Məhkəmə qərarları › İş №2(106)-1843/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1843/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1843/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 3.61 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)47/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış 3.61 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 3.61 ha torpaq sahəsini almaq üçün cavabdehlərə köhnə pulla ödədiyi 10.830,000 (on milyon səkkiz yüz otuz min) manat pulun indiki iddia ekvivalentinin yəni 10.263,87 (on min iki yüz altmış üç manat səksən yeddi qəpik) manat məbləğində pulun, mütəxəssis rəyi üçün ödədiyi 225 (iki yüz iyirmi beş) manat pulun və ödədiyi 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(020)47/2023 saylı qətnaməsi (Hakim: R.Nurullayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 torpaq alqı-satqısına görə 2166 (iki min yüz altmış altı) manat, dəymiş ziyana görə Cavabdeh3 4985 (dörd min doqquz yüz səksən beş) alınıb İddiaçı İsbəndi oğluna verilməsi, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 150 (yüz əlli) manat Cavabdeh3, dövlət rüsumuna görə ödənilmiş 90 (doxsan) manat cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı İsbəndi oğluna verilməsi, iddia torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair hissədə və Cavabdeh2 qarşı rədd edilsməsi, dövlət rüsumuna görə ödənilmiş 32 (otuz iki) manat və qiymətləndirmə rəyi üçün ödənilmiş 75 (yetmiş beş) manat pul iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 21, 567, 568.1, 646.1, 648.1, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 13 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1843/2023 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 17 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1843/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 11 dekabr 2023-cü il tarixə təyin edilmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, apellyasiya şikayəti Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilsə də həm apellyasiya şikayətinin məzmununda digər Cavabdeh1 tərəfindən dəlillər irəli sürülmüş həm də apellyasiya şikayəti Cavabdeh1 tərəfindən imzalanmışdır. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək digər Cavabdeh1 da apellyasiya şikayətinə baxılmasını xahiş etsə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti tərtib edilərkən MPM-in tələblərinə riayət edilməmişdir. Belə ki, MPM-in 361.1.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxsin soyadı, adı, atasının adı apellyasiya şikayətində göstərilməlidir. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə isə görünür ki, apellyasiya şikayəti verən şəxs qismində Cavabdeh3 adı qeyd edilmiş, lakin verilmiş apellyaiya şikayətinin təsviri, əsaslandırıcı və nəticə hissəsində iş üzrə cavabdeh olan Cavabdeh1 məhkəmənin qətnaməsi ilə ondan tutulmuş pulun qanunsuz tutulmasını mübahisələndirib, həmin hissədə də, qətnamənin ləğv edilməsini xahiş edir. Belə olan halda isə mütləq şəkildə tərtib olunmuş apellyasiya şikayətinin giriş hissəsində apellyasiya şikayəti verən şəxs kimi Cavabdeh1 da göstərilməli idi. Lakin apellyasiya şikayətinin giriş hissəsində yalnız Cavabdeh3 adı göstərilmişdir. Məhz bu səbəbdən də, Cavabdeh3 münasibətdə apellyasiya şikayəti mümükün hesab edilərək icraata götürülmüşdür. Hazırda Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iş üzrə Cavabdeh1 münasibətdə də, Beyləqan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(020)47/2023 saylı qətnaməsini mübahisələndirdiyindən və prosessual qənaət prinsipi baxımından apaellyasiya şikayətlərinə birgə baxılması, işin tam, hər tərəfli və obyektiv araşdırılmasına xidmət etdiyindən kollegiya hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1843/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək Beyləqan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(020)47/2023 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 17 noyabr 2023-cü il tarixli, 2(106)1843/2023 saylı qərardadı ləğv edilsin. Beyləqan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(020)47/2023 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar