Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-213/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkilıi Vəkil Qurbənəli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nə, Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-nə, Masallı rayon İcra və Probasiya Şöbəsinə qarşı "sifarişin, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-566/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nə, Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-nə, Masallı rayon İcra və Probasiya Şöbəsinə qarşı "sifarişin, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, icra məmurunun 12 dekabr 2018-ci il tarixli, 1854/14 saylı sifarişinin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə 18 mart 2019-cu il tarixli, 14/02 saylı protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli, 2(050)-193/2010 saylı qətnaməsinə əsasən X2 «CredAgro» Qeyri Bank Kredit Təşkilatı ilə bağlanmış 16 iyul 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə yaranmış 39489.88 ABŞ dolları məbləğində kredit borcunun, ona hesablanmış faiz və cərimənin, 18 iyul 2008-ci il tarixli CAMas 22054/08 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerlşən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan mağazaya yönəldilməklə qiymətləndirmə təşkilatına yönəldilmədən açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş mağazanın ilkin satış qiymətinin 56399 ABŞ dolları müəyyənləşdirilməsi, satışdan əldə olunan pulun 39498.88 ABŞ dolları, ona hesablanmış faiz və cərimənin ödənilməsinə kifayət etmədikdə X2 və digər əmlaklar hesabına ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə X10 İsmayılovun apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinin qismən qiymətləndirmə təşkilatına yönəldilməməsi, digər əmlakları hesabına ödənilməsi hissədə ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş mağazanın ilkin satış qiymətinin 56399 manat müəyyənləşdirilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərar əsasında verilmiş icra vərəqəsi üzrə icraat zamanı 01 iyul 2011-ci il tarixdə Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və hərracın yekununa dair 45/02 saylı protokola əsasən hərracın qalibi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı QSC olmuşdur. Həmin tarixdə də sifarişçi Masallı rayon İcra Bölməsi ilə hərracın qalibi olan Cavabdeh Bank Olmayan Kredit Təşkilatı QSC arasında hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. Sözügedən sənədlər İddiaçı tərəfindən mübahisələndirildiyindən Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(050)- 1832/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, hərracın yekunları barədə 01 iyul 2011-ci il tarixli, 45/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 01 iyul 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, ipotekaya xitam verilmişdir. İşə cavabdeh "xxxx" BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxan Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli, 2(106)-934/2013 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(050)-1832/2012 saylı qətnaməsi ipotekaya xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Yuxarıda göstərilən qətnamə əsasında Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 05 avqust 2014-cü il tarixdə icra vərəqəsi verilmişdir. Masallı rayon İcra Bölməsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən 21 avqust 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və hərracın keçirilməsi ilə bağlı sifaiş verilmişdir. "xxxx" MMC tərəfindən 19 yanvar 2015-ci il tarixdə, 13 mart 2015-ci il tarixdə, 08 iyun 2015-ci il tarixdə üç dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. İcra məmuru sözügedən ipoteka predmetinin satılması ilə bağlı 12 dekabr 2018-ci il tarixli, 1854/14 saylı məktubla yenidən sifariş vermiş və həmin sifariş əsasında 28 yanvar 2019-cu il tarixdə, 18 fevral 2019-cu il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. 18 mart 2019-cu il tarixdə isə Hərracın yekunları barədə 14/02 saylı protokol tərtib edilərək ipoteka predmetinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Qeyd edilmişdir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.4-43.8-ci maddələrinin tələblərinə əsasən hərrac baş tutmadıqda təkrar hərrac keçirilir, təkrar hərrac da baş tutmazsa, tələbkara 30 təqvim günü ərzində əmlakı ilkin satış qiymətindən 25% aşağı qiymətə alması təklif olunur. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yuxarıda göstərildiyi kimi, birinci hərrac 19 yanvar 2015-ci il tarixdə, təkrar hərrac 13 mart 2015-ci il tarixdə keçirilmiş, bundan sonra isə 08 iyun 2015-ci il tarixdə üç dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. Qanunvericiliyin tələbinə görə 13 mart 2015-ci il tarixdə keçirilmiş təkrar hərracdan sonra 30 gün ərzində, yəni 13 aprel 2015-ci il tarixədək ipoteka saxlayanın ipoteka predmetini onun dəyərindən 25% aşağı qyimətə almaq hüququ var idi. Bu müddət ərzində o, hüququndan istifadə etmədiyindən artıq ipotekaya xitam verilməlidir. Lakin bundan sonra ipoteka predmeti ilə bağlı keçirilmiş hərraclar, o cümlədən 08 iyun 2015-ci il tarixli hərrac, eləcə də icra məmurunun sözügedən ipoteka predmetinin satılması ilə bağlı 12 dekabr 2018-ci il tarixli, 1854/14 saylı sifariş və bunun əsasında keçirilmiş 28 yanvar 2019-cu il tarixli və 18 fevral 2019-cu il tarixli hərraclar, həmçinin hərracın nəticələri barədə 18 mart 2019-cu il tarixli protokol tamamilə qanunsuz olmuşdur. Belə olan vəziyyətdə ipotekaya xitam verilməli olduğu təqdirdə, ipoteka predmeti ilə bağlı hərracın yekunlarına dair 18 mart 2019-cu il tarixli protokol tərtib edilməklə qanunvericiliyin tələbləri və sözügedən əmlakla bağlı iddiaçının hüquqları pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı vəkili və eyni zamandv nümayəndəsi Vəkil iddianı eyni əsaslarla müdafiə edərək iddanın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək rədd olünmasını xahiş edib izahatında göstərmişdir ki, 2012-ci ildən etibarən istər məhkəmə prosesləri zamanı, istərsə də icra mərhələsində ipoteka predmetinin balansa götürülməsinə İddiaçı tərəfindən şikayətlər edilməklə, vəsatətlər verilməklə maneçilik törədilmişdir. 2015-ci ildə keçirilmiş hərraclar vaxtı icra sənədi üzrə icraat məhz İddiaçı vəsatətinə əsasən dayandırılmış, bu səbəbdən də ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Ümumiyyətlə ipoteka predmeti ipoteka saxlayana təklif edilməmişdir. Yalnız 2019-cu ildə fevral ayında təklif edildikdən sonra mart ayının 18-də ipoteka saxlayan ipoteka predmetini əldə etmiş və müvafiq sənədləşmə aparılmışdır. Birinci instansiya məhkəməsində cavabdeh Masallı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, icra məmuru X8 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, ipoteka predmeti ilə bağlı verdiyi sifariş əsasında 2015-ci ildə hərraclar keçirilərkən, ipoteka qoyan Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət verməsi barədə müraciət edərək icraatın dayandırılmasını xahiş etmiş və Konstitusiya Məhkəməsinin məktubunu təqdim etmişdir. Bu səbəbdən məhkəməyə təqdimat verilmiş və icraat daandırılmışdır. Həmin vaxt həmçinin məktubla müraciət edərək hərracla bağlı sifarişin geri qaytarılmasını xahiş etmişdir. Bir müddət sonra Konstitusiya Məhkəməsinin şikayət icraata götürməməsi məlum olduğundan icraatın təzələnməsi ilə bağlı məhkəməyə müraciət etmiş və icraat təzələnmişdir. 2018-ci ildə icra sənədini verən Şirvan Apellyasiya Məhkəməsi icra vəziyyəti ilə maraqlanıb, nəticəsi barədə məlumat istədyindən həmin vaxt ipoteka predmetinin yenidən həracı ilə bağlı sifariş vermişdir. 18 mart 2019-cu il tarixdə tələbkarın ipoteka predmetini əldə etməsi barədə yekun protokoldakı adının qarşısında olan imza ona məxsusdur. Həmin protokol və onun göndərildiyi məktubun hansı formada və nə vaxt İcra Şöbəsinə daxil olmasnı, hansı səbəbdən qeydiyyata alınmamasını və məktubun üzərində müvafiq dərkənarın hansı səbəbdən qoyulmamasını bilmir. Masallı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(050)-566/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 12 dekabp 2018-ci il tarixli, 1854/14 saylı sifarişi qanunsuz, hərracın yekunları barədə 18 mart 2019-cu il tarixli, 14/02 saylı protokol isə etibarsız hesab edilmiş, 18 iyul 2008-ci il tarixli, CAMas 22054/08 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yülkü edilmiş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında 0.02469 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 230 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" BOKT MMC apellyasiya şikayəti verərək onun ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" BOKT MMC apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnaməni heç bir sübuta əsaslanmayan qanunsuz və əsassız hesab edirlər. Hesab edirlər ki, həmin qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni tətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Xammal və X17 Mərkəzi "xxxx" MMC-nin 18 mart 2019-cu il tarixində (№ 14/02 protokolu ilə) 01/1069 nömrəli qərarda müəyyən olunmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanında 0.02469 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 230 kv.metr olan qeyri yaşayış sahəsini (mağaza)-35954.36 (otuz beş min doqquz yüz əlli dörd manat otuz altı qəpik) manata olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən "xxxx" BOKT MMC əldə etsin və lazımi sənədlər tərtib edilsin. 2012-ci ildən bəri istər məhkəmə prosesləri zamanı, isərsə də icra mərələsində olduğu kimi dəfə də sözügedən əmlakı balanslarına keçiilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə İddiaçı tərəfindən maneçilik törədilməkdədir. İddiaçı mütəmadi olaraq müxtəlif məzmunlu vəsatətlərlə işin uzadılmasına, hərracın yekunlaşmamasına səbəb olmuşdur. İddiaçının vəkili Vəkil məhkəmə iclasları zamanı Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair qərarına istinad edərək bildirir ki, qanun hərracın 2 dəfə keçirilməsini nəzərd tutur və bu səbəbdən hərrac protokollarını düzgün hesab etmir, nəinki hərracın düzgün keçirilmədiyini bildirir, hətta bu əsasla ipotekaya xitam verilməsini də qeyd edir. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tututulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmçinin qanunda da göstərilir ki, təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Lakin iş materiallarına nəzər saldıqda görünür ki, İddiaçı 13 aprel 2015-ci il tarixli Masallı Rayon İcra Bölməsinə ünvanlanmış ərizəsi ilə əsasında sifariş verilən məhkəmə qərarından Konstitusiya Məhkəməsinə şikayət verməsi ilə əlaqədar 06 noyabr 2014-cü il tarixdə "xxxx"MMC-yə verilmiş hərracı sifarişin geri qaytarılmasını xahiş etmişdir, icra işində bu tarixdən sonra hər hansı icra tədbiri həyata keçirilməmişdir. Yəni ki, hərrac keçirilməmişdir ki, (təbii ki, hərrac keçirilməmişdirsə onun baş tutmamış elan olunub-olunmamasından, təşkilatlarına təklif edilməsindən söhbət belə gedə bilməz) sözügedən Konstitusiya Məhkəməsinin qərarının tətbiqi üçün əsas olsun. CavabdehBOKT MMC-nin müraciəti əsasında 12 dekabr 2018-ci il tarixdə Masallı Rayon İcra Şöbəsi tərəfindən sifariş verilmişdir. Göründüyü kimi 2015-ci ildə icra tədbirlərinin keçirilməsi qarşı tərəfin ərizəsi ilə dayandırılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutlmuş əsasların hamısı mövcud olduğu üçün, sözügedən məhkəmə qətnaməsi ləğv olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində birinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(106)-1494/2021 saylı qətnaməsi (hakimlər T.Kərimov, T.Heydərov və İ.Əhmədov) ilə cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)- 566/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiya məhkəməsində birinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(106)-1494/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər M.Əhmədova, Ə.Əliyev, İ.Xəlilov) 15 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-1494/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. e) Apellyasiya instansiya məhkəməsində ikinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(106)-990/2022 saylı qətnaməsi (hakimlər İ.Əsədov, S.Mayılov və Z.Allahyarov) ilə cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Мəhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(050)-566/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-yə, Masallı rayon İcra və probasiya şöbəsinə qarşı sifarişin, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. ə) Kassasiya instansiya məhkəməsində ikinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(106)-990/2022 saylı qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkilı Vəkil Qurbənəli oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər A.Hüseynov, A.Abbasov, Z.Əliyev) 17 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 may 2022ci il tarixli, 2(106)-990/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. f) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: - Nəzərə alınmalıdır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan qeyd edilən tarixlərdə hərracların keçirilməsi barədə bildirişlərin göndərildiyi iş materialları əsasında sübuta yetirildiyi halda həmin bildirişlər üzrə təyin edilmiş hərracların keçirilmədiyini, baş tutmadığını və ya təxirə salındığını sübut etmək yükü iş üzrə cavabdeh olan Hərrac Təşkilatının üzərində olmuş, lakin həmin təşkilat tərəfindən bununla bağlı nəinki sübutlar təqdim edilməmiş, hər hansı dəlil belə irəli sürülməmişdir. Məhkəmə sorğuları əsasında Hərrac Təşkilatı tərəfindən təqdim edilmiş materiallar arasında isə istinad olunan bildirişlər mövcud olmamışdır. - Etibarsız sayılması üçün məhkəmə qərarı tələb olunan əqdlər məhkəmədə əlaqəli işə baxılarkən ayrıca iddia tələbi (qarşılıqlı iddia, müstəqil tələb) irəli sürülmədən də məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin həmin əqdin etibarsız olduğunu iddia edən şəxsin bununla bağlı iradəsini (etirazını, dəlillərini) ifadə etməsi zəruridir. - Baxılan iş üzrə apellyasiya instansiyası öz mövqeyini həm 19 yanvar, 13 mart və 8 iyun 2015-ci il tarixlərinə təyin olunmuş hərracların keçirilmədiyi ilə, həm də bu hərracların qanuni olmadığı ilə əsaslandırmışdır. Halbuki verilmiş bildirişlər əsasında eyni zamanda hər iki nəticəyə gəlmək mümkün deyildir. Çünki, hərracın ümumiyyətlə keçirilmədiyi (təxirə salındığı, geri çağırıldığı) müəyyən edilərsə onda ümumiyyətlə hərracın qanuniliyi də müzakirə predmeti ola bilməz. - Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi digər hal əmlakın hərracdan Bank tərəfindən əldə edilməsi barədə xx.xx.2019-cu il tarixli yekun protokolun sonradan geri tarixlə tərtib olunması, başqa sözlə saxta olması ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı işdə olan və əlavə tələb olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, icra işində olan hərrac təşkilatının "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracların yekunları barədə" 14/02 saylı, 18 mart 2019-cu il tarixli protokolunun müşayiətedici məktubuna daxil olma ştampı vurulmamış, qeydiyyatdan keçirilməmişdir. Hərçənd ki, həmin tarixli protokolda hərracın keçirilməsini sifariş etmiş icra məmurunun imzası vardır, icra və probasiya şöbəsinin möhürü protokola həkk olunmuşdur. Həmçinin Masallı rayon icra və probasiya şöbəsi tərəfindən 15 avqust 2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-yə verilmiş sorğuda ipoteka predmetinin açıq hərracdan satışı ilə əlaqədar verilmiş sifarişin icra vəziyyəti barədə məlumat verilməsi xahiş olunmuşdur. - Apellyasiya icraatı zamanı Masallı rayon İcra və probasiya şöbəsindən 2019-cu il üçün "İdarə, müəssisə və təşkilatlardan daxil olan sənədlərin qeydiyyat kitabı" istənilmiş, kitaba məhkəmə iclasında baxış keçirilmiş və 18 mart 2019-cu il tarixdə hərrac təşkilatı olan "xxxx" MMC-dən hər hansı bir məktubun daxil olmadığı müəyyən edilmişdir. - Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iddiaçının qeyd olunan dəlili ilə bağlı hər hansı araşdırma aparılmamış, bu dəlillə bağlı işdə olan sübutlara qiymət verməmişdir. - Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması iş materiallarında olan sübutların yenidən qiymətləndirilməsinə mane olmur. - Əksinə, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. - Hazırkı iş üzrə məhkəmələr tərəfindən ipoteka predmetinin açıq hərracdan satılmasına dair 5 bildiriş verildiyi müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, hətta 19 yanvar 2015-ci il tarixli, 13 mart 2015-ci il tarixli və 8 iyun 2015-ci il tarixli bildirişlər nəzərə alınmasa belə, xx.xx.2019-cu il tarixinə və xx.xx.2019-cu il tarixinə təyin edilmiş iki hərracdan sonrakı 1 ay ərzində Bankın ipoteka predmetini əldə etmədiyini müəyyən olunması "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən iddianın təmin olunması üçün ayrıca əsas ola bilərdi. - Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının ikinci dəlilinə və həmin dəlilə dair iş materiallarında olan sübutlara qiymət verilmədən qəbul edilmiş məhkəmə aktı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. - Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir. g) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil Qurbənəli oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, aparılan araşdırmaların nəticəsi olaraq müəyyən olunur ki, icra məmuru, ipoteka saxlayan və hərrac təşkilatının müvafiq səlahiyyətli şəxsləri əlbir olub vəzifə səlahiyyətlərindən sui istifadə edərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar "xxxx" BOKT MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə köhnə tarixə tərtib edilmiş sənədləri imzalamaqla və işə əlavə etməklə öz qulluq səlahiyyətlərindən, qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etmiş, bununla da hüquqlarını müdafiə etdiyi, nümayəndəsi olduğu şəxsin əmlakının illərlə əsassız olaraq yüklülükdə saxlanmasına və sonda qanunsuz olaraq "xxxx" BOKT MMC-nin adına sənədləşməsinə cəhd etmişlər. Belə ki, "xxxx" BOKT MMC-nin arqumentlərindən aydın olur ki, onlar ipoteka predmetini 05 avqust 2014-cü ildə verilmiş icra sənədi üzrə (1-ci hərrac xx.xx.2015, 2-ci hərracxx.xx.2015, 3-cü hərrac-xx.xx.2015, 4-cü hərrac xx.xx.2019, 5-ci hərrac-xx.xx.2019) keçirilmiş 5 hərracdan sonra 18 mart 2019-cu il tarixdə 14/02 saylı protokola əsasən qəbul etmişlər. Məhkəmənin sorğusu əsasında icra məmurunun təqdim etdiyi icra işində də, həmin protokol vardır. Ancaq nədənsə protokolun göndərildiyi müşaiət məktubunun üzərində nə icra xidmətinin rəisinin dərkənarı, nədə həmin məktubun icra xidmətində qeydiyyatı ilə bağlı müvafiq ştamp yoxdur. Hətta məktubun göndərildiyi zərf də iş materiallarında olmadığından, həmin məktubun nə vaxt, hansı vasitə ilə icra xidmətinə daxil olmasını müəyyənləşdirmək mümkün deyildir. Halbuki eyni qurumun eyni icra xidmətinə ünvanladığı 1 həftə əvvəlki tarixə olan məktubun üzərində həm dərkənar, həm də qeydiyyatla bağlı ştamp vardır. Mübahisəli protokolun göndərildiyi müşaiətedici məktubu hətta Masallı rayon İcra və Probasiya Şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında da, aşkar edilməmişdir. Bundan başqa iş Masallı Rayon Məhkəməsinin icraatında olan zaman icra işinin materialları ilə tanış olarkən, iş materiallarında icra məmurunun hərrac təşkilatı olan "xxxx" MMC-nə ünvanladığı 15 avqust 2019-cu il tarixli məktub olmuşdur. Həmin məktubla icra məmuru hərrac təşkilatndan ipoteka predmeti ilə əlaqədar hərracın nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. Lakin icra məmuru məhkəmənin sorğusu əsasında icra işinin materiallarını məhkəməyə təqdim edərkən, həmin məktubun kötüyü iş materiallarında olmamışdır. Buradan 2 sual yaranır, 1-ci sual nəyə görə əvvəl icra işində olan məktub sonradan apellyasiya məhkəməsi tərəfindən tələb olunan zaman iş materiallarından çıxarılır?, 2-ci sual əgər 18 mart 2019-cu il tarixli protokol həqiqətən də, qeyd olunduğu tarixdə tərtib edilmişdirsə, nəyə görə bundan 5 ay sonra icra xidməti hərracın nəticəsi barədə məlumat istəyirdi? 18 mart 2019-cu il tarixli hərrac protokolunda icra xidmətinin möhürü, icra məmurunun imzasının olması nəzərə alınsa, belə çıxır ki, onlar həmin protokoldan məlumatlı olmalı idilər. Lakin protokolun tərtibindən 5 ay sonra həmin hərrac barədə sorğu verilməsi, sorğu tarixinədək protokolun mövcud olmamasını əyani sübutudur. Bundan əlavə icra məmurunun icra sənədini vermiş Şirvan Apelyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyevə ünvanladığı 30 avqust 2019-cu il tarixli məktubda da, icra hərəkətləri ilə bağlı məlumat verərək, sonuncu hərəkət kimi 22 fevral 2019-cu il tarixli məktubla ipoteka predmetinin "xxxx"BOKT MMC-nə təklif olunduğunu göstərmiş, icra tədbirlərinin davam etdirildiyini bildirmişdir. Həmin məktubun surəti də, iş Masallı Rayon Məhkəməsinin icraatında olan dövrdə icra işində olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında təqdim edələrkən, iş materiallarında olmamışdır. Yenə də, sual yaranır, hansı səbəbdən həmin məktubun surəti iş materiallarından çıxarılmışdır. Əgər doğrudan da, 18 mart 2019-cu il tarixli protokol həmin tarixdə tərtib edilmişdirsə, nəyə görə icra məmuru bundan 5 ay sonra icra sənədini verən hakimə ünvanladığı məktubda bu barədə qeyd etməmişdir? Ya icra məmuru icra sənədini verən hakimdən bu xüsusatı gizlətmişdir ki, bunun heç bir mənası yoxdur. Ya da, həmin tarixdə qeyd olunan protokol mövcud olmamışdır. Əgər doğrudan protokol mövcud olmuşdursa və borca görə ipoteka predmeti tələbkara verilmişdirsə, icra məmuru məktubunda hansı icra hərəkətlərinin davam etdirilməsindən bəhs etmişdir? Sözügedən protokolun köhnə tarixə tərtib edilməsinin başqa bir dəlili isə ondan ibarətdir ki, 2019-cu ildə qeyd olunan ipoteka predmetinin boşaldılması barədə "xxxx"BOKT MMC Masallı Rayon Məhkəməsində iddia qaldırmış, lakin nə iddia ərizəsində xx.xx.2019-cu il tarixli protokola istinad etməmiş, nədə həmin protokolun surətini iddia ərizəsinə əlavə etməmişdir. Biz isə həmin vaxt ipoteka predmetinin müvafiq prosedur daxilində əldə edilməməsinə görə qarşılıqlı iddia verdiyimizdə, "xxxx"BOKT iddia ərizəsini geri götürmüşdür. Bu xüsasat isə onu göstərir ki, "xxxx"BOKT adına hələ 2012-ci ildə verilmiş mülkiyyət hüququna dair çıxarışa arxayın olub, ipoteka predmetini götürməmiş, yalnız bizim qarşılıqlı iddiamızdan sonra köhnə tarixə mübahisəli potokolu tərtib etmişdir. Təəssüf olsun ki, icra məmuru da, bu çirkin işdə onlara köməklik etmişdir. İcra məmurunun hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan obyekti ipoteka saxlayana verməsi üçün əldən-ayaqdan getməsi və bu yöndə qanunsuzluqlara belə əl atması bununla yekunlaşmır. Diqqət edin, icra məmuru çoxsaylı tələblərimizdən sonra nəhayət 18 dekabr 2015-ci il tarixli məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək "məhkəmənin 03 sentyabr 2010-cu il tarixli 2(106)-466/2010 saylı qətnaməsinə birinci instansiya məhkəməsinin ipoteka predmetinin qiymətləndirmə təşkilatına yönəldilmədən açıq hərracda satılması hissəsinin ləğvi məsələsinə" izah verilməsini xahiş etmiş, bu məsələ üzrə iclas təyin olunandan sonra isə məlum olmayan səbəbdən 25 yanvar 2016-cı il tarixdə məhkəməyə məktub ünvanlayaraq, izahla bağlı ərizənin geri qaytarılmasını xahiş etmişdir. Sual olunur, icra məmuru hansı səbəbdən məhkəmənin qeyd olunan məsələyə izah verməsini gözləmədən, izahla bağlı ərizəni geri istəmişdir? Buna icra məmurunu nə vədar etmişdir? Əgər qətnaməyə ipoteka predmetinin qiymətləndirildikdən sonra hərraca çıxarılması kimi izah verilsəydi, ipoteka predmetinin 2008-ci ildə bağlanmış müqavilədə dəyərindən ucuz razılaşmasını, həmin vaxtdan uzun müddət keçməklə, daşınmaz əmlakın dəyərinin dəfələrlə bahalaşmasını nəzərə alsaq, bu zaman ipoteka saxlayan ipoteka predmetini real dəyəri müqabilində götürməli olacaqdı ki, nəticədə borc çıxılmaqla, mülkiyyətlə bağlı arada olan fərq ödənilməli idi. Bu təbii ki, ipoteka saxlayanın mənafeyinə uyğun deyildir. Bunun əksi isə müvəkkilinin hüquqlarının pozuntusu olacaqdı. İcra məmuru isə izahla bağlı müraciətini geri götürməklə, mülkiyyətin dəyərindən dəfələrlə aşağı qiymətə ipoteka saxlayanın götürməsinə şərait yaratmışdır. Sual olunur, icra məmuru nədən bu addımı atır? İpoteka saxlanının marağı aydındır, bəs icra məmuru nədən onun xeyrinə bu hərəkəti edir. İcra məmurunun qanunsuzluğu bununla yekunlaşmamışdır. O, 06 noyabr 2014-cü il tarixli sifarişi əsasında ipoteka predmetinin 19 yanvar 2015-ci il tarixdə birinci hərracda, 13 mart 2015-ci il tarixdə ikinci hərracda satılmadığından, ötən 30 gün ərzində ipoteka saxlayanın ipoteka predmetini götürmədiyindən, 13 aprel 2015-ci il tarixdə sifarişi geri istəyib, borclunun əmlakları hesabına qətnaməni icra etməli olduğu halda, 12 dekabr 2018-ci il tarixdə həmin ipoteka predmeti ilə bağlı yenidən sifariş vermişdir. Sanki icra məmuru nəyin bahasına olursa-olsun, mütləq ipoteka predmetini ipoteka saxlayanın balansına vermək barədə öhdəlik götürmüşdür. Maraqlıdır ki, hərrac mərkəzi də buna etiraz etməmiş, eyni ipoteka predmeti ilə bağlı dörd il öncədən sifarişin olmasını, həmin ipoteka predmeti ilə bağlı qeyd olunan dövrdə keçirilmiş üç hərracın nəticəsinin olmamasını icra məmurunun nəzərinə çatdırmamış və eyni ipoteka predmeti ilə bağlı 4-cü və 5-ci hərracları keçirmişdir. 5-ci hərracdan sonra ipoteka saxlayan ipoteka predmetini götürməmiş, hətta hərrac mərkəzinin bu barədə məktubu cavabsız qaldığı halda, 18 mart 2019-cu il tarixində 6-cı hərracla bağlı sənədləşmə tərtib edilmişdir. Diqqəti cəlb edən məqam odur ki, hərrac mərkəzinin 22 fevral 2019-cu il tarixli təklif məktubuna cavab verilmədən, haradan bilinirdi ki, ipoteka saxlayan 18 mart 209-cu il tarixdə ipoteka predmetini götürəcəkdir? Bunun üçün ipoteka saxlayanın hərrac mərkəzinə ünvanlanmış məktubu lazım idi və həmin məktub da, hərrac mərkəzinin 2019-cu ilin fevral-mart aylarına dair daxil olan sənədlərin qeydiyyatı kitabında qeydə alınmalı idi. Ancaq bunun olmaması, həmçinin hərrac mərkəzinin müvafiq məktubunun Masallı rayon İcra və Probasiya Şöbəsinin həmin dövrə dair daxil olan sənədlərin qeydiyyatı kitabında qeydə alınmaması, bir daha qeyd olunan sənədləşmənin könə tarixə tərtib edilməsini göstərir. Qeyd olunan xüsusatın araşdırılması üçün apellyasiya məhkəməsindən icra məmurunun hakim N.Mirzəyevə ünvanladığı 30 avqust 2019-cu il tarixli məktubun, Masallı rayon İcra və Probasiya Şöbəsindən 2019-cu ildə dair daxil olan sənədlərin qeydiyyatı kitabının, hərrac mərkəzi "xxxx" MMC-dən 2019-cu ilə daxil olan sənədlərin, çıxan sənədlərin qeydiyyatı və hərracla bağlı protkolların kitablarının tələb edilməsi kifayətdir. 18 mart 2019-cu il tarixdə tərtib edilmiş sənədləşmə düzgün olsa belə (hərçənd ki, yuxarıda göstərdiyi və qeyd etmədiyi bir çox arqumentlərə görə həmin sənədləşmə sonradan köhnə tarixə tərtib edilib) bu ipotekaya xitam verməni aradan qaldıra bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin qərarına görə ipoteka predmeti ilə bağlı 2 dəfədən artıq hərrac keçirilə bilməz və bu əsasla keçirilmiş sonrakı hərraclar qanunsuzdur. İpoteka saxlayan maraqlı olduğundan hərracın nəticələrini bilməlidir və təkrar hərracdan sonrakı 30 gün ərzində ipoteka predmetini götürməzsə, maraqlı şəxsin müraciəti ilə məhkəmə qətnaməsi əsasında ipotekaya xitam verilə bilər. Bu qanunlarımızı şərh etmək səlahiyyətində olan Konstitusiya Məhkəməsinin mövqeydir. Bu mövqeyə uyğun olaraq ipotkka predmeti olan mülkiyyətdəki obyektlə bağlı 13 mart 2015-ci il tarixdə keçirilmiş təkrar hərracdan sonra (1-ci hərrac xx.xx.2015-ci il tarixdə keçirilmişdir) 30 gün ərzində, yəni 13 aprel 2015-ci il tarixədək ipoteka saxlayan ipoteka predmetini götürə bilərdi. Nə onun ipoteka predmetini istədiyi vaxt götürmək, nə icra məmurunun dəfələrlə sifariş vermək, nə də hərrac mərkəzinin istədiyi sayda hərrac keçirmək səlahiyyətləri yoxdur. Təəssüf olsun ki, hazırki işdə qeyd olunan qurumların müvafiq səlahiyyətli şəxsləri bunları etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər hər hansı bir üzürlü səbəblər təqdim etmədən nümayəndələri vasitəsilə məhkəmədə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh "xxxx" BOKT MMC verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh "xxxx" BOKT MMC-nə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının vəkili və eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci apellyasiya baxışı zamanı icra sənədinin verilməsinin əsasını təşkil edən, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli, 2(106)-934/2013 saylı qətnaməsi ilə işin müəyyən olunan halları aşağıdakılardan ibarət olmuşdur ; Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2(050)-193/2010 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" BOKT MMC ilə X9 arasında 16 iyul 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilmiş, həmin müqavilə üzrə yaranmış 39489.88 ABŞ dolları məbləğində kredit borcunun, ona hesablanmış faiz və cərimənin 18 yul 2008ci il tarixli CAMas22054/08 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan mağazaya yönəldilməklə, qiymətləndirmə təşkilatına yönəldilmədən açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş mağazanın ilkin satış qiymətinin 56399 ABŞ dolları müəyyəndəşdirilməsi, satışdan əldə olunan pulun 39498.88 ABŞ dolları, ona hesablanmış faiz və cərimənin ödənilməsinə kifayət etmədikdə, X2 və İddiaçı digər əmlakları hesabına ödənmlməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə X9 və İddiaçı apellyasiya şikayətləri qismən təmin olunaraq, Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsi qiymətləndirmə təşkilatına yönəldilmədən, İddiaçı digər əmlakları hesabına ödənilməsi hissələrdə ləğv edilmiş, ipoteka ilə yüklü edilmiş mağazanın ilkin satış qiyməti 56399 manat müəyyən olunmuş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar əsasında verilmiş icra vərəqəsinə əsasən icraat zamanı 01 iyul 2011-ci il tarixdə Respublika Xammal və X17 Mərkəzi "xxxx"MMC tərəfindən hərrac keçirilmiş və hərracın yekununa dair 45/02 saylı protokola əsasən hərracın qalibi "xxxx" BOKT QSC olmuşdur. Həmin tarixdə də, sifarişçi Masallı rayon İcra Bölməsi ilə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(050)-1832/2012 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx"BOKT QSC-nə, Respublika Xammal və X17 Mərkəzi "xxxx"MMC-nə və Masallı rayon İcra Bölməsinə qarşı "hərracın yekunları barədə protokolun və əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi" tələbinə dair iddiası təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2010-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar keçirilmiş hərracın yekunları barədə 01 iyul 2011-ci il tarixli 45/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 01 iyul 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, ipotekaya xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2013-cü il tarixli, 2(106)-334/2013 saylı qətnaməsi ilə cavabdeh "xxxx"BOKT QSC-nin apellyasiya şikayəti təmin olunmamış, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(050)- 1832/2012 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2013-cü il tarixli, 2(102)-3236/2013 saylı qərarı ilə cavabdeh "xxxx"BOKT QSC-nin kassasiya şikayəti təmin olunmuş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2013cü il tarixli, 2(106)-334/2013 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli, 2(106)- 934/2013 saylı qətnaməsi ilə cavabdeh "xxxx" BOKT QSC-nin apellyasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(050)- 1832/2012 saylı qətnaməsi "İpotekaya xitam verilməsi" hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2014-cü il tarixli 2(102)-2452/2014 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli 2(106)-934/2013 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanmışdır. Birinci apellyasiya baxışı zamanı təqdim olunmuş 1854/2014 saylı icra işinin materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən olunur ; Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli 2(106)- 934/2013 saylı qətnaməsi əsasında 05 avqust 2014-cü il tarixdə verilən icra vərəqəsi 20 avqust 2014-cü il tarixdə 1854 nömrə altında Masallı rayon İcra bölməsində qeydiyyatdan keçmiş, həmin tarixli dərkənarla icra sənədinin icrası icra məmuru Gündüz Mehdiyevə həvalə edilmişdir. İcra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(050)- 1832/2012 saylı qətnaməsi ipotekaya xitam verilməsi hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. İcra sənədində tələbkar qrafasında İddiaçı, borclu qrafasında isə Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC göstərilmişdir. İcra məmuru tərəfindən 21 avqust 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-nə tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş verilmişdir. Masallı rayon İcra bölməsi 06 noyabr 2014-cü il tarixli 1854 nömrəli (nömrə icra işinin nömrəsidir) sifarişlə ipoteka ilə yüklü olan, ilkin satış qiyməti 56399 manat müəyyən edilmiş ünvan 5 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə İddiaçı məxsus mağazanın təkrar realizə edilməsi məqsədilə hərracın keçirilməsini "xxxx" MMC-dən xahiş etmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra bölməsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 04/4067 saylı 17 dekabr 2014-cü il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) açıq hərracdan ilkin satışının keçirilməsi 19 yanvar 2015-ci il tarixinə saat 10:00dan 13:00-dək və ya 14:00-dan 17:00-dək təyin olunmuş, hərracın keçirilmə yeri kimi ünvan 6 ünvanı qeyd edilmişdir. Bildiriş 18 dekabr 2014-cü il tarixdə Masallı rayon İcra bölməsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/2450 nömrə altında qeydiyyatdan keçmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra bölməsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 04/439 saylı 11 fevral 2015-ci il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) ikinci açıq hərracdan satışının keçirilməsi 13 mart 2015-ci il tarixinə saat 10:00dan 13:00-dək və ya 14:00-dan 17:00-dək təyin olunmuş, hərracın keçirilmə yeri kimi ünvan 6 ünvanı qeyd edilmişdir. Bildiriş 16 fevral 2015-ci il tarixdə Masallı rayon İcra bölməsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/540 nömrə altında qeydiyyatdan keçmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra bölməsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 04/1461 saylı 06 may 2015-ci il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) üçüncü dəfə açıq hərracdan satışının keçirilməsi 08 iyun 2015-ci il tarixinə saat 12:00-a təyin olunmuş, hərracın keçirilmə yeri kimi ünvan 6 ünvanı qeyd edilmişdir. Bildiriş 07 may 2015-ci il tarixdə Masallı rayon İcra bölməsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/1317 nömrə altında qeydiyyatdan keçmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra bölməsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 04/1606 saylı 18 may 2015-ci il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) üçüncü dəfə açıq hərracdan satışının keçirilməsi 08 iyun 2015-ci il tarixinə saat 12:00-a təyin olunmuş, hərracın keçirilmə yeri kimi ünvan 6 ünvanı qeyd edilmişdir. Bildiriş 27 may 2015-ci il tarixdə Masallı rayon İcra bölməsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/1539 nömrə altında qeydiyyatdan keçmişdir. 13 aprel 2015-ci il tarixdə ipoteka qoyan İddiaçı ərizə ilə Masallı rayon İcra bölməsinə müraciət edərək bildirmişdir ki, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə aktlarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir, şikayəti icraata qəbul edilməklə araşdırılır. Odur ki, "İcra haqqında" Qanunun 17.1.7-ci maddəsinə müvafiq olaraq icra sənədi üzrə icraatın dayandırılmasını xahiş edir. Ərizə 13 aprel 2015-ci il tarixdə Masallı rayon İcra bölməsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/1009 nömrə altında qeydiyyatdan keçmişdir. İcra məmuru Gündüz Mehdiyev 24 aprel 2015-ci il tarixdə təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrasının dayandırılması məsələsinə baxılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-112/2015 saylı 07 may 2015-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinə əsasən Masallı rayon İcra bölməsinin icraatında olan 1854/2014 saylı icra işi üzrə icraat dayandırılmışdır. Masallı rayon İcra bölməsinin rəisi 18 may 2015-ci il tarixli məktubla Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-nə müraciət edərək icra sənədi üzrə icraatın dayandırıldığını bildirməklə, hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. 23 iyul 2015-ci il tarixdə ipoteka saxlayan "xxxx" BOKT QSC məktubla Masallı rayon İcra bölməsinə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədini üzrə icraatın dayandırılmasına dair qərardadın ləğv edilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsini xahiş etmiş, bildirmişdir ki, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə aktlarından İddiaçı tərəfindən verilmiş şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi icraata qəbul etməkdən imtina etmişdir. Məktub 23 iyul 2015-ci il tarixdə Masallı rayon İcra bölməsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/2040 nömrə altında qeydiyyatdan keçmişdir. İcra məmuru Gündüz Mehdiyev 03 avqust 2015-ci il tarixdə təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrasının dayandırılmasına dair Masallı Rayon Məhkəməsinin 8(050)-112/2015 saylı 07 may 2015-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-207/2015 saylı 19 avqust 2015-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin olunaraq, icra sənədi üzrə icraatın dayandırılmasına dair Masallı Rayon Məhkəməsinin 8(050)-112/2015 saylı 07 may 2015-ci il tarixli qərardadı ləğv edilmişdir. İcra məmuru Gündüz Mehdiyev 18 dekabr 2015-ci il tarixdə icra sənədinə izah verilməsinə dair ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, 24 dekabr 2013-cü il tarixli 2(106)-934/2013 saylı qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbin ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul olunduğu vaxtdan bir-neçə il ötmüş, keçən müddət ərzində daşınmaz əmlakların qiymətlər artmışdır. 25 yanvar 2016-cı ildə Masallı rayon İcra bölməsi məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnaməyə izah verilməsinə dair ərizənin geri qaytarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsin 25 yanvar 2016-cı il tarixli 2(106)-934/2013 saylı qərardadı iləqətnaməyə izah verilməsinə dair Masallı rayon İcra bölməsinin icra məmuru Gündüz Mehdiyevin ərizəsi geri qaytarılmışdır. Masallı rayon İcra və probasiya şöbəsi 12 dekabr 2018-ci il tarixli 1854 nömrəli (nömrə icra işinin nömrəsidir) sifarişlə ipoteka ilə yüklü olan, ilkin satış qiyməti 56399 manat müəyyən edilmiş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə İddiaçı məxsus mağazanın təkrar realizə edilməsi məqsədilə hərracın keçirilməsini "xxxx" MMC-dən xahiş etmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra bölməsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 01/4875 saylı 28 dekabr 2018-ci il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) açıq hərracdan ilkin satışının keçirilməsi 28 yanvar 2019-cu il tarixinə saat 11:00-a təyin olunmuş, hərracın keçirilmə yeri kimi ünvan 6 ünvanı qeyd edilmişdir. Bildiriş 11 yanvar 2019-cu il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/224 nömrə altında qeydiyyatdan keçmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra və probasiya şöbəsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 01/446 saylı 01 fevral 2019-cu il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) açıq hərracdan növbəti satışının keçirilməsi 18 fevral 2019-cu il tarixinə saat 11:00-a təyin olunmuş, hərracın keçirilmə yeri kimi ünvan 6 ünvanı qeyd edilmişdir. Bildiriş 12 fevral 2019-cu il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/823 nömrə altında qeydiyyatdan keçmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra və probasiya şöbəsinə, "xxxx"BOKT QSC-nə və İddiaçı göndərilmiş 01/701 saylı 22 fevral 2019-cu il tarixli məktubdan görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin 1854/14 saylı 12 dekabr 2018-ci il tarixli sifarişi əsasında ipoteka predmeti olaraq İddiaçı məxsus olmaqla, Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmadığı, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə "Birja yenilikləri" qəzetinin 22 fevral 2019-cu il tarixli nömrəsində elan dərc edildiyi bildirilmişdir. Məktub 11 mart 2019-cu il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/1209 nömrə altında qeydiyyatdan keçmişdir. İcra məmurunun şifahi sorğusuna Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən 11 mart 2019-cu il tarixdə verilmiş 01/982 saylı cavab məktubdan görünür ki, 1854/14 saylı 12 dekabr 2018-ci il tarixli sifariş əsasında hərraca çıxarılmış İddiaçı məxsus Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binası (mağaza) "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka saxlayan "xxxx"BOKT QSC-nə 01/701 saylı 22 fevral 2019-cu il tarixli məktubla təklif olunmuşdur. Məktub 12 mart 2019-cu il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/1235 nömrə altında qeydiyyatdan keçmişdir. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Masallı rayon İcra və probasiya şöbəsinə, "xxxx"BOKT QSC-nə göndərilmiş 01/1069 saylı 18 mart 2019-cu il tarixli məktubdan görünür ki, 1854/14 saylı 12 dekabr 2018-ci il tarixli sifariş əsasında ipoteka predmeti olaraq İddiaçı məxsus olmaqla, Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasını (mağaza) qiyməti 35954.36 manat olmaqla "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx"BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 əldə etdiyi bildirilmiş və bununla bağlı tərtib olunmuş sənədlər göndərilmişdir. Məktub Masallı rayon İcra və probasiya şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında qeydiyyatdan keçməmiş (daxil olma ştampı yoxdur), kitaba işlənməmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş "İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə" 18 mart 2019-cu il tarixli 14/02 saylı protokoldan görünür ki, ipoteka predmeti olaraq İddiaçı məxsus olmaqla, Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasını (mağaza) 25% aşağı olan qiymətlə 35954.36 manata "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx"BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi X7 əldə etmişdir. Protokol hərracın keçirilməsinə sifariş verən Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Gündüz Mehdiyev, hərracın təşkilinə şərait yaradan, protokol tərtib edən "xxxx"MMC-nin direktoru Nərgiz Əliyeva, ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx"BOKT MMC-nin səlahiyyətli nümayəndəsi Erkən Xəlilzadə tərəfindən imzalanmış, qurumların dairəvi möhürləri ilə təsdiq edilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin 1854/14 saylı 15 avqust 2019-cu il tarixli məktubuna Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən 27 avqust 2019cu il tarixdə verilmiş 01/2470 saylı cavab məktubdan görünür ki, ipoteka predmeti olaraq İddiaçı məxsus olmaqla, Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən 18 mart 2019-cu il tarixli 14/02 saylı hərracın yekunları haqqında protokolla "xxxx"BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 əldə etdiyi, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 noyabr 2018-ci il tarixli Qanunla Vergi Məcəlləsinin 150.1.13-cü maddəsinə müvafiq olaraq hesablanmış sadələşdirilmiş vergi məbləği ödənilmədiyindən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.2-ci maddəsinə istinad olunaraq tərtib edilmiş protokolun "xxxx" BOKT MMC-nə təqdim olunmadığı, 2655.39 manat sadələşdirilmiş vergi məbləği dövlət büdcəsinə ödənildikdən sonra tərtib olunmuş sənədlərin ipoteka saxlayana veriləcəyi bildirilmişdir. Məktub 04 sentyabr 2019-cu il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin daxil olan sənədlərin qeydiyyatı kitabında 02/3190 nömrə altında qeydiyyatdan keçmişdir. Mülki işin birinci apelyasiya baxışı zamanı iddiaçının vəkili və eyni zamanda nümayəndəsinin təqdim etdiyi Masallı rayon İcra və probasiya şöbəsinin rəisi İsmayıl Abazəliyevin imzası ilə 15 avqust 2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx"MMC-nin direktoru Nərgiz Əliyevaya verilmiş 1854/14 saylı sorğunun surətindən (icra işinin materiallarında kötüyü yoxdur) görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-934/2013 saylı 05 avqust 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ipoteka qoyulmuş Masallı şəhəri, Seybətin küçəsi 25 ünvanında yerləşən qeyri yaşayış binasının (mağaza) hərracdan realizə edilməsi ilə bağlı sifariş verildiyi bildirilərək, keçirilmiş hərracın yekunları barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Mülki işin birinci apelyasiya baxışı zamanı iddiaçının vəkili və eyni zamanda nümayəndəsinin təqdim etdiyi, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-934/2013 saylı 19 avqust 2019-cu il tarixli sorğusuna Masallı rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəmini müvəqqəti icra edən Qəribağa Mirhəşimovun imzası ilə 30 avqust 2019-cu il tarixdə verilmiş 1854/14 saylı cavab məktubunun surətindən (icra işinin materiallarında kötüyü yoxdur) görünür ki, görülmüş icra tədbirləri, o cümlədən hərrac təşkilatı tərəfindən ipoteka predmetinin qəbul edilməsinə dair ipoteka saxlayan "xxxx"MMC-nə 22 fevral 2019cu il tarixində təklif verilməsi barədə ətraflı məlumat verilmiş, icra sənədinin icrası istiqamətində icra təbdirlərinin davam etdirildiyi qeyd edilmişdir. Mülki işin birinci apelyasiya baxışı zamanı Masallı rayon İcra və probasiya şöbəsindən 2019-cu il üçün "Daxil olan sənədlərin qeydiyyat kitabı" alınaraq baxış keçirilmiş və 18 mart 2019-cu il tarixdə hərrac təşkilatından hər hansı bir məktubun daxil olması kitabda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx"BOKT MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli, 2(106)-934/2013 saylı qətnaməsi əsasında 05 avqust 2014-cü il tarixdə verilən icra vərəqəsi, faktiki olaraq iddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər X9 (borc alan) və İddiaçı (ipoteka qoyan) qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli, 2(050)-193/2010 saylı qətnaməsinin (Şirvan Apellyasiya Məhkəməsinin 03 sentyabr 2010-cu il tarixli qətnamə ilə etdiyi dəyişikliklər nəzərə alınmaqla) icrasının davamı kimi çıxış etmişdir. İcra işinin yuxarıda sadalanan materiallarından müəyyən olunur ki, icra məmuru tərəfindən hərrac təşkilatına mübahisəli ipoteka predmetinin açıq hərracdan realizə edilməsinə dair sifariş 06 noyabr 2014-cü il tarixdə verilmişdir. Hərrac təşkilatı tərəfindən birinci hərrac 19 yanvar 2015-ci, ikinci hərrac 13 mart 2015-ci, üçüncü hərrac isə 08 iyun 2015-ci tarixlərinə təyin olunmuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi ipotekaya xitam verilməsi üçün əsaslar artıq ikinci hərracın baş tutmadığı 13 mart 2015-ci il tarixindən hesablanmaqla 30 təqvim gününün bitdiyi tarixdə, yəni 13 aprel 2015-ci il tarixində mövcud olmuşdur. Həmin tarixədək icra sənədi üzrə icra hərəkətlərinin aparılması dayandırılmamış olmuşdur, belə ki, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə icra məmuru 24 aprel 2015-ci il tarixdə təqdimat vermiş və məhkəmənin 07 may 2015-ci il tarixli qərardadı əsasında icraat dayandırılmışdır. Bunlara baxmayaraq hərrac təşkilatı ipoteka predmetinin açıq hrracdan realizə edilməsinə dair növbəti üçüncü hərracı 08 iyun 2015-ci il tarixinə təyin edir və yalnız icra məmurunun icraatın dayandırılmasına dair 18 may 2015-ci il tarixli məktubunu aldqıdan hərracları təşkil etməyi dayandırır. Daha sonra isə icraatın dayandırılmasına dair qərardadın ləğv olunduğu 19 avqust 2015-ci il tarixindən sonra icra məmuru 18 dekabr 2015-ci il tarixdə qətnamənin nəticə hissəsinə izah verilməsinə dair ərizə verib, 12 dekabr 2018-ci il tarixinədək onu geri istəməkdən başqa hər hansı bir icra hərəkəti həyata keçirmir. Dayandırılmış icraat təzələnəndən sonra, icra hərəkətlərini dayandırılmış yerdən davam etmək (X6 münasibətdə məcburi icra tədbirləri həyata keçirmək) əvəzinə, ipotekaya xitam verilməsi üçün əsasların mövcudluğunu bilə-bilə icra məmuru 12 dekabr 2018-ci il tarixli sifarişlə ipoteka predmetinin açıq hərracdan satılmasına yenidən sifariş verir. Bu dəfə hərrac təşkilatı tərəfindən 1-ci hərrac 28 yanvar 2019-cu il, 2-ci hərrac isə 18 fevral 2019-cu il tarixlərinə təyin olunur. İpoteka predmeti təkrar hərracdan satılmadığından, hərrac təşkilatı "İpoteka haqqında" Qanunun 43-cü maddəsinə müvafiq olaraq 22 fevral 2019-cu il tarixli məktubla ipoteka saxlayan "xxxx"BOKT MMC-nə ipoteka predmetini qəbul etməyi təklif edir. Təkrar hərracın baş tutmadığı 18 fevral 2019-cu il tarixindən 30 təqvim günü ərzində, yəni 18 mart 2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən ipoteka saxlayan ipoteka predmetini ilkin satış qiymətindən 25% aşağı dəyərlə borc əvəzinə, 35954.36 manata qəbul edir. Kollegiya qeyd olunan protokolun daha sonradan əvvəlki 18 mart 2019-cu il tarixinə tərtib olunması ilə bağlı iddiaçı tərəfin arqumentlərini aşağıda sadalayacağı xüsusatlar baxımından əsaslı hesab edir ; Birincisi ona görə ki, icra və probasiya şöbəsi ilə hərrac təşkilatı arasında aparılan bütün yazışmalar rəsmi sənədlər olmaqla, qurumların müvafiq qeydiyyat kitablarında qeydiyyatdan keçirilməlidir. İcra işinin materiallarında olan hərrac təşkilatından daxil olan bütün məktublara daxil olma ştampları vurulmaqla, daxil olduğu tarix və qeydiyyat nömrələri verilməlidir. Yalnız hərrac təşkilatının "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracların yekunları barədə" 14/02 saylı, 18 mart 2019-cu il tarixli protokolunun müşaiətedici məktubuna daxil olma ştampı vurulmamış, qeydiyyatdan keçirilməmişdir. Qeyd olunan halın dəqiqləşdirilməsi məqsədlə birinci apellyasiya icraatı zamanı Masallı rayon İcra və probasiya şöbəsindən 2019-cu il üçün "İdarə, müəssisə və təşkilatlardan daxil olan sənədlərin qeydiyyat kitabı" istənilmiş, kitaba məhkəmə iclasında baxış keçirilmiş və 18 mart 2019-cu il tarixdə hərrac təşkilatı olan "xxxx" MMC-dən hər hansı bir məktubun daxil olmadığı müəyyən edilmişdir. Hərçənd ki, həmin tarixli protokolda hərracın keçirilməsini sifariş etmiş icra məmurunun imzası vardır, icra və probasiya şöbəsinin möhürü protokola həkk olunmuşdur. Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən 15 avqust 2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-nə verilmiş sorğuda ipoteka predmetinin açıq hərracdan satışı ilə əlaqədar verilmiş sifarişin icra vəziyyəti barədə məlumat verilməsi xahiş olunur, əgər protokol həqiqətən 18 mart 2019-cu il tarixdə tərtib olunaraq icra məmuru tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş olsaydı, icra məmuru bu məzmunda sorğu verməzdi. İcra sənədini vermiş Şirvan Apellyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli sorğusuna 30 avqust 2019-cu il tarixdə verilən cavab da, protokolun daha sonradan əvvəlki 18 mart 2019-cu il tarixinə tərtib olunması ilə bağlı iddiaçı tərəfin arqumentlərini möhkəmləndirir. Belə ki, İcra və probasiya şöbəsi icra sənədinin icrası istiqamətində görülən zəruri icra tədbirləri barədə məhkəməyə ətraflı məlumat vermiş, həmçinin qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən 22 fevral 2019-cu il tarixli məktubla ipoteka predmeti borc əvəzinə ipoteka saxlayan "xxxx"MMC-nə təklif olunmuşdur, icra hərəkətləri davam etdirilir və icra ilə bağlı əlavə məlumat veriləcəkdir. Əgər protokol həqiqətən 18 mart 2019-cu il tarixdə tərtib olunaraq icra məmuru tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş olsaydı, icra məmuru məhkəmənin sorğusuna verdiyi cavabda mütləq həmin halı xüsusilə vurğulayardı. Bundan başqa iş üzrə ipoteka predmetinin açıq hərracdan satılmasına dair 5 bildiriş verildiyi müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, hətta 19 yanvar 2015-ci il tarixli, 13 mart 2015-ci il tarixli və 8 iyun 2015-ci il tarixli bildirişlər nəzərə alınmasa belə, xx.xx.2019cu il tarixinə və xx.xx.2019-cu il tarixinə təyin edilmiş iki hərracdan sonrakı 1 ay ərzində Bankın ipoteka predmetini əldə etmədiyini müəyyən olunması "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə zidd olmaqla iddianın təmin olunmasının ayrıca əsaslarından biridir. Bütün sadalananlar isə yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından qanunsuz keçirilmiş hərracın nəticələrini şübhə altına almaqla, ipotekaya xitam verilməsinin birbaşa əsaslarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdeh "xxxx" BOKT MMC-nə münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-566/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-213/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-213/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver