Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2025/2025 29.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 1630 manat əsas və 260,80 manat dəbbə pulu olmaqla, cəmi 1668,91 manat və ödənilmiş dövlət rüsumuna görə 38,91 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin e-2(064)-650/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1630 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 33,54 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi və dövlət rüsumunun 5,37 manatı iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 saylı qətnaməsindən vermiş olduğu xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 saylı qətnaməsindən yenidən, 18 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 saylı qətnaməsindən vermiş olduğu xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsini təqdim etmişdir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Cavabdeh tərəfindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi, Cavabdeh tərəfindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər “, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər”, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər”, ““Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” eləcə də digər hissələrə apellyasiya şikayətində tələb olunan formada və məzmunda yer verilməmişdir. MPM-in 2 nömrəli Əlavəsində göstərilmiş əksər, məsələn, 6, 7, 8, 9, 10 və 11-ci qrafalar tamamilə apellyasiya şikayətindən çıxarılmışdır. Cavabdeh tərəf yenidən apellyasiya şikayəti vermək istədikdə apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq MPM-in 2 saylı Əlavəsində göstərilmiş formada və məzmunda tərtib etməsi tövsiyə olunur. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-650/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.