Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1864/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 758/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Torpağa mülkiyyət hüququna dair JN-105 KOD ******* saylı xx.xx.1999-cu il tarixli Dövlət aktının olunmuş surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 09 saylı qərarına əsasən Cavabdeh4 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində 9,05 hektar pay torpaq sahəsi verilmişdir. Kürdəmir rayon İHB-nin Karrar kənd icra nümayəndəsinin müavini Ş.Səftərov iştirakı ilə xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh4 Garıs-Əyribənd kəndi ərazisində özünə və ailə üzvlərinə məxsus 9,05 hektar pay torpaq sahəsini İddiaçı ömürlük istifadə üçün satmışlar. İşə əlavə olunmuş ərizələrin surətindən görünür ki, Cavabdeh4 ailə üzvləri - Dövlət aktı ilə onlara verilən pay pay torpaq sahəsinin İddiaçı satılmasına razı olduqlarını bildirmişlər. Kürdəmir Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2(041)-2616/2016 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1999-cu il tarixli 09 nömrəli qərarına əsasən Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 9,05 ha torpaq sahəsi verilmişdir. Torpağı əkib-becərməyə maddi imkanları olmadığı üçün və pula ehtiyacları olduğundan 2004-cü ilin sonlarında mülkiyyətlərində olan 9,05 ha torpaq torpaq sahəsini istifadə etmək üçün həmkəndliləri-X3 vermişlər. Cavabdeh həmin torpaq sahəsinə görə onlara ilkin olaraq təxminən 4.000.000 AZM, hazırki manatla 900 manatla pul ödəyib və aralarında olan razılığa görə sonradan hər il üçün onlara müəyyən məbləğdə pul verməli idi. 2004-cü ilin sonlarından başlayaraq Etibar Əliyev torpaq sahəsini əkib-becərməyə başlayıb, lakin verdiyi vədə əməl etməyib və sonrakı illərdə dəfələrlə tələb etmələrinə baxmayaraq torpaq sahəsinə görə ödəniş etməmişdir. Nəticədə Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 cavabdeh X3 qarşı pay torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1445/2018 saylı mülki işi üzrə qəbul edilmiş qətnamədən məlum olur ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və Cavabdeh4 qarşı əqdin bağlanılmış hesab edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1999-cu il tarixli qərarı və JN-105, KOD 90611058 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonunun, Garıs-Əyribənd kəndi ərazisində yerləşən 9,05 ha torpaq sahəsinə faktiki olaraq bağlanılmış şifahi əqdin (müqavilənin) bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh4 və onun ailə üzvlərinə verilən 9,05 ha torpaq sahəsini həmin dövrdə olan məzənnə ilə ******* manat pulu nağd qaydada iddiaçıdan almaları barədə akt imza etmişlər. Həmin akt Kürdəmir rayonu İcra Hakimiyyəti Karrar kənd İnzibati Ərazi dairəsində imzalarla təsdiq edilmişdir. Torpağə satan şəxslərlə aralarında ilkin alqı-satqı müqaviləsi bağlandıqdan mübahisələndirilən torpaq sahəsi iddiaçıya təhvil verilsə də, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Kürdəmir rayon İHB-nin Karrar kənd icra nümayəndəsinin 02 dekabr 2004-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh4 Garis-Əyribənd kəndi ərazisində özünə və ailə üzvlərinə məxsus 9,05 ha pay torpaq sahəsini İddiaçı ömürlük istifadəyə vermişdir. İddiaçı cavabdehlə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmələri, bununla bağlı cavabdehlərin müqavilədən irəli gələn vəzifələrini yerinə yetirməyərək notariat orqanına getməkdən imtina etməsi barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir, iddiaçının iddiası təmin edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və qarşı pul tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən pay torpaq sahəsini satın almaq üçün onlara verdiyi 10.800 manat pulu və torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirmk üçün xərcləmiş olduğu 10000 manat və dövlət rüsumu kimi ödəmiş olduğu 30 manat pulun, ümumilikdə 20830 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2004-cü ildə Garıs-Əyribənd kənd sakini Cavabdeh4 X3 müraciəet edərək kəndin ərazisində yerləşən, özünə və ailə üzvlərinə məxsus 9,05 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş və almasını təklif etmişdir. Bundan sonra həmin ildə şəxsi sahəsinin hər hektarına görə köhnə Azərbaycan manatı ilə 500.000 manata razılaşıb, özünün fiziki qüsuru olduğuna görə Bakı şəhəri, Sahil qəsəbəsində yaşayan xalası İddiaçı iştirakı ilə İlhama 4.525.000 (AZM) manat pul vermişdir. Cavabdehlər də xx.xx.2000-ci il tarixli, JN 105, KOD 90611058 nömrəli Torpağa mülkiyyət hüququna dair alqı-satqını rəsmiləşdirmək məqsədi ilə ona vermişlər. Onun İlhama pulun müqabilində həmin vaxt kənd icra nümayəndəsinin və bir neçə şahidlərin iştirakı ilə Cavabdeh4 və onun ailə üzvləri özlərinə məxsus pay torpaq sahəsini ömürlük istifadə üçün xalası İddiaçı satılmasına kömək göstərilməsi məqsədi ilə həmin vaxt Kürdəmir rayon İHB-nin Karrar kəndi üzrə nümayəndəsi şəxsə rəsmi qaydada ərizə ilə müraciət etmişlər. Lakin həmin vaxt cavabdehlər torpaq sahəsini iddiaçının qohumuna kənd icra nümayəndəsinin iştirakı ilə satdıqlarını bildirib notariat kontoruna getmədiklərinə görə cavabdehlərin təqsiri ucbatından pay torpaq sahəsinin alqı-satqısını notariat qaydada rəsmiləşdirə bilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı E.B.Əliyev tərəfindən torpaq sahəsinin alqı-satqısına görə cavabdehlərə verdiyi 10800 manat (4.525.000 AZM) məbləğində pul iddiaçıya qaytarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 24 sentyabr tarixli, 09 saylı qərarına əsasən JN 105 KOD 90611058 nömrəli Dövlət aktı ilə Cavabdeh4 ğlu, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə verilmiş 9,05 ha pay torpaq sahəsi üzrə onunla cavabdehlərin arasında faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsinin (əqdin) bağlanmış hesab edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə Kürdəmir rayonunun Garıs- Əyribənd kəndində yaşayan iddiaçının bacısı oğlu X6 yaşadığı kənddə yaşayan Cavabdeh4 ailə üzvlərinə verilmiş pay torpaq sahəsini satmaq istədiklərini və həmin torpaq sahəsini özünün almasına maddi imkanının olmadığını bildirib həmin torpağı almasını ona təklif etmişdir. O, Etibarın təklifi ilə razılaşmış gələcəkdə həmin torpaqdan istifadə edib qazanc əldə etmək məqsədi ilə 2004cü ilin dekabr ayının əvvəlində Kürdəmir rayonunun Garıs-Əyribənd xəndinə gəlmişdir və bacısı oğlu Etibarın vasitəsi və iştirakı Cavabdeh4 ilə görüşüb satmaq istədiyi 9,05 ha pay torpaq sahəsinin hər hektarını 500.000 (köhnə manatla) manatdan olmaqla 4.525.000 (köhnə manata) manata razılaşaraq almışdır. O, Cavabdeh4 ilə torpağın razılaşdırdıqları 4.525.000 (köhnə manata) manatı Kürdəmir rayonunun Karrar kəndində Karrar kənd icra nümayəndəsinin müavini, Ş.Səftərovun, həmin nümayəndəliyin mühasibi A.Qasımovun, Cavabdeh4 özününvə Etibar Əliyevin iştirakı ilə Cavabdeh4 vermişdir. O, pulu Cavabdeh4 verəndən sonra Karrar kənd İcra nümayəndəsinin müavini pulun verilməsinə dair xx.xx.2004-cü il tarixdə pulun verilməsində iştirak edən şəxslərin iştirakı ilə akt tərtib etmiş və bütün iştirakçılar həmin aktı imzalamışdır. Bundan sonra Cavabdeh4 və onun digər ailə üzvləri, arvadı Cavabdeh1, oğlanları Cavabdeh3, Cavabdeh2 və qızı Cavabdeh5 Kürdəmir RHİB-nin Karrar kəndi üzrə İcra nümayəndəsi Nəsrəddin Vəliyeva rəsmi ərizə ilə müraciət edərək J,05 ha pay torpaq sahəsinin nağd pula İddiaçı satılmasına köməklik gösitərilməsini xahiş etmişlər. Aralarında olan alqı-satqıdan sonra sonra Cavabdeh4 həmin pay torpaq sahəsinin onlara verilməsinə dair JN 105, KOD 90611058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktını ona vermişdir. Bundan sonra o, torpağın alqı-satqısının rəsmiləşdirilməsi üçüm həmin Dövlət aktını bacısı oğlu Əliyev Etibara vermiş, həm də torpaq sahəsinə lazımi qaydada istifadə etməsini tapşırmışdır. Lakin sonradan Cavabdeh4 İdirs oğlu nağd pula ona satmış olduğu torpaq sahəsinin alqı-satqısının notariat qaydasında rəsmiləşdirilməsi üçün notariat kontoruna gəlmədiyinə görə alqı-satqının rəsmiləşdirilməsi mümkün olmamışdır. Bundan və Cavabdeh4 rayon ərazisində olmamasından istifadə edən Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 İham oğlu pay torpaq sahələrini özlərinin razılığına əsasən satmalarını və bu barədəki öhdəliklərini unudaraq 2016-cı il tarixdə onlardan nağd pula almış olduğu torpaq sahəsindən isfadə edən bacısı oğlu X2 həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-2616/2016 nömrəli qətnaməsi ilə X2 Cavabdeh1 və onun digər ailə üzvlərinin mülkiyyətində olan Garıs-Əyribənd kəndi ərazisində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmiş və Etibar həmin vaxtdan etibarən həmin torpaq sahəsindən istifadə edə bilmir. Həmçinin cavabdehlərin nağd pul qarşılığında ona satdıqları torpaq sahəsinin alqısatqısının notariat qaydasında təsdiq edilməsi üçü notariat kontorunu gəlməməklə onun qanunla qorunan hüquqlarını pozmuşlar. Cavabdehlər tərəfindən X6 onun almış olduğu torpaq sahəsindən məcburi qaydada çıxarılandan sonra o, da cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi Kürdəmir rayon məhkəməsinin qətnaməsinə əsasən qismən təmin edilsə də, Şirvan Apellyasiya Məhkəməsi həmin qətnaməni ləğv etmişdir. Göründüyü kimi, o, xx.xx.2004-cü il tarixdə cavabdehlərdən 9,05 ha pay torpaq sahəsini nağd pula alandan sonra həmin vaxtdan 2016-cı ilin sonuna kimi 12 il ərzində Etibar Əliyev həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsinin münbitləşdirilərək əkinə yararlı hala salınması üçün demək olar ki, külli miqdarda vəsait xərcləmişdir. Buna baxmayaraq cavabdehlər onlarla onun arasında 9,05 ha pay torpaq sahəsinin alqı-satqısı ilə bağlı öz aralarında bağlanmış əqdi düşünülmüş şəkildə pozaraq əqdin notariat qaydasında təsdiqlənməsindən qəsdən boyun qaçırmışlar. Birinci instansiya məhkəməsində məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddiasının təmin edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı və JN-105, KOD 90611058 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmiş Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində yerləşən 9,05 ha torpaq sahəsinə dair faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim Müseyib Bayramov) 2(041)-758/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı cavabdehlə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmələri və bunla bağlı cavabdehlərin müqavilə öhdəliyindən irəli gələn vəzifələrini yerinə yetirməyərək notariat orqanına getməkdən imtina etməsi barədə məhkəmələrə hər hansı sübut növü təqdim etməmişdir. İddasını əsaslandıracaq hər hansı sübut iş materiallarında müəyyən edilməmiş, müqavilə notariat qaydada təsdiqlənməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, 2004-cü ildə Garis-Əyribənd kənd sakini, yaxın qoumum Eldar Əliyevmənə müraciət edərək kənd sakini Cavabdeh4 ona müraciət edərək kəndin ərazisində yerləşən ona və ailə üzvlərinə məxsus 9,05 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Etibar isə nağd pulunun olmadığını bildirmişdir ona pul verməsini xahiş etmişdir. Etibarın vasitəsilə cavabdehlərlə görüşərək hər hektarına 500000 olmaqla cavabdehlərə pul vermişdir. Həmin vaxt kənd İcra nümayəndəsinin bir neçə şahidlərin iştirakı ilə Cavabdeh4 və onun ailə üzvlərinə məxsus torpaq sahəsini onlardan ömürlük, alqı-satqı məqsədi ilə almışdır və bu barədə aralarında razılıq əldə olunmuşdur. Cavabdeh4 və onun ailə üzvləri ayrı-ayrılıqda izahat verərək torpaq sahəsini ona satdıqlarını bildirmişlər. Lakin həmin vaxt notariat qaydasında alqısatqı keçirməmişlər və torpaq sahəsini rəsmi olaraq öz adına sənədləşdirə bilməmişdir. Bu müddət ərzində həmin torpaq sahəsi cavabdehlərin istifadəsində olmasa da, bununla bağlı onlarda etiraz və narazılıq olmamışdır. Lakin buna baxmayaraq cavabdehlər hal-hazırda həmin torpaq sahəsini ondan tələb edirlər. İş materiallarından görünür ki, cavabdehlər mübahisəli torpağa dair sifahi alqısatqı müqaviləsinin bağlanılmasindan xəbərdar olmuş və bu faktı etiraf etmişlər. Göründüyü kimi cavabdehlər həmin vaxt özlərinə məxsus olan torpaq sahəsini satmaq fikirində olmuşlar. Bu məqsədlə kənd icra nümayəndəliyində torpağa dair alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Lakin alqı-satqı müqaviləsi iddiaçıların günahı ucbatından notariat qaydada təsdiqləməmişdir. Həmin vaxtdan mübahisəli torpaq sahəsi cavabdehlərin istifadəsində və nəzarətində olmamış və bununla bağlı hər hansı bir şəxsin etirazı və narazılığı olmamışdır. Cavabdehlər bildirirlər ki, işləmək məqsədi ilə Türkiyə Respublikasına gedərəkən müəyyən məbləğ müqabilində torpaq sahəsini müvəqqəti olaraq istifadə etmək üçün vermişlər. Göstərilmiş qeydlə bağlı məhkəmənin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir. Belə ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı cavabdehlərlə imzalanmış və kənd icra nümayəndəliyi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, torpaq sahəsi müvəqqəti istifadə üçün deyil, daimi istifadə üçün satılmışdır. Qeyd olunmuş fakt torpaq sahəsinin alqı-satqı məqsədi ilə satıldığını bildirir. İş materillarında torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsini təsdiq edən sübut yoxdur. Eyni zamanda, iş materiallarından göründüyü kimi iddiaçılar mübahisəli torpaq sahəsini ona alqı-satqı məqsədi ilə sataraq akt tərtib etmişlər. Aktdan görünür ki, torpaq sahəsi İddiaçı alqı-satqı məqsədi ilə satılmış, İddiaçı da torpağın müqabilində iddiaçılara 5.000.000 (beş millyon köhnə Azərbaycan manatı ilə) məbləğində pul vermişdir. Bildirilir ki, mübahisə predmeti olan torpaq sahəsini keçmiş mülkiyyətçilərindən qanuni əsaslarla razılaşma əsasında əldə etdiklərindən və bununla da torpağın sahibi olaraq almış olduqları tarixindən istifadələrində olduğundan və bununla bağlı heç bir şikayət və etiraz olmadığından həmin sahə mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir. Belə olan halda məhkəmənin qeyd olunmuş əsası nəzərə almaması mübahisəli torpaq sahəsi üzərində istifadə və gözlənilən mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini istifadə etmək üçün Etibar Əliyevə vermişdir. Onlar torpağı əkmək istəyəndə Cavabdeh4 həmin torpaq sahəsini kənd sakini Rəhman Dəmirova icarəyə verdiyi məlum olmuş və torpağı əkmək üçün bir il müddətində gözləmək məcburiyyətində qalmışdır. 2005-ci ildə o, həmin torpaq sahəsində əkin işləri aparmış, əkin sahəsini əkin üçün tam yararlı vəziyyətə gətirmiş və 2016-cı ilədək o,fasiləsiz olaraq həmin torpaq sahəsini əkmişdir. 2016-cı il tarixdə isə cavabdehlər Etibar Əliyevi məhkəməyə verərək torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişlər. O, cavabdehlərə dəfələrlə danışıq aparıb torpaq sahəsini aldığını və torpağın ona məxsus olduğunu bildirsə də, cavabdehlər razılaşmamışlar. Məhkəmə iş üzrə qəbul etmiş olduğu qətnaməsində torpaq sahəsini 2004-cü ildə cavabdehlərdən aldığından xx.xx.2005-ci il tarixinədək qüvvədə olan AR MM-nin 335.2-ci maddəsinin, eyni zamanda, hazırda qüvvədəolan Mülki Məcəllənin 336.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı torpağı almaq istədiyini bildirib. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini istifadə etmək üçün Etibar Əliyevə vermişdir. Onlar torpağı əkmək istəyəndə Cavabdeh4 həmin torpaq sahəsini kənd sakini Rəhman Dəmirova icarəyə verdiyi məlum olmuş və torpağı əkmək üçün bir il müddətində gözləmək məcburiyyətində qalmışdır. 2005-ci ildə o, həmin torpaq sahəsində əkin işləri aparmış, əkin sahəsini əkin üçün tam yararlı vəziyyətə gətirmiş və 2016-cı ilədək o,fasiləsiz olaraq həmin torpaq sahəsini əkmişdir. 2016-cı il tarixdə isə cavabdehlər Etibar Əliyevi məhkəməyə verərək torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişlər. O, cavabdehlərə dəfələrlə danışıq aparıb torpaq sahəsini aldığını və torpağın ona məxsus olduğunu bildirsə də, cavabdehlər razılaşmamışlar. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qərarda Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. 49. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini, həmçinin bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar, Ə.Nəsibovanın şikayəti üzrə 03 may 2012-ci il tarixli Qərar və s.) da göstərmişdir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. 49. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini, həmçinin bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar, Ə.Nəsibovanın şikayəti üzrə 03 may 2012-ci il tarixli Qərar və s.) da göstərmişdir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri iddia ərizəsi ilə oxşardır. Hazırkı halda iddiaçının tələbinin əsasını cavabdeh tərəflə aralarında torpağa sərəncam verilməsinə dair müqavilənin bağlanmış hesab edilməsi təşkil edir. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin 24 iyun 2005-ci il tarixədək qüvvədə olan 335.2-ci maddəsi ilə bağlı müddəalar nəzərdən keçirilə bilər. Lakin iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Hazırkı mübahisə üzrə iddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2–ci maddəsində nəzərdə tutulmuş şərtlər həm ayrı-ayrılıqda, həm də məcmu halında mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, sərəncam verildiyi iddia edilən torpaq sahəsi daşınmaz əmlakın cavabdehin mülkiyyətində olması təsdiq olunsa da, həmin torpaq sahəsinə münasibətdə tərəflər arasında sadə yazılı formada əqdin bağlanması ilə yanaşı cavabdehlərin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, əqdin icra edilməsi halları iş üzrə müəyyən edilməmişdir. İdidaçının hazırkı iddia ərizəsinin məzmunundan aydın olur ki, o, Etibarın təklifi ilə razılaşmış gələcəkdə həmin torpaqdan istifadə edib qazanc əldə etmək məqsədi ilə 2004-cü ilin dekabr ayının əvvəlində Kürdəmir rayonunun Garıs-Əyribənd kəndinə gəlmişdir və bacısı oğlu Etibarın vasitəsi və iştirakı Cavabdeh4 ilə görüşüb satmaq istədiyi 9,05 ha pay torpaq sahəsinin hər hektarını 500.000 (köhnə manatla) manatdan olmaqla 4.525.000 (köhnə manata) manata razılaşaraq almışdır. Lakin iş materiallarında olan məhkəmə aktları ilə aşağıdakı hallar müəyyən olunur: Kürdəmir Rayon Məhkəməsinin qətnaməsindən göründüyü kimi, Cavabdeh1, Cavabdeh5 Cavabdeh3 və Cavabdeh2 X3 qarşı torpaq sahəsindən çıxarılma tələbi qismən təmin edilərək, Etibar Əliyev mübahisələndirilən torpaq sahəsindən çıxarılmışdır. Daha sonra isə Etibar Əliyev mübahisəli torpaq sahəsi ilə bağlı əqdin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, həmin idida tələbi rədd oldunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin digər qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və qarşı pul tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən pay torpaq sahəsini satın almaq üçün onlara verdiyi 10.800 manat pulu və torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirmk üçün xərcləmiş olduğu 10000 manat və dövlət rüsumu kimi ödəmiş olduğu 30 manat pulun, ümumilikdə 20830 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin idida tələbi qismən təmin edilərək iddiaçı E.B.Əliyev tərəfindən torpaq sahəsinin alqı-satqısına görə cavabdehlərə verdiyi 10800 manat (4.525.000 AZM) məbləğində pulun iddiaçıya qaytarılması qət edilmişdir. X6 həmin iddia ərizəsində göstərmişdir ki, 2004-cü ildə Garıs-Əyribənd kənd sakini Cavabdeh4 ona müraciət edərək kəndin ərazisində yerləşən, özünə və ailə üzvlərinə məxsus 9,05 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş və almasını təklif etmişdir.Bundan sonra həmin ildə şəxsi sahəsinin hər hektarına görə köhnə Azərbaycan manatı ilə 500.000 manata razılaşıb, özünün fiziki qüsuru olduğuna görə Bakı şəhəri, Sahil qəsəbəsində yaşayan xalası İddiaçı iştirakı ilə İlhama 4.525.000 (AZM) manat pul vermişdir. Cavabdehlər də xx.xx.2000-ci il tarixli, JN 105, KOD 90611058 nömrəli Torpağa mülkiyyət hüququna dair alqı-satqını rəsmiləşdirmək məqsədi ilə ona vermişlər. Onun İlhama pulun müqabilində həmin vaxt kənd icra nümayəndəsinin və bir neçə şahidlərin iştirakı ilə Cavabdeh4 və onun ailə üzvləri özlərinə məxsus pay torpaq sahəsini ömürlük istifadə üçün xalası İddiaçı satılmasına kömək göstərilməsi məqsədi ilə həmin vaxt Kürdəmir rayon İHB-nin Karrar kəndi üzrə nümayəndəsi şəxsə rəsmi qaydada ərizə ilə müraciət etmişlər. Lakin həmin vaxt cavabdehlər torpaq sahəsini iddiaçının qohumuna kənd icra nümayəndəsinin iştirakı ilə satdıqlarını bildirib notariat kontoruna getmədiklərinə görə cavabdehlərin təqsiri ucbatından pay torpaq sahəsinin alqısatqısını notariat qaydada rəsmiləşdirə bilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh4 Garıs-Əyribənd kəndi ərazisində özünə və ailə üzvlərinə məxsus 9,05 hektar pay torpaq sahəsinin İddiaçı ömürlük istifadə üçün satmasına dair xx.xx.2004-cü il tarixli akt üzrə ödənilməsi göstərilmiş 10800 manat (4.525.000 AZM) məbləğində pul başqa mülki iş üzrə X3 qaytarılmalı olması göstərilmişdir. Belə olduğu halda, hazırkı iddia tələbi üzrə alqı-satqı müqaviləsinin (əqdin) bağlanmış hesab edilməsi təmin oluna bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərari). Mülki işin icraatı zamanı sübut edilməsinə ehtiyac olmayan faktlar preyudisial faktlardır. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan hallar preyudisial faktlar adlanır. İşin hallarından və iş materiallarına əlavə olunmuş birinci instansiya məhkəməsinin qətnamələrindən göründüyü kimi, əvvəllər birinci instansiya məhkəməsi tərəfindən hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən faktlara baxılaraq hüquqi qiymət verilmişdir. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-758/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1864/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1864/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver