Məhkəmə qərarları › İş №2(106)-2080/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2080/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2080/2024 27.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər X5 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi, həmçinin İddiaçı5 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər X5 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişlər. Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər X5 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçıların nümayəndəsi vəkil Mirzəyev X3 Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)- 1161/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(106)-1643/2023 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiyanın qeyri-mümkün hesab edilməsi və iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 363.1, 363.1.5-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. 23 oktyabr 2023-cü il tarixdə iddiaçıların nümayəndəsi Vəkil müddətin bərpası barədə ərizə və Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək müddəti bərpa edərək apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(106)-1979/2023 saylı qərardadı ilə Apellyasiya qeyri-mümkün hesab edilməsi, Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş materialları Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(056)-1161/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın nümayəndəsi və vəkili Vəkil tərəfindən buraxılmış müddətin bərpası barədə ərizə təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar, onların nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(106)-647/2024 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın nümayəndəsi və vəkili Vəkiltərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(056)-1161/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(106)-1294/2024 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 22(106)1294/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərardadı ləğv edilmiş, Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı5 və X6 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(056)-1161/2023 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(056)-1161/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçılar İddiaçı5 Baxraddim qızı, İddiaçı3, X7, onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı5 və İddiaçı3, onların nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, ərizə X2 münasibətdə təmin edilməməsi, iddiaçılar İddiaçı5 və İddiaçı3, onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Habelə MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Bundan başqa, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. 1.Apellyasiya şikayəti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4naya münasibətdə səlahiyyətli şəxs tərəfindən verilməmişdir. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən İddiaçı5 etibarnamə üzrə verilmiş səlahiyyətlərə məhkəmədə təmsil olunmaq, habelə məhkəmə aktlarından şikayət vermək səlahiyyəti daxil deyildir. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələblərinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini digər iddiaçıların nümayəndəsi kimi kimi İddiaçı5 elektron imza vasitəsilə imzalamış olsa da, məhkəmədə təmsil olunmaq, eləcə də, aktlarından şikayət verilməsi səlahiyyəti ona verilmədiyindən, apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 2.Apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə səlahiyyətli şəxs tərəfindən verilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı5 münasibətdə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, prosessual müddətin bərpası barədə ərizə Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Halbuki iş materiallarının 54-cü vərəqəsində olan etibarnamədən görünür ki, İddiaçı1, İddiaçı2 tərəfindən Vəkil təmsil olunmaq üçün verilmiş etibarnamənin qüvvədə olma müddətini son tarixi xx.xx.2024-cü il tarixdir. Şikayətin mümkünlüyünün yoxlanılması zamanı məhkəmə, onun səlahiyyətli şəxs tərəfindən təqdim olunmasını, eləcə də şikayətin verilməsi üçün prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan məqamlar lazımi qaydada araşdırılmadan, apellyasiya şikayəti mümkün hesab edilmiş və bununla da prosessual hüquq normalarının düzgün tətbiqinə riayət edilməmişdir. Prosessual müddətin bərpası barədə ərizə vermək üçün səlahiyyəti olmadığı halda, Vəkil ərizəsini təmin etməklə ötürülmüş prosessual müddəti bərpa etmişdir. Şikayətin səlahiyyətli şəxs tərəfindən verilməsinin yoxlanılması məhkəmə prosesinin qanunauyğunluğunu, effektivliyini və ədalətliliyini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Səlahiyyətin yoxlanılmaması hüquq prinsiplərinin pozulmasına və qanunazidd qərarların qəbul olunmasına səbəb ola bilər ki, bu da cəmiyyətin hüquq sisteminə olan etibarını ciddi şəkildə sarsıda bilər. Əgər şikayət verən şəxsin səlahiyyəti yoxlanılmasa, məhkəmə prosesində iştirak edən digər tərəflərin hüquq və vəzifələri qeyri-müəyyən vəziyyətə düşə bilər. Bu, prosessual münasibətlərin sabitliyini pozur və hüquq normalarının düzgün tətbiqinə mənfi təsir göstərir. Hüquqi müəyyənlik prinsipi pozulduğu halda, tərəflər arasında balanssızlıq yaranır, bu da ədalətlilik prinsipinə ziddir. Bundan əlavə, əgər məhkəmə prosesi zamanı şikayətçinin səlahiyyətsiz olduğu sonradan müəyyən edilərsə, bu, əlavə vaxt və resurs itkisinə səbəb olur. Belə bir vəziyyət yalnız prosesin uzanmasına deyil, həm də məhkəmə müdafiəsinin effektivliyinin azalmasına gətirib çıxarır. Beləliklə, şikayətin səlahiyyətli şəxs tərəfindən təqdim olunmasının yoxlanılması yalnız prosessual bir tələb deyil, həm də məhkəmə fəaliyyətinin qanunauyğun və ədalətli həyata keçirilməsinin əsas şərtidir. Bu prosedur, hüquqi münasibətlərin sabitliyini və məhkəmənin qərarlarının hüquqi qüvvəsini təmin etmək baxımından əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” işində vurğulamışdır ki, effektiv müdafiə hüququ yalnız səlahiyyətli şəxslər tərəfindən həyata keçirilə bilər və bu prosedur tələblərinin pozulması hüququn pozulması ilə nəticələnə bilər. X16 Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

3. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Hazırki şikayət isə MPM-in qeyd olunan normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formada (Əlavə 2) tərtib olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Hazırda verilmiş apellyasiya şikayətində 8, 9, 10, 11-ci qrafalar ümumiyyətlə doldurulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10- 1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.1.1-ci və 363.1.1-1-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ:

Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar