Məhkəmə qərarları › İş №2(106)-1787/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1787/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1787/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-789/2024 saylı, 23 aprel 2024-cü il tarixli (hakim Elxan Əmirəliyev) qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 35800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin qanuna müvafiq qaydada alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi, cavabdeh Qasımov X4 rayonundan gəlmiş şəxslərin nisyə kartof məhsulu almaq istədiklərini ona bildirmiş, o, da bir qədər söhbət etdikdən sonra, kartof məhsulunu həmin şəxslərə nisyə satmağa razılaşmışdır. O, həmin Lənkəran rayon sakinləri X10, Cavabdeh3 və Cavabdeh4 ilə uzun müddət nisyə al-ver etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmkəndlisi, Cavabdeh1 etibar edərək digər cavabdehlər Ülfət Əkbərova, Cavabdeh3 və Cavabdeh4 35800 manat dəyərində nisyə kartof məhsulu satmışdır. O, dəfələrlə cavabdehlərdən borcunu tələb etmiş, lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə borclarını ödəməkdən yayınmışlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı vəkili Vəkil iddiaçının qeyd etdiklərinə əlavəsi olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı onunla həmkəndlidir. Onun iddiaçı ilə hər hansı bir al-veri olmamış, yalnız iddiaçı ilə digər cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh4 bir- birləri ilə tanış etmişdir. İddiaçı ilə digər cavabdehlərin arasında olan al-verdən və razılaşmalarda iştirak etməmiş, onlar öz aralarında müvafiq razılaşmalarla al-ver etmişlər. Cavabdehlərin alınan malın pulunu qaytarmalarına zamin durmamışdır. Hətta cavabdehlərin kartof məsulunun al-verindən ona da borcu qalmış və bir neçə dəfə İddiaçıla birlikdə borclarını tələb etmək üçün Lənkəran şəhərinə getmişlər. Cavabdeh4 nümayəndəsi və vəkili, cavabdehlər X3 və Cavabdeh3 isə vəkili X9 məhkəmədə şifahi vəsatət verərək bildirmişdir ki, Cavabdeh1 işin faktiki hallarına görə cavabdeh deyil, əksinə iddiaçıdır. İddiaçı iddia ərizəsində onu cavabdeh kimi göstərməklə məqsədi, iddia ərizəsinin ərazi aidiyyatinin Cəlilabad rayon məhkəməsinə yönəltməsi olmuşdur. Ona görə də hazırkı mülki işin məhkəmə aidiyyatının Lənkəran rayon məhkəməsinə aid olduğunu bildirərək, iddia ərizəsini baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməməsini və hazırkı mülki işə Cəlilabad Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil da vəsatətin təmin edilməməsini və hazırki mülki işə Cəlilabad Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəsatətin təmin edilib- edilməməsini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-789/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada 35800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin qanuna müvafiq qaydada alınması tələbinə dair 2(073)-789/2024 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili İbrahimov X5 Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(073)-789/2024 saylı qərardadından şikayət verərək göstərmişdir ki, o, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərdən biri Cəlilabad rayonunda qeydiyyatda olmasını əsas götürüb iddia ərizəsini Cəlilabad Rayon Məhkəməsinə vermişdir. Qərardadı əsassız hesab edir. Şikayətə baxılmış, Cəlilabad Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh4 nümayəndəsi və vəkili, cavabdehlər X3 və Cavabdeh3 isə vəkili X9 məhkəmədə şifahi vəsatət verərək bildirmişdir ki, Cavabdeh1 işin faktiki hallarına görə cavabdeh deyil, əksinə iddiaçıdır. İddiaçı iddia ərizəsində onu cavabdeh kimi göstərməklə məqsədi, iddia ərizəsinin ərazi aidiyyətinin Cəlilabad Rayon Məhkəməsinə yönəltməsi olmuşdur. Ona görə də hazırkı mülki işin məhkəmə aidiyyətinin Lənkəran Rayon Məhkəməsinə aid olduğunu bildirərək, iddia ərizəsini baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-789/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada 35800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin qanuna müvafiq qaydada alınması tələbinə dair 2(073)-789/2024 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla müəyyən olunmuşdur ki, Cəlilabad rayonunda yaşayan Cavabdeh1 əslində iş üzrə Lənkəran rayonundan olan cavabdehlər X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddialıdır. Belə olan halda məhkəmə, iddiaçı tərəfindən Cavabdeh1 cavabdeh qismində göstərməklə işin aidiyyətinin Cəlilabad Rayon Məhkəməsinə aid olmasının əsaslarını yaratmaqdan ibarət olması qənaətinə gəlmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardadını mübahisələndirir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, cavabdehlərin biri Cəlilabad rayonunda yaşadığı üçün iddianı Cəlilabad Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iddia ərizəsindən və işdə olan şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışlardan görürünr ki, cavabdehlər X1 rayonu Cil kəndində, Cavabdeh4 və Cavabdeh3 isə Lənkəran rayonu Velədi kəndində qeydiyyatdadırlar. Kollegiya qeyd edir ki, iddiaçı iddianı aidiyyəti üzrə düzgün verməmişdir. İddiaçının apellyasiya şikayətinin digər dəlilləri əsassız hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi düzgün olaraq aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Belə ki, işə baxılan zaman müəyyən edilir ki, iddiaçı həm iddia ərizəsində həm də qərardaddan vermiş olduğu şikayətdə Cavabdeh1 ona hansı məbləğdə borclu olması barədə hər hansı fikir ifadə etməmişdir. Əksinə iddia ərizəsində bildirmişdir ki, həmkəndlisi, Qasımov X4 rayonundan gəlmiş şəxslərin nisyə kartof məhsulu almaq istədiklərini ona bildirmiş, o, da bir qədər söhbət etdikdən sonra, kartof məhsulunu həmin şəxslərə nisyə satmağa razılaşmışdır. O, həmin Lənkəran rayon sakinləri X10, Cavabdeh3 və Cavabdeh4 ilə uzun müddət nisyə alver etmişlər. Göründüyü kimi iddiaçı X10, Cavabdeh3 və Cavabdeh4 ilə alqı-satqı münasibətində olmuş və həmin şəxslərin iddiaçıya borcunun yaranması iddiasında olmuşdur. İddiaçı Cavabdeh1 hazırkı iddia ərizəsində formal olaraq cavabdeh qismində yazmaqla iddia ərizəsinə Cəlilabad Rayon Məhkəməsində baxılmasına çalışır. Qeyd edilənlərə əsasən də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-789/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar