Məhkəmə qərarları › İş №2(106)-1791/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1791/2023

27.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1791/2023 27.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı X5 hüquqi varisi, Nümayəndə1 qanuni nümayəndəsi, maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı, maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs, cavabdeh X10, birləşdirilmiş digər mülki iş üzrə cavabdehlər Cavabdeh1n, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar X16 və Nümayəndə1 cavabdehlər Cavabdeh3, X14 və üçüncü şəxs Lənkəran Rayon 1 saylı notariat ofisinə qarşı "11 iyun 2020-ci il tarixli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız sayılması" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə1 qanuni nümayəndəsi, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı tərəfindən birgə verilmiş, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə 27 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar X16 (hüquqi varisi X3r) və Nümayəndə1 cavabdehlər Cavabdeh3, X14 və üçüncü şəxs Lənkəran Rayon 1 saylı notariat ofisinə qarşı "11 iyun 2020-ci il tarixli evin alqısatqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə 23 oktyabr 2020-ci ildə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 ilə X19 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Səmayə Nəsirova xəstəliyinə görə pul lazım olduğundan 2019-cu ildə gediş-gəliş etdiyi, yaxın münasibətdə olduğu Cavabdeh3 30000 (otuz min ) manat pul borc almış və bildirmişdir ki, həmin pulu bir il ərzində ona qaytaracaq. Bu danışıqdan sonra dəyəri 150000 manat olan evinə dair cavabdehə etibarnamə verərək, ondan isə 30000 (otuz min) manat pul alaraq Rusiya Federasiyası Dağıstan Respublikasının Xasayurd şəhərinə müalicə almağa getmişdir. Yaşadıqları yerdə borc aldığı pulla müalicə almış, Elşad isə işləyir, Mahirənin pulunu hissə-hissə göndərirdi. 2020-ci ilin mart ayında pandemiya olduğundan Elşad işləyib pulu Mahirəyə göndərə bilməmişdir. Bununla bağlı mahirə xanımla telefonla danışmışlar. Bu qısa müddət ərzində cavabdeh onlardan xəbərsiz evi əvvəlcə etibarnamə ilə oğluna, yəni Cavabdeh2 etibarnamə vermiş, sonra həmin etibarnamə ilə öz adına rəsmiləşdirmiş, daha sonra isə hal-hazırda sonuncu şəxsə, yəni X14 50000 (əlli min) manata, onun bütün əşyaları ilə satmışdır. Bundan da faciəlisi odur ki, evi bütün əşyaları ilə satmışdır, Nümayəndə1 həmin evdə qeydiyyatda olduğu halda, onun imzası olmadan Lənkəran şəhər 1 saylı notariat ofisi bu alqı-satqını həyata keçirmişdir. Evin qiyməti əslində 150000 manat olduğu təqdirdə, cavabdeh hansı haqla yeganə öz şəxsi mənafeyi naminə satmışdır. Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinə ərizə ilə müraciət etmiş və ona bəlli olmuşdur ki, cavabdeh etibarından sui-istifadə edərək evini özgəninkiləşdirmişdir. Həmin ev qısa müddət ərzində iki dəfə alqı-satqı olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh3 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh X19 oğlu məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında gösterdi ki, o, Cavabdeh3 ev almışdır. Qeyd etmişdir ki, aldığı fərdi yaşayış evinə dair mübahisələrdən xəbərdar olmamışdır. X19 vicdanlı alıcı olmasını yəni istər alqı-satqı müqaviləsindən qabaq, istərsə də, onun gedişində heç bir qanunpozuntusuna yol vermədiyini qeyd olunan evlə bağlı hər hansı bir mübahisədən xəbərdar olmamışdır. İddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsi ilə (Hakim T.Məmmədov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 324, 389, 405 və 406-cı maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan iddiaçı Nümayəndə1 qanuni nümayəndəsi, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı tərəfində birgə, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı isə ayrılıqda apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)490/2023 saylı 13 mart 2023-cü il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh3 və X14 qarşı “ evin alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair 2(106)22/2023 saylı mülki iş, iddiaçılar X7 və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı evin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair 2(106)490/2023 saylı mülki iş bir icraata birləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(106)490/2023 saylı qətnaməsi (sədrlik edən T.Kərimov, hakimlər Cahid İmanov, Pərviz Əhmədov) ilə, birgə iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X14 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62- 10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə mərhum X5 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair X16 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına 30 aprel 2019-cu il tarixdə verilmiş **********62- 10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Birləşdirilmiş mülki iş üzrə birgə iddiaçılar X16 (hüquqi varisi X3r) və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X14 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə1 və sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı tərəfindən birgə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs X4 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Mübahisəli ünvan 2 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh3 ilə X19 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X10 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50000(əlli min) manat pul Cavabdeh3 tutularaq X14 ödənilsin qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2), habelə üçüncü şəxs X19 (hal hazırkı iş üzrə cavabdeh) (vəkil Qanuni nümayəndə) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərarı ilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi “Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul etməklə, iddianın təmin edilməsi, Cavabdeh3 ilə X19 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X10 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 (əlli min) manat pulun Cavabdeh3 tutularaq X14 ödənilməsi” hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə1, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı birgə, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı tərəfindən ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçıların və maraqlarına toxunulan digər şəxsin apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X5 hüquqi varisi, Nümayəndə1 qanuni nümayəndəsi, maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X19 apellyasiya icraatı zamanı iştirak edərək, iddiaçılar və maraqlarına toxunulan digər şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Birləşdirilmiş digər mülki iş üzrə Cavabdeh1 apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, o "xxxx" ASC-nin Lənkəran filialının direktoru vəzifəsində işləmişdir. İş münasibətləri əsasında tanıdığı Nümayəndə1 fəaliyyət göstərdiyi bankda ona yaxınlaşaraq təcili olaraq pul lazım olduğunu və bu səbəbdən də Nümayəndə1 anası Səmayə Nəsirovaya məxsus mübahisəli fərdi yaşayış evini girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Cavabdeh1 öz növbəsində müvafiq araşdırma aparmış və bunun mümkün ola bilməyəcəyini, Nümayəndə1 başqa banklara müraciət etməsini bildirmişdir. Bir müddət sonra Nümayəndə1 onun yanına gələrək başqa bankların ona kredit vermədiyini bildirmişdir. Cavabdeh1 isə Nümayəndə1 təkrar müraciətinə cavab olaraq ona kredit verə bilməyəcəyini bildirmişdir. Bu zaman Nümayəndə1 Cavabdeh1 mübahisəli fərdi yaşayış evini satmasını xahiş etmişdir. Cavabdeh1 Nümayəndə1 Cavabdeh3 adlı xalası olduğunu söylərək evi onun ala biləcəyini qeyd etmişdir. Nümayəndə1 evi 50000 manata sata biləcəyini bildirsə də, Cavabdeh1 evin əvvəllər bankda girovda olduğu üçün likvid dəyərinə baxmış və evin 48000 manat olduğunu görüb, Nümayəndə1 45000 manata xalasının həmin evi ala biləcəyini bildirmişdir. Sonradan Nümayəndə1 həmin məbləğə razılaşaraq evi sata biləcəyini demişdir. Daha sonra 1 saylı Lənkəran notariat ofisində Səmayə Nəsirova ilə Cavabdeh3 tərəfindən etibarnamə verilmiş Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu zaman 15000 manat pul Cavabdeh2 nəğd şəkildə Səmayə Nəsirovaya vermiş yerdə qalan 30000 manat isə bank hesabı vasitəsilə ödənilmişdir. Bundan əlavə Nümayəndə1 biznes məqsədilə Cavabdeh2 10000 manat borc pul götürmüşdür. Həmin puldan Nümayəndə1 hər ay hissə-hissə ödəniş etmiş yekunda isə 3000 manat borcu qalmışdır. Hal hazırda həmin puldan hər hansı bir ödəniş etməmişdir. Əlavə olaraq göstərmişdir ki, o iş yerini dəyişərək Bakı şəhərinə köçdüyündən eyni zamanda xalası Cavabdeh3 Bakı şəhərində yaşadığından Mahirənin aldığı mənzili satmaq qərarına gəlmiş və bunun üçün Lənkəran şəhərində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Bilal adlı şəxsə müraciət edərək ünvan 2 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 55000 manata satmaq istədiklərini, alıcı olan kimi ona xəbər etməsini xahiş etmişdir. Təxminən 1 həftə sonra Bilal tərəfindən ona zəng olunaraq evi almaq istəyəni və həmin alıcının evə baxmaq istədiyini bildirmişdir. Bundan sonra Cavabdeh1, Bilal və Şərif Mayısov görüşmüş, mübahisəli fərdi yaşayış evinə getmiş, evə baxdıqdan sonra evin qiyməti ilə bağlı razılaşma əldə etmişlər. Evə baxana kimi alıcı X15 tanımamışdır. Daha sonra isə xalası Cavabdeh3 Bakı şəhərində yaşadığından Cavabdeh4 500 manat müqabiləndə Mahirə tərəfindən etibarnamə verilmiş və həmin etibarnamə əsasında alqı satqı həyata keçirilmişdir. Həmçinin Cavabdeh1 evin alıb sonradan satmaq niyyətinin olmasını qazanc əldə etməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyasından ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş digər mülki iş üzrə Cavabdeh2 apellyasiya icraatı zamanı verdiyi izahatında, Cavabdeh1 tərəfindən qeyd olunanları təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, Nümayəndə1 tərəfindən “Zolotoya Korona” vasitəsilə ona göndərilən pul vəsaiti onun tərəfindən Nümayəndə1 borc qismində verilmiş 10000 manat pulun ödənilməsi məqsədilə həyata keçirilmişdir. Mübahisəli yaşayış evini qanunu uyğun qaydada aldıqlarını heç bir pozuntuya yol vermədiklərini bildirmişdir.Məhkəmə kollegiyasından qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı Nümayəndə1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə1, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, mübahisələndirlən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmaması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan iddiaçı Nümayəndə1 qanuni nümayəndəsi, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı tərəfindən birgə, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan digər şəxs X1 qanuni nümayəndəsi İddiaçı ayrılıqda verilmiş apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)490/2023 saylı 13 mart 2023-cü il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh3 və X14 qarşı “ evin alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair 2(106)22/2023 saylı mülki iş, iddiaçılar X7 və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı evin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair 2(106)490/2023 saylı mülki iş bir icraat birləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(106)490/2023 saylı qətnaməsi (sədrlik edən T.Kərimov, hakimlər Cahid İmanov, Pərviz Əhmədov) ilə, Birgə iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X14 qarşı "daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(049)-320/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62- 10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə mərhum X5 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair X16 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına 30 aprel 2019-cu il tarixdə verilmiş **********62- 10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Birləşdirilmiş mülki iş üzrə birgə iddiaçılar X16 (hüquqi varisi X3r) və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X14 qarşı "evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə1 və sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı tərəfindən birgə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)- 448/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Mübahisəli ünvan 2 ünvanında yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh3 ilə X19 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X10 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50000(əlli min) manat pul Cavabdeh3 tutularaq X14 ödənilsin qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2), habelə üçüncü şəxs X19 (hal hazırkı iş üzrə cavabdeh) (vəkil Qanuni nümayəndə) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qərarı ilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi “Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul etməklə, iddianın təmin edilməsi, Cavabdeh3 ilə X19 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X10 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 (əlli min) manat pulun Cavabdeh3 tutularaq X14 ödənilməsi” hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən İddiaçı “mübahisəli evi ikinci əldən alan X12 anasının uzaqdan qohumu olması, onların problemlərindən məlumatlı olması, hətta evi almağa baxmaq üçün gedərkən qonşuların onun qabağını kəsməsi, evin Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmələri, buna baxmayaraq Mayis Səfərovun evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməməməsi” barədə izahatına, habelə Cavabdeh4 “Mayisin evi almaq üçün Mahirənin nümayəndəsi kimi ona müraciət etməsi və evə baxması üçün evin açarını Maisə verməsi, həmin vaxt qonşuların Mayisin qabağını kəsmələri və ona bu evin Səmayənin evi olmasını demələri, həmin zaman bu mənzillə bağlı Mayisə problem olduğunu, evin əvvəlki sahibinin övladlarının bu evlə bağlı şikayətlər verdiyini, lakin problem yaranmayacağını bildirməsi” barədə izahatına istinad edilsə də, həmin izahatlarda göstərilənlərin başqa sübutlarla təsdiqlınib-təsdiqlənməməsi yuxarıda göstərilən tələblərə uyğun olaraq yoxlanılmamış, eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı hallar araşdırılaraq düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən adı çəkilən şəxslərin izahatlarında göstərilən halların başqa sübutlarla təsdiqini tapıb-tapmaması araşdırılmamaqla yanaşı, həmin izahatlarda göstərilənlərə üçüncü şəxs X10 münasibəti belə öyrənilməmişdir. Qərarda həmçinin qeyd olunur ki, hazırkı iş üzrə üçüncü şəxs Mayis Şərifovun kassasiya şikayətində mübahisələndirilən hissədə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, iddiaçıların iddiasına görə anaları Səmayə aldadılaraq mülkiyyətdində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evi satılmış və hesab edirlər ki, Cavabdeh3 ilə X19 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi" etibarsız hesab edilməlidir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 324,337,405,407-ci maddələri təşkil edir. İddiaçıların iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, mərhum anaları Səmayə Nəsirova xəstəliyinə görə pul lazım olduğundan 2019-cu ildə gediş-gəliş etdiyi, yaxın münasibətdə olduğu Cavabdeh3 30000 (otuz min ) manat pul borc almış və pulun təminatı olaraq aralarında mübahisəli mənzil olan münasibəti olmuş, iddiaçıların iddiasına görə onun anası Səmayə aldadılaraq mülkiyyətdində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evini 26 aprel 2019-cu il tarixdə AN-1 ******* nömrə ilə Lənkəran rayonu 1 sayı notariat ofisində daşınmaz əmlakın alq-satqı müqaviləsini (evin satıcısı kimi müqaviləni şəxsən Səmayə Nəsirova imzalamış, alıcısı kimi isə Cavabdeh3 təmsil edən bacısı oğlu Cavabdeh2 olmuşdur) rəsmiləşdirmişlər. İddiaçılar iddia edir ki, tərəflər razılamışlar ki, aldığı pula görə bir il ərzində hər ay 1200 manat pul ödəyəcək, ilin sonunda isə aldığı 30000 manat pulun qaytardığı halda ev Səmayəyə qaytarılacaq, Səmayə pulu aldıqdan sonra Rusiya Federasiyası Dağıstan Respublikasının Xasayurd şəhərinə müalicə almağa getmişdir. Yaşadıqları yerdə borc aldığı pulla müalicə almış, oğlu Elşad isə işləyəməklə, Mahirənin pulunu hissə-hissə göndərirmiş. 2020-ci ilin mart ayında pandemiya olduğundan Elşad işləyib pulu Mahirəyə göndərə bilməmiş, bununla bağlı Mahirə xanımla telefonla danışmışlar. Bu qısa müddət ərzində cavabdeh onlardan xəbərsiz evi özgəninkiləşdirmişdir. Daha sonra isə mübahisəli evə dair Cavabdeh3 ilə X19 arasında AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, anaları Səmayə aldadılaraq mülkiyyətdində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evi satılmışdır. Bu səbəbdən də, Cavabdeh3 ilə X19 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilməlidir. Cavabdeh3 nə birinci instansiya nə də, ki, təkrar apellyasiya icraatı zamanı məhkəmə baxışı iclasında iştirak etmədiyindən onun verilmiş iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Digər cavabdeh X19 apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, ailəlidir bir övladı vardır. O, oğlunun ailə həyatı qurmaq istəməsi ilə bağlı ev almaq istəmiş, bununla bağlı şəhərdə ev alqı-satqısı ilə məşğul olan Bilal adlı şəxslə əlaqə saxlamış və ona həyət evi almaq fikri olduğunu bildirmişdir. Bir müddət sonra Bilal ona zəng edərək ünvan 3 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 221,1kv.m olan evin satışda olduğunu bildirmişdir.O. həmin evlə ilk dəfə 2020-ci ilin iyun ayında tanış olmuş, evin içində köhnə bir neçə əşya olmuşdur. O. evə baxdıqdan sonra evin qiymətini Rüfət adlı şəxslə 50.000 manata razılşamış və 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 mülkiyyətində olan həmin evin alqısatqısını onu təmsil edən Cavabdeh4 ilə aralarında Lənkəran rayon notariat ofisində AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" bağlamışlar. Müqavilə bağladıqdan 10 gün sonra o, ailəsi ilə birlikdə evə köçmüşlər. Evdə yaşadığı müddətdə yəni evə köçdükdən 20 -30 gün sonra qonşuluqdakı şəxs ona Həcər Məmmədovanın qardaşının onun nömrəsini axtardığı bildirmiş o, isə öz növbəsində nömrəsini vermiş daha sonra onunla əlaqə saxlanmışdır. O, həmin zaman evin içinin videoları çəkərək evin boş olmasını barədə videonu Həcər Məmmədovanın qardaşına göndərmişdir. Həmçinin qeyd etmişdir ki, o, evi alan zaman nə iddiaçıları nə də birləşdirilmiş mülki iş üzrə cavabdeh Elnuru tanımamışdır. Onun bu mübahisəli məsələlərdən xəbəri olmamışdır. O evi alan zaman çıxarışda Cavabdeh3 əmlakın mülkiyyətçisi kimi bilmiş və dövlət sənədinə etibar edərək hər hansı bir qanun pozuntusundan şübhə etməyərək evi satın almışdır. O, həmçinin göstərmişdir ki, onun iddiaçılar X16, Nümayəndə1 Ələkvbər oğlu, X8 və X4 ilə hər hansı qohumluq münasibəti olmamış və evin alqı-satqısına kimi onları ümimiyyətlə tanımamışdır. Bu faktı iş üzrə iddiaçılar Fatma, Təranə və şahid qismində dindirilmiş Səmayənin qızı Həcər də, çarpaz dindirmə zamanı təsdiq etmişlər. Apellyasiya icraatı zamanı birləşdirilmiş mülki iş üzrə Cavabdeh4 izahatı alınmış, o, izahatında göstərmişdir ki, o mübahisəli ev satılana qədər Mayis Şərifovu tanımamışdır. Mayis Şərifova ev satıldıqda o, satıcı qismində Cavabdeh3 etibarnamə əsasında təmsil etmişdir. Apellyasiya icraatı zamanı iddiaçıların şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o evin satıldığını bildikdən sonra təxminən 20 gün sonra anasının xahişi ilə, qonşulardan cavabdeh Mayis Şərifovun telefon nömrəsini əldə edərək ona zəng etmiş və ona almış olduğu evlə bağlı evin əvvəlki alıcısı Cavabdeh3 ilə aralarında problemlərin olduğunu bildirmiş, Mayis Şərifov isə ona bu barədə məlumatlı olmadığını, o, ev almaq üçün evlərin alqısatqısı ilə məşğul olan maklerə müraciət etdiyini, makler tərəfindən ona ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evin satışda olduğunu bildirdikdən sonra, o, özünə məxsus evini 10 iyun 2020-ci il tarixdə sataraq 11 iyun 2020-ci ildə hazırkı evi Cavabdeh3 50.000 manata 1 saylı Lənkəran rayon notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla aldığını bildirmişdir. O, isə cavabında mənzilin qanunsuz olaraq anası Səmayənin aldadılaraq alındığını bildirmişdir. Həcər həmçinin göstərmişdir ki, Mayis Şərifovla hər hansı qohumluq münasibəti olmamış, onu yalnız evin alıcısı kimi telefonla zəng edərək danışdıqdan sonra tanımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mövcudluğu onun etibarsız hesab edilə bilməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi mütləq şəkildə iddiaçının mübahisə edilən müqavilənin yaranma səbəbləri ilə bağlı arqumentlərini araşdırmalı, bunun üçün isə iddiaçı ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini ardıcıllığını izləməli və sübutları hüquqi cəhətdən qiymətləndirməlidir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir.Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Bundan əlavə o, da qeyd olunmalıdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətdən kənarda qalmamalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki qanunvericilik müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlar, tərəflərin izahatları və işin digər hallarını araşdıraraq müəyyən edir ki, cavabdeh X19 vicdanlı alıcı olmuş yəni istər alqı-satqı müqaviləsindən qabaq, istərsə də, onun gedişində heç bir qanunpozuntusuna yol verməmiş, qeyd olunan evlə bağlı hər hansı bir mübahisədən xəbərsiz olmuş, müqavilənin bağlanmasından sonra ailəsi ilə birlikdə aldığı evə köçmüş, yalnız alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnu dövlət qeydiyyatına (mülkiyyət hüququ X10 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrə ilə dövlət reyestrində qeydiyata alınmışdır.) aldırdıqdan bir ay sonra evin əvvəlki alıcısı ilə satıcısı yəni hazırkı iddiaçıların anası mərhum Səmayə arasında mənzilin alınması ilə bağlı mübahisənin olmasını Səmayənin qızı Həcərin ona telefon etməsindən sonra bilmişdir. Onun vicdanlı alıcı olması, həm də, onunla müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin alqı-satqısı barədə Cavabdeh3 ilə Mayis Şərifov arasında 11 iyun 2020-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanarkən həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reystrində satıcı Cavabdeh3 mülkiyyəti kimi qeydiyata alınmışdır. Bu halda alıcı olaraq Mayis Şərifov həmin fərdi yaşayış evinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası müəyyən olunması, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reystrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşımaqla yanaşı, qnunvericilik alıcının vicdanlı əldə edən olaraq hüququnu qruma altına alır. Vicdanlı əldə edən o, şəxsdir ki, bu şəxs əmlakı özəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Hazırkı işdə isə bu halların olması müəyyən edilməmişdir. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Məhkəmə kollegiyası habelə qeyd edir ki, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir birinə olan inamının da azalmasına gətirib çıxarardı. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutlara və yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeye əsaslanaraq iş üzrə yekun olaraq müəyyən edir ki, İddiaçı “mübahisəli evi ikinci əldən alan X12 anasının uzaqdan qohumu olması, onların problemlərindən məlumatlı olması, hətta evi almağa baxmaq üçün gedərkən qonşuların onun qabağını kəsməsi, evin Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmələri, buna baxmayaraq Mayis Səfərovun evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməməməsi” barədə bildirdikləri məhkəmə baxışı iclasında öz təsdiqini tapmamış, əksinə cavabdeh X10 mübahisəli mənzili alqı-satqı qaydasında alana kimi, hətta alqı-satqı zamanı mənzillə bağlı iddiaçıların əvvəlki mülkiyyətçi ilə mübahisələrinin olması barədə məlumatlı olmadığı, həm iddiaçılar həm də, cavabdehlərin məhkəmə baxışı zamanı verdiyi izahatları ilə tam təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçıların mübahisələndirdiyi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin "11 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız sayılması üçün qanuni əsaslar mövcud olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin “Beləliklə iddiaçılar X16 (hüquqi varisi X3r) və Nümayəndə1 cavabdehlər Cavabdeh3, X14 və üçüncü şəxs Lənkəran Rayon 1 saylı notariat ofisinə qarşı "11 iyun 2020-ci il tarixli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.metr olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin eitbarsız sayılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir” qənətinə gələməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsindən iddiaçı Nümayəndə1 qanuni nümayəndəsi, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərini heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizə hesab edir. Apellyasiya şikayətlərində göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətlərinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)-448/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392,393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Nümayəndə1 qanuni nümayəndəsi, eyni zamanda sıradan çıxmış digər iddiaçı X5 hüquqi varisi İddiaçı tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Maraqlarına toxunulan digər şəxs Maraqlı şəxs qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar