Məhkəmə qərarları › İş №2(106)-195/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-195/2025

16.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-195/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X18 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X27, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 notariusu Nümayəndə2 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X10 cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hazırki iş üzrə iddiaçı X19, miras qoyan X5 Cavabdeh2 Məmməd qızı ilə nikahından olan oğlu, Cavabdeh2 isə miras qoyanın ikinci nikahda olduğu arvadıdır. X5 əvvəlki arvadı Cavabdeh2 Məmməd qızı ilə nikahından iddiaçıdan başqa 2 övladı da (cəmi 3 uşaq) olmuşdur- X13 və X22. İddiaçının valideynləri Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci il tarixdə, X11 xx.xx.2021-ci ildə ölmüşdür. Ölməmişdən əvvəl ev şəraitində verdiyi xx.xx.2021-ci il tarixli vəsiyyətnaməyə görə, Muradxan Şükürov ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 vəsiyyət etmişdir. X19 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: X2 tərəfindən xx.xx.2021-ci il tarixdə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakının ikinci arvadı Cavabdeh2 vəsiyyət edilməsi haqqında Hacıqabul rayon notariat ofisi tərəfindən tərtib edilmiş vəsiyyətnamədən o, bacısı X13 və qardaşı X22 bir neçə ay əvvəl xəbər tutmuşlar və narazıdırlar. 19 mart 2021-ci il tarixdə xəstə olan X2 öz hərəkətlərini, onun nəticələrini dərk etməyən vəziyyətdə olmuş, vəsiyyətnamə ona məcburən imza etdirilməklə alınmışdır. İddiaçı ərizəsində göstərmişdir ki, valideyinləri X11 ilə Cavabdeh2 Məmməd qızı 1975-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan onların 3 övladı olmuşdur: İddiaçı xx.xx.1976-cı ildə, X22 1977-ci ildə, X13 1980-ci ildə anadan olmuşlar. Onlar hər üçü ata-anası ilə birgə atası tərəfindən sarğıçı işlədiyi Əli-Bayramlı (indiki Şirvan şəhəri) “Cihazlar zavodu”ndan 30 iyun 1987-ci ildə 395 nömrəli order əsasında aldığı 4 otaqlı evdə həmin vaxtdan qeydiyyata düşməklə yaşamışlar və hazırda da ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bu ev atasının sağlığında özəlləşdirilməmişdir. Evə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış atasının ölümündən sonra alınmışdır. Övladlar mənzilin özəlləşdirilməsində iştirak etməmişlər. ünvan 2-də həyat yoldaşı X23 və 3 övladı da qeydiyyatdadırlar. Anası Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci il tarixdə avtomobil qəzasında vəfat etmişdir. X2 tək qalmasın deyə ehtiyacı olduğu üçün xx.xx.2007-ci il tarixində cavabdeh Hüseynova (Şükürova) Şəfiqə Məstəli qızı ilə evlənərək rəsmi nikaha girmişlər. Sonradan onlar- o, bacısı X13 və qardaşı X22 müvəqqəti qalaraq Rusiyaya gedərək orada işləməyə başlamışlar. Atası 2021-ci ilin əvvəllərində ağır insult keçirtmişdir. Bədəninin sol tərəfi, əli və ayaqları işləməmiş, yataq xəstəsi olmuşdur. O, evdə və X17 müalicə olunurdu. Atasının ikinci arvadı Şükürova (Hüseynova) Şəfiqə Məstəli qızı ona qulluq edirdi. Sonra eşitmişdir ki, Cavabdeh2 19 mart 2021-ci ildə atasının xəstə, imkansız, anlaqsız vəziyyətdə olmasından istifadə edərək onu aldadaraq ondan bütün daşınar və daşınmaz əmlakın ona vəsiyyət edilməsi barədə qanunsuz yolla vəsiyyətnamə əldə etmişdir. Eşitmişlər ki, əvvəlcə Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət etsələr də, atasının ağır xəstəliyi səbəbindən, eləcə də vəsiyyətnamə vermək iqtidarında olmadığı üçün Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Bundan sonra cavabdeh Şükürova X16 rayon notariat ofisinə müraciət edib, onunla razılaşaraq gəlib xəstə, özünü idarə edə bilməyən, hərəkət edə bilməyən, danışa bilməyən atasından qanunsuz yolla, məcburi imza etdirməklə (nəyə qol çəkdiyini, imza etdiyini bilməyən, oxumaq iqtidarında olmayan) atasından cavabdehin arzusuna uyğun vəsiyyətnamə almışdır. Vəsiyyətnamə alınarkən orada tanımadığı iki şahid X39, Şahid4 olsa da, orada mütəxəssis- həkim olmamışdır ki, atasının vəsiyyətnamə verməyə fiziki cəhətdən imkanını, sağlamlığını yoxlayıb rəy versin. Bu səbəbdən, müvafiq ekspertiza keçirilərək mütəxəssis həkim-ekspert rəyi alınmasından ötəri ekspertiza təyin edilməsini xahiş edirlər. İddiaçı onu da qeyd etmişdir ki, xx.xx.2021-ci ildə atası tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən sonra əmisi X9 və digər qohumlar, yaxın şəxslər ünvan 3 ünvanına – atasının yanına gəlib ondan yaşadıqları ünvan 2 ünvanında yerləşən evin bütövlükdə və ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda atası bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun həmin evə aidiyyəti yoxdur. Yaşadığı ünvan 6 ünvanındakı evdən isə evin yalnız bir otağını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Xəstə atası onda onu da bildirmişdir ki, Hacıqabul notariusunun tərtib etdiyi vəsiyyətnamədən imtina edir, vəsiyyətnamədə yazılanlardan xəbəri yoxdur, vəsiyyətnaməni oxumamışdır, oxuya bilmir, orada nə yazıldığını, nəyə imza etdiyini bilmir, ona görə də notariusun təzədən gətirilməsini və yaşadıqları ünvan 3 ünvanındakı evin yalnız bir otağının arvadı Cavabdeh2 verilməsi barədə vəsiyyət etmək istədiyini bildirmişdir. Bundan sonra əmisi X9 və digər qohumlar, yaxın adamlar Hacıqabul rayon Dövlət Notariusu Nümayəndə2 yanına gedib bu haqda ona bildirmişlər və öz etirazlarını və atasının sözlərini ona çatdırmışlar. Notarius Nümayəndə2 onların dediklərinə etiraz etməmiş, onlarla birlikdə atasının yanına gəlmişlər. Bu zaman Cavabdeh2, əmisini və digər şəxsləri atasının yanına buraxmamış, notarius Nümayəndə2 isə 2 şahidlə birlikdə atasının yanına gəlib onu yenidən dinləmişdir. Atası ona xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsini və yaşadıqları ünvan 2 ünvanındakı evdən yalnız bir otağın arvadı Cavabdeh2 verilməsi barədə vəsiyyətnamə tərtib etməsini notariusdan tələb etmişdir. Notarius da ona söz vermişdir ki, sabah gəlib dediyi kimi yeni vəsiyyətnamə tərtib edəcək, əvvəlki vəsiyyətnaməni isə ləğv edəcəkdir. Notarius Nümayəndə2 bütün bu olanları telefonuna çəkib, çəkilənləri əmisinə göstərmiş, onları arxayın etmişdir ki, indi gedib xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni ləğv edəcək, sabah isə gəlib atası Muradxan Şükürovun dediyi kimi yaşadıqları evin yalnız 1 otağının Cavabdeh2 vəsiyyət edilməsi barədə vəsiyyətnamə tərtib edəcəkdir. Bundan əlavə, videoçəkilişi də notarius Nümayəndə2 həmişə özündə saxlayacağını bildirmişdir. Əmisigil notarius Nümayəndə2 arxayın olduqlarına görə hesab etmişlər ki, notarius əvvəlki xx.xx.2021ci il tarixli vəsiyyətnaməni ləğv edib atasının adından onun dediyi kimi yalnız 1 otağın Cavabdeh2 verilməsi barədə vəsiyyətnamə tərtib edəcək. Bütün bu olanları şahid qismində əmisi X9, orada olan şahidlər, qohumlar, eləcə də Hacıqabul rayon Notariat Ofisinin Notariusu Nümayəndə2 məhkəmədə gəlib təsdiq edə bilərlər. Lakin bir neçə ay bundan əvvəl ona, qardaşı Ramilə, bacısı Gülnarəyə, əmisi Məmmədxana və başqa qohumlara məlum olmuşdur ki, Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni ləğv etməmiş, eləcə də atasının adından yeni vəsiyyətnamə tərtib etməmişdir. Mülki iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixli vəsiyyətnamə əsasında ünvan 3 ünvanındakı evi və ünvan 7nda yerləşən torpaq sahəsini və iki mərtəbəli bağ evini öz adına keçirmək məqsədi ilə Şirvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir, lakin notarius Əlixan Şirvanov notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar verərək Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamənin və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh2 isə bununla əlaqədar digər orqanlara müraciət etmişdir. Şirvan şəhərində yaşayan əmisi, qayınatası və digər qohumlar bununla əlaqədar Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 müraciət etdikdə o bildirmişdir ki, istənilən orqanda və məhkəmədə X2 tərəfindən yaşadıqları ünvan 3 ünvandakı evdən yalnız 1 otağının Cavabdeh2 vəsiyyət edilməsi barədə ifadə verə bilər. Cavabdeh2 atası tərəfindən yalnız 1 otağın vəsiyyət edilməsini digər şahidlər və sübutlar da təsdiq edir. Cavabdeh2 atasının xəstəliyindən onların (onun övladlarının) Azərbaycanda olmaqlarından sui-istifadə edərək atasına və onlara (vərəsə kimi onun övladlarına məxsus) atasının adına olan sənədləşdirdiyi bütün daşınar və daşınmaz əmlakları öz mülkiyyətinə keçirmək istəyir. Birinci instansiya məhkəməsində cavabdeh Hacıqabul rayon notariat ofisinin notariusu Nümayəndə2 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Anar Əliyevin müraciəti əsasında ofisdən kənar vəsiyyətnamə tərtib edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən özü (notarius) orada olmamışdır. Lakin sonradan miras qoyan Muradxanın qardaşı Məmmədxanın ona müraciətindən sonra yenidən vəsiyyətnamə tərtib edilməsi üçün Muradxanın yaşadığı evə getmişlər. Lakin vəsiyyətnaməni qoyan şəxsin keçmiş arvadı onu evə buraxmadığından yenidən vəsiyyətnamə tərtib edə bilməmişlər. Şükürov Muradxanın qardaşına bildirmişdir ki, qarşı tərəfi razılığa gətirsinlər, gün təyin etsinlər, o da gəlib yeni vəsiyyətnamə tərtib edərək rəsmiləşdirsin. Lakin tərəflərin sonradan müraciəti olmadığından o, yeni vəsiyyətnaməni tərtib etməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi Nümayəndə1 Mayis oğlu iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, vəsiyyətnamə tərtib edilərkən hər şey şəffaf şəkildə, qanunvericiliyin tələbinə uyğun olmuşdur. X11 həmin andan bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim A.Məmmədli) 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X10 cavabdehlər Hacıqabul rayon notariat ofisininə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı X19 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Şikayətə görə, məhkəmə iddia tələbində qeyd edilən dəlillərlə bağlı heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən verilmiş vəsatət əsasında göstərən şahidlərdən yalnız X3 ifadəsini almış, digər şahidlər X20 və X6 məhkəməyə gəlməsinə baxmayaraq onların ifadələrini almamışdır. Bundan əlavə, X4 xx.xx.2021-ci il tarixli vəsiyyətnamə alınarkən əvvəlcə Şirvan şəhər Notariat Ofisinə müraciət olunub, notarius evə gəlib X5 xəstə olduğunu görüb, onunla söhbət edib, lakin onun vəsiyyətnamə vermək iqtidarında olduğunu görüb vəsiyyətnamə tərtib etməkdən imtina etmişdir. Bu hal iddia ərizəsində qeyd olunsa da, məhkəmə zamanı Şirvan şəhər notariusunun məhkəmədə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə onu dindirməmişdir. Şirvan şəhər Notariusu vəsiyyətnamə tərtib etməkdən imtina etdikdən sonra Cavabdeh2, X32 Hacıqabul rayon Notariat Ofisinə göndərmişdir. Orada aparıcı mütəxəssis X24, Anar Əliyevlə razılaşaraq heç bir ərizə almadan, qeydiyyat kitabında səhv qeyd apararaq (Muradxanın adını Nadirxan yazmışdır) ünvan 8 ünvanına getmiş, orada xəstə vəziyyətdə olan, öz hərəkətlərini dərk etməyən X4 ona məxsus daşınar və daşınmaz əmlakın arvadı Cavabdeh2 vəsiyyətnamə verməsi barədə razılıq almışdır. Lakin bu vəsiyyətnaməni o yox, X26 Nümayəndə2 imzalayaraq möhürləmişdir. Bu, qanuna ziddir. Belə ki, notarius şəxsən özü vəsiyyət edəni dinləməli, şəxsin sağlamlığına əmin olduğdan sonra vəsiyyətnaməni tərtib etməli, şəxsə imzalatdırmalı, özü imzalamalı, möhürləməlidir. Lakin vəsiyyətnamə tərtib edilən gün notarius vəsiyyət edən X7 görməmişdir. Cavabdeh Hacıqabul Notariusu Nümayəndə2 məhkəmədə ifadə verərkən iddianı qəbul etdiyini bildirmişdir. (Lakin məhkəmə qətnamədə bu barədə heç nə yazmamişdır). Bundan əlavə, notarius Nümayəndə2 məhkəmə zamanı bildirmişdir ki, vəsiyyətnamə vermiş M.Q.Şükürovun qardaşı Məmmədxan Şükürov və digər qohumları hadisədən bir neçə gün sonra onun yanına gəlib bildirmişlər ki, vəsiyyətnamə düzgün tərtib edilməyib, belə ki, Şükürov Muradxan, arvadı Cavabdeh2 bütün əmlakını vəsiyyət etmir, yaşadıqları ünvan 9 ünvandakı 4 otaqlı evdən yalnız 1 otagını Şəfıqəyə verir, 1 otağı vəsiyyət edir və indi səni evdə gözləyir. Onlarla birlikdə Muradxan Şükürovun olduğu evə getmiş, lakin əvvəlcə Cavabdeh2 onu və İddiaçı qardaşıgili evə buraxmamış, ona “dünən gələn notariusam” deyərək aldadıb evə tək girib özünü təqdim etmiş, İddiaçıla təklikdə danışmaq istəmişdi. Bu zaman İddiaçı xəstə halda yataqda uzanmışdı. Lakin yenə də Cavabdeh2 ona mane olmağa başlayıb qapının aralığında durmuşdu. Notarius hər şeyi əl telefonuna çəkməklə ondan hansı əmlakını arvadı Şəfiqəyə vəsiyyət edirsən, deyə soruşmuş, Muradxan Şükürov demişdir ki, dünən yaxşı başa düşməmişdir. Vəsiyyət edən bildirmişdir ki, bağ evini oğlu Müşviq öz pulu ilə tikib, həmin ev oğlunundur. O, yaşadığı 4 otaqlı evdən 1 otağı Şəfiqəyə vəsiyyət edir. Şəfiqə isə onun sözünü kəsərək əl barmaqları ilə 2 göstərərək 2 otaq ver, 2 otaq vəsiyyət elə deyirdi. Lakin Cavabdeh2 yeni vəsiyyətnamə tərtib etməyə imkan verməmişdir. Notarius evi tərk etmiş, səhərisi gün gəlib vəsiyyətnamə tərtib edəcəyini demiş, ya da İddiaçı bir az sağalandan sonra gətirmələrini tapşırmışdır. Şikayətə görə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları, ifadələri nəzərə almamış, iş üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, o cümlədən digər şahidləri dindirməmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə vəsiyyətnamə verməyə xəstəliyinin imkan verib-verməməsinə, psixi vəziyyətinə, öz hərəkətlərinin nəticələrini dərk edib-etməməsinə aydınlıq gətirilməmişdir. Mütəxəssis və ekspert rəyi alınmasından ötrü ekspertiza təyin etməli olduğu halda bunları etməməklə iş üzrə mühüm əhəmiyyət kəsb edəcək halları araşdırmadan əsassız qətnamə qəbul etmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, vəsiyyətnamə verilərkən mərhum Muradxan Şükürov yataqda xəstə, paralic vəziyyətində olmuş və özündə olmamışdır. Vəsiyyətnamə imzalan vaxt Hacıqabul Notariusu yerində olmadığına görə onun yerinə işçisi Qızyetər getmişdir. Sonradan mübahisə yarandığına görə Hacıqabul rayon notariusu özü təkrar evə gəlsə də cavabdeh onu evə buraxmamışdır. İddiaçı, iş üzrə şahidlər- Anar Əliyevin və Məmmədxan Şükürovun ifadələrinin də nəzərə alınmasını xahiş etmişdir. Belə ki, iddiada Anar Əliyevi şahid kimi göstərsə də birinci instansiya məhkəməsi onun dindirilməsini təmin etməmişdir. Bundan başqa, miras qoyanın xəstəliyi ilə bağlı müvafiq sənədləri də təqdim etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmiş, işin halları ilə bağlı izahatında bildirmişdir ki, hazırki iş üzrə şahid olan Anar Əliyev notariat ofisinə yaxınlaşaraq ev şəraitində vəsiyyətnamə tərtib etmək lazım olduğunu bildirmişdir. Onun işi çox olduğuna görə işi notariat kontorunun mütəxəssisi İmanova Qızyetərə həvalə etmişdir. Vəsiyyətnamə əvvəlcə notariat ofisində kompyuterdə tərtib edilmiş, çap edildikdən sonra Q.İmanova şahidlərlə evə getmişlər. Şahidlər vəsiyyətnaməyə həmin ünvanda qol çəkiblər. Sonradan vəsiyyət edənin qardaşı Məmmədxan Şükürov ona müraciət edərək, vəsiyyətnamənin düzgün tərtib edilmədiyini bildirmişdir. Ona görə o, həmin evə getmişdir. X30, əvvəl başa düşmədiyini, oğlunun ayrı evi olduğunu, bu evin ona, bağ evinin isə oğluna məxsus olduğunu bildirmişdir. Muradxandan vəsiyyətnamə ilə bağlı soruşduqda o, bildirmişdir ki, bu evdən bir və ya iki otağını (dəqiq yadında deyil) vəsiyyət edir. Ona görə də yeni vəsiyyətnamə tərtib etmək üçün həmin ünvana getmiş, lakin cavabdeh xanım sonrakı vəsiyyətnaməni tərtib etmək üçün ona şərait yaratmamışdır. Sonra vəsiyyətnamə tərtib etmək ona görə lazım idi ki, qanunun tələbinə görə vəsiyyət edənin sonuncu iradəsi əsas götürülür. Notarius onu da qeyd etmişdir ki, vəsiyyət edənin sonradan ona bildirdiklərini telefona çəkmiş, lakin telefonu format olduğundan həmin videoçəkiliş qalmamışdır. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, vəsiyyətnamə yazılan zaman notarius özü orada olmayıb. Məhrum həyat yoldaşı dizində müəyyən problem olduğu üçün oturmuşdur. Övladları heç vaxt onunla maraqlanmayıb, ancaq o özü yoldaşına baxmışdır. Həyat yoldaşı nəyi vəsiyyət etdiyini bilmişdir, bütün əmlakını ona vəsiyyət etmişdir. Notarius özü orada olmasa da notariusun işçisi Qızyetər orada olmuşdur. Notariusun özü sonrada gecə vaxtı gəlmişdir, yoldaşı ilə danışanda onu otaqdan çıxarmaq istəmişdir. Vəsiyyətnamə veriləndə notariusun özü orada olmadığından, onun nə vəsiyyət edildiyindən xəbəri olmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərin qəbul etməyərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, şahidlər vəsiyyətnaməyə özləri imza ediblər, vəsiyyət edən özü də imza etmişdir. Mərhum Muradxan, ona baxanın həyat yoldaşı olduğunu bildirərək bütün əmlakını həyat yoldaşına vəsiyyət etdiyini bildirmişdir. Vəsiyyətnamə imzalananda notarusun nümayəndəsinə də ona həyat yoldaşı baxdığını bildirərək əmlakını ona vəsiyyət ediyini qeyd etmişdir. Həmçinin vəsiyyətnamə imzalananda mərhum Muradxan Şükürov anlaqlı vəziyyətdə olmuşdur. Nümayəndə izahatında onu da qeyd etmişdir ki, apellyasiya baxışında yeni sübutların qəbul edilməsi yolverilməzdir, ona görə şahid Anar Əliyevin izahatı və vəsiyyət edənin xəstəliyi ilə bağlı sonra təqdim edilmiş sənədlər də nəzərə alınmamalıdır, belə ki, bu sübutlar barədə birinci instansiya məhkəməsində vəsatət verilməmişdir. Cavabdeh2 nümayəndəsi vəsiyyətnamənin etibarsızlığı ilə bağlı iddia müddətinin ötürüldüyünü də əlavə etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X22 və X13 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gələməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, iddiaçının X2nun 1975-ci ildə rəsmi nikahda olduğu Cavabdeh2 Məmməd qızından 3 övladı- 1976-cı il təvəllüdlü İddiaçı, 1977-ci il təvəllüdlü X22 və 1980-ci il təvəllüdlü X13 olmuşdur. İddiaçının anası Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci ildə ölmüşdür. X11 xx.xx.2007-ci ildə Cavabdeh2 ilə ikinci nikaha daxil olmuşdur. X11 xx.xx.2021-ci ildə ölmüşdür. Təqdim edilmiş sənədlərdən görünür ki, X5 adına xx.xx.2012-ci il tarixdə Şirvan şəhəri, Xaqani küçəsi, 226 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi, həmçinin xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Xaqani küçəsi 30 saylı evin 18 saylı mənzilin bir hissəsi qeydiyyatdan keçmişdir. Təqdim edilmiş digər sənədə görə, Şirvan şəhəri, Xaqani küçəsi, 30, mənzil 18 (Yeni qaydalarla Şirvan şəhəri, Xaqani küçəsi, 262, M4,M2) daşınmaz əmlakın dövlət reyestrində X5, Cavabdeh2 Məmməd qızının, İddiaçı, X14 və X8 ümumi birgə mülkiyyəti kimi xx.xx.2022ci il tarixdə qeydiyyatdan keçmişdir. Ev şəraitində verdiyi xx.xx.2021-ci il tarixli vəsiyyətnaməyə görə, X11, ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Hazırki tələbində iddiaçı X1 rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180. Vəsiyyətnamənin notarius tərəfindən yazılması 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1229. Vəsiyyətnamənin etibarsızlığı halında mirasın alınması Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Maddə 337. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür. Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. Qanunun tələbinə görə, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır (Maddə 3). Həmin Qanunun 9-cu maddəsində notariusun vəzifələri təsbit olunmuşdur. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Maddə 33. Notariat hərəkətlərinin aparıldığı yer Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər. Notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş əsasında notariat hərəkətinin aparılması vaxtı (tarix və saat) razılaşdırıldıqdan, dövlət rüsumu və haqq ödənildikdən sonra bu Qanunla müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Notariuslar müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemindən istifadə edirlər. Maddə 47. Vəsiyyətnamələrin təsdiq edilməsi Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müvafiq bəndlərinə əsasən, notariat hərəkətlərini dövlət notariusu (böyük dövlət notariusu, dövlət notariusu) və xüsusi notarius aparır (3-cü bənd). Qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə, notariat hərəkətləri Azərbaycan Respublikasının bütün ərazisində hər hansı dövlət notariusu və ya xüsusi notarius tərəfindən aparıla bilər (14-cü bənd). Həmin Təlimatın 15-ci bəndində notariat hərəkətlərinin aparıldığı yerlə bağlı qaydalar nəzərdə tutulmuşdur.

15. Notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar (vərəsəlik şəhadətnamələrinin, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, mirasın qorunması üçün tədbirlərin görülməsi, icra qeydlərinin aparılması və dəniz protestinin tərtib edilməsi) istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparılır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs (sosial xidmət müəssisəsində yerləşdirilən şəxslər istisna olmaqla) tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın məbləğini müəyyən edən meyarlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Ofisdən kənar notariat hərəkətlərinin aparılması zamanı ödənişlər POS-terminallar, ödəniş sistemləri, yaxud yaxınlıqda olan banklar vasitəsilə, habelə notariuslar tərəfindən qəbz verilməklə nağd şəkildə qəbul edilir. Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunur. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Notariat ofisindən kənarda videoyazı vasitəsilə notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında, habelə “Elektron ədliyyə köşkü” və ya “Mobil notariat qovluğu” proqram təminatı üzərindən aparıla bilər. “Elektron ədliyyə köşkü”nün quraşdırıldığı yer və onlarla işləyən notariuslar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərtib etdiyi “Mobil notariat qovluğu” proqram təminatı ödənişsiz onlayn satış məntəqələrindən əldə edilir və istifadəçinin avadanlığının (mobil telefon, kompüter, planşet və s.) üzərinə yüklənilir. İstifadəçi müvafiq səhifəyə daxil olduqdan sonra istifadə qaydaları ilə tanış olur və əməliyyatı həyata keçirir. Bu halda müraciət edənin öz iradəsini aydın ifadə etməsinin təminatı kimi verdiyi əlavə telefon nömrələri ilə əlaqə saxlanılaraq, aparılmış notariat hərəkətlərinin onun iradəsinə uyğunluğu bir daha yoxlanılır. Video və audio materiallar tərtib olunan yer qapalı, səs-küydən və digər şəxslərin təsirindən kənar olmalıdır. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, tərəfin öz iradəsini əks etdirən video və audio materiallar tərtib olunur və notariat hərəkətinin “Elektron notariat” informasiya sistemindəki eyniləşdirmə nömrəsinə bağlanılaraq, məlumat bazasında saxlanılır. Tərtib olunmuş video materiallarda tərəfin üz təsviri aydın görünməli, onun hər hansı formada və səbəbdən tam və ya qismən örtülməsinə yol verilməməli, kadrda başqa şəxs olmamalıdır. Tərtib olunmuş audio materiallarda tərəfin səsləndirdiyi sözlər aydın eşidilməli, başqa səslər ona qarışmamalıdır. Videoyazı vasitəsilə həyata keçirilən notariat hərəkətlərinin notariat ofisindən kənarda bir iştirakçısı olmalıdır. İki və daha çox tərəfin iştirakı ilə aparılan notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında aparıla bilər. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, notarius şəxsin zahiri görkəminin fotoşəklə uyğunluğu, habelə proqram təminatı vasitəsilə müəyyən edilən ünvanı (olduğu yer) haqqında qeyd aparır və sənəd üzərində “notariat hərəkəti videoyazı vasitəsilə rəsmiləşdirilmişdir” sözlərini yazır. İki notarius arasında videokonfrans əsasında videoyazı vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsi üçün iştirakçılar müxtəlif notariuslara müraciət etməli, notariuslar isə “Elektron notariat” informasiya sistemi vasitəsilə öz aralarında videokonfrans qurub əməliyyatı rəsmiləşdirməlidirlər.

Apellyasiya məhkəməsinin mövqeyi

Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını dügün tətbiq etməmişdir. Kollegiyanın mövqeyinə görə, mübahisəli xx.xx.2021-ci il tarixli vəsiyyətnamə tərtib və təsdiq edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və qüvvədə olan digər qanunverilcilik aktları ilə müəyyənləşdirilmiş qaydalar kobud şəkildə pozulmşdur. Qanunun tələbinə görə, notariat fəaliyyəti, bu fəaliyyətlə peşəkarcasına məşğul olan şəxs- notarius tərəfindən həyata keçirilir. Notarius fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Müəyyən edilir ki, mübahisələndirilən vəsiyyətnamə notariat ofisindən kənar tərtib edilmişdir. İzahatlardan və təqdim edilmiş digər sübutlardan görünür ki, vəsiyyətnamə tərtib edilərkən Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (notariat hərəkətlərini) aparmağa müvəkkil edilmiş şəxs- notarius iştirak etməmişdir. Cavabdeh- Hacıqabul rayon notariat ofisinin notariusunun bildirdiyinə görə, (iş üzrə şahid olan) Anar Əliyev adlı şəxs notariat ofisinə yaxınlaşaraq ev şəraitində vəsiyyətnamə tərtib etmək lazım olduğunu bildirmiş, o, notariat əməliyyatını aparmağı notariat kontorunun mütəxəssisinə həvalə etmişdir. Müəyyən edilir ki, vəsiyyətnamə Qanunda nəzərdə tutulduğu kimi vəsiyyət edənin sözlərindən tərtib edilməmişdir. Notariusun və şahidlərin bildirdiyinə görə, vəsiyyətnamə əvvəlcə notariat ofisində kompyuterdə tərtib edilmiş, çap edildikdən sonra notariat kontorunun mütəxəssisi şahidlərlə vəsiyyət edənin evinə getmişlər. Ofisdə tərtib edilmiş vəsiyyətnamə evdə imzalanmış, sonra notariat ofisinə gətirilib ofisdə təsdiqlənmişdir. Vəsiyyətnamə, notarius tərəfindən yazılmamış və qanunda nəzərdə tutulduğu kimi, notariusun yanında vəsiyyət edənin özü tərəfindən oxunmamışdır. Vəsiyyətnamə tərtib edilməmişdən əvvəl vəsiyyət edənə onun hüquqları notarius tərəfindən izah edilməmiş, onun bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün ona müvafiq hüquqi köməklik göstərilməmiş, eləcə də hüquqi məlumatsızlığın vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə vəsiyyət edən notarius tərəfindən xəbərdar edilməmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə, notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Qanunvericiliyin bu tələbinə də əməl edilməmiş, vəsiyyətnamə notariat ofisindən kənarda səyyar qaydada tərtib edilərkən kompüter, printer, skaner, kamera və s. kimi avadanlıqlardan istifadə edilməmiş, notariat əməliyyatı fiksasiya edilməmişdir. Cavabdeh Hacıqabul rayon notariat ofisinin notariusu iddianı qəbul etmiş, vəsiyyətnamənin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Notarius izahatında bildirmişdir ki, sonradan vəsiyyət edənin qardaşı Məmmədxan Şükürov ona müraciət edərək, vəsiyyətnamənin düzgün tərtib edilmədiyini bildirmiş, ona görə o, vəsiyyət edənin evinə getmiş, orada vəsiyyət edən Muradxan Şükürov ona etdiyi vəsiyyətnaməni başa düşmədiyini, oğlunun ayrı evi olduğunu, bu evin özünə, bağ evinin isə oğluna məxsus olduğunu, bu evdən bir və ya iki otağını (dəqiq yadında deyil) vəsiyyət etdiyini bildirmişdir. Notariusun bildirdiyinə görə, vəsiyyət edənin son iradəsini ifadə edən yeni vəsiyyətnamə tərtib etmək üçün həmin ünvana getmiş, lakin vəsiyyət edənin arvadı (cavabdeh) sonrakı vəsiyyətnaməni tərtib etmək üçün ona şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, müvafiq nəticəyə gəlmək üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara düzgün qiymət verilməmiş, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini, işin yuxarıda sadalanan faktiki hallarını, habelə cavabdeh Notariusun etirafı ilə bağlı izahatını nəzərə almamışdır. Cavabdeh2 nümayəndəsi izahatında, eləcə də birinci instansiya məhkəməsində təqdim etdiyi etirazında iddia müddətinin ötürdüyünü də qeyd etmişdir. Belə ki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Mayis oğlu elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi ərizəsində göstərmişdir ki, vəsiyyətnamə verildliyi tarixdən xx.xx.2021-ci il tarixdən iddianın məhkəmədə qaldırıldığı xx.xx.2024-cü il tarixinə kimi 3 il müddət keçmişdir, birtərəfli əqdlərin etibarsızlığı üzrə iddia müddəti isə 1 ildir. İddiaçı vəsiyyətnamənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddəsinə əsasən hazırki mülki mübahisəyə iddia müddəti tətbiq edilməli, İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının mübahisəli əqddən məlumatı olmuş, lakin iddia tələbini 3 il müddət ötdükdən sonra irəli sürmüşdür. Yəni iddia tələbi əsaslı olduğu təqdirdə belə, artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə iddianın qaldırılması aşkardır. Kollegiya bu hissədə də məhkəmənin mövqeyini əsassız sayır və iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İlk növbədə qeyd edilməlidir ki, əqdin əhəmiyyətsizliyinin təsbit edilməsi ilə bağlı müddət yoxdur. Belə ki, Qanunun tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə, maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllə, maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə, maddə 337.4). Bununla yanaşı, qüvvədə olan qanunvericilikdə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin həmin Qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir ki, bu da MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməli, iddia təmin edilməli, X11 tərəfindən verilmiş və Hacıqabul rayon notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə Cavabdeh2 150 manat alınıb X15 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

İddiaçı X10 apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(032)-658/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. X11 tərəfindən verilmiş və Hacıqabul rayon notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə Cavabdeh2 150 manat alınıb X15 ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar