Məhkəmə qərarları › İş №2(106)-1778/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1778/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1778/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X oğlu və X7 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(018)-992/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1130 manat məbləğdə vurulmuş zərər və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun alınaraq hesabına köçürülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21061” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 04 fevral 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixdə saat 20:10 radələrində Sumqayıt şəhəri İ.Qayıbov küçəsi ərazisində Cavabdeh idarə etdiyi “VAZ 21061” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və həmin hadisə ilə bağlı Cavabdeh İXM-in 332.4 və 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-in 16.1-ci maddəsinə əsasən fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilmə yaşı 16 yaş nəzərdə tutulduğundan yol-nəqliyyat hadisəsi zamanı xx.xx.2004-cü il təvəllüdlü X15 15 yaşı olduğu üçün onu inzibati məsuliyyəti istisna edilmişdir. Tərəfindən cavabdehin atası X9 xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin onun tərəfindən zərər ilə bağlı ödəniş həyata keçirilməmişdir. xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatından görünür ki, "xxxx" MMC-yə məxsus mağazaya 3130 manat məbləğdə ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən sığorta ödənişinin bir hissəsi olaraq 1130 manat iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. Zərərin digər hissəsi isə mağaza ilə arasında könüllü daşınmaz əmlak sığorta müqaviləsi olan "xxxx" ASC-yə ödənilmişdir. Astara Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(018)-992/2024 saylı qətnaməsi ilə (hakim Zamin İbrahimov) "xxxx" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək Cavabdeh 1130 manat məbləğdə vurulmuş zərər və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “XalqSığorta müqaviləsinə dair” məlumatından görünür ki, “VAZ 21061” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixində saat 20:10 radələrində Sumqayıt şəhəri İ.Qayıbov küçəsi ərazisində Cavabdeh idarə etdiyi “VAZ 21061” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixində 8125 nömrəli ödəniş tapşırığı ilə 1130 manat məbləği "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcminin artırılmasına dair ərizədə qeyd edildiyi kimi xx.xx.2019-cu il tarixində saat 20:10 radələrində Sumqayıt şəhəri İ.Qayıbov küçəsi ərazisində Cavabdeh idarə etdiyi “VAZ 21061” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus mağazaya maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus mağaza BB017184 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığortalanmışdır. Həmin şəhadətnamə üzrə azadolma məbləği 1130 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən sığorta ödənişinin bir hissəsi olaraq 1130.00 manat iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. Zərərin digər hissəsi isə mağaza ilə arasında könüllü daşınmaz əmlak sığorta müqaviləsi olan "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 2000 manat "xxxx" MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 2000 manat "xxxx" ASC-yə bank hesabına ödənilmişdir. Buna görə də, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 3130 manat məbləğdə sığorta ödənişi ödənilməsi tələb edilmişdir. Lakin qətnamənin nəticə hissəsində “iddia tələbi təmin edilsin” qeyd edilsə də, daha sonra “Cavabdeh oğlundan 1130 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" ASC-nin bank hesabına ödənilsin.” qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbinin həcminin artırılmasına dair ərizə nəzərə almamış, ümumiyyətlə qətnamədə həmin ərizəyə istinad etməmişdir. Belə ki,məhkəmə "xxxx" ASC-yə 2000 manat məbləğdə sığorta ödənişinin ödənilməsinə dair sübutlara düzgün hüquqi qiymət vermədən yekun məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2024-cü il tarixli ərizə surətlərindən də göründüyü kimi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)- 992/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2012-ci il tarixdə X1 hüququ və etibarnaməsi olmadan idarə etdiyi “X21” markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada X8 vuraraq onun ölmünə səbəb olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli PRP**********160 nömrəli ödəniş tapşırığı ilə "xxxx" Sığorta Şirkəti vəfat etmiş X6 ölümünə görə etibarnamə əsasında X3 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Eyni zamanda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(056)-16/2013 saylı hökmü ilə müəyyən edilmişdir ki, X11 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda "xxxx" Sığorta Şirkəti ASC X5 və X4 X6 ölümünə görə ödənilmiş 5000 manat məbləğində pulun subroqasiya qaydasında tutulmalı olduğunu iddia edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı olmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1108.1 və 1108.2-ci maddələrinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 23.1-23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmış, tərəflər arasında yaranmış mülki hüquq münsibətinə uyğun qanuni və əsaslı qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırkı - iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə”dair iddiaya sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Bu baxımdan, nəzərə alınmalıdır ki, MPM-in 284-5.1-284-5.3-cü maddələrinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə iddia ərizəsi 24 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş (səh. 2) və eyni gündə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir (səh. 31). Cavabdeh isə iddiaya qarşı əsaslandırılmış etirazını və digər sənədləri məhkəməyə göndərməmiş və məhkəmə tərəfindən 30 iş günü müddətində yekun akt qəbul etmişdir (37-39). İddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə isə məhkəməyə 30 iyul 2024-cü il tarixdə daxil olmuşdur. Adıçəkilən dəqiqləşmə üzrə tələbə hazırkı icraat çərivəsində baxılması prosessual cəhətdən sadələşdirilmiş icraat qaydasına dair normalara uyğun sayıla bilməz. Qeyd edilməlidir ki, tələbin dəqiqləşdirilməsi barədə ərizə üzrə ayrıca iddia tələbi ilə iddiaçının aidiyyəti məhkəməyə müraciət etməsi istisna edilmir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(018)-992/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar