Məhkəmə qərarları › İş №2(106)-1969/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1969/2024

19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1969/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən C.T. Mustafayevə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi və s tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-197/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə edərək, Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən C.T. Mustafayevə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 03 mart 2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evinin ikidə bir (1/2) hissəsində və həmin evin yerləşdiyi 0,08442 hektar ölçüdə həyətyanı torpaq sahəsinin 10/3 hissəsində iddiaçının məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla onunla əsaslandırmışdır ki, O, həmkəndlisi X10 ilə 2007-ci ildə el adətinə uyğun olaraq evlənib, ailə həyatı qurmuşdur. Lakin onlar faktiki nikah münasibətlərini 24 iyul 2019-cu il tarixdə rəsmiləşdirmişlər. O, evləndikdən sonra T.Ə.Mustafayevə məxsus Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,08442 hektar həyətanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 21.9 kvadratmetr olan fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə cehiz də gətirmişdir. Onun əri T.Ə.Mustafayev ondan əvvəl X5 ilə evli olmuş, lakin 2006-cı ildə onun ərinin birinci arvadı vəfat etmişdir. Həmin şəxslərin birgə nikahından Cavabdeh2, X9 və X7 adlı 3 uşaqları doğulmuşdur. O, evləndikdən sonra T.Ə.Mustafayev ilə sonuncuya məxsus fərdi yaşayış evində birlikdə yaşamış və onlar birlikdə təsərrüfat işlətmişlər. Onların birgə nikahından uşaqları olmamışdır. T.Ə.Mustafayev uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmiş və uzun müddət xəstəliyi ilə əlaqədar müalicələr almışdır. O, ərinin həmin xəstəlik müddətində maddi və mənəvi olaraq həmişə yanında olmuş, T.Ə.Mustafayevin qayğısına qalmışdır. Lakin 03 mart 2023-cü il tarixdə T.Ə.Mustafayev vəfat etmişdir. Vəfat etməzdən öncə T.Ə.Mustafayev vəsiyyət tərtib edərək, oğluna bütün əmlakını bağışlamışdır. Mərhum ərinin yas mərasimi onların birgə yaşadığı evdə təşkil edilmiş və o, üzrxahlıq üçün gələn bütün qonaqları şəxsən qarşılamışdır. T.Ə.Mustafayevin vəfatından sonra o, həmin evdə bir müddət yaşamış, lakin tək olduğu üçün sonradan qardaşının evinə köçərək, orada yaşamağa başlamışdır. O, vaxtaşırı olaraq həmin evə gəlib-getmişdir. Həmçinin onun cehizləri də həmin evdə qalmışdır. O, ərinin vəfatından sonra həmin şəxsin oğlu Ceyhunla ilə bir neçə dəfə əlaqə saxlamış və Cavabdeh2 hər dəfə onunla mehriban davranmış, miras əmlakla bağlı ona heç bir söz deməmişdir. Belə ki, mərhum ərindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,14 hektar torpaq sahəsi miras qalmışdır. O, Cavabdeh2 inanaraq, T.Ə.Mustafayevdən miras qalmış əmlaklarla bağlı hər hansı orqana sənəd üçün müraciət etməmişdir. Lakin o, məktəbdə olduğu vaxt qonşusu ona zəng edərək, cehizlərinin evdən çölə töküldüyü bildirmişdir. O, həmin evə getdiyi vaxt həqiqətən də cehizlərinin küçədə olduğunu görmüşdür. O, bununla bağlı Cavabdeh2 vəkilinə irad bildirsə də, həmin şəxs onun iradlarına heç bir məhəl qoymamışdır. O, cehizlərini qardaşının evinə aparmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Cavabdeh2 ondan xəbərsiz Biləsuvar rayon notariat ofisində vərəsəlik açdırmış və Biləsuvar rayon notariat ofisinin notariusu X8 tərəfindən Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamə verilmişdir. O, mərhumun arvadı kimi sonuncunun uşaqları ilə birlikdə birinci dərəcəli vərəsə hesab edilsə də, Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov tərəfindən qanunsuz olaraq ona heç bir məlumat verilmədən Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, onun həmin torpaqdan və evdən məcburi pay almaq hüququ vardır. Həmçinin Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov tərəfindən qanunsuz olaraq verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. O, həmin miras əmlakda məcburi paya malik olsa da, həmin sənədlər onun bütün hüquqlarından məhrum etmişdir. Buna görə də o, həmin sənədlərin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Çünki, onun mərhum ərindən miras qalmış evə və torpağa qanun üzrə vərəsləik zamanı ona çatmalı olan payın yarısı miqdarında məcburi pay almaq hüququna malikdir. Buna görə də o hesab edir ki, onun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən, ümumi sahəsi 221,9 kvadratmetr olan fərdi yaşayış evinin ikidə bir hissəsində və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsinin onda üç hissəsində məcburi payı müəyyən edilməlidir Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-197/2024 saylı qətnaməsi ilə (hakim R.Əliyev) İddiaçı iddiası qismən təmin edilmiş, X6 miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 adına verilmiş 06 sentyabr 2024-cü il tarixli, 2V-433 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1407 ölçüdə torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 12 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilmişdir. İddiaçı X3 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 aprel 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X6 tam mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,1407 ölçüdə torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsində məcburi payı 1/8 (səkkizdə bir) hissədə müəyyən edilmiş, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X4 izah edilmişdir ki, onlar ataları X3 miras qalmış, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,1407 ölçüdə torpaq sahəsinin 0,08442 hektar ölçüdə hissəsindən məcburi paylarının ayrılması barədə həmin daşınmaz əmlakın yerləşdiyi yer üzrə notariat kontoruna və ya məhkəməyə müraciət etməyə haqlıdırlar. İş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh2, digər hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh Biləsuvar rayon notariat ofisinin notariusundan və başqa bir hissəsi qismində isə 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsindən İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasını qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,1407 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlak T.Ə.Mustafayevə valideynləri Ə.Ə.Mustafayevdən və Z.R.Əskərovadan miras qalmışdır. Belə ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,15 hektar ölçüdə torpaq sahəsi T.Ə.Mustafayevin atası Ə.Ə.Mustafayevin və sonuncunun ailə üzvlərinin, o cümlədən T.Ə.Mustafayevin mülkiyyətinə verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN-289F seriyalı, 80807018 kodlu şəhadətnamədə torpağın mükiyyətçiləri qismində T.Ə.Mustafayevin valideynləri Ə.Ə.Mustafayev və Z.R.Əskərova, T.Ə.Mustafayev və onun qızları V.T.Mustafayeva və Cavabdeh2a göstərilmişdir. T.Ə.Mustafayevin və G.Q.Hüseynovanın faktiki nikah münasibətlərindən Cavabdeh2, V.T.Mustafayeva və Cavabdeh2a adlı uşaqları doğulmuşdur. 24 iyul 1993-cü il tarixdə T.Ə.Mustafayev və G.Q.Hüseynova faktiki nikah münasibətlərini rəsmiləşdirmişlər. G.Q.Hüseynova 09 mart 2006-cı il tarixdə vəfat etmişdir. T.Ə.Mustafayev 2007-ci ildə İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olmuş və tərəflər nikahlarını 24 iyun 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Həmin vaxtdan başlayaraq, İddiaçı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində T.Ə.Mustafayev ilə birlikdə yaşamışdır. T.Ə.Mustafayev valideynləri vəfat etdikdən sonra 21 aprel 2016-cı il tarixli, 2V-17 nömrəli və 2V-18 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış və bununla da valideynlərinin ölümündən sonra qalmış miras əmlakdan 1/1 hissədə pay almışdır. 26 aprel 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar ölçüdə torpaq sahəsinin 0,08442 hektar hissəsi və 221.9 kvadratmetr ölçüdə fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında T.Ə.Mustafayevin adına qeydə alınmışdır. 17 fevral 2023-cü il tarixdə T.Ə.Mustafayev vəsiyyatnamə tərtib edərək, ona məxsus bütün əmlakını birinci nikahıından doğulmuş oğlu Cavabdeh2 vəsiyyət etmişdir. T.Ə.Mustafayev 03 mart 2023-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində vəfat etmişdir. Cavabdeh2 04 avqust 2023-cü il tarixdə ərizə ilə Biləsuvar rayon notariat ofisinə müraciət edərək, T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakından Cavabdeh2 1/1 hissədə pay verilməsinə dair vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə həmin əmlaklar Cavabdeh2 adına qeydə almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə mülki iş materiallarına əlavə edilmiş sənədləri və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, mərhum T.Ə.Mustafayev bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etsə də, onun birinci dərəcəli vərəsəsi olaraq iddiaçı həmin əmlaklarda məcburi pay hüququna malikdir. Həmçinin İddiaçı mərhum T.Ə.Mustafayevdən qalmış əmlaklara məcburi pay hüququ mirasın qəbul müddətlərindən asılı deyildir. Həmçinin "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Həmin Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Həmçinin həmin Qərara görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Halbuki, iş materiallarında olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X.R.Məmmədov tərəfindən İddiaçı cavabdehin mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi və həmin mirasın qəbul edib-etməmələri barədə bildiriş məktubu 05 sentyabr 2023-cü il tarixdə tərtib edildiyi gündən bir gün sonra, yəni 06 sentyabr 2023-cü il tarixdə artıq notarius tərəfindən Cavabdeh2 mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov iddiaya yazılı etiraz ərizəsində iddiaçının mirasdan imtina qəbul edib-etməməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində reaksiya vermədiyinə görə İddiaçı mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair hüquqlarını itirdiyini bildirmiş və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Lakin iş materiallarından da göründüyü kimi, məcburi pay hüququ hər hansı müddətdən asılı edilmiş olsaydı belə, İddiaçı bu barədə xəbər verilməli və ağlabatan müddətdə əgər iddiaçıdan miras əmlakın qəbulu və imitina edilməsi barədə reaksiya gəlmədikdə, Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Bununla da Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq, notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almamaqla yanaşı, digər vərəsələrin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmədən, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 1/1 hissədə payının müəyyən edilməsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edərək, həmin əmlaka dair məcburi pay hüququna malik İddiaçıları bilərəkdən vərəsəlikdən kənarda saxlamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 1133.1-ci, 1145-ci, 1146-cı, 1147.1-ci, 1151.1-ci 1166-cı, 1179-cu, 1193-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qeyd etmək istəyir ki, o qanunverciliklə müəyyən edilmiş qaydada və müddətdə notariat ofisinə müraciət edərək atasından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Notariat ofisi tərəfindən digər vərəsələrə miras əmlakın qəbulu ilə bağlı müvafiq bildiriş göndərilsə də, vərəsələr qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməmişlər. Belə olan halda notarius tərəfindən ona bütün miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Biləsuvar Rayon Məhkəməsinin 19 senryabr 2024-cü il tarixli e-2(022)-197/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edəsiniz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, vərəsələr mərhumun yasında iştirak etmiş və vərəsəliyin açılmasından xəbərdar olmuşlar. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, həyat yoldaşının vəfatından sonra onun əvvəlki nikahından olan övladı ondan xəbərsiz olaraq vərəsəlik açdırmışdır. Onun vərəsəliyin açılmasından xəbəri olmamış, notarius ona bu barədə heç bir məlumat verməmişdir. Qeyd edir ki, o, əslində “şəhadətnamənin etibarsızlığı” ilə bağlı iddia qaldırmış, lakin texniki səhv olaraq yanlışlıqla iddia ərizəsində “şəhadətnamənin ləğvi” tələbini qoymuşdur. Bu halın məhkəmə tərkibi tərəfindən nəzərə alınmasını xahiş edir. Onun vərəsəlikdən 2023-cü ilin noyabr ayında, cehizlər çölə atılan zaman xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahat verərək bildirmişdir ki, onların vərəsəliklə bağlı proseslərdən və birinci instansiya məhkəməsinin iclaslarından xəbərləri olmamışdır. Atası cavabdehə heç bir vəsiyyətnamə verməmişdir və həmin vəsiyyətnamədəki imza ona məxsus deyildir. Qardaşı onların xəbəri olmadan vərəsəlik işi açdırmışdır. Onlar yeni iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər. Ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı; “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin 19 senryabr 2024-cü il tarixli e-2(022)-197/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Biləsuvar Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(022)-197/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 19 senryabr 2024-cü il tarixli e-2(022)-197/2024 saylı qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,1407 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlak T.Ə.Mustafayevə valideynləri Ə.Ə.Mustafayevdən və Z.R.Əskərovadan miras qalmışdır. Belə ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,15 hektar ölçüdə torpaq sahəsi T.Ə.Mustafayevin atası Ə.Ə.Mustafayevin və sonuncunun ailə üzvlərinin, o cümlədən T.Ə.Mustafayevin mülkiyyətinə verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN-289F seriyalı, 80807018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçiləri qismində T.Ə.Mustafayevin valideynləri Ə.Ə.Mustafayev və Z.R.Əskərova, T.Ə.Mustafayev və onun qızları V.T.Mustafayeva və Cavabdeh2a göstərilmişdir. T.Ə.Mustafayevin və G.Q.Hüseynovanın faktiki nikah münasibətlərindən Cavabdeh2, V.T.Mustafayeva və Cavabdeh2a adlı uşaqları doğulmuşdur. 24 iyul 1993-cü il tarixdə T.Ə.Mustafayev və G.Q.Hüseynova faktiki nikah münasibətlərini rəsmiləşdirmişlər. G.Q.Hüseynova 09 mart 2006-cı il tarixdə vəfat etmişdir. T.Ə.Mustafayev 2007-ci ildə İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olmuş və tərəflər nikahlarını 24 iyun 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Həmin vaxtdan başlayaraq, İddiaçı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evində T.Ə.Mustafayev ilə birlikdə yaşamışdır. T.Ə.Mustafayev valideynləri vəfat etdikdən sonra 21 aprel 2016-cı il tarixli, 2V-17 nömrəli və 2V-18 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış və bununla da valideynlərinin ölümündən sonra qalmış miras əmlakdan 1/1 hissədə pay almışdır. 26 aprel 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,1407 hektar ölçüdə torpaq sahəsinin 0,08442 hektar hissəsi və 221.9 kvadratmetr ölçüdə fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında T.Ə.Mustafayevin adına qeydə alınmışdır. 17 fevral 2023-cü il tarixdə T.Ə.Mustafayev vəsiyyatnamə tərtib edərək, ona məxsus bütün əmlakını birinci nikahıından doğulmuş oğlu Cavabdeh2 vəsiyyət etmişdir. T.Ə.Mustafayev 03 mart 2023-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində vəfat etmişdir. Cavabdeh2 04 avqust 2023-cü il tarixdə ərizə ilə Biləsuvar rayon notariat ofisinə müraciət edərək, T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakından Cavabdeh2 1/1 hissədə pay verilməsinə dair vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə həmin əmlaklar Cavabdeh2 adına qeydə almışdır. İlk olaraq məhkəmə tərkibi diqqəti iddia ərizəsinin nəticə hissəsinə yönəldərək qeyd edir ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən C.T. Mustafayevə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi kimi qeyd edilmişdir. Apelyasiya icraatı zamanı izahat verən iddiaçı izahatında qeyd etmişdir ki, əslində iddia ərizəsində onun məqsədi Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən C.T. Mustafayevə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 sentyabr 2023-cü il tarixli şəhadətnamənin ləğv edilməsi deyil, həmin şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmək olmuşdur. Ona görə də məhkəmə tərkibi qeyd edilən şəhadətnamənin etibarsız hesab edilməsi istiqamətində araşdırma aparılmasını məqsəduyğun hesab edir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, iddiaçının bu izahatı iddia ərizəsinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz və İşin bu halı prosessual qənaət prinsipinin tələblərinə uyğundur. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Notariat ofisi tərəfindən digər vərəsələrə miras əmlakın qəbulu ilə bağlı müvafiq bildiriş göndərilsə də, vərəsələr qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməmişlər. Belə olan halda notarius tərəfindən ona bütün miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan, Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına uyğun həll edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin qanunun 55-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Həmin qanunun 55-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı və üçüncü şəxslər qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədiyindən 06 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsindən ibarət əmlakından Cavabdeh2 1/1 hissədə pay verilməsinə dair vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə əsaslanaraq haqlı olaraq qeyd etmişdir ki, Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X.R.Məmmədov tərəfindən İddiaçı cavabdehin mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi və həmin mirasın qəbul edib-etməmələri barədə bildiriş məktubu 05 sentyabr 2023-cü il tarixdə tərtib edildiyi gündən bir gün sonra, yəni 06 sentyabr 2023-cü il tarixdə artıq notarius tərəfindən Cavabdeh2 mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariusun iddiaya yazılı etiraz ərizəsində iddiaçının mirasdan imtina qəbul edib-etməməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində reaksiya vermədiyinə görə İddiaçı mərhum T.Ə.Mustafayevdən miras qalmış əmlaklara dair hüquqlarını itirdiyini bildirmiş və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Lakin iş materiallarından da göründüyü kimi, məcburi pay hüququ hər hansı müddətdən asılı edilmiş olsaydı belə, İddiaçı bu barədə xəbər verilməli və ağlabatan müddətdə əgər iddiaçıdan miras əmlakın qəbulu və imitina edilməsi barədə məlumat gəlmədikdə, Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Bununla da Biləsuvar rayon notariat ofisinin notariusu X.R.Məmmədov mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq, notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almamaqla yanaşı, digər vərəsələrin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmədən, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən ümumi sahəsi 221.9 kvadratmetr olan fərdi yaşayış evindən və 0,08442 hektar ölçüdə torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 1/1 hissədə payının müəyyən edilməsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edərək, həmin əmlaka dair məcburi pay hüququna malik İddiaçı bilərəkdən vərəsəlikdən kənarda saxlamışdır. Halbuki Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf vərəsəlik hüququ haqqında şəhadətnəməni mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürməmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İki aylıq müddət kəsici müddət olduğundan cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməsinə lüzum qalmır. İşdən görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnəmə cavabdehə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnəmədən 2023-cü ilin noyabr tarixində məlumatlı olmuşdur. Belə ki, həmin tarixdə onun cehiz əşyaları çölə tökülən vaxt cavabdehin qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnəmə aldığını bilmiş və dərhal da məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iki aylıq müddəti ötürməmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 19 senryabr 2024-cü il tarixli e-2(022)-197/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(022)- 197/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar