Məhkəmə qərarları › İş №2(106)-2009/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2009/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2009/2024 06.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı X6 və X2 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Kürdəmir regional Asan xidmət mərkəzinin notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin ləğvi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(041)-2125/2024 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2015- ci il tarixində Kürdəmir rayonu, Sığırlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308,2 kv.m., yaşayış sahəsi 73 kv.m., yardımçı sahəsi 235,2 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etiraz ərizəsində göstərmişdir ki, hazırki işə baxılmasında hakim Müseyib Bayramov iştirak edir. Hesab edir ki, 2(041)-2125/2024 saylı mülki işə iştirak edə bilməz, çünki hakim X5 rayonu, Sığırlı kəndində yaşayan sözügedən fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı olan xx.xx.2018ci il tarixli, 2(041)-712/2018 saylı (pul tələbinə dair) qətnamə çıxarmışdır. Ona görə də halhazırda etiraz edilən şəxsin şəxsən və ya dolayı yolla işin həllində maraqlı olduğu və yaxud qərəzsizliyinə şübhə doğuran halların mövcud olmasını nəzərə alaraq İddiaçı AR MPM-nin 19 və 20-ci maddələrinə əsasən hakim Müseyib Bayramova etiraz edir. Belə ki, həmin işdə Cavabdeh1 və X4 olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2125/2024 saylı qərardadına əsasən, etirazın baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası etirazla bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: - O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; - O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; - O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: - O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; - O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; - O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. - Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kürdəmir Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının etirazda göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Belə ki, hakim tərəfindən eyni tərəflər arasında pul tələbi barədə iddiaya baxılması, sonradan həmin hakim tərəfindən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaya baxılmasını istisna etmir. Həmçinin məhkəmədə ədalətli qərarın qəbul edilməsi iddiaçı tərəfin mənafeyinə uyğun olması mənasına gəlməməlidir. Mülki iş üzrə mübahisə zamanı sübutların təqdim edilməsi mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmələr isə yalnız təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19- 22, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X6 və X2 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Kürdəmir regional Asan xidmət mərkəzinin notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin ləğvi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(041)-2125/2024 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar