Məhkəmə qərarları › İş №2(106)-1777/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1777/2025

24.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1777/2025 24.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1072/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin azadılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Cümə Məscidinə xx.xx.2021-ci il tarixdə Elster G-4T diafraqma ******* nömrəli sayğaca bu günkü tarixə hesablanmış 4635,01 (dörd min altı yüz otuz beş manat bir qəpik) manat borc məbləğinin yenidən hesablanaraq (qeyri kommersiya olaraq) azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1072/2025 saylı qərardadı ilə (hakim O.Bayramov) İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin azadılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1072/2025 nömrəli qəraradının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etiişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən imzalanmış və borc iddiaçıdan tələb edildiyi üçün iddiaçının bu iddianı verməyə subyektiv hüququ vardır. Məhkəmə mübahisələndirdiyi qərardadı qəbul edərkən qaz sayğacının iddiaçının adına olması faktına və hazırda da həmin borcun iddiaçıdan tələb olunmasına qiymət verməmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1072/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə ərizəçinin adından vəkil Nümayəndə tərəfindən elektron imza ilə imzalansa da, lakin ərizəyə İddiaçı X1 adından iddia tələbi irəli sürmək səlahiyyətinin olub-olmamasını təsdiq edən sübutlar e-2(071)-1072/2025 saylı mülki iş materiallarına əlavə edilməmiş, ərizəçinin xidməti vəziyyəti göstərilməmiş, onun X2 ilə bağlantısı məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri qaytarır. Hazırki mülki işdən görünür ki, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin azadılması” tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmaqla xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfindən vəkil Nümayəndə verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən aydın olur ki, ona İddiaçı adından iddia ərizəsinin məhkəməyə təqdim edilməsi səlahiyyəti verilmişdir. Belə ki, iş materiallarında olan abonent saldosunda abonentin adı məhz Hacıqabul rayon “Cümə” məscidi İddiaçı kimi göstərilmişdir. Yəni borc bilavasitə iddiaçının adına formalaşdırılmış və tələb də ondan irəli sürülmüşdür. Bundan əlavə, iddiaçının konkret olaraq Cümə Məscidinin adından tələb irəli sürmək səlahiyyətinin olub-olmaması iddia ərizəsinin geri qaytarılmasına əsas deyildir. İddiaçının konkret hüquqi tələbi irəli sürmək üçün səlahiyyətinin və ya subyektiv hüququnun olub-olmaması isə iddianın məzmunu üzrə araşdırılmalı olan məsələlərdəndir. Bu yalnız məhkəmə baxışı zamanı qiymətləndirilməli və iddiaçının Cümə Məscidinin adından iddia qaldırmağa subyektiv hüququ olmadığı təqdirdə, bu hal iddianın mahiyyəti üzrə rədd edilməsinə əsas ola bilərdi. Lakin bu səbəb iddia ərizəsinin MPM-in 152.1.2-ci maddəsinə uyğun olaraq geri qaytarılması üçün hüquqi əsas təşkil etmir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1072/2025 saylı qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1072/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar