Məhkəmə qərarları › İş №2(106)-1838/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1838/2023

14.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1838/2023 14.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.20324 ha olan torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 25 iyul 2022ci il tarixdə tərtib edilmiş "daşınmaz əmlakın bağışlanması müqaviləsinin və ünvan 2i ünvanında yerləşən 0.22 ha torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş" daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh ilə 2021-ci ilin mart ayında evlənmişlər, nikahlarını isə 18 may 2021-ci il tarixində rəsmiləşdirmişlər. Cavabdeh ilə 15 avqust 2022-ci il tarixə kimi ər- arvad olaraq yaşamışlar. Birgə nikahdan uşaqları olmuşdur. Cavabdeh ilə ailə həyatı uğurlu alınmamışdır. Belə ki, evləndikdən sonra cavabdehin ona qarşı münasibətindən məlum olmuşdur ki, ailə qurmaq məqsədilə deyil, əmlakını ələ keçirmək məqsədilə onunla evlənmişdir. Cavabdeh ilə cəmi 1 il 4 ay bir təsərrüfatda yaşamışlar. Ötən bu müddət ərzində sadəliyindən istifadə edərək mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 0,20324 ha torpaq sahəsinin 25 iyul 2022-ci il tarixli müqavilə ilə və həmin kənd ərazisində yerləşən 0,22 ha torpaq sahəsinin eyni tarixli müqavilə ilə ona bağışlanmasına nail olmuşdur. Bunları əldə etdikdən sonra cavabdehin ona qarşı münasibəti tamamilə dəyişmiş, bir ər kimi onu saymamışdır. Səbəbsiz mübahisə etməklə hörmətsizlik etməyə başlamışdır. Cavabdehin təqsiri üzündən onlar 2022-ci ilin avqust ayının 15-dən ayrılmışlar. Ailənin saxlanılması və münasibətlərin bərpa edilməsi mümkün olmadığından aralarında olan nikah məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Beləliklə, saxta münasibətinə cavabdehə inanmış və əmlakını ona bağışlamışdır. Vacib yanılma nəticəsində o, torpaq sahələrini cavabdehə bağışlamışdır. Torpaq sahələri heç də azad şəkildə deyil, yanılma nəticəsində bağışlandığından bağlanmış əqd etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil1 iddia tələbini qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Həmin vaxt Cavabdeh iddiaçının Astara rayonunun Pensər kəndində yerləşən evinə köçmüşdür. Cavabdeh özünə məxsus cehiz əmlaklarını həmin evə aparmışdır. Cavabdehlə aralarında olan nikahı xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan uşaqları olmamış və aralarındakı narazılıq səbəbindən rəsmi nikahları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı 1969-cu il təvəllüdlü olmaqla Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh əvvəllər onu tanımamış, anası və yaxın qohumlarının məsləhətilə ərə getməyə razılıq vermişdir. Əslində isə iddiaçının onunla rəsmi nikaha girməkdə məqsədi ailə qurmaq deyil, anasına məxsus pulları və əmlakları ələ keçirmək olmuşdur. Cavabdehlə xx.xx.2022-ci il tarixədək təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi birlikdə yaşamışlar, həmin vaxtdan etibarən faktiki olaraq ayrılmışlar və hazırda da ayrılıqda yaşayırlar. Cavabdehin iddia ərizəsində qeyd etdikləri qəbul edilməzdir və heç bir mötəbər sübuta söykənmir. İddia tələbi əsaslı deyil. Torpaq sahəsini İddiaçı könüllü olaraq Cavabdeh bağışlamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilələrdə qeyd olunan 0.20324 və 0.22 ha torpaq sahələri cavabdehin anasının və yaxın qohumlarının pulu vasitəsilə alınmışdır. Buna baxmayaraq o, cavabdehi evin böyüyü kimi qəbul etdiyindən torpaq sahələrini onun adına sənədləşdirilməsini istəmişdir. Qeyd olunan torpaq sahələri cavabdehin adına rəsmiləşdirildikdən bir müddət sonra cavabdeh Rusiya Federasiyasına getdiyindən həmin torpaq sahələrini könüllü olaraq, heç bir məcburiyyət qarşısında qalmadan cavabdehə bağışlamış, yəni əsl sahibinə qaytarmışdır. Bağışlama müqavilələri rəsmiləşdirilərkən heç bir vacib əhəmiyyətli yanılma halı olmamışdır. İddia tələbində bu hal əsaslandırılmamış və məhkəməyə buna dair heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ünvan 2ində yerləşən ümumi sahələri 0,22 ha və 0,20324 ha olan torpaq sahələrinin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilələr xx.xx.2022-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilərək təsdiqlənmişdir. Müqavilələr rəsmiləşdirilərkən notarius tərəfindən İddiaçı müəyyən suallar verilmiş və onun şəxsi psixoloji vəziyyətində heç bir qüsur olmadığı müəyyən edilmişdir. Torpaq sahələri İddiaçı tərəfindən bağışlanarkən heç bir vacib əhəmiyyətli yanılma halı mövcud olmamışdır. Həmçinin bağışlama müqavilələri qanunvericiliyin tələblərinə tam riayət edilməklə tərtib edilərək rəsmiləşdirilmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim A.Pənahov) 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində bu halı mübahisələndirmək üçün müəyyən edilmiş kəsici müddəti ötürmüşdür və hazırki mübahisədə sübutetmə vəzifəsi İddiaçı üzərindədir və onun tərəfindən ünvan 2ində yerləşən ümumi sahələri 0,22 ha və 0,20324 ha olan torpaq sahələrinin həyat yoldaşı Cavabdeh bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqavilələri Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilərkən vacib əhəmiyyətli yanılma halının mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şikayətə görə, məhkəmə iş materiallarında olan bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, onlara əsaslandırılmış hüquqi qiymət verməmişdir. Halbuki, cavabdehin iddiaçını aldatdığını o hal sübut edir ki, xx.xx.2022-ci il tarixdə “daşınmaz əmlakın bağışlanması müqavilələr”i bağlanıldıqdan sonra, cavabdehin dərhal ona qarşı münasibəti tamamilə dəyişmiş, bir ər kimi onu saymamış, səbəbsiz mübahisə etməklə hörmətsizlik etməyə başlamış və cavabdeh boşanma proseduruna başlamışdır. Həmçinin, məhkəmə o halı da nəzərə almamışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilələrdə qeyd olunan 0.20324 və 0.22 ha torpaq sahələri cavabdehin anasının və yaxın qohumlarının pulu vasitəsilə alınmasını əsaslandıra bilməmiş və məhkəməyə buna dair heç bir sübut təqdim edə bilməmişdir. İzahatlar Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdeh məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etmədiyini qeyd etməklə bildirmişdir ki, qanunvericiliyin tələbinə görə iddiaçı eləcə də, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Yəni iddiaçı sübut etməlidir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr hansı əsasa görə etibarsız hesab edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs ünvan 3 ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, İddiaçı ilə X1 18 may 2021-ci il tarixdən rəsmi nikahda olmuşlar. Tərəflərin arasında olan nikah Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və bu barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydiyyatı tərtib edilmişdir. Tərəflər arasında torpaq sahələrinin bağışlanmasına dair müqavilələr bağlanmışdır: - Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 1S- 7927 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı öz mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 0,20324 ha olan torpaq sahəsini həyat yoldaşı Cavabdeh bağışlamışdır. - Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 1S- 7928 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı öz mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 0,22 ha olan torpaq sahəsini həyat yoldaşı Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı torpaq sahələrinin bağışlanmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız sayılmasını tələb etmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Müki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Qanunun tələbinə görə, müqavilənin etibarlı olması üçün əqdin formasına riayət olunmalı, məzmunu, subyektləri və subyektlərin iradə ifadəsi yerində olmalıdır. Bu ünsürlərdən hər hansı birinin çatışmaması, yaxud zədəli olması əqdin etibarsızlığına dəlalət edən amildir. Kollegiya hesab edir ki, iddia edilən bağışlama müqavilələrinin bağlanması zamanı Mülki Məcəllənin 668.1-ci maddəsinin tələblərinin pozulması halı müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. İddiaçı bağışlama müqavilələrinin vacib yanılma nəticəsində bağlandığını iddia edir. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 347.2-ci maddəsinin tələblərinin pozulması halları da müəyyən edilmir. Bundan başqa, iddiaçı aldadıldığını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən: 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4.-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qəraında və digər qərarlarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin şərtlərinin pozulduğu da müəyyən edilmir. Birinci instansiya məhkəməsi həm də hesab etmişdir ki, iddiaçı müqavilənin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(049)-2763/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar