Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1821/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-2323/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydadasında məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli SBK6456547 saylı müqaviləyə əsasən WM LGF2V7GW9T markalı mal üçün 276 manat borc, xx.xx.2024-cü il tarixli, SBK6772526 saylı müqaviləyə əsasən satıcı AC RİFFEL ASWFW 240/241, REF BEKO B3RCNK 362 HX, HOOD RİFFEL T-9500B, HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı üçün 3056 manat borc olmaqla ümumilikdə 3332 manat borc və 54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli SBK6456547 saylı xx.xx.2024-cü il tarixli, SBK6772526 saylı müqavilələrə əsasən WM LGF2V7GW9T markalı mal, AC RİFFEL ASW-FW 240/241, REF BEKO B3RCNK 362 HX, HOOD RİFFEL T-9500B, HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı almış və nəticədə 3332 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli,SBK6456547 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1430 manat (15 ay x 92 manat + 50 manat ilkin ödəniş) olan WM LGF2V7GW9T markalı mal üçün ümumilikdə, 276 manat borc, xx.xx.2024-cü il tarixli, SBK6772526 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 3604 manat (24 ay x 145 manat + 124 manat ilkin ödəniş) olan AC RİFFEL ASW-FW 240/241, REF BEKO B3RCNK 362 HX, HOOD RİFFEL T-9500B, HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı üçün ümumilikdə, 3056 manat borc yaranmışdır. Cavabdehlə arasında bağlanılmış xx.xx.2023-cü il tarixli SBK6456547 saylı, xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli SBK6456547 saylı müqavilə üzrə 276 manat borc, xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqavilə üzrə 3056 manat olmaqla, ümumilikdə 3332 manat borc və ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SBK6456547 saylı müqaviləyə əsasən satıcı WM LGF2V7GW9T markalı mal müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeydinə əsasən borc alan borc üzrə borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 15 ay, aylıq ödəniş 92 manat olmaqla, cəmi məbləğ (ilkin ödəniş daxil olmaqla) 1430 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqaviləyə əsasən satıcı AC RİFFEL ASW-FW 240/241, REF BEKO B3RCNK 362 HX, HOOD RİFFEL T-9500B, HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeydinə əsasən borc alan borc üzrə borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 24 ay, aylıq ödəniş 145 manat olmaqla, cəmi məbləğ (ilkin ödəniş daxil olmaqla) 3604 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli SBK6456547 saylı və xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqavilələr üzrə cavabdehin 3332 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin 3 iş günü ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Soliton LTD” MMC ilə aralarında xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqavilə imzalamış, müqaviləyə əsasən satıcı AC RİFFEL ASW-FW 240/241, REF BEKO B3RCNK 362 HX, HOOD RİFFEL T- 9500B,HƏD: TV LED RİFFEL 43FHD4330 markalı məişət avadanlığı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəmə götürmüşdür. Tozsoranın dəyəri 1430 manat təşkil etmiş və 1154 manat ödəniş etmişdir. 3604 manat isə ümumilikdə götürdüyü məişət əşyaların qiymətidir. Ondan da 548 manat ödəniş etmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəniş edə bilməmişdir. Prezident təqaüdçüsü olmaqla 350 manat müavinət alır və şəhid atasıdır. Əlavə gəliri yoxdur. Həmin 350 manat pul isə şəhid oğlunun məzarına xərclənir. Hər il onun gülləri təzələnir və qəbri abadlaşdırılır. Özü isə heç bir yerdə işləmir. Həmin pulu birdəfəlik ödəməyə imkanı yoxdur. Cəmi şirkətə 1702 manat ödəniş etmişdir. Həmin ödədiyi pul isə borcdan çıxılmamış və məhkəmə buna hüquqi qiymət verə bilməmişdir. Çünki məhkəmədən bu ödənişlər gizlədilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Odur ki, məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, onun gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2023-cü il tarixli SBK6456547 saylı müqavilə üzrə 276 manat borc və xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqavilə üzrə 3056 manat borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 1702 manat ödəniş etdiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən yekun borc hesablanarkən həmin məbləğin çıxılmadığını bildirmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli SBK6456547 saylı borc müqaviləsi üzrə 1430 manat məbləğində borc üzrə 1154 manat, xx.xx.2024-cü il tarixli SBK6772526 saylı müqavilə üzrə 3604 manat məbləğində borc üzrə isə 548 manat ödəniş edilmişdir. Göstərilən ödənişlərin cəmi 1702 manat təşkil edir. Beləcə, birinci instansiya məhkəməsi haqlı olaraq cəmi borc olan 5034 manatdan 1702 manat ödənilmiş hissəni çıxaraq yekunda 3332 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-2323/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1821/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1821/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver