Məhkəmə qərarları › İş №2(106)-1950/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1950/2023

25.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1950/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 və cavabdehlər Cavabdeh2 qızının, eyni zamanda onun və X6 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2 qızına qarşı, cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər X9, Cavabdeh2 qızına, X7, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehlər X9 və himayəsində olan, həyat yoldaşı Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-ci il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü Cavabdeh5, cəmi 5000 manat kompensasiya məbləğinin ödənilməsi ilə ünvan 1 ünvanından cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 50 m2 fərdi yaşayış evində adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında mülkiyyətçidir. Həmin ünvanda, onunla birlikdə, cavabdehlər qeydiyyatda olaraq yaşayırlar və son zaman onunla dözülməz kəskin münasibətlərə səbəb olmuşlar. İddiaçı mülkiyyətində olduğu evdən və yaşayış qeydiyyatından çıxmaq üçün qanunla nəzərdə tutulmuş 5000 manat kompensasiya məbləğini cavabdehlərə verilməsini təklif etmişdir, lakin həmin təklifə cavabdehlər tərəfindən cavab verilməmişdir. İddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlər X9 və himayəsində olan həyat yoldaşı Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-ci il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 Şirvan şəhəri Ərəblinski küçəsi ərazisində iddiaçının mülkiyyətində olan 2 otaqlı, yaşayış sahəsi 50 m2 mənzilə uyğun şəraitli evlərdə ən azı 2-3 il yaşamaq imkanı verəcəyindən (həmin ərazidə sahəsi 50 m2 qədər 2 otağlı mənzillərdə, riyeltor arayışına görə aylıq kirayə haqlarının 130-150 manat civarında olması müəyyən edilmişdir) bu hal 3 il müddətində 5000 manatadək kompensasiya məbləği ilə cavabdehlərin mənzilə istifadə hüquqlarının əvəzləşdirilməsini mümkün edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6, həmçinin onun həyat yoldaşı Cavabdeh2 qızının, cavabdehin uşaqları 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-ci il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbində göstərilən 5000 manat kompensasiya məbləğinin ünvan 1 ünvanında qeydiyyatda olan yalnız cavabdeh X9 verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh X12 və digər cavabdehlər Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014-cü il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 ünvan 2 ünvanında məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X12 və Cavabdeh2 qızı hər biri ayrı-ayrılıqda iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X6 vəkili Vəkil2 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi (Hakim: C.Mustafayev) ilə, İddiaçı cavabdeh X9 qarşı 5000 manat kompensasiya məbləği ünvan 2 ünvanında qeydiyyatda olan yalnız cavabdeh X9 verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh X12 və digər cavabdehlər Cavabdeh2 qızı, 2012-ci il təvəllüdlü qızı Cavabdeh3, 2014- cü il təvəllüdlü qızı Cavabdeh4 və 2015-ci il təvəllüdlü oğlu Cavabdeh5 ünvan 2 ünvanında məcburi çıxarılması tələbi barədə iddiası təmin edilməmişdir. Birinci instasniya bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına istinad etmişdir. Qətnamədən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məlum vəziyyətlə əlaqədar dəfələrlə Şirvan şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciətlər edilmişdir. Müraciətdə bildirilmişdir ki, iddiaçının həyat yoldaşı rəhmətə getdikdən sonra o başqa bir qadınla ailə qurmuşdur. Onun Ərəblinski küçəsində 2 otaqlı evi var və sahəsi 96 kv.m-dir. Həmin evdə oğlu Seymur, gəlini Mehriban 3 uşaqları ilə yaşayırlar. O isə həyətdə olan əl damında həyat yoldaşı ilə yaşayır. Oğlu Seymur və onun həyat yoldaşı Mehriban hər gün onları nalayiq söyüşlərlə söyüb təhqir edir. Gecəyarı oğlu Seymur gəlib qapını təpiklə vurur. O, onların hərəkətlərinə məhəl qoymur və istəmirik ki aralarında daha ciddi hadisələr olsun. Onlar isə sakitlik vermirlər. Hər gün gəlin Mehriban ona söz atır, o və yoldaşının əsəbləri ilə oynayırlar. O bir dəfə onların hərəkətlərindən polisə şikayət etmşdir. Gəlin Mehriban hər gün o qapının ağzından keçəndə söyür, təhqir edir, zibili, çirkli əskiləri gətirib onun qapısına atır. Kanalizasiya suyunu onun qapısına axıdır. Bir sözlə, nə oğlu və nə də gəlini onlarla yola getmir. Qohum-əqrəba iddiaçının evinə gələ bilmirlər. Oğlu və gəlinin onun iki göz evini zəbt ediblər. İmkan vermirlər ki, onun evində olan lazımi əşya, alətlərdən, cihazlardan istifadə edə. Hər gün onu polislə hədələyirlər. Oğlu və gəlini ona deyir ki, sizi çərlədib məhv edəcəyik. Onun üstünə hər cürə böhtanlar atırlar. Onun artıq 66 yaşı var. 2021-ci il tarixdən təqaüdə çıxmışdır. 48 il halal zəhməti ilə dövlətə işləmişdir. Bu yaşında oğlu və gəlini onu söyüb təhqir edir, şərəf və ləyaqətini alçaldırlar. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, ilk əvvəl cavabdeh İddiaçı 5000 kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsə də, hazırda kompensasiyanın məbləğini artıraraq 7500 manat verilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmasını tələb edir. Həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığından mənzildən məcburi qaydada çıxarılmasını tələb edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Odur ki, kollegiyadan Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinə əlavədə qeyd etdiyi cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinə əlavədə qeyd etdiyi cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qızı apellyasiya icraatı zamanı verdiyi izahatında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh X6 və Cavabdeh2 qızının vəkili Vəkil2 apellyasiya icraatı zamanı iddia tələbinə mövqeyindən aydın olur ki, hüquqlarının müdafiə etdiyi Seymur Quliyevin hər hansı məbləğdə kompensassiyanı qəbul etmir və anadan olduğu və böyüdüyü mübahisəli mənzildə yaşamaqda davam etmək istəyir. Odur ki, kollegiyadan İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdeh X3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə S. Quliyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, təklif olunan kompensasiya müəyyən müddətdə eyni şəraitli mənzildə yaşamasının təmin olunmasına kifayət etməməsi, həmçinin cavabdehin 20 ildən artıq müddətddə mübahisəli evdə yaşaması, bundan başqa X6 ailəli və üç uşağının olması, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə X6 digər Cavabdeh2 qızının azyaşlı uşaqları ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil3 vermiş olduğu apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı konteksindən sübutların tam, hərtərəfli və obyektiv qimətləndirilməməsinə görə tamamilə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, apellyasiya şikayətinə əlavədə qeyd etdiyi cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərflərin qarşlıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə olan sübutlarla əlaqəli tədqiq edərək müəyyən edir ki, iddiaçı iddia tələbini iki cavabdehə X9, və Cavabdeh2 qızına qarşı müxtəlif hüquqi əsasla yönəltmişdir. - Cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılmasına, - Həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılmasına yönəlmişdir. Kollegiya iddiaçının iddia tələbinin hər iki cavabdehə münasibətdə aşağıdakı qaydada ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Kollegiya İddiaçı cavabdeh X9 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılması tələbi ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan Şirvan şəhər sakini İddiaçı daşınmaz əmlakın Rieltor mərkəzinə yazılı verdiyi sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şirvan şəhərində 2 otaqlı mənzillərin kirayə aylıq qiyməti yüz otuz, yüz əlli manat civarında tənzimlənir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli İddiaçı verilmiş arayışdan görünür ki, Məhərrəmov Röyal, Məhərrəmova Şəhla, Cavabdeh3, Cavabdeh5, X12, Cavabdeh4 və X1 şəhər H.Ərəblinski küçəsin ev 21 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən İddiaçı tapşırığına əsasən X12 və onun ailə üzvlərinə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli 561 nömrəli məktubda X12 və ailə üzvləri Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 5000 manat kompensasiya məbləğinin ödənilməsi ilə həmin ünvanın qeydiyyatından başqa yerə yaşamaqları üçün çıxmaları təklif edilmişdir. İş materiallarında olanDaşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair aryışdan müəyyən edilir ki, Şirvan şəhər sakini İddiaçı mülkiyyətində olan mübahisə predmeti təşkil edən mənzil (evin) ümumi sahəsi 94,6 kv.m- yaşayış sahəsi 50,0 kv.m. köməkçi sahə 44,6 kv.m olmaqla 2 otaqdan ibarətdir. Həmin ərazidə kirayə haqqları ilə bağlı verilən arayış da 130-150 manat olması, dəhliz otaq hesab olunduğu halda isə 180-200 manat olması, mübahisəli evin (satış qiyməti) bazar dəyərinin isə 26000-28000 manat civarında dəyişməsi göstərilmişdir Kollegiya iddiaçının cavabdehlər X9, Cavabdeh2 qızına qarşı, cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığından mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılmasına dair iddia tələbindən müəyyən edir ki, İddiaçı tələbini cavabdehlər X9, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı o əsaslarla yönəldir ki, həyat yoldaşı rəhmətə getdikdən sonra o başqa bir qadınla ailə qurmuşdur. Onun Ərəblinski küçəsində 2 otaqlı evi var və sahəsi 96 kv.m-dir. Həmin evdə oğlu Seymur, gəlini Mehriban 3 uşaqları ilə yaşayırlar. O isə həyətdə olan əl damında həyat yoldaşı ilə yaşayır. Oğlu Seymur və onun həyat yoldaşı Mehriban hər gün onları nalayiq söyüşlərlə söyüb təhqir edir. Gecəyarı oğlu Seymur gəlib qapını təpiklə vurur. O, onların hərəkətlərinə məhəl qoymur və istəmirik ki aralarında daha ciddi hadisələr olsun. Onlar isə sakitlik vermirlər. Hər gün gəlin Mehriban ona söz atır, o və yoldaşının əsəbləri ilə oynayırlar. O bir dələ onların hərəkətlərindən polisə şikayət etmişdir. Gəlin Mehriban hər gün o qapının ağzından keçəndə söyür, təhqir edir, zibili, çirkli əskiləri gətirib onun qapısına atır. Kanalizasiya suyunu onun qapısına axıdır. Bir sözlə, nə oğlu və nə də gəlini onlarla yola getmir. Qohum-əqrəba iddiaçının evimə gələ bilmirlər. Oğlu və gəlinin onun iki göz evini zəbt ediblər. İmkan vermirlər ki, onun evində olan lazımi əşya, alətlərdən, cihazlardan istifadə edə. Hər gün onu polislə hədələyirlər. Oğlu və gəlini ona deyir ki, sizi çərlədib məhv edəcəyik. Onun üstünə hər cürə böhtanlar atırlar. Onun artıq 66 yaşı var. 2021-ci il tarixdən təqaüdə çıxmışdır. 48 il halal zəhməti ilə dövlətə işləmişdir. Bu yaşında oğlu və gəlini onu söyüb təhqir edir, şərəf və ləyaqətini alçaldırlar. Odur ki, hesab edir ki, cavabdehlər X9, Cavabdeh2 qızına qarşı, cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılması, həmçinin digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılması təmin edilməlidir. Məhkəmə kollegiyası kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışılmalıdır: Mübahisəli evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərlə bağlı araşdırma apararaq müəyyən edir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli İddiaçı verilmiş arayışdan görünür ki, Məhərrəmov Röyal, Məhərrəmova Şəhla, Cavabdeh3, Cavabdeh5, X12, Cavabdeh4 və X1 şəhər H.Ərəblinski küçəsin ev 21 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəalarını nəzərə alaraq qeyd edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan mənzilində birgə yaşayış qaydaları dəfələrlə pozulduğundan və bu davamlı xarakter daşıdığından, mülkiyyətçi mülkiyyətində olan mənzilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olduğundan, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və onların həmin mənzilə hər hansı bir hüququnun olmamasını arzuladığından iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, mübahisə predmeti təşkil edən mənzil (evin) ümumi sahəsi 94,6 kv.m- yaşayış sahəsi 50,0 kv.m. köməkçi sahə 44,6 kv.m olmaqla 2 otaqdan ibarətdir. Həmin ərazidə kirayə haqqları ilə bağlı verilən arayış da 130-150 manat olması, dəhliz otaq hesab olunduğu halda isə 180-200 manat olması, mübahisəli evin (satış qiyməti) bazar dəyərinin isə 26000-28000 manat civarında dəyişməsi göstərilmişdir. bu zaman məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin özünün iki otaqlı olması və cavabdehlərin də iddiaçının mülkiyyətdə olan həmin yaşayış sahəsindən istifadə etməsi nəzərə alınarsa arayışda göstərilən məbləğ kompensasiya bağlı tələb üzrə dəyərləndirmə aparılarkən əsas götürülməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində iki müxtəlif hüquqi əsasa malik olan tələb ilkin olaraq 5000 manat daha sonra isə tələbinin hüquqi əsasını dəyişərək 7500 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbni irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən isə iddia tələbinə kompensasiya verməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmanı mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin indiki bazar qiymətinə uyğun olmadığı və həmin məbləğlə cavabdehin mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki şəraitə uyğun şəraitli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaları mümkün olmaması əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası xüsusi mülkiyyətdə olan yaşayış mənzilində iddiaçı ilə cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının mümkün olmamasını, cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının qeyri-mümkünlüyünün təsdiqi kimi cavabdehin qanunsuz hərəkətləri mülkiyyətçi kimi qanun ona verdiyi imkanlardan istifadə edə bilməməsi, mülkiyyətçi kimi mülkiyyətində olan mənzilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olmasını, iddiaçı tərəfindən təklif olunan məbləğlə cavabdehin başqa yerdə müəyyən müddət davamlı surətdə yaşamalarının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdeh X9 7500 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzilindən istifadə hüququna xitam verilməklə əmlakı ilə birlikdə həmin mənzildən çıxarılması təmin olunmalıdır. Kollegiya iddiaçının Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığndan mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılması tələbi ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X2 şəhər Qeydiyyat şöbəsində 23 yanvar 2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Quliyev arvada Quliyeva soyadı verilmişdir. Kollegiya iddiaçının Cavabdeh2 qızına qarşı cehiz əmlakları ilə birlikdə öz vəsaitin hesabına mülkiyyətində olan ünvan 1 saylı saylı mənzilindən çıxarılmasına dair tələbindən müəyyən edir ki, İddiaçı tələbini Cavabdeh2 qızına o əsaslarla yönəldir ki, oğlu X12 ilə Quliyeva X10 şəhər Qeydiyyat şöbəsində 23 yanvar 2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra mülkiyyətində olan evdə yaşayırlar. Cavabdeh2 qızı kimi çox istəmiş, övladlarından ayırmamış, həmişə hörmətini saxlamışdır. Yaşadıqları müddət ərzində mehriban yaşasalar da gəlini sonra da oğlu ona qarşı münasibətləri kəskin dəyişməyə başlamışdır. Belə ki, oğlu Seymur və onun həyat yoldaşı Mehriban hər gün onları nalayiq söyüşlərlə söyüb təhqir edir. Gecəyarı oğlu Seymur gəlib qapını təpiklə vurur. O, onların hərəkətlərinə məhəl qoymur və istəmirik ki, aralarında daha ciddi hadisələr olsun. Onlar isə sakitlik vermirlər. Hər gün gəlin Mehriban ona söz atır, o və yoldaşının əsəbləri ilə oynayırlar. O bir dəfə onların hərəkətlərindən polisə şikayət etmişdir. Gəlin Mehriban hər gün o qapının ağzından keçəndə söyür, təhqir edir, zibili, çirkli əskiləri gətirib onun qapısına atır. Kanalizasiya suyunu onun qapısına axıdır. Bir sözlə, nə oğlu və nə də gəlini onlarla yola getmir. Qohum-əqrəba iddiaçının evimə gələ bilmirlər. Oğlu və gəlinin onun iki göz evini zəbt ediblər. İmkan vermirlər ki, onun evində olan lazımi əşya, alətlərdən, cihazlardan istifadə edə. Hər gün onu polislə hədələyirlər. Oğlu və gəlini ona deyir ki, sizi çərlədib məhv edəcəyik. Onun üstünə hər cürə böhtanlar atırlar. Onun artıq 66 yaşı var. 2021ci il tarixdən təqaüdə çıxmışdır. 48 il halal zəhməti ilə dövlətə işləmişdir. Bu yaşında oğlu və gəlini onu söyüb təhqir edir, şərəf və ləyaqətini alçaldırlar. Bu səbəbdən səhhətinin daha da ağırlaşmaması səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Odur ki, cavabdeh gəlini Quliyeva X10 şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılmalıdır. Birinci insatnsiya məhkəməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasının təmin edilməməsini, cavabdehin 2012-ci ildən mübahisəli mənzilə köçərək yaşamasını təklif olunan kompensasiya məbləğinin az olması və cavabdehlərin ailəsi ilə birlikdə müəyyən müddətdə eyni şəraitli mənzildə yaşamasının mümkün olmamasını əsas göstərmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışıdır ki, iddiaçı kompensasiyanı yalnız oğlu cavabdeh X3 7500 manat kompensasiya verilməklə istifadə hüquqnun itirilməsi və mənzildən çıxarılmasını tələb etmiş, digər Cavabdeh2 qızının onunla mənzilə dair heç bir hüququ bağlılığı olmadığından mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə kompensasiya ödənilmədən çıxarılmasını tələb etmişdir. İşdən göründüyü kimi mübahisəli mənzil (ev) iddiaçının gəlin köçdüyü 2012-cı ildə mülkiyyət hüququ əsasında dövlət qeydiyyatında olmamışdır. Hazırda İddiaçı mülkiyyətindədir. Onunla Cavabdeh2 qızı arasında qeyd edilən yaşayış evində yaşamasına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qayınata ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqayisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvi (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 30.7-ci maddəsinin mənasından da görünür ki, qanunverici razılaşmanı hər hansı bir şərtlə (misal: yazılı və ya şifahi ola bilməsi ilə) əlaqələndirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçi ilə birgə yaşayan üç müxtəlif subyekt müəyyən edilmişdir: Mülkiyyətçinin ailə üzvləri; Digər qohumları; Vətandaş; Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Hazırki mübahisədən də müəyyən edilir ki, iddiaçı hələ mülkiyyətçi olmadığı vaxtda şəxsi razılığı əsasında cavabdehi (gəlinini) istifadə etdiyi mənzilə köçürmüşdür. İddiaçı mənzilin mülkiyyətçisinə çevrildikdən sonra cavabdeh ilə mənzildən istifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin müddəalarının tətbiqi zərurəti yaranır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Belə olan təqdirdə Cavabdeh2 ilə iddiaçının oğlu arasında nikahın ləğv edilibedilməməsindən asılı olmayaraq cavabdehin həmin mənzildə yaşaması üçün hər hansı bir hüququ yoxdur. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “ bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Odur ki, kollegiya hesab edir ki, İddiaçı Cavabdeh2 qızına qarşı mülkiyyətində olan Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə iddia əsaslıdır və təmin olunmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Həsəbala oğlu tərəfindən cavabdeh X15 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilsin və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılsın. Cavabdeh2 qızı isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar