Məhkəmə qərarları › İş №2(106)-1873/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1873/2025

07.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1873/2025 07.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 820/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan “ADSEA” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, ünvan 1 ünvanına xx.xx.2025-ci il tarixdə ilkin göstərici 2920 kub olmaqla “Alfasu-20” markalı, 50055740 nömrəli sayğac quraşdırılmışdır. Şəxsin abonent kodu **********000 olmaqla göstərilmişdir. Şəxsin illər üzrə ödənişləri 2020-ci il il üzrə ödənişi 64 manat, 2021-ci il üzrə 84 manat, 2022-ci il tarixdə 9 manat, 2023-cü il tarixdə 5 manat, 2024-cü il tarixdə 15 manat, 2025-ci il tarixdə 12 manat olaraq göstərilmişdir. Abonentin bu günə olan yekun debitor borcu 356,10 manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış borc pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********000 olmaqla cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su ilə təmin olunmaqdadır. Həmişə istifadə etdiyi suyun pulu iddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan su ilə təmin olunub. Cavabdeh tərəfindən uzun müddət bundan öncə ünvanına smart kart tipli sayğac quraşdırılmışdır. İddiaçı həmişə marketlərdə olan terminallarda smart karta pul yükləyərək kartı sayğaca daxil edib, daha sonra kartda olan məbləği sayğaca yükləyib və sudan istifadə edirdi. Lakin 3 ay bundan öncə eyni qaydada su smart kartına pul yükləmək istədikdə bunun mümkün olmadığını görmüşdür və dərhal bu barədə Azərbaycan Dövlət Su X2 rayon Su İdarəsinə müraciət etmişdir. Hacıqabul Rayon Su İdarəsinin məsul əməkdaşları tərəfindən iddiaçıya bildirildi ki, " tərəfdən bu bizim həyata keçirilib ona görə ki, sənin elektron su sayğacın mexaniki su sayğacına keçirilməsi və yeni abonent kodu verilməsi nəzərdə tutulmuşdur”. İddiaçı öz növbəsində onlara bildirdi ki, “mən su istifadə edə bilmirəm”, ondan sonra Hacıqabul rayon Su İdarəsinin texniki işçiləri onun ünvanına gələrək sayğacın içərisini çıxararaq iddiaçıya, “hələlik müvəqqəti olaraq sudan bu formada istifadə et, çox qısa müddət ərzində ünvanına yeni mexaniki sayğac quraşdırılacaq və yeni abonent kodu veriləcək” deyilmişdir. Lakin, 3 ay keçməsinə baxmayaraq idiaçının ünvanına yeni sayğac quraşdırılmadı. O, üç aydan sonra yenidən Hacıqabul rayon Su İdarəsinə ünvanına yeni sayğac quraşdırılması barədə müraciət etdikdə idarənin işçiləri tərəfindən ona bildirildi ki, iddiaçının 356,10 manat məbləğində su borcu var və ona yeni **********000 abonent kodu vermişlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti Publik Hüquqi X8 X1 İdarəsinin etiraz ərizəsində göstərmişdir ki, "publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X4 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidi xx.xx.2024-cü Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlet Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X5 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. İddiaçı qeyd etdiyi Koroğlu küçəsi, ev 5 ünvanında yerləşən mənzilə 2016-cı ilin oktyabr ayında Abonent kodu **********000 olan idarə tərəfindən smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən həmin müddət şəxsin borcu olmayıb. 2025-ci ilin mart ayında abonetin yaşadığı mənzilə gedərək sayğacın üzərinə baxış keçirilmiş və elektron sistemin işləmədiyi müəyyən edilmişdir, həmin ay sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilərək üzəri oxunanda 2920 kub qeyd edilmişdir. İddiaçı suyun pulunu illər üzrə, yəni 2020-ci il il üzrə ödənişi 64 manat, 2021-ci il üzrə 84 manat, 2022-ci il tarixdə 9 manat, 2023-cü il tarixdə 5 manat, 2024-cü il tarixdə 15 manat, 2025-ci il tarixdə 12 manat ödəniş etmişdir. Axrıncı dəfə 2025-ci ilin avqust ayında abonentin sayğacı oxunmuş və onun borcu 362.10 manat olduğu müəyyən edilmişdir. Ümumiyətlə İddiaçı ünvanına quraşdırılmış sayğacı mexaniki sayğaca keçirilərkən elektron sistemi çixarılmış və sayğaca başqa heç bir müdaxilə edilməmişdir. Sayğacın mexanizmi düzgün formada işləyir və heç bir qanundan kənar proses baş verməmişdir. Abonentin sayğacla bağlı narazılığı varsa istənilən vaxt sayğac vətəndaşın və məhkəmədə çalışan əməkdaşların işirakı ilə sökülə və ekspertizaya göndərilə bilər. Bütün bunları nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin (hakim Orxan Bayramov) 2(071)-820/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 1096.1-ci, 1096.2-ci, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 6.4.-cü, 6.10.-cu, 6.15-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Koroğlu küçəsi, ev 5 ünvanında yerləşən mənzilə 2016-cı ilin oktyabr ayında Abonent kodu **********000 olan smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən həmin müddət şəxsin borcu olmayıb. 2025-ci ilin mart ayında abonetin yaşadığı mənzilə gedərək sayğacın üzərinə baxış keçirilmiş və elektron sistemin işləmədiyi müəyyən edilmişdir, həmin ay sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, sayğacın elektron hissəsi bir neçə il əvvəldən yararsız olmuşdur. Bu illər ərzində borcun hesablanması sayğacın mexaniki hissəsi tərəfindən həyata keçirilmişdir. Odur ki, hesablanan borc debitor borcudur və əsaslıdır. Borcun silinməsi barədə iddia tələbi əsassızdır, təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-820/2025 nömrəli qətnaməsi ilə razı deyil. Hesab edir ki, həmin qətnamə qanunsuz, ədalətsiz və əsassızdır. belə ki, işə baxan hakim işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işə çox səthi yanaşmış və işə birtərəfli baxmışdır. İş üzrə obyektiv araşdırma aparmamış, dəlillərə hüquqi qiymət verməmiş və nəticədə qanunauyğun olmayan qətnamə çıxarmışdır. Hesab edir ki, həmin qətnamə ləğv edilərək, yeni qətnamə çıxarılmalıdır. Çünki həmin qətnmənin ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışında iştirak etməmiş, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarı 1.2.2-ci bəndinə əsasən, istehlakçı – su təchizatı və kanalizasiya müəssisəsi (STKM) in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.6-cı maddəsinə əsasən, STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 7.4-cü bəndinə görə isə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 2.1.9.2-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindəndir. 6.4.-cü maddəsinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Həmin Qərarın 6.10.-ci maddəsinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.15-ci maddəsinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDAnın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisə predmeti borcun silinməsi barədədir. İşin halları ilə müəyyən olunur ki, Koroğlu küçəsi, ev 5 ünvanında yerləşən mənzilə 2016-cı ilin oktyabr ayında Abonent kodu **********000 olan smart kart tipli sayğac quraşdırılmış, 2025-ci ilin mart ayında abonetin yaşadığı mənzilə gedərək sayğacın üzərinə baxış keçirilmiş və elektron sistemin işləmədiyi müəyyən edilmişdir, həmin ay sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilmişdir. Sayğacda elektron sistemin işləmədiyi müəyyən edilmiş, sayğacın elektron hissəsi çıxarılmış və sayğac mexaniki sayğaca keçirilərək üzəri oxunanda 2920 kub qeyd edilmişdir. Odur ki, hesablanan borc debitor borcu olmuş, iddiaçıya akt əsasında cərimə tətbiq edilməmişdir. Bu qənaətinin məntiqi davamı olaraq kollegiya, iddiaçının “borcun silinməsi” tələbi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir; çünkü, hesablanmış debitor borcun silinməsi üçün hər hansı əsas yaranmamışdır. Digər tərəfdən iddiaçı cavabdeh təşkilatın xidmətlərindən faydalandığını inkar etməməkdə, bununla belə həmin xidmətlərin dəyərinin düzgün hesablanmadığını, əsassız borc göstərildiyini bildirsə də; buna dair har hansı sübut təqdim etmir. Eyni zamanda o mübahisələndirmir ki, İddiaçı suyun pulunu illər üzrə, yəni 2020-ci il il üzrə ödənişi 64 manat, 2021-ci il üzrə 84 manat, 2022-ci il tarixdə 9 manat, 2023-cü il tarixdə 5 manat, 2024-cü il tarixdə 15 manat, 2025-ci il tarixdə 12 manat ödəniş etmişdir. İddiaçı hesablanmış borcun həqiqətən əsassız olmasını sübuta yetirməmiş, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alan hallar aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir. 2.Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Beləliklə, iddiaçı tərəfindən apellyasiya şikayətinin dəlillərinin sübut olunmadığı, təqdim edilən sənədlərin hüquqi nəticə doğuracaq səviyyədə əsaslı və mötəbər olmadığını nəzərə alaraq, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün hüquqi əsas mövcud deyildir. Birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən əsasən kollegiya hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-820/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar