Məhkəmə qərarları › İş №2(106)-182/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-182/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-182/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Biləsuvar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (ƏMDX DƏDKR) publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli, 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın etibasız hesab edilməsi və torpağa mülkiyyət hüququnun bərpası tələbinə dair mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı, torpağa mülkiyyət hüquqlarının bərpası. X19 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İddiaçının hüquqi varisləri və eyni zamanda üçüncü şəxslər X1, X7 və X8 iştirakları ilə, İddiaçı Cavabdeh1, Biləsuvar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (ƏMDX DƏDKR) publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli, 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın etibasız hesab edilməsi və torpağa mülkiyyət hüququnun bərpası tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)-565/2023 saylı qətnaməsindən (hakim Nüsrət Mirzəyev) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1, Biləsuvar rayon Notariat ofisinə və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin və həmin saxta sənədlər əsasında cavabdeh X4 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi və JN509 (koo ********) saylı Torpağa Mülkiyət hüquqna dair Dövlət Aktı əsasında 2.28 hektar əkin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 23 fevral tarixli 16 nömrəli qərarı ilə ona və ailə üzvləri X3, X15 və X12 2,28 hektar ölçüdə kənd təsərüfatı məhsulların istehsalı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətilərinə verilmişdir. Bu haqda onlara JN 509 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. O, İ qrup gözdən əlildir. Hər iki gözü görmür. 1996-cı ildən «İddiaçıA» yazılmış möhürdən şəxsi imzası kimi istifadə edir. Cavabdeh1 onun yeznəsidir. Qeyd etdiyi kimi o, İ qrup gözdən əlil olduğundan və övladları həmin illərdə məktəbli olduqlarından həmin torpaq sahəsindən istifadə etməyi yaxın qohum kimi Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin torpaq sahəni əkib becərmişdir. Daha sonra 1998-ci ildə onlar Bakı şəhərində ev alaraq köçmüş, cavabdeh isə həmin torpaq sahəsini əkib becərməkdə davam etmişdir. Lakin torpaqdan istifadəyə görə ona heç bir şey verməmiş və o da Cavabdeh1 heç bir əvəz tələb etməmişdir. Ona görə ki, bu haqqda söhbət olanda cavabdeh torpağın becərilməsində su problemi olduğunu, su olmadığı üçün torpaqdan gəlir götürə bilmədiyini, ziyana məruz qaldığını bildirmişdir. Qeyd etdiyi kimi torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyindən dövlət tərəfindən verilən subsidiyaların alınması üçün torpağın qeydiyyatla bağlı Dövlət Aktını, şəxsiyyət vəsiqələrinin surətlərini Cavabdeh1 vermişdir. Ona 2022-ci ilin yanvar ayının 18-də məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsini öz adına keçirmişdir. Belə ki, dövlət tərəfindən ona ev verildiyi üçün onun əmlakları barədə bütün sənədləri ondan tələb edərkən onun adına torpaq sahəsinin olmamasını bildirmişlər. Bu barədə məlumat aldıqdan sonra o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdikdə ona həmin torpaq sahəsini Cavabdeh1 notarial qaydada 2007-ci ildə satmasını, həmin torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən çıxarış verildiyini bildirmişlər. O, torpaq sahəsini Cavabdeh1 satmadığını bildirsə də ona notarial qaydada torpaq sahəsinin alqısatqısı müqaviləsinin bağlandığını və onun tərəfindən həmin müqavilənin imzalandığı bildirilmişlər. O, mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən saxta sənədlər əsasında öz adına keçirilməsi haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi baxılması üçün Biləsuvar rayon Polis Şöbəsinə göndərilmiş, ərizəsi Biləsuvar RPŞ-in İstintaq bölməsinin müstəntiqi polis mayoru Nahid Hüseynov tərəfindən araşdırılmış və 22 fevral 2023-cü il tarixli «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Biləsuvar rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis mayoru Nahid Hüseynov tərəfindən araşdırma zamanı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və MEM-in 4/1921-5/1673 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi alınmışdır. Həmin rəydə xx.xx.2007-ci il tarixli "Torpaq alqı-satqı müqaviləsi"nin "imza"qrafasında olan imzaların başqa şəxslər tərəfindən icra olunduğu, yəni həmin imzaların onlara məxsus olmadığı göstərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış materiallarla müəyyən edilmişdir ki, İddiaçı müraciətində göstərdiyi xüsusatlar, yəni ona məxsus olan torpaq sahəsinin yeznəsi Cavabdeh1 tərəfindən saxta sənədlər əsasında öz adına keçirməsi və onun əvəzinə imzalanması faktı araşdırma zamanı öz təsdiqini tapsa da, tərəflər arasında yaranan mübahisə mülki xarakterlidir, göstərilən tələblə bağlı mülki qaydada iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət oluna bilər. O, gözdən əlil olduğundan ona qəyyum təyin edilmiş və o, imzanı möhürlə icra edir və eyni zamanda qəyyumu arvadı X1 imzası ilə təsdiq edilir. Torpaq alqısatqı müqaviləsində onun möhürlü imzası və eləcə də onun möhürünü təsdiq edən qəyyumu X1 imzası yoxdur. Odur ki, xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və həmin saxta sənədlər əsasında cavabdeh X4 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 və Biləsuvar rayon Dövlət notariusu saxta sənədlər tərtib etməklə xüsusi mülkiyyətində olan 2,28 hektar əkin torpaq sahəsini özgəninkiləşdirməklə həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarını qanunsuz olaraq ələ keçirmişlər. Sonda iddiaçı Əsədov X6 rayonu Dövlət Notariat ofisində xx.xx.2007-ci il tarixli 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi və JN 509 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2.28 ha əkin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi vəkil X18 da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Biləsuvar rayon Notariat Ofisi və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)-565/2023 saylı (hakim Nüsrət Mirzəyev) qətnaməsi ilə iddia təmin edilmiş, Biləsuvar rayonu Dövlət notariat ofisində bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə-1-127 reyestr nömrəli torpaq alqısatqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi və İddiaçı JN 509 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş və iş apellyasiya şikayəti əsasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinin icraatına daxil olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, alqı-satqı müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır. Həmin tarixdən etibarən alqı-satqı müqaviləsi icra olunmaqla, Cavabdeh1 mübahisəli əkin təyinatlı torpaq sahəsində əkin işləri aparır. Başqa sözlə desək, əqdin etibarsızlığı barədə iddia qaldırılarkən alqı-satqı müqaviləsinin bağlanmasından və icra olunmasından 16 ildən artıq vaxt keşmişdir. Yəni, iddia müddəti 16 ildir ki, ötürülmüşdür. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən məhkəmətərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin bütün bunlara baxmayaraq qərar qəbul edən məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmamış və iddianın təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cüil tarixli, 4/1921- 5/1673 saylı ekspert rəyi sübut kimi qəbul edilməsi yol verilən hal deyildir. Çünki, ekspert rəyinin məzmunundan da görünür ki, ekspertiza tədqiqatına alıq-satqı müqaviləsinin əsli yox, surəti təqdim edilmişdir. Bildiyimizə görə, məhkəmə-xətşünaslıq ekspertizası üzrə sənədlərin əsli üzərində tədqiqat aparmaqla rəy verməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iş üzrə üçüncü şəxslər qismində cəlb edilərək izahatları alınmış İddiaçı arvadı X3, həmçinin oğlanları X16 və X17 əri (ataları) İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etməsini bildirmiş və iddiaçının vəfat etməsi barədə 29 noyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməni Kollegiyaya təqdim etmişlər. Məhkəmə Kollegiyası üçüncü şəxslər X1, X9 və X8 İddiaçı hüquqi varisləri qismində tanımışdır. Kollegiyanın əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, İddiaçı onun qaynıdır. Belə ki, iddiaçının bacısı onun arvadıdır. Mahiyyəti üzrə bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə 1997-ci il tarixində verilmişdir. İddiaçı həmin vaxtdan sonra 3 il ərzində ona verilmiş torpaq sahəsindən istifadə etməmişdir. Lakin təxminən 2001-ci ildən sonra iddiaçıya məxsus torpaq sahəsini 2 il əkmişdir. İddiaçıya məxsus mübahisəli torpaq sahəsi ona və qardaşına məxsus torpaq sahəsinin arasında yerləşmişdir. Həmin torpaqda taxıl əkmiş və götürdüyü məsuldan iddiaçıya da vermişdir. 90-cı illərin sonunda iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 2005-2006-cı ildə iddiaçı ona demişdir ki, torpaq sahəsini satmaq istəyir. O da demişdir ki, torpağı ona satsın. Çünki Əlisagilin torpağı qardaşı ilə onun torpağının arasında yerləşir. Buna görə də razılaşaraq torpağı 1000 manata Əlisadan almışdır. Alıqı-satqı Notariat qurumunda bağlanmışdır. Torpağı alqı-satqı ilə birlikdə adına rəsmləşdirməsinə 1500 manat vəsait xərcləmişdir. Notariusda baş tutan alqı-satqı müqaviləsinə Əlisanın oğlu Qamət imza atmışdır. Həyat yoldaşı şəkər xəstəsi idi, buna görə də o vəfat etdi. Bundan sonra Əlisanın onunla problemləri yarandı. Dedi ki, torpağı ondan alacaq. Bildirmişdir ki, keçən 20 ilə yaxın müddətdə torpaqdan maneəsiz və etirazsız istifadə etmişdir. Hazırda da mübahisəli torpaq sahəsi onun istifadəsindədir və həmin torpağa dair çıxarışı vardır. Buna görə də apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 da apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kollegiyanın əvvəlki iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və əlavə olaraq bildirmişdir ki, 2.28 ha torpaq sahəsi ona 1997-ci il tarixdə Aqrar İslahat Komissiyasının qərarı ilə verilib. Həmin torpağı istifadə etməsi bacısının əri Vaqifə vermişdir ki, hə fəsildə də ona taxıl və ya başqa məhsul versin. Lakin Vaqif heç vaxt ona heç nə verməmişdir. Lakin Vaqif ona ildə 1 ton taxıl verməli idi. 1998-ci ildə Bakı şəhərində ev alaraq köçüb Bakıda yaşamışdır. Təxminən 2007-ci ildən torpaq sahəsindən istifadə etməmişdir. Vaqif subsidiya ala bilsin deyə torpağın sənədini və şəxsiyyət vəsiqəsini ona vermişdir. Torpağını Vaqifə satmamış, onu Vaqifə sadəcə istifadə etsin deyə vermişdir. Alqı-satqı müqaviləsini o imzalamamışdır. Belə ki, 1996-cı ildən möhürlü imzadan istifadə edir. Hesab edir ki, Vaqif notariusla əlbir olaraq sənədləri saxtalaşdıraraq onun iştirakı olmadan alqı-satqı müqaviləsi rəsmləşdirilmişdir. İşdə notariat qovluğunda olan arvadı X3 və X15 tərəfindən Bakı şəhərində Notariusda verilmiş 2.28 ha torpaq sahəsinin satılmasına verilmiş razılıq ərizələrinin də notariusda saxtalaşdırılmasını bildirmişdir. Həmçinin apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Kollegiyanın əvvəlki iclaslarında iştirak etmiş nümayəndəsi və vəkili Vəkil2, həmçinin məhkəmə tərəfindən iddiaçıya dövlət hesabına verilmiş vəkil X14 iddiaçının izahatına uyğun izahat vermiş və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişlər. İddiaçının hüquqi varisləri və eyni zamanda üçüncü şəxslər X3, X15 və X17 iddiaçının əvvəlki məhkəmə iclasında vermiş olduğu izahata uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Biləsuvar rayon Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Lakin o məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni, izahatı dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-509 KOD 80807018 saylı Dövlət Aktından görünür ki, X10 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 2.28 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Bunəqədi qəsəbəsi, Şirvan küçəsi ev27də qeydiyyatdadır. İş materiallarında olan 25 iyul 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 2.28 ha torpaq sahəsini 1000 manata satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 adına Biləsuvar rayonu Əmənkənd kəndində 2.2798 ha (**********34 daşınmaz əmlakın reyestr nömrəli, qeydiyyat nömrəsi **********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan MEM-nin 14 oktyabr 2024-cü il tarixli, 4/1180 saylı ekspert Rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 4Ə1-127 nömrəli notariat işinin 2-ci vərəqində olan 25 may 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsində “İmzalar:” bölməsində “1.” rəqəminin qarşısındakı imza və “İddiaçıA” yazıları, “2.” rəqəminin qarşısındakı imza və “Əsədov Q.Ə” yazıları; notariat işinin 11-ci vərəqində olan JN509 KOD80803018 nömrəli dövlət aktı əsasında 2.28 hektar torpaq sahəsinin satılmasına dair razılıq ərizəsində “İmza” qrafasındakı imza və “Əsədov” yazısı; notariat işinin 15-ci vərəqində olan İddiaçı adından olan 25 may 2007-ci il tarixli ərizədə “İmza” bölməsində “İddiaçıA” yazıları və yazıların qarşısındakı imza, “Əsədov Q.Ə” yazıları və yazıların qarşısındakı imza; 25 may 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin qeydiyyatdan keçdiyi 4Ə-1 saylı reyestr kitabının 127-ci sıra sayında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzalan” qrafasında İddiaçı^oğlunun və X7 adlarından olan imzalar - X16 tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izatından, eləcə də tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh1 hazırda özünün mülkiyyətində olan mübahisəli torpaq sahələrini iddiaçı, onun ailə üzvlərinin iradə ifadəsi və könüllü istəklərinə uyğun qaydada notarial qaydada 25 may 2007-ci il tarixli, 4Ə-1 reyestr nömrəli alq-satqı müqavilələri rəsmiləşdirməklə alaraq, sonda qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına dövlət reyetrindən çıxarış almışdır. Məhkəmə araşdırması zamanı həmçinin qeyd olunan müqavilə bəndləri öyrənilərkən müqavilə tərəfləri arasında alqısatqının predmeti olmuş torpaq sahələri üzrəində hər hansı yüklülüyün və ya qadağanın olması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq 25 may 2007-ci il tarixli alqısatqı müqavilələləri bağlanılarkən iş üzrə tərəflər arasındakı münasibətə, onlar aarasında hər hansı ziddiyətin olub-olmamasına, eləcə də cavabdehin həmin torpaq sahəsini əldə edərkən ondan əvvəl torpaq sahəsinin kiməsə satılıb-satıllmamasını və sonda vicdanlı alıcı olub-olmamasına da xüsusi diqqət yetirmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən qısa müddət, təxminən 1 il ərzində onun özü tərəfindən istifadə edilmiş və iddiaçı 1998-ci ildə ailəsi ilə birlikdə köçərək Bakı şəhərində yaşamışlar. Cavabdeh isə həmin torpaq sahəsindən 2000-ci ildən iddiaçının razılığı ilə istifadə etmiş və 2007-ci ildə isə iddiaçı həmin torpaq sahəsini cavabdehə satmışdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Həmin Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır”. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçı tərəfin öz tələbini əsaslandıran bütün faktları və halları, həmçinin cavabdeh tərəfin etirazının əsas kimi qeyd etdiyi dəlilləri məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilə bilməz. Qeyd olunan alqı-satqı müqavilələrinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallrına əlavə olunmuş 25 may 2007-ci il tarixli alqı-satqı müqaviləsindən və bununla bağlı iş üzrə digər sənədlərdən görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqavilələri qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir. İşdə olan notariat orqanı tərəfindən təqdim edilmiş 25 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə dair sənədlər toplusunu tədqiq edərkən müəyyən olunur ki, iddiaçı qeyd edilən alqı-satqı prosesinin baş tutması üçün hələ müqavilə bağlanmamışdan əvvəl müvafiq sənədlər toplamağa başlamışdır. Belə ki, həmin sənədlər toplusunda olan ərizələrdən görünür ki, iddiaçının arvadı X3 və X15 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində Notariusda ərizə verərək Biləsuvar rayonunda yerləşən JN 509 kod 80803018 saylı 2.28 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. (İ/v.səh.101-102) Həmçinin həmin sənədlər toplusunda (səh. 105) yer alan Biləsuvar rayon İHB-nın İ müavini A.Kazımov tərəfindən verilmiş 21 may 2007-ci il tarixli, 1117 saylı məktubdan görünür ki, iddiaçının adına olan Biləsuvar rayonunda yerləşən JN 509 kod 80803018 saylı 2.28 ha torpaq sahəsindən yetkinlik yaşına çatmayan Əbdül Əsədova çatan hissəsnin atası İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə etiraz edilmir. Bundan başqa həmin sənədlər toplusunda olan xx.xx.2007-ci il tarixli ərizədən görünürür ki, iddiaçı Əsədov X6 rayonunda yerləşən JN 509 kod 80803018 saylı 2.28 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə Cavabdeh1 1000 manata satdığını, pulunun da tam aldığını, heç bir iddiasının olmadığını göstərmişdir. (səh. 106) Kollegiyanın iclası zamanı həm iddiaçı həm də onun hüquqi varisi, eyni zamanda 3-cü şəxs (oğlu) X16 bildirmişdir ki, alqı-satqı müqaviləsini imzalamamışlar. Kollegiyanın iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o 1996-cı ildən möhür-imzadan istifadə edir və onun imzası müqavilədə öz əksini tapmamışdır. O, 1996-cı ildən möhür-imzadan istifadə etsə də buna dair müvafiq sübutlarını (həmin illərə aid müqavilə və s nümunələri) məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs Qamət Əsədov da müqaviləyə imza atmadığını bildirmişdir. Buna görə də məhkəmə iş üzrə xəttşünaslıq ekspertizası təyin edərək ekspert qarşısında müvafiq suallar qoymuşdur. MEM-nin 14 oktyabr 2024-cü il tarixli, 4/1180 saylı ekspert Rəyindən qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, 4Ə1-127 nömrəli notariat işinin 2-ci vərəqində olan 25 may 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsində “İmzalar:” bölməsində “1.” rəqəminin qarşısındakı imza və “İddiaçıA” yazıları, “2.” rəqəminin qarşısındakı imza və “Əsədov Q.Ə” yazıları; notariat işinin 11-ci vərəqində olan JN509 KOD80803018 nömrəli dövlət aktı əsasında 2.28 hektar torpaq sahəsinin satılmasına dair razılıq ərizəsində “İmza” qrafasındakı imza və “Əsədov” yazısı; notariat işinin 15-ci vərəqində olan İddiaçı adından olan 25 may 2007-ci il tarixli ərizədə “İmza” bölməsində “İddiaçıA” yazıları və yazıların qarşısındakı imza, “Əsədov Q.Ə” yazıları və yazıların qarşısındakı imza; 25 may 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin qeydiyyatdan keçdiyi 4Ə-1 saylı reyestr kitabının 127-ci sıra sayında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzalan” qrafasında İddiaçı^oğlunun və X7 adlarından olan imzalar - X16 tərəfindən icra olunmuşdur. Göründüyü kimi işdə olan və notariat qovluğunda olan sənədlərin tədqiqi nəticəsində müəyyən edilir ki, İddiaçı 25 may 2007-ci il tarixdə ərizə yazaraq Biləsuvar rayonunda yerləşən JN 509 kod 80803018 saylı 2.28 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə Cavabdeh1 1000 manata satdığını, pulunun da tam aldığını, heç bir iddiasının olmadığını göstərmişdir. (səh.106) Həmçinin iddiaçının arvadı X3 və X15 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində Notariusda ərizə verərək Biləsuvar rayonunda yerləşən JN 509 kod 80803018 saylı 2.28 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. (İ/v.səh.101-102) Bundan başqa (səh. 105) yer alan Biləsuvar rayon İHB-nın İ müavini A.Kazımov tərəfindən verilmiş 21 may 2007-ci il tarixli, 1117 saylı məktubdan görünür ki, iddiaçının adına olan Biləsuvar rayonunda yerləşən JN 509 kod 80803018 saylı 2.28 ha torpaq sahəsindən yetkinlik yaşına çatmayan Əbdül Əsədova çatan hissəsnin atası İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə etiraz edilmir. Göründüyü kimi sənədlər toplusu məzmunca iddiaçı ilə cavabdeh arasında torpağın alqısatqısına yönəlmiş və sonda da belə bir müqavilə bağlanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq ediləcək hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair müqavilələr rəsmiləşdirilən zaman həmin torpaq sahəsi üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilələr rəsmiləşdirilən zaman tərəflər, o cümlədən də alıcı-satıcı müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, müqavilə rəsmiləşdirilən zaman tərəflər əvvəlcədən aparmış olduğu bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilmişdirlər. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası sonda iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışların əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmun əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahələri cavabdehə satılarkən dövlət reyestrində satıcıların adına qeydə alınaraq onların adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, cavabdehin adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışların verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün qanuni əsaslar mövcud olmadığından İddiaçı cavabdeh Biləsuvar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (ƏMDX DƏDKR) publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli, 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın etibasız hesab edilməsi tələbi barədə iddiası əsassız olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat iddiaçının hüquqi varisləri olan X3, X15 və X5 müştərək qaydada tutularaq MEM-nin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)- 565/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının Cavabdeh1, Biləsuvar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (ƏMDX DƏDKR) publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli, 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın etibasız hesab edilməsi və torpağa mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)-565/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçının Cavabdeh1, Biləsuvar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (ƏMDX DƏDKR) publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli, 4Ə-1-127 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın etibasız hesab edilməsi və torpağa mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat iddiaçının hüquqi varisləri olan X3, X15 və X5 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar