Məhkəmə qərarları › İş №2(106)-1782/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1782/2024

23.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1782/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl qızına və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması və digər tələblərinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(032)- 1279/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhumə nənəsi X2 miras qalmış Şirvan şəhəri N.Nərimanov küçəsi 9, 34 saylı mənzilə onun tərəfindən miras qəbul edilməsi faktının tanınması və həmin miras əmlak üzərində onun vərəsəlik hüququnun tanınmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci tarixli 2(032)-1279/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı tərəfindən miras qalmış Şirvan şəhəri N.Nərimanov küçəsi 9 saylı evin 34 saylı mənzilin qəbul edilməsi faktı müəyyən edilməsi, İddiaçı adına Şirvan şəhəri N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 İsmayıl qızı apellyasiya şikayəti vermiş və şikayət işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsi ilə Cavabdeh1 İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci tarixli 2(032)- 1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 İsmayıl qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3613/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 413/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X7 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 16 may 2024-cü tarixli 2(032)-1279/2021 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili X3 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 1279/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi, xx.xx.2021-ci il tarixli 2(032)-1279/2021 saylı qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili X7 tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi, Cavabdeh2 nümayəndəsi və vəkili X3 verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1215/2024 saylı qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X1 Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1215/2024 saylı qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cüi il tarixli 2(102)-2845/2024 saylı qərardadı ilə Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1215/2024 nömrəli mülki iş üzrə 25 iyun 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və qaytarılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1215/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1215/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X1 Apellyasiya Məhkəməsinin 2(106)-1215/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. 26 avqust 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili X7 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından 15 avqust 2024-cü ildə verilmiş kassasiya şikayətinin geri götürülməsini təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1215/2024 saylı 25 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh2 və onun nümayəndəsi vəkil X7 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X7 buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətin verilməsi üçün prosessual müddətin buraxılmasını üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan şəhər Məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixdə hakimin imzası və möhürü ilə təsdiq olunduğuna “Elektron Məhkəmə” İnformasiya sistemi ilə göndərmək mümkün olmamışdır. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin icraata qəbul olunmasının mümkünsüz olması barədə qərardad çıxarmışdır. Həmin qərardaddan kassasiya şikayəti vermişdir. Ali Məhkəmə order olmadığına kassasiya şikayətini geri qaytarmışdır. Yenidən kassasiya şikayətini və müddətin bərpası barədə apellyasiya məhkəməsinə müraciət etmişdir. Apellyasiya Məhkəməsi müddətin bərpası barədə ərizəni təmin etmişdir. xx.xx.2024-cü il tarixdə kassasiya şikayətinin geri götürülməsi barədə ərizə verilmiş və apellyasiya məhkəməsi müraciəti qəbul etmişdir. “Elektron Məhkəmə” informasiya sistemi ilə əlaqə saxlayıb kömək istədilər. xx.xx.2024-cü ildə Asan imza ilə Şirvan şəhər Məhkəməsinə apellyasiya şikayətini göndərə bilmişdir. xx.xx.2024-cü il tarixdə yenidən “Elektron Məhkəmə” sisteminə bir neçə dəfə ərizə ilə müraciət edib ki, Şirvan Şəhər Məhkəməsi apellyasiya şikayətini qəbul edə bilmir və sənədlərin qəbulu üçün kömək lazımdır. Buna görə xx.xx.2021-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin qətnaməsini Asan imza ilə qəbul ola bilməməsi səbəbinə görə müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1279/2021 saylı qərardadı ilə iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş ərizə təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməklə bərpa edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və Cavabdeh2 nümayəndəsi və vəkili X4 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (032)-1279/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1279/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1279/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(032)-1279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci tarixli 2(032)-1279/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh2 ərizəsinin təmin edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1279/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(032)-1279/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar