Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1906/2025 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(049)-2076/2025 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalara görə S.Baxşiyev küçəsi, ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, S.Baxşiyev küçəsi ev 15-də yaşayır. Ailədə 9 uşaq - 4 qardaş, 5 bacı olmuşlar. X2 (xx.xx.1992-ci il tarixdə vəfat edib), anası X4 (xx.xx.2003-cü il tarixdə vəfat edib), bacısı X10 (xx.xx.2002-ci il tarixdə vəfat edib), bacısı X11, qardaşı X14 (vəfat edib), bacısı X12 (xx.xx.1979-cu il tarixdə vəfat edib), qardaşı X15 (vəfat edib), bacısı X5, bacısı X13 və qardaşı Cavabdeh1. Lənkəran Rayon inventarlaşdırma idarəsi tərəfindən X2na verilmiş 2D/521 qeydə alma nömrəsi ilə 2D nömrəli kitabın 63-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 74.32 kv/m, yaşayış sahəsi 37.74 kv/m olan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Özü, atasının qanun üzrə vərəsəsi olaraq xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat Kontoruna müraciət edib qanun üzrə X8 şəhadətnamə və miras əmlakdan ona çatan 1/5 hissə pay almışdır, digər vərəsələrə düşən 4/5 hissə isə verilmədən açıq saxlanılmişdir. O, həmin şəhadətnaməni və lazımi sənədləri toplayıb Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş və müraciətinə uyğun olaraq onun adına xx.xx.2023-cü il tarixdə reyestr nömrəsi **********43- 10301, qeydiyyat nömrəsi isə ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lakin, təxminən iki ay bundan əvvəl ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 adına da ünvan 2 ünvanında yerləşən həmin fərdi yaşayış evinə (ona verilmiş sənəddə ünvan ünvan 3ikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona verilmiş arayışda göstərilmişdir ki, ünvan 2 ünvanı yeni qaydalarla ünvan 4air xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən Çıxarışa əsasən onun tam mülkiyyətinə verilmişdir. Halbuki, həmin mirasa dair onun adına 1/5-hissə Çıxarış verilmiş, digər vərəsələrin payları isə açıq saxlanılmışdır. Qardaşı Cavabdeh1 xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən Çıxarışı tam mülkiyyətlə öz adına hansı əsasla və necə rəsmləşdirilməsi ona məlum olmadığından o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ərizə ilə müraciət etmiş, ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin məlumatın ona verilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-Ə-00xx/xx/2025 nömrəli məktubla imtina edilmişdir. Qardaşı Əzizov X7 şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalarla S.Baxşiyev küçəsi ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə verilmiş **********89-10301 reyestr nömrəli, 24014146 qeydiyyat nömrəli çıxarışı hansı əsaslarla alması ona məlum deyil. Qeyd etdiyi kimi özünün adına xx.xx.2023-cü il tarixdə reyest nömrəsi **********-10301, qeydiyyat nömrəsi isə ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1/5 hissəyə dair Çıxarış verilmiş, digər vərəsələrin payları isə açıq saxlanılmışdır. Ona görə hesab edir ki, Cavabdeh1 Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalara görə S.Baxşiyev küçəsi ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə verilmiş **********39- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(049)-2076/2025 saylı qətnaməsi ilə (hakim: Nicat Ağabəyov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ünvan 6 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87.3 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, 1993-1994-cü illərə qədər onlar birlikdə yaşamışlar. 2024-cü ildə məhkəmədən əvvəl iddiaçı ev ünvanını “Salman Baxşiyev küçəsi, ev 15” ünvanından “Salman Baxşiyev küçəsi, ev 15A” ünvanına dəyişmişdir. Əslində ünvan eyni ünvandır. Belə ki, eyni həyətyanı torpaq sahəsi, 0.13 ha torpaq sahəsi iki yerə ayrılıb. Atalarının adında 0.06 ha topraq sahəsi olmuşdur. Ata mülki ev 15 sökülüb, onun yanında iddiaçı üçün yeni ev tikilmişdir. Köhnə evin yerində isə onlar ev tikmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, 10 Saylı Ərazi İdarəsinin məktubunda qeyd edilir ki, ünvan 7 ünvanı ilə, Lənkəran şəhəri, Salman Baxşıyev küçəsi 8 ünvanı eyni ünvandır. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Lənkəran şəhəri, Salman Baxşıyev küçəsiev 15 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətə 1/5 hissədə pay almışdır. Cavabdeh1 ona verilmiş 2006-cı il tarixli torpaq şəhadətnaməsi əsasında ona ayrılmış torpaq sahəsində ev inşa etmiş xx.xx.2024-cü il tarixdə həmin evə çıxarış əldə etmişdir. Birinci instansiya məhkəməsində də çox sayılı sorğular verilmişdir ki, necə ola bilər iki eyni ünvana münasibətdə iki çıxarış verilib, İddiaçı1/5 hissədə payın olması, Cavabdeh1 isə tam payın olması barədə çıxarış verilib. Reyestr İdarəsi isə bildirir ki, həmin ünvanlar eynilik təşkil edir. Hər üç ünvana verilmiş çıxarışlarla bağlı məlumatları əldə etmək üçün sorğu verilmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir; “Tərəfimizdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 10 ünvanı ilə ünvan 11 ki, Lənkəran rayon Agrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixli ərizəsi 10 saylı Lənkəran Ərazi ldarəsinə ünvanlanmış və tərəfimizdən ona xx.xx.2024-cü il tarixli Çıxarış və xx.xx.2024-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. Həmçinin bildiririk ki, sorğuda barəsində qeyd olunan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarix!i Qanun üzrə X8 Şəhadətnamə və mərhum X3 adına olan "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu" Ərazi İdarəsinə təqdim edilmiş və tərəfimizdən xx.xx.2023-cü il tarixli Çıxarış onun adına tərtib edilmişdir (fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi 1/5 hissə onun adına, 4/5 hissə verilmədən açıq saxlanılmışdır). Belə ki, İddiaçı tərəfindən müraciət olunan zaman Texniki Pasport əldə edilməmiş, yalnız köhnə ünvanla qeyd edilən xx.xx.2023-cü il tarixli Çıxarış əldə edilmişdir. İddiaçı tərəfindən müraciət olunan zaman Texniki Pasport əldə edilmədiyi səbəbindən hazırki daşınmaz əmlak yeni ünvanla nəzərə alınmamış və Çıxarış tərtib edilən zaman daşınmaz əmlakın ünvanı ünvan 14n Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir; “ünvan 15 ünvanında 0.059 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1984-1989-cu illərin arxiv sənədlərin bir qismində Kirov küçəsi dalan 2, ev 15, digər qismində 15A kimi, 2003-cü il sənədlərində Səttərxan küçəsi dalan 2, ev-15 kimi qeyd edilmişdir. (Lənkəran şəhər, XDS İK-nin xx.xx.1984 cü-il tarixli, 16 nömrəli iclas protokoluna əsasən Kirov küçəsi 2/15 nömrəli evin xx.xx.1984-cü il texniki akta əsasən sökülməsi qeyd edilmişdir)”. İddiaçının qeyd etdiyi miras əmlakın 1984-cü il tarixli texniki akta əsasən söküldüyü bildirilir. Həmin evin fiziki olaraq mövcudluğu yoxdur. Ev tam yararsız vəziyyətdə olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən 2003-2005-ci illərdə ev yenidən inşa edilmişdir. Salman Baxşiyev küçəsi, ev 15, ev 15A, ev 8 fərqli ünvanlardır, ayrı-ayrı evlərdir. İddiaçının mülkiyyətində olan Salman Baxşiyev küçəsi, ev 15A əvvəllər Salman Baxşiyev küçəsi, ev 15 olmuşdur. Hörmətli məhkəmə kollegiyası, sökülmüş evə çıxarış necə verilib, bu onlara məlum deyil. İddiaçının 1/5 pay hüququ qeyd edilmiş çıxarışa və İddiaçı tam pay hüququ qeyd edilmiş çıxarışa nəzər yetirdikdə görünür ki, əmlaklar fərqli əmlaklardır. 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə məhkəmə iclasında verdiyi izahatında bildirir: “Çıxarış sadəcə hüquqi sənəddir, orada yalnız torpağın və torpaq üzərində yerləşən evin ölçüləri göstərilir. Məhz bazada olmadığı üçün, yəni yerində baxış keçirilib koordinatlar bazaya yerləşdirilmədiyi üçün iddiaçının çıxarışındakı ünvan əvvəlki köhnə ünvan kimi ev 15 göstərilib”. Əgər yerində baxış keçirilməyibsə, onda çıxarışın hansı ev üçün verilib? Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Atasına dövlət tərəfindən öz anasının torpaq sahəsinin yanında torpaq sahəsi verilmişdir. 1962-ci ildə ev 15 tikilmişdir. 1984-cü ilə qədər o, və ailəsi həmin evdə yaşamışlar. Daha sonra o, həmin torpaq sahəsinin yanından 0.06 ha torpaq sahəsi almış, “Salman Baxşiyev küçəsi, ev 15A” ünvanında yerləşən evi tikimişdir. “Salman Baxşiyev küçəsi, ev 15” ünvanında yerləşən ev isə atasının evi olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(049)- 2076/2025 saylı qətnaməsi ləğv edilməl, iş üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 23 fevral 2016-cı il tarixli məktubundan müəyyən olunur ki, tərəflərindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanı ilə ünvan 16 ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış və tərəflərindən ona xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. Həmçinin bildrilir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, V-696/2023 nömrəli Qanun üzrə X8 Şəhadətnamə və mərhum X3 adına olan "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu” Ərazi İdarəsinə təqdim edilmiş və tərəflərindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli Çıxarış onun adına tərtib edilmişdir (fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi 1/5 hissə onun adına, 4/5 hissə verilmədən açıq saxlanılmışdır). Belə ki, İddiaçı tərəfindən müraciət olunan zaman Texniki Pasport əldə edilməmiş, yalnız köhnə ünvanla qeyd edilən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edilmişdir. İddiaçı tərəfindən müraciət olunan zaman Texniki Pasport əldə edilmədiyi səbəbindən hazırki daşınmaz əmlak yeni ünvanla nəzərə alınmamış və Çıxarış tərtib edilən zaman daşınmaz əmlakın ünvanı ünvan 19nda olan: xx.xx.2023-cü il tarixli Qanun üzrə X8 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras əmlakdan 1/5 hissə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 74.32 kv.m., yaşayış sahəsi 37.74 kv.m., yardımçı sahəsi 36.58 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi isə ********** olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.009674 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı 1/5 hissə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, 4/5 hissə verilmədən açıq saxlanılmışdır. Lənkəran Rayon İnventarlaşdırma İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X6 verilmiş 2D/521 qeydəalma nömrəsi ilə 2D nömrəli kitabın 63-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanında 0.009674 ha torpaq sahəsi yerləşən ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi isə ********** olan çıxarışdan görünür ki, Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi ev 8 ünvanında 0.07 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 87.3 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. JN-1999 A, KOD 80201002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998- ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh1 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırda etibarsızlığı barədə tələb irəli sürülən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 adına Lənkəran şəhəri, Salman Baxşiyev küçəsi, ev 15 (yeni qaydalara görə S.Baxşiyev küçəsi, ev 8) ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi üçün əsas olan sənəd Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə X1muşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən çıxarışın verilməsi üçün hüquqi əsas təşkil edən sənəd Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədir. Həmin şəhadətnamə inzibati orqan tərəfindən qəbul edilmiş qərara əsaslandığından, hüquqi mahiyyətinə görə inzibati xarakterli sənəd hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın izahına görə, inzibati orqanların xaricə yönəlmiş və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququnun əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuzluğunun) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş çıxarışın etibarsız hesab edilməsi tələbi mahiyyət etibarilə həmin çıxarışın verilməsi üçün hüquqi əsas təşkil edən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin hüquqi qüvvəsinin mübahisələndirilməsinə yönəlmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan şəhadətnamə inzibati orqan tərəfindən qəbul edilmiş qərara əsaslanan inzibati xarakterli sənəd olmaqla, inzibati aktın nəticəsi kimi hüquqi qüvvəyə malikdir. Belə olan halda həmin sənədin qanuniliyinin və hüquqi qüvvəsinin mübahisələndirilməsi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə hesab olunur və belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 10 aprel 2015-ci il tarixli Qərarının 17.-ci bəndində qeyd edilib ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı formal olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etsə də, iddia tələbinin hüquqi təbiəti və faktiki əsasları göstərir ki, mübahisə birbaşa həmin çıxarışın verilməsi üçün hüquqi əsas təşkil etmiş inzibati aktın nəticələrinin mübahisələndirilməsinə yönəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, reyestr nömrəsi **********89-10301, qeydiyyat nömrəsi isə ********** olan çıxarış Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında verilmiş JN-1999A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən verilmişdir. Deməli, reyestrdə aparılmış dövlət qeydiyyatı həmin inzibati orqan tərəfindən qəbul edilmiş qərarın hüquqi nəticəsi kimi həyata keçirilmişdir. Bu halda iddia tələbinin mahiyyəti yalnız reyestr çıxarışının formal etibarsızlığı məsələsinə deyil, həmin çıxarışın verilməsi üçün əsas təşkil edən inzibati xarakterli sənədin hüquqi qüvvəsinin və qanuniliyinin dolayısı ilə mübahisələndirilməsinə yönəlmişdir. Başqa sözlə, çıxarışın etibarsız hesab edilməsi barədə tələb əslində onun hüquqi əsasını təşkil edən inzibati aktın nəticələrinin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianın hüquqi təbiəti inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilməlidir. Belə mübahisələr isə inzibati orqan tərəfindən qəbul edilmiş aktın qanuniliyinin mübahisələndirilməsi ilə bağlı olduğundan, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi iddianın hüquqi təbiətini düzgün qiymətləndirməmiş mübahisənin mahiyyətini və onun inzibati aktın nəticələrinə yönəldiyini nəzərə almadan iddia ərizəsini mülki mübahisə kimi icraata qəbul etmişdir ki, bu da məhkəmə aidiyyəti qaydalarına dair prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir (Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası MPM-in 387.2.9-cu maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsinə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 261.0.1, 382, 384.0.5, 387.2.9, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(049)-2076/2025 saylı qətnaməsin ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1906/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1906/2025
04.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver