yazısına istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən səs yazısı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edilmiş, iş materiallarına əlavə olunmamış və məhkəmə iclasında tədqiq edilməmişdir. Faktiki olaraq mövcudluğu sübuta yetirilməmiş sübuta istinad edilməsi hüquqi əhəmiyyət kəsb etmir və sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmayan, iş materiallarında mövcud olmayan və yalnız ehtimal xarakteri daşıyan sübutlara əsaslanmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi yolverilməzdir. Bu cür yanaşma sübutetmə institutunun mahiyyətinə və mülki prosesin əsas prinsiplərinə ziddir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və ya əsassız olmasını göstərmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(020)-1005/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(020)-1005/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1768/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1768/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver