Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2013/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Ərizəçi Əhliman qızının maraqlı şəxs Kürdəmir Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizəsinə dair Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(041)-2311/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.2007-ci il təvəllüdlü, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(041)-2311/2025 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Qərardaddan Ərizəçi şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2(041)-2311/2025 saylı qərardadın ləğv edilməsi, iş üzrə növbəti məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, övladı X4 anadan xəstə doğulmuş və ona 1-ci qrup əlillik təyin edilmişdir. Övladının xəstəliyi nevroloji xəstəliklərə aiddir, ona baxmağa görə hər ay 120 manat müavinət alır. Kürdəmir rayon xəstəxanasında və Bakı şəhər Nevroloji xəstəxanada qeydiyyatdadır və daimi müalicə alır. Övladının xx.xx.2025-ci il tarixdə 18 yaşı tamam olanda pensiya kartı öz adına verilmiş, onlara həmin kartı vermək üçün məhkəmə qərarını istəmişlər. Kürdəmir Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(041)-2311/2025 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Ərizəçi tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş, dövlət rüsumunun ödənilməsi haqqında məlumat qrafasına yanlış məlumat, yəni “qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizə olması” əsası ilə dövlət rüsumundan azad olması qeyd edilərək, qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Halbuki, hazırkı işə qiyabi icraat qaydasında baxılmamış, həmçinin ərizəçi dövlət rüsumu ödəməkdən azad olunan şəxslər kateqoriyasına aid olması ilə bağlı hər hansı sübutunu işə əlavə etməmişdir. Belə olduğu halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində - iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi göstərilmişdir. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi ərizəçi tərəfindən şikayət verilərkən qanunla müəyyən olunan qaydada və məbləğdə (Hökumət ödəniş portalı üzərindən Şirvan Apellyasiya Məhkəməsinə 50 manat məbləğində) dövlət rüsumu ödənilməli olduğu halda, ərizəçi belə ödəniş edərək müvafiq ödəniş qəbzini işə əlavə etməmişdir. MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu düzgün yoxlamamış, ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsindən azad olmasını və ya şikayətlə bağlı apellyasiya instansiya məhkəməsinə 50 manat dövlət rüsumu ödənilməli olub-olmamasını aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-2311/2025 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən Kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-2311/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, və MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 402.2.1ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-2311/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2013/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2013/2025
26.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver