Məhkəmə qərarları › İş №2(106)-2070/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2070/2024

23.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2070/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh İB-nə və Cavabdeh İB-nin Lənkəran RQİİ-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti 23 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)- 1229/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti ilə yanaşı İddiaçı prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prossesual müddətin üzürlü hesab edilməsi və müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Kazımov X9 Rayon Məhkəməsinin 28 oktyabr 2024- cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadından şikayət verərək Masallı rayon məhkəməsinin 2(050)-1229/2024 saylı xx.xx.2024-cü il tarixli müddətin bərpasından imtina edilməsi barədə qərardadının ləğv edilməsi, müddətin bərpa edilməsi və işə apelyasiya qaydasında baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Masallı Rayon Məhkəməsinin qətnaməsini 17 iyul 2024-cü ildə almış, aldığı gündən 1 ay müddətində də apelyasiya şikayəti vermişdir. Lakin Masallı Rayon Məhkəməsi apelyasiya şikayətini geri qaytarmış və əsaslandırmışdır ki, o, apelyasiya şikayəti vermə müddətini ötürmüş, qərardadda qeyd edilir ki, o, guya qətnaməni 15 iyul 2024-cü ildə almışdır. Əgər belə olduğu halda o, qətnamədən 17. 08.2024-cü ildə apelyasiya şikayəti vermişdir və burada 2 gün ötürmüş hesab edilir, bu 2 gün müddət cox böyük aralıq müddəti olmadığından hesab edir ki, apelyasiya şikayəti göndərilməli idi. Eyni zamanda onun maddi imkanı catmırdı ki apelyasiya şiakyəti yazmaq üçün vəkil tutsun eyni zamanda həmin ərəfələr güclü qızdırması olduğundan evdən çölə çıxa bilməmişdir. Hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətindən 2 gün keçmiş olsa da, müddət məhkəmə qaydasında bərpa edilə bilər. Masallı Rayon Məhkəməsindən ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsini və müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əsassız olaraq müddətin bərpa edilməsini məqsədəuyğun hesab etməmişdir. O, qətnaməni 17 iyulda almış və 1 ay müddətində yəni xx.xx.2024-cü ildə apellyasiya şikayəti vermişdir. Müddətin son günü dedikdə qətnamə ona çatdığı gündən yəni 17 iyuldan 17 avqust ayına kimi 1 ay nəzərdə tutulur. O isə vaxtında qətnamədən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi ona 17 iyulda çatdığı barədə işin arasında sənədlər və onun tərəfindən məhkəmə elektron poçt izələməsi barədə çıxarış təqdim etmişdir. Bu hal da onun qətnaməni hansı tarixdə almağını və müddəti ötürmədiyini göstərir. Belə ki, məhkəmə qərardadında göstərmişdir ki, guya o, qətnaməni 15 iyul 2024-cü ildə onun aldığını qeyd etmiş, həmin qətnamədən onun 23 sentyabrda apellyasiya şikayətini verdiyini yazmışdır. Halbuki, o, apelyasiya şikayətinə məhkəmə sistemində olan şəxsi kabinetindən çıxarışı da əlavə edərək göstərə bilər ki, o, həqiqətən apelyasiya şikayətini elektron kabinetə xx.xx.2024-cü ildə yerləşdirmişdir. Göründüyü kimi, məhkəmənin qərardadda göstərdiyi xüsusatlar bir-birini tamamlamır. O, qətnaməni 17 avqustda almış və bununla bağlı məhkəməyə poçt izləmələri barədə çıxarış əlavə etmişdir. Məkhəmə isə bunu və onun 17 avqust 2024-cü il tarixdə vermiş olduğu apellyasiya şikayətini gizlətmək istəyir və müddətləri düzgün hesablamır. Müddətin bərpası və qətnamədən verdiyi apellyasiya şikayəti yenidən baxılmalı olduğu halda məhkəmə təqdim etdiyi sübutları düzgün qiymətləndirmir, 23 avqust 2024-cü ildə apellyasiya şikayəti verməsi ilə bağlı məkhəmədə heç bir sənəd və dəlil olmadan haqsız yerə müddəti bərpa etməmişdir. Masallı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)- 1229/2024 saylı qərardadının qüvvədə saxlanılması, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Masallı Rayon Məhkəməsi 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadında qeyd etmişdir ki, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)- 1229/2024 saylı qərardadı əsaslı və qanuni olduğundan, eləcə də qərardadın ləğvi üçün əsas müəyyən olunmadığından həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarının 88-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsi 15 iyul 2024-cü il tarixdə iddiaçı X6 çatdırılmışdır. Cavabdeh məhkəmə qətnaməsinin ona rəsmi qaydada yalnız 17 iyul 2024-cü ildə çatdırıldığını qeyd etsə də, poçt xəbərnaməsindən məlum olur ki, məhkəmə qətnaməsi ona 15 iyul 2024-cü il tarixdə çatdırılmışdır. MPM-in 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı da məhz 15 iyul 2024-cü ildən etibarən başlamış və 15 avqust 2024-cü ilədək davam etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə 23 sentyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüşdür. Bununla yanaşı iddiaçı tərəfindən prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası həmin dəlili əsassız sayır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, Masallı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin vəsatətində Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş Qərarında qeyd edilən hüquqi mövqeyinə uyğun səbəblər aşkar edilmir. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X10rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbul edilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X3rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X2rşı qərarına, №76943/12, §§84-89). 87. Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X8rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıbqazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34).. Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası bildirir ki, hazırda cavabdehin apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti 1 ay, 8 gün ötürməsinin üzrlü səbəbdən baş verməsi halı müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Bu baxımdan şəxsin apellyasiya şikayəti vermək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də müəyyən edilmiş prosessual müddətlər çərçivəsində həyata keçirilməlidir, bunun əksi həmin iş üzrə digər tərəfin prosessual hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də cavabdehin şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Masallı Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçının vəsatətini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadı dəyişdirilmədən, İddiaçı şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(050)-1229/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar