Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1837/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “aktların və aktlar əsasında hesablanmış cərimələrin ləğv edilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2671/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)-2671/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) ilk iddia tələbi qismən təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilərək abonent İddiaçı (abonent №**********01680) hesablanmış 216 manat məbləğində borcun silinməsi, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcminin azaldılaraq 1440 kub metr müəyyən edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə ondan 165,92 manat pul vəsaitinin alınaraq “Azəriqaz” İB-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı alınaraq “Azəriqaz” İB-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində şikayəti verən şəxs barəsində məlumatlar ümumiyyətlə doldurulmamış, şikayət qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış, lakin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi barədə məlumatlar da apellyasiya şikayətində göstərilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2671/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.