Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1876/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-914/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2010-cu il tarixli ********** saylı qeydin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə X1 arasında bağlanmış ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2010-cu il tarixli ********** saylı qeydin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-914/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-914/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-1477/2025 saylı qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(073)-914/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(073)-914/2025 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, eyni zamanda həmin qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(073)-914/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət İddiaçı münasibətdə ötürülməmiş hesab edilmişdir, həmin qərardaddan şikayət verilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(073)-914/2025 saylı qərardadı ilə şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-914/2025 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması MPM-in 2 saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununa edilmiş «Apellyasiya şikayətinin forması» başlıqlı Əlavə 2-də müəyyən edilmiş forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2- də göstərilən formadakı kimi cədvəldə verilməsi başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində MPM-in 361.1-ci maddəsində nəzərdə tutulmuş bir sıra zəruri məlumatlar, o cümlədən “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” göstərilməmiş, eləcə də digər hissələrə apellyasiya şikayətində tələb olunan formada və məzmunda yer verilməmişdir. Apellyasiya şikayətində bu qrafaların doldurulmaması, şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə cavab vermədiyini göstərir. Nəzərə alınmalıdır ki, qeyd olunan qrafalar formal xarakter daşımır, əksinə apellyasiya instansiyasının şikayətin predmetini, həcmini və yoxlama çərçivəsini müəyyən etməsi üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilərkən Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələbləri düzgün tətbiq edilmiş, şikayətçinin məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmamış, ona qüsurlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti vermək imkanı saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-914/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-914/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1876/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1876/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver